Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6794/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3, Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi:
1. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri 8 saylı notariat kontorunda İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, reyestrdə 4Ə-314 nömrəsi ilə qeyd edilmiş 09 dekabr 2015-ci il tarixli alqı-satqı müqaviləsinin, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış, reyestrdə 4Ə-344 nömrəsi ilə qeyd edilmiş 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 01 dekabr 2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarışın ləğv edilməsi, Cavabdeh2 İddiaçı məxsus torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində tikilmiş evdən çıxarılması qət edilmişdir.
2. Qətnamədən digər şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qətnamənin onun hüququ və vəzifələrinə toxunmaması əsası ilə geri qaytarılmışdır.
3. Həmin qərardaddan Maraqlı şəxs verdiyi şikayət Məhkəmənin eyni nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı işin halları və tərəflərin dinlənilməsinin zəruriliyi nəzərə alınaraq şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə müvafiq qərardad qəbul edilmişdir. Şikayətə tərəflərin iştirakı və onların dinlənilməsi təmin edilməklə baxılmışdır.
5. Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək bildirdi ki, qərardad əsassızdır, belə ki, rayon məhkəməsi mübahisələndirilən qərardadda Cavabdeh2 ilə Maraqlı şəxs birgə hərəkət etməsini, onların əlbir olmasını xüsusilə vurğulamışdır, bu halın qeyd edilməsi İddiaçı Maraqlı şəxs qarşı qaldırdığı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair, hazırki işə görə icraatı dayandırılmış həmin mülki iş üzrə məhkəmənin artıq öncədən fikir bildirməsi kimi qiymətləndirməklə yanaşı, həm də Maraqlı şəxs əmlakın mülkiyyətçisi kimi vicdanlılığını şübhə altına alır. Nümayəndə hesab edir ki, qəbul edilmiş qətnamə hüquqlarını təmsil etdiyi şəxsin hüquqlarına toxunur, bu səbəbdən də şikayətin təmin edilməsini, qərardadın ləğv edilməsini, Maraqlı şəxs qətnamə ilə maraqlarına toxunan şəxs kimi verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili A.Mənsimzadə şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdilər, eləcə də bildirdilər ki, qərardad əsaslıdır, ümumiyyətlə, 1-ci instansiyada icraat zamanı Maraqlı şəxs əmlakın mülkiyyətçisi olmasına dair heç bir məlumat verilməmiş, rayon məhkəməsi həmin əmlaka dair onunla bağlanmış müqaviləyə hər hansı münasibət bildirilməmişdir, ona görə də hesab edirlər ki, onun hazırkı iş üzrə maraqlarına toxunan şəxs kimi tanınması üçün əsaslar yoxdur.
7. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə3 şikayətin həllini kollegiyanın mülahizəsinə buraxdığını bildirdi..
8. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv еdilməli, apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün icraata qəbul edilməlidir.
9. Belə ki, rayon məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, qətnamə yalnız işdə iştirak edən şəxslərin hüquq və vəzifələri ilə bağlı olduğu, Maraqlı şəxs hüquq və vəzifələrinə toxunmadığı, ümumiyyətlə, ona qədərki hüquqi vəziyyətlə bağlı olduğu halda, hazırda onun qeyd olunan məhkəmə aktından şikayət verməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin, mülki işin hallarından və mülki iş materiallarından aydın şəkildə görünür ki, qeyd olunan apellyasiya şikayəti prosessual hüquqlardan sui-istifadə xarakteri daşımaqdadır. Belə ki, qətnamə özündən əvvəlki hüquqi sənədlərlə, fakt və hallarla, şəxslərlə bağlı olduğu; özünə məxsus hüquqi sənədlər isə digər mülki iş üzrə mübahisə predmeti olduğu halda, Maraqlı şəxs hazırki qətnamədən apellyasiya şikayəti verməklə birbaşa apellyasiya icraatında özünün və Cavabdeh2 lehinə hüquqi vəziyyət yaratmağa çalışmaqdadır. Maraqlı şəxs hazırki mülki iş üzrə Cavabdeh2 ilə birgə hərəkət etdiyini həm də o fakt aşkar surətdə təsdiq edir ki, Cavabdeh2 istər mülki işə baxılan zaman, istər qətnamədən verdiyi apellyasiya şikayətində Maraqlı şəxs ilə müqavilə bağlaması və əmlakın onun adına sənədləşdirilməsi barədə hər hansı izahat və məlumat verməmişdir.
10. Məhkəmə kollegiyası rayon məhkəməsinin bu mövqeyi ilə bağlı aşağıdakıların qeyd etməsini zəruri hesab edir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə görə is həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
12. Məhkəmə kollegiyasının qənaətinə görə rayon məhkəməsi hazırkı qətnamədən MPM-ini 357.2-ci maddəsində göstərilmiş digər şəxs kimi şikayət vermiş Maraqlı şəxs apellyasiya şikayətini qeri qaytararkən həmin qərardadında Cavabdeh2 ilə Maraqlı şəxs “birgə hərəkət etmələri”ni göstərməsi və bunu təsdiq olunmuş hal kimi müəyyən etməsi düzgün olmamışdır.
13. Belə ki, araşdırmalar zamanı müəyyən olunmuşdur, İddiaçı Maraqlı şəxs və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin etibarsızlığı və çıxarışın ləğv edilməsi” tələbinə dair Qaradağ Rayon Məhkəməsində yeni bir iddia qaldırmış və həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə (2(002)-3154/24) icraata qəbul edilmişdir.
14. Eyni zamanda müəyyən edilmişdir ki, hər iki mülki iş bir-birilə əlaqəli olduğundan, həmin işin nəticəsi hazırki mülki işdən asılı olduğundan, rayon məhkəməsinin icraatında olan qeyd edilən iş üzrə icraat məhz hazırki mülki işə görə dayandırılmışdır.
15. Belə olan halda isə məlum olur ki, rayon məhkəməsi mübahisələndirilən hazırkı qəradadı ilə rayon məhkəməsinin icraatında olan başqa bir iş üzrə müəyyən edilməli olan əsas halı- M. Bəndəliyevin vicdanlı əldə edən olub- olmaması məsələsinə münasibət bildirmiş, başqa sözlə desək, bununla da həmin iş üzrə həll edilməli məsələni həll etmişdir ki, bu da prosessual qanunvericiliyin tələblərinə zidd omuşdur. Demək ki, rayon məhkəməsinin qərardadı əsaslı olmadığından ləğv edilməli və M.Bəndəliyivin hazırkı iş üzrə rayon məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti mümkün hesab olunmalıdır.
16. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin ümumi prinsipləri baxımından onu da qeyd edir ki, apellyasiya şikayətinin hazırkı mərhələdə mümkün hesab edilməsi, aparılmış araşdırmaların nəticəsi olaraq onun sonradan qeyri-mümkün hesab olunmasını istisna etmir.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumumu “Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə” 23 aprel 2004-cü il tarixli Qərarında Avropa nsan Hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Konstitusiya Məhkəməsi həmin qərarında həmçinin göstərmişdir ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir.
18. “Beles və digərləri Çexiya Respublikasına qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir: “ Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququ qanunun aliliyi baxımından şərh olunmalıdır, bu tərəflərə öz hüquqlarını müdafiə etməyə imkan verən səmərəli hüquqi müdafiə vasitələrinə malik olmalarını tələb edir.
19. Məhkəməyə çatım hüququ “praktiki və effektiv” olmalıdır (Bellet Fransaya qarşı iş). Çatım hüququnun effektiv olmaslı üçün fərd “hüquqlarına müdaxilə təşkil edən bir hərəkətə etiraz etmək üçün aydın və praktiki imkana“ malik olmalıdır (Bellet Fransaya qarşı, X6rşı işlər).
20. X2rşı”, “Zvolsky və Zvolska Çexiya Respublikasına qarşı” işlərdə Avropa Məhkəməsi vurğulamışdır ki, “apellyasiya şikayəti və ya məhkəmə qərarına yenidən baxılması üçün milli qanunvericiliklə müəyyən edilmiş qaydalar və bu qaydaların tətbiq olunması mübahisə tərəflərini mövcud hüquqi müdafiə vasitələrindən istifadəsinə mane olmamalıdır”.
21. Yuxarıda sadalanan məhkəmə presedentlərindən görünür ki, Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən əgər milli qanunvericilikdə mövcud olan boşluq, yaxud nəzərdə tutulmuş qayda Konvensiyaya ziddirsə, belə olan halda Konvensiyanın müddəaları rəhbər götürülməlidir.
22. “X2rşı”, “ Beles və digərləri Çexiya Respublikasına qarşı”, “RTBF Belçikaya qarşı” işlərdə Avropa Məhkəməsi bildirmişdir ki, “prosessual qaydanın daxili məhkəmələr tərəfindən xüsusilə ciddi şəkildə şərh edilməsi məhkəməyə çatım hüququndan məhrum edə bilər”.
23. “X1rşı”, “Philis Yunanıstana qarşı” və digər işlərdə Avropa Məhkəməsi qeyd etmişdir ki: “müəyyən hüquq subyektlərinin məhkəmə icraatını başlamasına maneə təşkil edən prosessual qaydalar “məhkəmə hüquqnu və məhkəməyə çatım hüququ” nun pozulmasına gətirib çıxara bilər.
24. Bundan əlavə, Avropa Məhkəməsinin qəti bərqərar olmuş mövqeyinə görə məhkəməyə hüquq yalnız məhkəmə icraatı başlatmaq hüququnu deyil, həmçinin mübahisənin məhkəmə tərəfindən həll edilməsinə nail olmaq hüququnu da ehtiva edir (Beneficio X4rşı iş).
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.
26. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
27. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Мülki Prosessual Məcəlləsinin 360,361, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəməsi kollegiyası,
Qərara aldı:
Maraqlı şəxs tərəfindən verilmiş şikayət təmin edilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv еdilsin. Qaradağ Rayon Məhkəməsinin 2(002)-1862/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.