Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6813/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki işin ərazi aidiyyəti ilə bağlı məhkəmələr arasındakı fikir ayrılığına Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh istifadəsində olan Bakı şəhəri Nizami rayonu Q.Qarayev pros.106 ünvanında yerləşən 22 saylı mağazaya bitişik torpağın üzərindəki ümumi sahəsi 47 rv.m olan qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdi. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) xx xxxx 2020-ci il tarixli, 2(007)-1276/2020 saylı qərardadı ilə İddiaçı X2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair həmin mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 2733/2020 saylı qərardadı ilə iddiaçı X1 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə 2(005)-2733/2020 №-li mülki iş ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, qeyd edilən mülki iş baxılması üçün Bakı şəhər Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. İddia ərizəsinin məzmunundan və iş materialında olan sənədlərdən görünür ki, mübahisə predmeti olan mənzil Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir. qanunsuz tikilinin cavabdehin hesabına sökülməsini tələb edir. Məhz bu mövqedən yanaşaraq, məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində tikintinin (mübahisə predmeti olan mənzilin) «tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar» müddəası bu iddia tələ binin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddianın da tikintinin(mənzilin) olduğu yer üzrə verilməsi düzgündür. Bundan başqa, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh ünvan 2 ünvanında rəsmi qeydə alınsa da, şikayətdə göstərilən dəlillər işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Çünki, hazırki iddia tələbi müstəsna aidiyyəti nəzərdə tutduğundan, işə Nizami rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı X1 Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6813/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6813/2020
21.08.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver