Məhkəmə qərarları › İş №2(103)-6814/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6814/2025

29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6814/2025 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş ziyanla bağlı sığorta məbləğinin ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi nümayəndə3, Cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi nümayəndə1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı “dəymiş ziyanla bağlı sığorta məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Səbail Rayon Məhkəməsinin e-*(***)- **/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ## ##### 2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Şamaxı rayonu, Ərçiman kəndində yerləşən, 0,189967 ha torpaq sahəsi və həmin sahədə inşa edilmiş ümumi sahəsi 128,9 kv metr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.

2. İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evi RAT********** nömrəli, BB 402351 seriyalı Daşınmaz əmlakın icbarı sığortası haqqında Şəhadətnaməyə görə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək 150 manat azadolma məbləği 15000 manat olmaqla 15000 manat icbari sığorta ilə, FİP-2211861 nömrəli Əmlak sığortası haqqında Şəhadətnaməyə görə ##.##.2022-ci il tarixdən ##.##.2023-cü il tarixədək zəlzələ riski münasibətilə sığorta məbləğinin 2 faizi, digər hallarda 1 faizi azadolma məbləği olmaqla 45000 manat könüllü sığorta ilə Cavabdeh Sığorta Şirkəti tərəfində sığortalanmışdır. İddiaçı Şəhadətnamələrlə müəyyən edilmiş sığorta haqlarını vaxtında ödəmişdir.

3. Sığorta müddətində baş vermiş təbii fəlakət (torpaq sürüşmə-çökmə prosesi) nəticəsində sığortalanmış əmlakın tam məhv olması ilə dəymiş 59400 manat zərərin ödənilməsi ilə bağlı İddiaçı xxxx” Sığorta Şirkəti ASC-yə müraciət etmiş, lakin həmin ziyan ona ödənilməmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı İddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığortalanmış əmlaka dəymiş ziyanın əvəzi olaraq 59400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqqı və 275 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xüsusi mülkiyyətində olan Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin sığortalanması ilə bağlı cavabdeh tərəfindən dəyərləndirilmiş və 60000 manat məbləğ hissəsində sığortalanması cavabdeh xxxx Sığorta Şirkəti ilə aralarında razılaşdırılmışdır. Əmlakın həmin məbləğdə sığortalanması ilə bağlı cavabdeh ilə əmlakın könüllü və icbarı sığortalanması barədə iki müqavilə razılaşması olmuşdur. Müvafiq olaraq ##.##.2022-ci il tarixdə bağlanmış Əmlak sığortalanması barədə müqavilə, ##.##.2022-ci il tarixində isə Daşınmaz əmlakın icbari sığortalanması şəhadətnaməsi verilmişdir. Əmlakın sığortalanması şəhadətnaməsinə əsasən evin sığorta məbləği 45000 manat, Daşınmaz əmlakın icbarı sığortalanması şəhadətnaməsinə əsasən 15000 manat, cəmi 60000 manat müəyyən edilmiş və buna uyğun müəyyən edilmiş sığorta haqları vaxtında tərəfindən tam şəkildə ödənilmişdir. Sığorta müddətində baş vermiş təbii fəlakət (torpaq sürüşməçökmə prosesi) nəticəsində ev yararsız vəziyyətə düşmüşdür. Təbii fəlakətin nəticəsi yalnız evin yararsız vəziyyətə Ümumilikdə, cavabdeh şirkət tərəfindən ona 25000 manat məbləğində maddi ziyan vurulmuşdu. düşməsi deyil, torpaq sahəsinin sürüşməsi və çökməsidir. Evin yerləşdiyi ərazi və evin bərpası mümkünlüyünü tədqiq etmiş və bununla bağlı bir sıra rəylər mövcuddur. X6 Nazirliyi Tikintidə Təhlükəsizliyə X5 Azkommunlayihə KLİ tərəfindən ##.##.2023-cü il tarixdə təsdiqlənmiş Texniki rəyin nəticəsinə əsasən: “Fərdi yaşayış evi texniki vəziyyəti qəzalıdır, istismara yol verilməzdir, binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 arayışında göstərildiyi kimi sürüşmə-çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir”. Göründüyü kimi təbii fəlakətdən sonra yaranmış vəziyyətdə evin təmir edilməsi və ya yenidən bərpası yolverilməzdir. Çünki torpaq sürüşməsi nəticəsində evin yerləşdiyi ərazinin özü tikinti üçün qəzalı vəziyyətə düşmüşdür. Yaşayış evi daşınmaz əmlak olduğundan, başqa yerə daşınmasının da mümkün olmadığı bəllidir. Yəni sığortalanmış əmlak tam şəkildə məhv olmuş və buna səbəb torpaq sürüşməsi kimi təbii fəlakət olmuşdur. Əmlak sığortalanması şəhadətnaməsinin razılaşdırılmış şərtlərinə əsasən torpaq şürüşməsi sığorta risklərinə daxildir. Razılaşmaya görə belə hallarda şərtsiz azad olma sığorta məbləğinin 1 faiz, icbarı sığortada isə 150 manat həcmində müəyyən edilmişdir. Əmlak tam şəkildə məhv olunduğundan, sığorta məbləgindən 1 faiz, yəni 450 manat və 150 manat çıxmaqla yerdə qalan 59400 manat məbləğin ona ödənilməsini təmin etmək cavabdehin birbaşa öhdəliyidir. Lakin cavabdeh yuxarıda qeyd olunan məbləğin yerinə, ona evin təmir edilməsi üçün məbləğ hesablanıb verilməsini təklif etmişdir. Bu isə məntiqə uyğun deyildir. Çünki evin yerləşdiyi ərazinin özü təhlükəlidir. Orada tikintinin aparılması və ya evin təmir edilməsi imkansız olduğu aşkar haldır. Bununla da cavabdeh dolayısı ilə öhdəliyini yerinə yetirməkdən yayınır. Ona görə də, qeyd olunan sığorta məbləği olaraq 59400 manat cavabdehdən tam şəkildə alınıb ona verilməlidir.

6. Cavabdehin nümayəndəsi nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, iş materiallarına əsasən daşınmaz əmlakın icbari sığortası üzrə Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən ## #### 2022-ci il tarixdən ## #### 2023-cü il tarixədək Cavabdeh Sığorta Şirkətində sığortalanmışdır. İddiaçı sığorta şəhadətnaməsinin qüvvədən düşməsinə 1 aydan az müddət qalmış, ## ###### 2023-cü il tarixdə sığortaçıya ərizə ilə müraciət edərək yaşayış evində yaranan çatlar nəticəsində yaşayış evinə zərər dəyməsi ilə bağlı məlumat vermiş və hadisənin səbəbi kimi sürüşmə-çökmə prosesini göstərilmişdir. Yaşayış evinə və onun yerləşdiyi əraziyə şirkətin nümayəndələri tərəfindən baxış keçirilərkən tikilidə çatların olması, həmin çatların müxtəlif vaxtlarda, müxtəlif vasitələrlə qapadılması üçün suvaq işlərinin aparıldığı müəyyən edilmişdir. Bu isə hadisənin anidən və sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni ##.##.2022-##.##.2024-cü il tarixlərində baş vermədiyini, davam edən, uzunmüddətli prosesin nəticəsi olmasını söyləməyə əsas verir. Tərəflərindən fərdi yaşayış sahəsinin yerləşdiyi ərazidə sürüşmə-çökmə prosesinin hansı vaxtdan başlaması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 ünvanlanmış sorğuya cavab olaraq, verilən arayışda bildirilmişdir ki, “Şamaxı rayon, Ərçiman kəndi ərazisində yerləşən fərdi tikilinin olduğu ərazidə geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyildir. 2014-cü il tarixdə tərtib edilmiş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonun Ərçiman kəndi daxil edilməmişdir”. Həmçinin arayışda qeyd edilmişdir ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxanda qeyd olunanlar onu deməyə əsas vermişdir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir. İddia ərizəsində belə iddiaçı bu hadisənin nə vaxt baş verdiyini qeyd etməmiş, sadəcə “sığorta müddəti ərzində baş verən hadisə" kimi ifadə etmişdir. “İcbari sığortalar haqqında” Qanunun sığortalının vəzifələrinin qeyd olunduğu maddənin 22.2.2-ci bəndində, “sığorta müqaviləsi bağlanarkən, sığorta müqaviləsinin məzmununa daxil edilməli olan, həmçinin özünə məlum olan və sığortaçının müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən, habelə müqavilə bağlandıqdan sonra sığorta riskinin dəyişməsi ilə bağlı bütün hallar barədə məlumatları və müvafiq sənədləri sığortaçıya təqdim etmək” vəzifəsi göstərilmişdir. “İcbari sığortalar haqqında” Qanunun 13.1-ci maddəsinə görə, icbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən hadisələr və hallardır. Mülki Məcəllənin 922.3-cü maddəsinə görə, sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Yuxarıda qeyd olunan maddənin tələbinə əsasən hadisənin sığorta hadisəsi hesab edilməsi üçün onun anidən baş verməsi, təsadüfilik əlamətlərinə malik olması vacibdir. Həmin ərazidə torpaq sürüşməsi illərlə davam etmiş, təsadüfi olmamış və anidən, yəni sığorta müqaviləsi qüvvədə olan zaman yaranmamışdır. Əlavə toplanmış materiallara əsasən əmlakın sığortalanması üçün sığorta şirkətinə müraciət İddiaçı həyat yoldaşı Vasif Müslümov tərəfindən edilmişdir. Qeydə alınmış telefon və “WhatsApp” danışıqlarına əsasən V.Müslümov əmlakın məhz sürüşmə-çökmə hallarından sığorta etdirilməsində maraqlı olmuş, məhz sürüşmə-çökmə halının baş verdiyi zaman təminatın və ödənişin verilməsi ilə maraqlanmışdır. Eyni zamanda o, əmlakda heç bir problem olmamasını dəfələrlə vurğulamaqla şirkətin işçisində əmlakın salamatlığı barədə təsəvvür yaratmışdır. Halbuki ## #### 2024-cü il tarixli müstəqil ekspert rəyində göstərilmişdir ki, “Şamaxı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014-cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və hal hazırda da davam etdiyindən belə qənaətə gəlinmişdir ki, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır." Yuxarıda qeyd edilənlər barədə müstəqil ekspert əmlaka baxış keçirərkən V.Müslümova bunu bildirmişdir. O isə bu faktları inkar etməyərək “əmlaka baxış keçirib sonra sığortalayardılar”-deməklə kifayətlənmişdir. Əmlaka baxış keçirmək sığorta şirkətinin hüququdur və bu hüquqdan nə zaman istifadə edilməsini sığortaçı müəyyən edir. Baxılan halda iddiaçı qanunvericiliklə müəyyən edilmiş imperativ vəzifəsini icra etməmiş və əmlakda əvvəlcədən mövcud olan zədələr barədə məlumatı gizlətmiş, sığorta müqaviləsi bağlayarkən isə qəsdən yanlış məlumat vermişdir. İddia ərizəsinə əsasən iddiaçı ilə sığortaçı arasında könüllü əmlak sığortası müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilənin şərtləri, eləcə də müqavilənin ayrılmaz hissəsi olan “Əmlakın yanğından və digər risklərdən sığortası qaydaları” ilə tanış edilmişdir. Adı çəkilən qaydaların 11.1.8.1 bəndinə görə “Torpaq sürüşməsi”- daş və ya torpaq yığıntısının ağırlığının təsiri altında torpağın meylli olduğu istiqamətdə üzüaşağı sürətlə yerdəyişməsidir. “Torpaq sürüşməsi”nə verilən anlayışdan aydın olur ki, bu hadisə “daş və ya torpaq yığıntısının ağırlığının təsiri altında torpağın meyilli olduğu istiqamətdə üzüaşağı sürətlə yerdəyişməsidir”. Məhkəmənin diqqətinə çatdırır ki, “torpaq sürüşməsi” anidən və torpağın sürətlə yerdəyişməsi nəticəsində baş verir və bır qayda olaraq əmlakın, yol infrastrukturunun tam məhv olması ilə nəticələnir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 ##.##.2014-cü il tarixli arayışında göstərilmişdir ki, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonun Ərçiman kəndi daxıl edilməmişdir. Deməli, iddiaçının qeyd etdiyi hadisə təbii fəlakət hesab edilən “torpaq sürüşməsi" riski ilə əhatə olunmur. Həm də qeyd edir ki, adı çəkilən qaydaların 11.8.2.2 bəndinin “b” və “c” yarımbəndlərinə əsasən tökmə süxurların çökməsi və ya yerdəyişməsi, sahilin və ya çay yatağının yuyulması nəticəsində yaranan zərərlərin əvəzi ödənilmir. Belə ki, iş materiallarına əsasən əmlak Pirsaat çayının sahilində yamacda yerləşmiş və mütəmadi olaraq çay yatağının yuyulması baş vermişdir, ərazi isə çökmə süxurlardan təşkil edilmişdir. Məhz qeyd edilən təbii proseslərin mütəmadi təsirləri əmlakda zərərin yaranmasında səbəb olmuşdur. Burada anidən baş vermiş “Torpaq sürüşməsi” olmamışdır. İddiaçı hadisə yerinə ezam olunmuş qəza komissarına verdiyi video müsahibədə hadisənin 2023-cü ilin fevralında baş verdiyini və nəticədə əmlakın divarlarında çatların əmələ gəldiyini qeyd etmişdir. Lakin Şamaxı rayonu Ərçiman kəndi ərazisində məhz 2023-cü ilin fevral ayında torpaq sürüşməsi olması sübut olunmur. Bundan əlavə Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 təqdim etdiyi ## #### 2024-cü il tarixli arayışında göstərilmişdir ki, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonunun Ərçiman kəndi daxil edilməmişdir. İddiaçı ərizəsində “Təbii fəlakət” baş verməsinə qeyd etsə də, həmin hadisə müvafiq dövlət qurumunda qeydə alınmamışdır. İddiaçının sübut kimi təqdim etdiyi “Azkommunlayihə” KLİ-nin texniki rəyində və Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 arayışında sadəcə olaraq sürüşmə-çökmə prosesinin baş verməsi nəticəsində əmlakda çatların əmələ gəldiyi qeyd edilmişdir. Lakin həmin çatların nə zaman və ya hansı zaman kəsiyində yaranması müəyyən edilməyib. Fərdi yaşayış evinin daxilində ##.##.2023-cü II tarixində aparılmış foto və video çəkilişlərə baxdıqda evin daxili divarlarında nəmişlik nəticəsində boya qatının tökülməsi, evin müxtəlif hissələrin çatların yaranması, çiy kərpicdən düzəldilmiş arka hissəsinin qismən dağılması, bəzi hissələrdə isə suvaq işləri, arakəsmələrin betonla möhkəmləndirilməsi müşahidə edilmişdir. Lakin foto və video görüntülərdə olan zədələrin xarakterinə uyğun olaraq onların yeni (3-4) gün ərzində yaranan zərər olması müşahidə edilməmişdir. Belə ki, çat və dağılmalar olan hissələrin heç birində evdə müşahidə olunmuş zədələr nəticəsində yaranmış qırıntılara, dağılmış, tökülmüş kərpic, beton qırıntıları aparılması müşahidə edilməmişdir. Buradan belə məntiqi nəticə çıxmışdır ki, ya hadisədən sonra evdə təmizlik işi aparılıb, yaxud hadisə iddiaçının qeyd etdiyi tarixdə deyil, başqa tarixdə baş veribdir. Nəzərə alınsa ki, hadisənin baş verdiyi iddia olunan tarixdə iddiaçı həmin ünvanda yaşamamışdır, o zaman orada təmizlik işlərinin aparılması da istisna olunur. Bu isə zərərlərin başqa vaxtda və ya vaxtlarda tədricən baş verdiyi barədə müstəqil ekspertin nəticəsini təsdiq edir, iddiaçı isə həmin hadisələr barədə xəbərdar olsa da, sığortaçıya bununla bağlı məlumat verməmiş, zədələnmiş əmlakın olduğu vəziyyətdə saxlanması, zərərin qarşısının alınması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmişdir. İşə əlavə edilmiş müstəqil ekspert rəyinə əsasən əmlakda zərərin yaranması ilə bağlı təsirlər əmlak tikildiyi andan yaranmış, yaxud baş verməsi zəruri, labüd olmuşdur. Göründüyü kimi, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi daxili divarlarında nəmişlik nəticəsində boya qatının tökülməsi, evin müxtəlif hissələrin çatların yaranması, çiy kərpicdən düzəldilmiş arka hissəsinin qismən dağılması, bəzi hissələrdə isə suvaq işləri, arakəsmələrin betonla möhkəmləndirilməsi müşahidə edilmişdir. Lakin foto və video görüntülərdə olan zədələrin xarakterinə uyğun olaraq onların yeni (3-4) gün ərzində yaranan zərər olması müşahidə edilməmişdir. Belə ki, çat və dağılmalar olan hissələrin heç birində evdə müşahidə olunmuş zədələr nəticəsində yaranmış qırıntılara, dağılmış, tökülmüş kərpic, beton qırıntıları aparılması müşahidə edilməmişdir. Buradan belə məntiqi nəticə çıxmışdır ki, ya hadisədən sonra evdə təmizlik işi aparılıb, yaxud hadisə iddiaçının qeyd etdiyi tarixdə deyil, başqa tarixdə baş veribdir. Nəzərə alınsa ki, hadisənin baş verdiyi iddia olunan tarixdə iddiaçı həmin ünvanda yaşamamışdır, o zaman orada təmizlik işlərinin aparılması da istisna olunur. Bu isə zərərlərin başqa vaxtda və ya vaxtlarda tədricən baş verdiyi barədə müstəqil ekspertin nəticəsini təsdiq edir, iddiaçı isə həmin hadisələr barədə xəbərdar olsa da, sığortaçıya bununla bağlı məlumat verməmiş, zədələnmiş əmlakın olduğu vəziyyətdə saxlanması, zərərin qarşısının alınması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməmişdir. İşə əlavə edilmiş müstəqil ekspert rəyinə əsasən əmlakda zərərin yaranması ilə bağlı təsirlər əmlak tikildiyi andan yaranmış, yaxud baş verməsi zəruri, labüd olmuşdur. Göründüyü kimi, sığorta artıq baş vermiş deyil, gələcəkdə baş verməsi yalnız ehtimal olunan, qabaqcadan proqnozlaşdırıla bilən (lakin dəqiq olmayan) hadisələrə görə sığorta risklərinə təminat verilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” MMC-nin şikayəti üzrə” ##.##.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, sığorta baş verməmiş riskin təminatıdır, artıq baş vermiş bir hadisəyə görə sığorta təminatının alınması sığorta institunun mahiyyətinə və təyinatına uyğun deyildir. İddiaçı ərizəsində cavabdehdən 59400 manat sığorta məbləği, 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət və 275 manat ödənilmiş rüsumu tələb edir. 2000 manat əlavə xərc, 300 manat hüquqi xidmət haqının ödənilməsi barədə sübut məhkəmə informasiya sistemində mövcud olmadığı üçün həmin xərclər sübut edilmir. 59400 manat sığorta məbləğinin tələb edilməsinin isə heç bir hüquqi əsası yoxdur. Belə ki, iş materiallarına əsasən Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi icbari və könüllü əmlak sığortası üzrə sığortalanmışdır. İcbari sığorta üzrə sığorta məbləği 15000 manat, könüllü əmlak sığortası müqaviləsində isə 45000 manat müəyyən edilmişdir. Əmlaka dəyən zərər bərpa dəyəri ilə müəyyən edilməlidir. İddiaçının ərizəsində göstərdiyi 59400 manat bərpa dəyəri ilə bağlı qanunvericiliyin və müqavilə şərtlərinin tələblərinə uyğun deyil və tələb olunan məbləğ heç bir hüquqi və faktiki əsasa söykənmir. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. ##.##.2023 tarixli saat 13:00-da olan baxış zamanı müəyyən edilmişdir ki, Şamaxı rayonu, Ərçiman kəndində torpaq sürüşməsi nəticəsində iki mərtəbəli ev zərər vuruluşdur, binada çatlar əmələ gəlmiş, hazırda əmlak yaşayış üçün təhlükəlidir, siğortalının icbari və könüllü siğortası vardır.

8. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 Şamaxı rayonunun Ərçiman kənd ərazisinin mühəndisi-geoloji şəraiti haqqında ## #### 2023-cü il tarixli arayışına görə vətəndaş X4 tərəfindən daxil olmuş ## ###### 2023-cü il və ## #### 2023-cü il tarixli müraciətlərə əsasən X7 mütəxəssisi Elxan Eminov ## #### 2023-cü il tarixində Şamaxı rayonu, Ərçiman kəndi ərazisinə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Şamaxı-Qobustan sinklinoriumunun hüdudlarında yerləşən kənd ərazisinin geoloji quruluşunda Paleogen yaşlı Maykop lay dəstəsinin süxur kompleksi iştirak edir. Bu süxurlar baxış keçirilən ərazidə Holosen yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Maykop lay dəstəsinin (P3+N11 ) süxurları tədqiqat ərazisində litoloji cəhətcə içərisində gips qırıntıları saxlayan gilli şistlər, qumdaşı, əhəngdaşı, mergel laycıqları olan gillərdən ibarətdirlər. Kəsilişdə gillər üstünlük təşkil edir və ümumi qalınlığı 500 metrdən çoxdur. Holosen yaşlı elüvial-delüvial mənşəli çöküntülərin (edQ4Yhz) tərkibi az miqdarda (10-15%-ə qədər) çaqıl-çınqıl qarışığı olan sarımtılboz rəngli yarımbərk konsistensiyalı ağır gilcələrdən və gillərdən ibarətdir. Ərçiman kəndi rayon mərkəzindən 30-32 km şərqdə, Pirsaat çayın sahilində, mailliyi 12-15° olan ərazidə (40°47'4", 49°37'0l" koordinatlarında) yerləşir. Baxış zamanı müəyyən olunmuşdur ki, X4 məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndisi-geoloji şəraitlə səciyyələnən kənd ərazisində mailli yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesinin baş verməsi müşahidə edilmişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4,4- 11,5 sm) müşahidə edilmişdir.

9. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli, Q-AP-****-**** nömrəli məktubuna görə sığortalıya məxsus olan əmlaka dəymiş zərər şirkətin mütəxəssisləri tərəfindən araşdırılmış və zərər məbləği 3000 manat müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən Sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10.10cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi "Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Həmin Qanunun 23.1.4-cü maddəsinə əsasən sığortaçının sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən etmək, bu məqsədlə ekspertlər dəvət etmək, bunun üçün sığortalıdan və (və ya) sığorta olunandan lazımi məlumatlar almaq hüququ vardır. Şirkət tərəfindən müəyyən edilən qiymətlə razı olmadığından, ona təklif edilən müstəqil ekspertlərin siyahısına əlavələr edilərək onlar tərəfindən əmlakına dəymiş zərərin qiymətləndirilməsi təklif edilir. Sığortalıya təklif edilmişdir ki, o, təklif edilən müstəqil ekspertlərin siyahısından seçim edərək əmlakına dəymiş zərər qiymətləndirildikdən sonra ona sığorta ödənişi həyata keçiriləcəkdir.

10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Ağentliyi “Azkommunlayihə” KLİ-nin ##.##.2023-cü il tarixli Texniki rəyinə əsasən fərdi yaşayış evin texniki vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb Ekologiya və Təbii Sərvətlər Nazirliyi X13 arayışında göstərildiyi kimi sürüşmə-çökmə prosesinin baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir.

11. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2023-cü il tarixli, Q-A-****-**** nömrəli məktubuna əsasən sığortalının ##.##.2023-cü il tarixli müraciəti ilə bağlı sığorta şirkəti tərəfindən araşdırma aparılmış və onun əmlakına dəymiş zərər 3000 manat qiymətləndirilmişdir. Lakin o, sığorta şirkətinin müəyyən etdiyi zərər məbləği ilə razılaşmamışdır. Mülki Məcəllənin 925.3-cü və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunvericiliyin tələbləri nəzərə alınaraq, onun ## ### 2023-cü il tarixli razılıq ərizəsinə əsasən Şamaxı şəhəri, Ərçiman kəndində yerləşən daşınmaz əmlaka dəymiş zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsi təşkil edilmiş və zərər məbləği 5019 manat qiymətləndirilmişdir. Lakin onun ##.##.2023-cü il tarixli müraciətindən məlum olur ki, o, müstəqil ekspert tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrini qəbul etmir. Mülki Məcəllənin 925-1.4-cü maddəsinə görə, müvafiq hallarda sığortalı, sığorta olunan və ya faydalanan şəxs zərərin müstəqil ekspert tərəfindən qiymətləndirilməsinin nəticələrini qəbul etmədikdə, həmin Məcəllənin 925-1.2-ci maddəsinin tələblərinə uyğun olaraq zərərin təkrar qiymətləndirilməsini tələb edə bilər. Mülki Məcəllənin 925-1.2-ci maddəsinə əsasən müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin edilir. Həmin Məcəlləninn 925-1.6.2 maddəsinə görə müstəqil ekspert bu Məcəllənin 925-1.4-cü maddəsinə uyğun olaraq təyin edildikdə zərərin qiymətləndirilməsinə çəkilən xərc qiymətləndirməni tələb edən şəxs tərəfindən ödənilir. Yuxarıda göstərilənləri nəzərə alaraq bildirmişdir ki, sığortalının tələbi ilə təkrar qiymətləndirmə aparıldığı halda müstəqil ekspert üç ekspertin sırasından seçilərək sığortaçı tərəfindən təyin ediləcək və bu zaman zərərin qiymətləndirilməsi ilə bağlı xərclər onun tərəfdən ödəniləcəkdir.

12. Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 ##.##.2024- cü il tarixli, *-**-**/*-***/**** saylı arayışına əsasən X7 Cavabdeh Sığorta Şirkəti tərəfindən daxil olmuş ##.##.2024-cü il tarixli, **** nömrəli məktuba əsasən X7 mütəxəssisi X1 rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi sahədə təbii və texnogen amillərin kompleks təsirindən (əsasən atmosfer çöküntüləri) mürəkkəb geoloji, mühəndis-geoloji şəraitlə səciyyələnən kənd ərazisində maili yamacda ilişmə qüvvəsi zəif və yüksək sukeçiriciliyə malik olan elüvial-delüvial mənşəli çöküntülərin su ilə tam doyması nəticəsində sürüşmə-çökmə prosesi baş vermişdir. Proses nəticəsində tikilinin arxa və ön istinad divarlarında müxtəlif ölçülü çatlar və künc hissələrində aralanmalar qeydə alınmışdır. Bundan əlavə həyətyanı sahədə torpaq qatında tikilinin yan divarına paralel istiqamətdə müxtəlif ölçülü çatlar və pilləli formada oturmalar (4.4-11,5 sm) müşahidə edilmişdir. Fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin hansı vaxtdan baş verməsi ilə əlaqədar sorğuya cavab olaraq bildirilmişdir ki, X7 vətəndaşlar tərəfindən ekzogen geoloji proseslərin baş verməsinin araşdırılması ilə əlaqədar müraciət daxil olduqdan sonra mütəxəssislər tərəfindən həmin əraziyə mühəndis-geoloji baxış keçirilir. Bildirmək istəyirdi ki, X7 Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı tərəfindən daxil olmuş ##.##.2023-cü il tarixli və ##.##.2023-cü il tarixli müraciətlərə əsasən əraziyə vizual baxış keçirilmişdir. Ötən dövr ərzində sözügedən fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. Qeyd etmək lazımdır ki, atmosfer çöküntülərinin təsirindən tikililərin yerləşdiyi sahədə sürüşmə-çökmə hadisəsinin baş verməsi bir çox amillərdən asılıdır. Burada çoxillik atmosfer çöküntülərinin intensivliyi, ərazinin relyefi, geoloji quruluşu və texnogen amilləri göstərmək olar. Tikilinin texniki vəziyyəti (köhnəlmə), standartlara uyğun tikilməsi, digər amillərlə birgə təsirinin qarşılıqlı əlaqəsi və tikilinin yerləşdiyi ərazidə ekzogen geoloji proseslərin dərəcəsi qeyd olunan proseslərin inkişafına təsir edən amillərdəndir. Bu prosesləri yaradan amillərdən asılı olaraq hadisələr qısa və uzun müddətli zaman kəsiyində baş verə bilər. Sözügedən ünvanda təbii və texnogen amillərin təsirindən qeyd olunan proseslərin dinamikasında aktivliyin yüksəlməsi ehtimal olunur. Bundan əlavə, 2014-cü ildə tərtib olunmuş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonu, Ərçiman kəndi daxil edilməmişdir.

13. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış ##.##.2024-cü il tarixli, Q-AP-****-**** nömrəli məktuba əsasən Cavabdeh Sığorta Şirkəti ASC-də “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAT2210234666 sığorta şəhadətnaməsi əsasında sığortalanmış Şamaxı rayonu, Ərçiman kəndində yerləşən əmlakına dəymiş zərər ilə bağlı müraciətdən məlum olmuşdur ki, sürüşmə nəticəsində əmlakda müxtəlif zədələr əmələ gəlmişdir. Şirkət tərəfindən aparılan araşdırma zamanı əmlaka zərər vurulması faktı aşkar edilməmişdir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi X7 tərəfindən ##.##.2024-cü il tarixli, 3-14- 18/2- ***/**** saylı arayışa əsasən Şamaxı rayonu, Ərçiman kənd ərazisində ekzogen geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi sığorta ödənişindən imtina əsası kimi çıxış edir. Beləliklə, sığortalı əmlaka zərər vurulması faktı müəyyən edilmədiyi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisə sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmir və Cavabdeh Sığorta Şirkəti ASC-nin sığorta ödənişi etmək öhdəliyi yaranmadığından sığorta ödənişinin ödənilməsindən imtina edir.

14. Müstəqil ekspert Əhməd Talıblının ##.##.2024-cü il tarixli, FŞ **** nömrəli rəyinə əsasən Şamaxı rayonu, Ərçiman kənd sakini İddiaçı məxsus fərdi yaşayış evinə baxış zamanı məlum oldu ki, tədqiq olunan əmlak iki mərtəbədən ibarət, mişar daşı ilə tikilmiş fərdi yaşayış sahəsidir. Əmlak Pirsaat çayının sahilində maili yamacda yerləşir. Müşahidə zamanı divarlarda çatlar və aralanmaların olduğunu müəyyən etdi. Hidroloji və mühəndis-geoloji araşdırmalarına istinadən aralanmaların, çatların artma və böyümə dinamikası atmosfer çöküntülərinin intensivliyindən, ərazinin relyefindən, geoloji quruluşundan və texnogen amillərdən əmələ gəlməsi mümkündür. Ərazi yaşlı elüvial-delüvial və kollüvial mənşəli çöküntülərlə örtülmüşdür. Şamaxı rayonu Ərçiman kəndi torpaq sürüşməsi (2014-cü ildə tərtib olunmuş ”Respublika ərazisində təhlükəli sürüşmə sahələri”) albomuna daxil edilməsə də, təbii (çökmə suxurlar və çay sahili) və texnogen amillərin təsirindən cüzi sürüşmə və çökmə mütəmadi olduğundan və hal-hazırda da davam etdiyindən belə qənaətə gəlinmişdir ki,, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır. Fərdi yaşayış evi inşaat tikinti normativlərinə əsasən tikilməmişdir, bəzi divarlarda bağlantılar aşkarlanmadı.

15. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, */**** saylı, ##.##.2024-cü il tarixli ekspert rəyinə görə baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X5 “Azkommunlayihə” KLl-nin ##.##.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olundu. Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin qəzalı vəziyyətlə olduğunu, istismarının mümkün olmadığını nəzərə alaraq, həmin fərdi yaşayış evinin bazar dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmadı.

16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli iş üzrə ## ###### 2025ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilməsi, cavabdeh Cavabdeh Sığorta Şirkəti ASCdən iddiaçı İddiaçı xeyrinə 52987 manat sığorta ödənişi, əlavə xərcə görə 2000 manat, hüquqi xidmət haqqı 300 manat və ödənilmiş 275 manat dövlət rüsumunun tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Mədinə Bağırova).

17. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki iş üzrə sığorta obyekti fiziki şəxsin ziyan dəymiş fərdi yaşayış evidir. Yuxarıda göstərildiyi kimi, tərəflər arasında icbari sığorta və əmlak sığortası müqavilələri bağlanmışdır. Müvafiq olaraq, qanunun yuxarıda göstərilən tələblərinə əsasən ziyanın yaranma səbəbinin sığorta hadisəsi kimi tanınması üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun rəhbər tutulması zəruridir. 18. Məhkəmə, bu məsələnin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alıb, ekspertizanın rəyi ilə razılaşaraq hesab etmişdir ki, iddiaçıya məxsus yaşayış evinə sürüşmə-çökmə nəticəsində ziyan dəymişdir. Belə olduğu təqdirdə, cavabdehin evə dəymiş zərərin sığorta müqaviləsində təminat verilən sığorta risklərindən hər hansının baş verməsi nəticəsində yaranmasının müəyyən edilməməsi əsası ilə sığorta ödənişinin verilməsindən imtinası əsassızdır. Beləliklə, həmin mübahisənin yaranma halları öz təsdiqini təqdim olunmuş sübutlarda tapmışdır. Cavabdeh sığorta müqaviləsi üzrə iddiaçıya dəyən ziyanı ödəməlidir, məhkəmə cavabdehin öz öhdəliklərini icra etməkdən yayınmasını, ziyanın ödənilməsinə dair sığorta hüquqlarının pozulması kimi qiymətləndirir, ona görə də, həmin hüquqlar məhkəmə qaydasında müdafiə olunmalıdır. Məhkəmə sığorta ödənişinin məbləği ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfindən daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi ilə iddiaçıya məxsus fərdi yaşayış evi 15000 manat məbləğində və əmlak sığortası şəhadətnaməsi ilə 45000 manat məbləğində sığortalanmışdır. Keçirilmiş ekspertizanın rəyi ilə müəyyən olunmuşdur ki, ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən İddiaçı məxsus Şamaxı rayonu, Ərçiman kəndində yerləşən fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir, ona görə də fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Odur ki, Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara əsasən iddiaçıya məxsus fərdi yaşayış evinin texniki müayinə olunması üçün iddiaçı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Ağentliyi “Azkommunlayihə” KLİ arasında ##.##.2023-cü il tarixli **** saylı müqavilə bağlanmış və texniki müayinə işlərinin dəyəri olan 2000 manat iddiaçı tərəfindən “Azkommunlayihə” KLİ-yə ödənilmişdir (##.##.2023-cü il tarixli mədaxil qəbzi). Məhkəmə hesab etmişdir ki, həmin xərc məbləği də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 883.1, 897.3, 900.1.9, 922.1 və 922.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 121.1 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçı apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin *(***)-**/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin qismən iddianın 6413 manat hissəsində təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə də tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməyən hissəsindən narazıdır. Belə ki, rayon məhkəməsi iddia tələbini 59400 manat deyil, qismən 52987 manat hissəsində təmin edilməsini məhz, ekspert rəyində belə bir evin tikintisinin təqribən 52987 manata başa gələcəyinin göstərməsi ilə əsaslandırmışdır. Qeyd edilməlidir ki, bu kimi yanaşma yanlış və müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi baxımından hüquqa ziddir. Belə ki, birincisi sığortanın predmeti vahid əmlakdır. Ekspert isə rəyində belə bir evin tikintisinin başa gələcəyi təqribi xərclər hesablanmışdır. Ev havada tikilməyəcək ki, axı bunun üçün torpaq sahəsi də lazımdır. Digər tərəfdən ekspert xərcləri sığorta məbləğindən artıq, 80000 manat müəyyən etsəydi, məhkəmə sığorta məbləğini 59400 deyil, 79400 manat müəyyən edib, təmin edəcəkdi? Sığorta haqqı və sığorta məbləği məhkəmə və ya ekspert tərəfindən deyil, sığortaçı ilə sığorta edən arasında müqavilə ilə tənzimlənir və müqavilədə razılaşdırılmış şərtlər əsasında müəyyən edilir. Məhkəmə də mübahisəni həll edərkən, ilk növbədə tərəflər arasında mövcud sığorta müqaviləsinə önəm verməli və iddia tələbini də müqavilə şərtlərinə uyğun həll etməli idi. Odur ki, qətnamənin qismən, iddianın 6413 manat hissəsində təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin həmin hissədə də tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir.

21. Cavabdeh apellyasiya şikayəti verərək, Səbail Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-**/**** saylı qətnaməsini ləğv edilməsi, işi hərtərəfli və tam araşdıraraq yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

22. Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, onun tərəfindən yaşayış sahəsinin yerləşdiyi ərazidə sürüşmə-çökmə prosesinin hansı vaxtdan başlaması ilə bağlı X7 ünvanlanmış sorğuya cavab olaraq, həmin orqan tərəfindən verilən arayışda bildirilmişdir ki: “Şamaxı rayon, Ərçiman kəndi ərazisində yerləşən fərdi tikilinin olduğu ərazidə geoloji proseslərin nə zaman baş verməsinin tarixi barədə məlumat vermək mümkün deyil. 2014-cü il tarixində tərtib edilmiş “Respublika ərazisində təhlükəli sürüşmə sahələri” albomuna Şamaxı rayonunun Ərçiman kəndi daxil edilməmişdir”. Həmçinin arayışda qeyd olunmuşdur ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxarıda qeyd olunanlar onu deməyə əsas vermişdir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın icbari sığortası müqaviləsində və “İcbari sığortalar haqqında” Qanunda təbii fəlakət riskinə təminat verilmişdir. Təbii fəlakət sayılan hallar isə sadalanmışdır (o cümlədən torpaq sürüşməsi). Təbii fəlakət - böyük nisbətdə və ya tamamilə insanların idarəsi xaricində reallaşan, mal və can itkisinə səbəb ola biləcək təhlükəli və ümumiyyətlə böyük diametrli hadisədir. Həmçinin təbii fəlakət baş verdiyi halda müvafiq orqanlar tərəfindən qeydiyyata alınan və araşdırılan təbiət hadisəsidir. Beləliklə, bu da onu deməyə əsas verir ki, iddiaçının qeyd etdiyi hadisə təbii fəlakət hesab edilən torpaq sürüşməsi riski ilə əhatə olunmur, iddiaçı ərizəsində təbii fəlakət baş verməsini qeyd etsə də müqavilə müddəti ərzində həmin ərazidə təbii fəlakət baş verməsi işdə olan sənədlər əsasında sübut olunmur. İddiaçıya məxsus əmlakda sürüşmə və çökmə mütəmadi olduğundan və hal hazırda da davam etdiyindən, mövcud çatlar həmin dövr üçün ani halda yaranmamış və əmlak tikildiyi andan bu faktorların təsirinə məruz qalmışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizası təyin olunmuşdur. Ekspert qərardadda qoyulmuş suallara natamam cavab vermiş, qərardadın 2-ci sualı əmlakın hazırkı vəziyyətdə bazar dəyəri və qalıq dəyərinin müəyyən olunması idi ki, bu sualın cavablandırılması sığorta ödənişinin hesablanması üçün zəruri hesab edilirdi. Məhkəmə iclasında əmlakın qalıq dəyərinin müəyyən olunmasının zəruriliyi vurğulanaraq şifahi vəsatət verilməsinə baxmayaraq vəsatət təmin edilməmişdir. Belə ki, tərəflər arasında bağlanan daşınmaz əmlakın könüllü sığortası qaydalarının 33.1.1-ci maddəsinə əsasən bina (tikili) məhv olduqda (tam dağıntı) - onun bərpa qiyməti sığorta ödənişi hesab olunur. Həmin qaydanın 33.10-cu maddəsinə əsasən, zədələnmiş olsa belə, sığorta hadisəsindən sonra qalan əmlakdan sığortalı imtina edə bilməz. Belə əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Göründüyü kimi, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən yəni 52.987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu halda ekspert əmlakın qalıq dəyərini müəyyən etmədiyinə görə məhkəmə əmlakın tam bərpa qiymətini cavabdehdən tutmuşdur. ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyil. Həmin məbləğin təmin olunması heç bir hüquqi və faktiki əsasa söykənmir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə əhəmiyyətli olan bu hal araşdırılmamış, natamam və qeyri-dəqiq ekspert rəyi mötəbər sübut kimi götürülərək həmin məbləği təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə də təmin olunması, cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən 6413 (altı min dörd yüz on üç) manat (cəmi, (59400 manat + əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu) 61975 (altmış bir min doqquz yüz yetmiş beş) manat) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov)

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2594/2025 tarixli, ##.##.2025-ci il tarixli qərarı ilə cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməklə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ### 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

27. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının apellyasiya şikayətinə əsasən işə baxan apellyasiya məhkəməsi iddianı tam, yəni sığorta müqavilələrində nəzərdə tutulmuş 59400 manat (azadolma məbləği çıxıldıqdan sonra) sığorta ödənişini təmin edərkən qanunvericiliyin göstərilən tələblərini nəzərə almamış, yaşayış evinin həm icbari, həm könüllü sığorta olunmasını, bunların nəticələrinin fərqli tənzimlənməsini diqqətdən qaçırmış, cavabdehin sığorta müqavilələrində müəyyən edilmiş öhdəlikləri yerinə yetirməməsi əsası ilə iddianı tam təmin etməkdə səhvə yol vermişdir. Məhkəmə kollegiyası daha sona qeyd etmişdir ki, iddiaçıya məxsus yaşayış evinin məhvinə səbəb olan torpaq sahəsinin sürüşməsi və çökməsi hadisəsinin sığorta müqavilələrinin qüvvədə olduğu dövr ərzində, yaxud ondan əvvəl baş verməsinin müəyyən olunması mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Bu məsələ ilə bağlı səlahiyyətli dövlət orqanına sorğu verilməsi barədə cavabdeh tərəf vəsatət versə də, apellyasiya məhkəməsi vəsatəti MM-in 924.2-ci və MPM-in 372.2-ci maddələrinə görə təmin etməmiş, bu vəzifənin sığortaçı-cavabdeh tərəfindən yerinə yetirilməli olması və apellyasiya məhkəməsi tərəfindən yeni sübutlar və yeni tələblərin qəbul olunmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə bu məsələdə formal olaraq qanunun normalarına riayət etsə də, həmin halın aşkar edilməsinin iş üzrə həqiqətin müəyyən olunmasında həlledici amil olmasına diqqət yetirməmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, sığortalanmış yaşayış evinin tam məhv olması, bunun nəticəsində iddiaçıya dəyən zərərin məbləğinin müəyyən edilməsi zamanı işə baxan aşağı instansiya məhkəmələri onun sökülərək başqa ərazidə tikilməli olduğuna görə tamamilə dəyərdən düşməsi barədə qənaətə gələrkən söküntüdən sonra qalan tikinti materiallarının və məmulatlarının (divar daşları, dam örtüyü, qapı və pəncərələri və sair) müəyyən dəyərə malik olduğunu, iddiaçının bu əmlakdan imtina etmək hüququnun olmadığını nəzərə almamış, tikinti materiallarının qiymətləndirilərək dəymiş zərərdən çəxılması məsələsini müzakirə etməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Proses iştirakçılarının izahatı

28. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

29. Məhkəmə iclasında cavabdehin nümayəndəsi öz apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. İzahatına əlavə olaraq bildirmişdir ki, dövlət orqanından əldə edilmiş rəsmi cavab məktubuna əsasən heç bir təbii fəlakət hadisəsi baş verməmişdir. İddiaçı müddəti uzadaraq sığortaya müqavilənin bitməsinə bir ay qalmə, yəni 11 ayın sonunda müraciət vermişdir. Həmin evdə müəyyən zədələr var, lakin sığorta müqaviləsindən öncədən olmuş, iddiaçı isə müqavilənin sonuna yaxın müraciət etməklə pul əldə etmək niyyətində olmuşdur. Ödənişin ödənilməsi üçün mühüm olan sığorta hadisəsi, ümumiyyətlə, baş verməmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 885.1. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür. 888.1. Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir. 888.2. Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur. 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. 904.2. Sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir. 906.1. İcbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. 911.1. Sığorta müqaviləsi bağlanarkən sığortalı sığortaçının müstəqil auditor tərəfindən təsdiqlənmiş illik balansı və fəaliyyətinin illik yekunlarına dair maliyyə nəticələri ilə tanış olmaq hüququna malikdir. 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir. 911.3. Eyni sığorta marağı ilə bağlı bir neçə sığortaçı ilə sığorta müqaviləsi bağlayan sığortalı bu barədə sığortaçılardan hər birinə məlumat verməlidir. Həmin məlumatda digər sığortaçının adı və müvafiq sığorta məbləği göstərilməlidir. Tələb edildikdə bu məlumatları təsdiq edən müvafiq sənədlər təqdim olunmalıdır. 914.1. Əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malikdir. 914.2. Sığortaçı sığortalanan əmlakı, həmçinin sığorta risklərini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs, yaxud müstəqil ekspert vasitəsilə qiymətləndirir. 914.4. Sığorta riskinin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 923.2. Sığorta hadisəsinin baş verməsi barədə sığortaçıya məlumat vermiş sığortalı və ya sığorta olunan şəxs, həmçinin faydalanan şəxs bu Məcəllənin 923.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli dövlət orqanlarına həmin hadisə barədə xəbər verməmişdirsə sığortaçı qeyd olunan orqanları bu hadisə barədə dərhal məlumatlandırmalıdır. 923.3. Sığortalı və ya sığorta olunan tərəfindən sığortaçının sığorta hadisəsinin baş verməsi barədə məlumatlandırmasından asılı olmayaraq sığortaçıya bu barədə məlumatlandırılmış səlahiyyətli dövlət orqanı xəbər verməlidir. 923.4. Bu Məcəllənin 923.1-ci maddəsində üzərinə məlumatlandırma vəzifəsi qoyulan şəxslərdən başqa digər şəxslər, o cümlədən səlahiyyətli dövlət orqanları və müvafiq hallarda zərərçəkən tərəfindən də sığorta hadisəsinin baş verməsi haqqında hər hansı vasitə ilə sığortaçıya xəbər verilməsi sığorta hadisəsi barədə məlumatlandırılma hesab edilir. 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3.Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.6. Əmlakın tam məhv olması dedikdə, həmin əmlakın sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin sığorta müqaviləsində müəyyən edilmiş həddən çox olması başa düşülür. 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. 933.1. Sığorta ödənişi aşağıdakılardan hər birinin mövcud olduğu halda həyata keçirilir: 933.1.1. sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi; 933.1.2. sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd; 933.1.3. icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər. 933.2. Bu Məcəllənin 933.1.1-ci maddəsi tibbi sığorta sinfi üzrə sığorta hadisələrinə şamil edilmir. 933.3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş hallarda bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilmir. Sağlamlığa zərər dəyməsi faktının mövcud olduğu hallar istisna olmaqla, könüllü sığorta müqaviləsi üzrə sığorta hadisəsi nəticəsində dəymiş zərərin həcmi bu məqsədlə müvafiq sığorta qaydalarında müəyyən edilmiş həddən az olduqda, həmçinin sığorta hadisəsinin baş vermə səbəbləri və təfərrüatlarının təhrif edilməsi barədə sığortaçıda hər hansı əsaslandırılmış şübhə olmadıqda, sığorta ödənişinin həyata keçirilməsi üçün bu Məcəllənin 933.1.2-ci maddəsində nəzərdə tutulmuş sənəd tələb edilməyə bilər. 935.1. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; 935.1.2. bu Məcəllədə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyəti istisna edən hallardan başqa, sığortalının, müvafiq hallarda zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi; 935.1.3. müqavilə və ya icbari sığorta qanunları ilə hərbi risklərin sığortalanması nəzərdə tutulmadıqda hadisənin baş verməsinin hərbi əməliyyatlar və ya hərbi xarakterli tədbirlər hesab edilən halların nəticəsi olması; 935.1.4. sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görməməsi; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; 935.1.5. zərər dəymiş əmlakın sığortaçıya təqdim edilməsi ilə bağlı bu Məcəllənin 925.5ci maddəsinə riayət edilməməsinin sığortaçını zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum etməsi; 935.1.6. bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması; 935.1.7. əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir. 935.1.8. baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi; 935.1.9. sığorta haqqının növbəti hər hansı bir hissəsinin müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, bu Məcəllənin 903.5-ci maddəsində nəzərdə tutulmuş halda isə sığortaçının müəyyən etdiyi müddətin başa çatmasından 3 gün sonra sığorta hadisəsinin baş verməsi halında sığorta haqqının müvafiq hissəsi ödənilməmiş olduqda; 935.1.10. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda. 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. 935.3. Bu Məcəllənin 935.1.5-ci maddəsində müəyyən edilmiş hallarda sığortaçı zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda belə, aşkar faktlarla sübut olunan həcmdə sığorta ödənişindən imtina edə bilməz.

31. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunun: 36.1. Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi; 36.1.2. məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı; 36.1.3. elektrik naqillərində baş verən qısa qapanma; 36.1.4. buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı; 36.1.9. üçüncü şəxslərin hərəkətləri. 36.2. Bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulanlardan əlavə risklər üzrə sığorta təminatları tərəflər arasında bağlanan könüllü sığorta müqaviləsində müəyyən edilir. 36.1.5. su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma; 36.1.6. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri; 36.1.7. yerüstü nəqliyyat vasitəsinin dəyməsi; 36.1.8. təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

34. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Hazırkı halda iddiaçının apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilməyən hissəsində, cavabdehin apellyasiya şikayətinə əsasən, iddia tələbinin təmin edilən hissəsində yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gələrək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissələrində ləğv edilməli, həmin hissələrdə də iddia tələbi təmin edilməlidir.

37. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1416/2025 tarixli, ##.##.2025-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.

38. Hazırkı işin faktiki hallarına əsasən məhkəmə kollegiyası ilk növbədə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, mülki iş materiallarında olan “Əmlak sığortası Şəhadətnaməsi”ndən “torpaq sürüşməsi” sığorta riski kimi qeyd edilmişdir. Həmçinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.8-ci maddəsinə görə yer sürüşməsi sığorta riski kimi qeyd edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, */**** saylı, ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X5 “Azkommunlayihə” KLlnin ##.##.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Binanın qəzalı vəziyyətə düşməsinə səbəb sürüşmə-çökmə prosesi baş verməsi nəticəsində yaranmışdır. Ərazidə sürüşmə və çökmə prosesi baş verdiyindən fərdi yaşayış evi sökülərək başqa ərazidə tikilməlidir. Göründüyü kimi, əmlakın qəzalı və istismara yolverilməz vəziyyətə düşməsinin məhz sürüşmə nəticəsində baş verməsi ekspert rəyi ilə müəyyən edilir.

39. Cavabdehin digər dəlili isə ondan ibarətdir ki, X7 ünvanlanmış sorğuya cavab olaraq arayışda bildirilmişdir ki, “ötən dövr ərzində fərdi tikilinin yerləşdiyi ünvandan ekzogen geoloji proseslərlə əlaqədar müraciət daxil olmamışdır”. Beləliklə, yuxanda qeyd olunanlar onu deməyə əsas verir ki, fərdi yaşayış evində yaranan çatlar sığorta müqaviləsi qüvvəyə minməmişdən əvvəl mövcud olmuş, fərdi tikili qəzalı vəziyyətdə olmuş və sığortalı tərəfindən sığorta müqaviləsi bağlanarkən sığorta olunacaq obyektin vəziyyəti barədə məlumatlar sığortaçıya bildirilməmişdir.

40. İlk növbədə qeyd edilir ki, yuxarıda adıçəkilən ekspert rəyi ilə hadisənin icbari və könüllü sığorta müqaviləsində qeyd edilən sığorta riski-yəni sürüşmə olması, ona görə də sığorta hadisəsi olması müəyyən edilir.

41. Həmçinin MM-in 935.2-ci maddəsinə görə, bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Bu baxımdan, hətta hadisənin sığorta hadisəsi sayılmaması halında belə, sığortalının yanlış məlumatların verilməsində təqsiri olmadıqda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz. Hazırkı halda isə hadisənin sığorta hadisəsi olması əsaslı qaydada müəyyən edilmişdir. Həmçinin iddiaçının yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsində təqsiri barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut verilməmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçı sığorta məbləğinin ödənilməsi ilə bağlı müraciəti müddətin qutarmasına 1 ay qalmış vermiş və həmin evdə müəyyən çatlar daha öncədən olmuşdur, lakin sığorta hadisəsi nəticəsində yaranmamışdır.

42. Göründüyü kimi hazırkı halda iddiaçı ilə iki fərqli-icbari və könüllü sığorta müqaviləsi bağlanmış. Eyni zamanda hər iki sığorta müqaviləsi həm də eyni sığorta şirkəti ilə bağlanmışdır. Həmçinin o da müəyyən olunmuşdur ki, hər iki sığorta müqaviləsinə görə iddiaçı tərəfindən sığorta haqqı tam olaraq ödənilmişdir. Nəzərə alsaq ki, MM-in 914.1-ci maddəsinə əsasən, əmlak sığortası müqaviləsi bağlayarkən sığortaçı sığortalanan predmetə baxış keçirmək, fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla onu qiymətləndirmək, lazım gəldikdə isə onun həqiqi dəyərini müəyyən etmək məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələblərini nəzərə almaqla müstəqil ekspert təyin etmək hüququna malik olmuşdur. Hazırkı halda bu hüququndan (imkanlarından) istifadə etmədən, iddiaçı ilə iki ayrı sığorta müqaviləsi bağlayan və həmin müqavilələrə əsasən iddiaçıdan sığorta haqlarını qəbul edən cavabdeh sığorta hadisəsi baş verdikdən sonra, həmin hala, yəni sığorta olunan əmlakın sığorta hadisəsindən qabaq qəzalı vəziyyətdə olmasına istinad edə bilməz, istinad etməsi halında isə bu, aşkar hüquqdan sui-istifadə kimi dəyərləndirilməlidir. Halbuki, cavabdehin nümayəndəsi də izahatında bildirmişdir ki, həmin əmlakda əvvəllər də müəyyən zədələr olmuşdur.

43. Cavabdehin apellyasiya şikayətinin digər dəlilində qeyd edilir ki, tərəflər arasında bağlanan daşınmaz əmlakın könüllü sığortası qaydalarının 33.1.1-ci maddəsinə əsasən bina (tikili) məhv olduqda (tam dağıntı) - onun bərpa qiyməti sığorta ödənişi hesab olunur. Həmin qaydanın 33.10-cu maddəsinə əsasən, zədələnmiş olsa belə, sığorta hadisəsindən sonra qalan əmlakdan Sığortalı imtina edə bilməz. Belə əmlakın qalıq dəyəri sığorta ödənişi məbləğindən çıxılır. Göründüyü kimi, əmlak tam məhv olmuş sayıldığı üçün sığorta ödənişindən yəni 52.987 manatdan yerdə qalan qalıq dəyəri çıxılmalı və həmin məbləğ təmin edilməli olduğu halda ekspert əmlakın qalıq dəyərini müəyyən etmədiyinə görə məhkəmə əmlakın tam bərpa qiymətini cavabdehdən tutmuşdur ki, bu, qanunvericiliyə və müqavilə şərtlərinin tələblərinə uyğun deyil. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin dəlilini əsassız hesab edir.

44. Belə ki, cavabdehin istinad etdiyi həmin qaydaların 33.1.5-ci maddəsinə görə, əgər bərpa xərcləri qalıq dəyəri ilə birlikdə köhnəlmə nəzərə alınmaqla sığortalanmış əmlakın həqiqi dəyərini aşırsa, bu, əmlakın tam məhv olması kimi qiymətləndirilir. Qaydaların 33.1.6-cı maddəsinə görə, əgər sığortalanmış əmlakın bərpa xərcləri qalıq dəyəri ilə birlikdə onun zədələnməmiş həqiqi dəyərini aşmırsa, bu, həmin əmlakın zədələnməsi və ya qismən məhv olması kimi qiymətləndirilir. Hazırkı halda, ƏN Məhkəmə Ekspertizası Mərkəzinin 10/4961, */**** saylı, ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, baxış zamanı əldə olunmuş və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə X5 “Azkommunlayihə” KLlnin ##.##.2023-cü il tarixli Texniki rəyinin məlumatlarına əsasən qeyd olunur ki, fərdi yaşayış evinin vəziyyəti qəzalıdı, istismarı yolverilməzdir və bərpası mümkün deyildir. Göründüyü kimi, hazırkı əmlakın baş vermiş sığorta hadisəsi nəticəsində tam qəzalı və istifadəyə yararsız olması müəyyən edildiyindən, Qaydaların 33.10-cu bəndi isə zədələnmiş əmlakı nəzərdə tutduğundan cavabdehin həmin bəndə istinad etməsi əsassızdır. Eyni zamanda qeyd edilməlidir ki, əmlak tam yararsız olduğundan onun qalıq hissələrinin cavabdeh tərəfindən götürülməsindən imtina edilməməlidir.

45. İddiaçı tərəfin apellyasiya şikayətinin dəlili sığorta hadisəsi nəticəsində cavabdehdən tutulmalı məbləğin tərəflərin icbari və könüllü siğorta müqaviləsində razılaşdırdıqları sığorta ödənişi əvəzinə, ekspert rəyi ilə Şamaxı rayonu, Ərçiman kəndi ərazisində yerləşən fərdi yaşayış evinin yenidən inşası zamanı görülməli olan işlərin dəyərinin mövcud orta bazar qiymətlərinə uyğun olaraq təqribən 52987 manat məbləğinə əsasən müəyyən edilməsi ilə bağlıdır.

46. Hazırkı halda iddiaçı iddia tələbinin əsası kimi məhz icbari və könüllü sığorta müqavilələrinə istinad etmiş, məhz həmin müqavilələrdə müyyən edilmiş siğorta hadisəsi baş versə də, cavabdeh tərəfindən müqavilə üzrə ödəməyi öhdəsinə götürdüyü, lakin ödəmədiyi siğorta ödənişinin cavabdehdən tutulmasını xahiş etmişdir. Göründüyü kimi, mübahisə müqavilə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində yaranmışdır. Belə olan halda, baş vermiş hadisənin məhz müqavilələrdə müəyyən edilən sığorta hadisəsi olmasını müəyyən etmiş rayon məhkəməsinin, tərəflərin həmin müqavilələrdə müəyyənləşdirdiyi sığorta ödənişi yerinə, ekspert rəyində fərdi yaşayış evinin tikintisi üçün müəyyən edilmiş məbləğ həddində iddia tələbini təmin etməsi düzgün olmamışdır. İddiaçı cavabdeh tərəfindən müqavilə öhdəliklərinin yerinə yetirilmədiyi üçün məhkəməyə müraciət etmişdir, müqavilə öhdəliyinin pozulduğunu müəyyən edən məhkəmə isə iddia tələbini əsaslı hesab edirsə, həmin öhdəliyin yerinə yetirilməsini təmin etməlidir. Rayon məhkəməsinin ekspert rəyinə əsasən sığorta ödənişini müəyyən etməsi həm də ona görə əsaslı deyildir ki, əmlak bazarında tikililərin və tikiliyə sərf olunan tikinti materiallarının qiyməti mütəmadi olaraq dəyişir. Demək ki, hazırkı halda sığorta ödənişinin həcminin istinad olunan ekspert rəyinə əsasən müəyyən edilməsi aşkar əsassız olmuşdur.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin edilməli, cavabdehdən 6.413 manat iddiaçının xeyrinə tutulmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

48. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə mütəxəssis rəyinin alınmasına görə iddiaçı tərəfindən ödənilmiş 1000 manat məbləğində pul isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

qət etdi:

İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbi həmin hissədə də təmin edilsin. Cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən 6.413 (altı min dörd yüz on üç) manat (cəmi, (59.400 manat+əlavə xərcə görə 2000 (iki min) manat, hüquqi xidmət haqqı 300 (üç yüz) manat və ödənilmiş 275 (iki yüz yetmiş beş) manat dövlət rüsumu) 61.975 (altmış bir min doqquz yüz yetmiş beş) manat) və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 138 (yüz otuz səkkiz) manat dövlət rüsumu iddiaçı İddiaçı xeyrinə tutulsun. Cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin, qətnamə onun şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Mütəxəssis rəyinin əldə olunmasına görə ödənilmiş 1000 manat məbləğində pul cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar