Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6818/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı “ pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1855/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1855/2024 saylı qətnaməsinə əsasən iddia təmin edilərək, Cavabdeh xx.xx.2022-ci il tarixli, Y/87 nömrəli müqavilə üzrə yaranmış 72092 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 307 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir. Cavabdeh qanuni nümayəndəsi Nümayəndə qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən Cavabdeh qanuni nümayəndəsi Nümayəndə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1855/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh qanuni nümayəndəsi Nümayəndə şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sonradan Cavabdeh qanuni nümayəndəsi Nümayəndə elektron formada ərizə ilə məhkəməyə müraciət edərək, e-2(004)- 1855/2024 saylı, xx.xx.2024-cü il tarixli Yasamal Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətinin üzürlü səbəbdən buraxılmış hesab edərək, müddəti bərpa edib, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etmiş, ərizəyə apellyasiya şikayətini əlavə etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1855/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1855/2024 saylı qətnaməsindən Cavabdeh qanuni nümayəndəsi Nümayəndə tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizənin təmin edilməməsi, apellyasiya şikayəti və ona əlavə olunan sənədlər geri qaytarılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1, 133.2, 133.3, 133.5, 133.6, 360, 363.1.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, mülki işin materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1855/2024 saylı qətnaməsi rəsmi olaraq 28 iyun 2024-cü il tarixdə Cavabdeh məxsus elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh qanuni nümayəndəsi Nümayəndə tərəfindən apellyasiya şikayəti 30 iyul 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-1855/2024 saylı qətnaməsindən vaxtında məlumatlı olmuş, səlahiyyətli nümayəndə tərəfindən qətnamədən apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddət buraxıldıqdan sonra verilmişdir. Ərizəçi müddətin üzrlü hesab edilmə səbəbini qətnamənin gec oxunması ilə əlaqələndirir. Məhkəmə bununla bağlı qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)- 1855/2024 saylı qətnaməsi 28 iyun 2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Həmin gün məhz yekun məhkəmə qərarının çıxarılması və nəticəsi (iddianın təmin edilməsi) ilə tərəf məlumatlandırılır. (Bu barədə tərəfin kabinetinə məlumat daxil olur). Tərəfin kabinetə yerləşdirilmiş sənədi nə vaxt oxuması isə onun seçimidir. Bu baxımdan, hazırkı halda qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməməlidir. müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Apelyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi: Cavabdeh həmin qərardaddan şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin sözügedən qərardadının ləğv olunmasını və buraxılmış prosessual müddətin üzürlü hesab edilərək, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinə baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 267.1, 267.2, 267.3, 268.1, 269, 396-cı maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə tərəfindən prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən şikayəti təmin edilməmişdir. Bundan sonra tərəfindən yenidən Apellyasiya şikayətin müddətin bərpası ilə birlikdə verilməsi üçün Ədliyyə Nazirliyinin qaynar xəttinə dövlət rüsumunun yenilənməsi ilə əlaqədər müraciət olunmuşdur və dövlət rüsumunun yenilənməsi bir qədər vaxt aparmışdır. Məhz buna əsasən Bakı Apellyasiya Məhkəməsinin qərardadı l8.09.2024-cü il tarixdən elektron məhkəmə sisteminə əlavə edilərək, tərəfindən müddətin bərpası və Apellyasiya şikayəti ilə yalnız 16 oktyabr 2024-cü il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə müraciət edilmişdir. Tərəfindən e-2(004)-1855/2024 saylı qətnamədən apellyasiya şikayətin verilərək, prosessual müddətindən cəmi 2 gün gecikdirilmişdir. Bunuda bildirmək istəyir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi elektron kabinetə 28 iyun 2024-cü il tarixdə məhkəmə tərəfindən yerləşdirilmişdir. Tərəfindən isə həmin qətnamə ilə rəsmi 01 iyul 2024-cü il tarixdə tanış olaraq, rəsmi oxunmuş statusuna keçmişdir. Yəni bu kimi halı nəzərə alınsa, ümumiyyətlə, bu kimi fakt müddətin ötürülməsi kimi sayılmır və tərəfindən verilmiş apellyasiya şikayətin prosessual müddəti ötürülməmiş sayılacaqdır. Halbuki, qərardadda belə 1 ay müddətin ötməsi ilə əlaqədər, yani qətnamənin elektron məhkəmə sisteminə yerləşdirilmiş gündən və ya oxunma statusu düşən gündən prosessual müddətinin başlanılması barədə hansı qanunvericiliklə tənzimlənməsi barədə göstərilməyibdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1855/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 128-146, 357, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Üzrlü səbəblərdən müddətlərin ötürülməsi subyektiv cəhətdən sübuta yetirirmək vəzifəsinə müvafiq obyektiv mənada öz təsdiqini tapmalıdır. Qeyd edilənlər baxımından ərizəçinin dəlilləri özünə münasibətdə əsaslı hesab edilsə də, dəqiq təqvim tarixi ilə hərəkətin edilə biləcəyi vaxt sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün üzrlü səbəbləri barədə sübutedici dəlillər müzakirəyə təqdim edilməmişdir. Qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixdə qətnaməni əldə edən (etməli olan) ərizəçi tərəfindən müddətin bərpası barədə ərizə və apellyasiya şikayəti məhz ərizənin zamanında verilməməsi, onun qaytarılması qərardadından şikayət verilməsi və onun nəticələrindən sonra xx.xx.2024-cü il tarixində verilmişdir. Bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1855/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6818/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6818/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver