Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6821/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3nə qarşı üçüncü şəxs X7 cəlb edilməklə əmlakın qiymətləndirilməsi haqqında hesabatın və hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında xx.xx.2018-ci il tarixli hesabatın və Respublika Xammal və X9 və daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin 63/04 saylı, xx.xx.2018-ci il tarixli açıq hərracın nəticələri haqqında Protokolun və onun nəticələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsi xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsində onun adına qeydə alınmış və bu barədə adına həmin qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli. Seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Məlumat üçün bildirir ki, həmin torpaq sahəsi ilk dəfə xx.xx.2016-cı il tarixdə həmin idarə tərəfindən adına qeydə alınmış, sonradan həmin torpaq sahəsi tərəfindən xx.xx.2016-cı il tarixdə üçüncü şəxs X1. Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə ünvan 1 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə X7 arasında bağlanılaraq xx xxxx 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən X4 adına verilmiş xx xxxx 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi, X4 İddiaçı qızına 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi X7 ilə İddiaçı arasında xx xxxx 2016-cı il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən 0.05 hektar torpaq sahəsinin X4 xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsi bağlanmış hesab edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra aidiyyati üzrə icra edilməsi üçün Cavabdeh3nə göndərilmişdir. Üçüncü şəxs X4 xeyrinə yüklü edilmiş mülkiyyətində olan həmin 0.05 hektar torpaq sahəsinin qiymətləndirilməsindən şifahi məlumatı olsa da, hərracın keçirilməsindən ümumiyyətlə xəbəri olmamışdır. Bu barədə onun yalnız bir neçə ay bundan əvvəl üçüncü şəxsə olan borcunu ödəməklə bağlı Cavabdeh3nə dəvət olunan zaman xəbəri olmuşdur və bundan sonra o, ərizə ilə cavabdeh şöbəyə müraciət edərək torpaq sahəsinin qiymətləndirilməsi və hərrac vasitəsi ilə üçüncü şəxsə satılması ilə bağlı görülmüş icra hərəkətləri barədə sənədlərin ona verilməsini xahiş etmiş və bundan sonra Cavabdeh3 icra hərəkətləri barədə bəzi sənədlərin surətlərini ona göndərmişdir. Cavabdeh3 tərəfindən müraciəti əsasında ona göndərilmiş sənədlər arasında icra hərəkətləri barədə aidiyyatı təşkilatlara ünvanlanmış məktubların surətinin onun da ünvanına göndərilməsi göstərilsə də, həmin məlumatların heç biri ona göndərilməmiş və iddiaçı həmin məktubları almamışdır. Yalnız əmlakın hərracda satılması barədə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə ünvanlanmış 2/1305 saylı xx.xx.2018-ci il tarixli məktubun surətini almışdır. Həmin sənədlərdən məlum olmuşdur ki, qətnamənin icrası mərhələsində Cavabdeh3 3/16 saylı, xx.xx.2018-ci il tarixli sifarişi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən xx.xx.2018-ci il tarixli №-li əmlakın qiymətini müəyyən etmək üçün hesabat tərtib olunmuş, həmin hesabata əsasən torpaq sahəsinin həmin günə ilkin qiyməti 18000 manat müəyyən edilmiş və həmin torpaq sahəsinə baxış zamanı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin aşkar olunduğu, qiymətləndirmə zamanı yalnız torpaq sahəsinin qiymətləndirilməsi qeyd edilmişdir və həmin fərdi yaşayış evinin bir neçə tərəfdən fotoşəkli çəkilərək hesabata əlavə olunmuşdur. Bildirir ki, həmin 0.05 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi tərəfindən inşa edilmişdir və torpaq sahəsi mülkiyyətində olmuşdur. Göründüyü kimi həmin yaşayış evi ona məxsus olduğuna görə həmin evə onun mülkiyyət hüququ gözlənilin mülkiyyət hüquqdur. Lakin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş hesabatda qiymətləndirilən torpaq sahəsində yaşayış evinin olmasını qeyd etsə də, yaşayış evi məhz həmin torpaq sahəsi üzərində yerləşdiyindən torpaq sahəsinin yaşayış evi ilə birlikdə də qiymətini müəyyən etməmişdir. Ona görə də hesab edir ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli hesabat etibarsız hesab edilməlidir. Torpaq sahəsi qiymətləndirildikdən sonra Cavabdeh3 tərəfindən icra hərəkətləri üzrə sifarişçi olmasına baxmayaraq həmin torpaq sahəsi üzərində yaşayış evinin mövcud olmasına və onun faktiki olaraq həmin evdə yaşamağına münasibət bildirmədən, həmin torpaq sahəsi özgəninkiləşdirildikdə yaşayış evinin müqəddəratının necə həll olacağı, yəni torpaq sahəsi başqasına satılarsa yaşayış evinin necə həll olacağını aydınlaşdırılmadan torpaq sahəsini üçüncü şəxsə təklif etmiş, tələbkar borcun əvəzinə həmin torpaq sahəsini almaqdan imtina etmişdir. Üçüncü şəxs torpaq sahəsini almaqdan imtina etdiyinə görə Cavabdeh3 2/1305 saylı, xx.xx.2018-ci il tarixli torpaq sahəsinin hərracda satılmasına dair Sifarişi icra olunması üçün cavabdeh Respublika Xammal və X11 və daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinə göndərmişdir. Həmin sənədlərdə cavabdeh tərəfindən ilk hərracın keçirilməsinin nəticələri barədə ümumiyyətlə heç bir rəsmi məlumat yoxdur və bundan onun xəbəri olmamışdır Cavabdehin Cavabdeh3nə surətlərinin isə tərəflərə “ünvanladığı” 01/3399 saylı, xx.xx.2019-cu il tarixli məktubunda (ikinci abzas) göstərilir ki, Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun 43-cü maddəsinin müvafiq bəndlərinə uyğun olaraq bildirilir ki, ipoteka qoyan və ipoteka saxlayana hərracın baş tutmadığı haqda kütləvi informasiya orqanları vasitəsi ilə məlumat verilmişdir. Məhkəmə qərarını yekunlaşdırarkən ondan xahiş olunur ki, ipoteka saxlayana ipoteka haqda qəbul etdiyi son qərarla hərrac təşkilatını tanış edəsiniz. Göründüyü kimi yuxarıda qeyd etdiyim qanunların tələblərinə uyğun olaraq hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərilir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Yalnız hərrac baş tutulmamış hesab edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Cavabdeh Ağdaş İcra və Probasiya şöbəsinin ona təqdim etdiyi sənədlərdən belə görünür ki, hərracın təşkilatçısı qanunda nəzərdə tutulmadığı halda üçüncü hərracı keçirmiş və bu hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ipoteka qoyan kimi iddiaçını ən geci 30 gün qabaqcadan xəbərdar etməmiş, ona yazılı bildiriş göndərməmiş, hərrac onun iştirakı olmadan keçirilmişdir. Belə ki, cavabdeh Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə X3 Ceyhun Rza oğluna, Cavabdeh3nə və İddiaçı ünvanlanmış 01/2802 saylı xx.xx.2018-ci il tarixli açıq hərrac keçirilməsinə dair 02 saylı bildirişdən məlum olur ki, hərracın keçirilməsi xx xxxxxxxx 2018-ci il tarixə təyin edilmişdir. Hərraca çıxarılan əmlakın ilkin satış qiyməti 18000-15%= 15300 manat olmuşdur. Cavabdeh Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinnin 01/3398 saylı, xx.xx.2018-ci il tarixli məktubundan məlum olur ki, ipoteka ilə yüklənmiş Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 saylı ünvanda yerləşən 0.05 hektar torpaq sahəsinin satılınası ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Cavabdeh Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi həmin məktubunda hərracların keçirilməsini xüsusi ilə qeyd etmişdir. Cavabdeh Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinnin Cavabdeh3nə ünvanladığı 01/3841 saylı xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, 2/1306 saylı, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən X8 məxsus Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14-də yerləşən 0.05 hektar torpaq sahəsi 11475 manala tələbkar X7 əldə etmişdir. İddiaçıda olan məlumata görə axırıncı keçirilmiş hərracdan sonra üçüncü şəxs X7 0.05 hektar həyətyanı torpaq sahəsi DƏDRX-nin 17 saylı Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında adma qeydə alınmışdır və bu barədə ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktublardan məlum olur ki, cavabdeh Respublika Xammal və X11 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindənipoteka qoyulmuş 0.05 hektar torpaq sahəsinin satılması ilə bağlı üç dəfə hərrac keçirilmişdir ki, bu da qanunla yolverilməzdir. Bir daha bildirir ki, həmin hərracların keçirilməsindən ipoteka qoyan şəxs kimi onun xəbəri olmamışdır. Cavabdeh Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən ipoteka ilə yüklü edilmiş 0.05 hektar torpaq sahəmin satılması ilə bağlı təşkil etdiyi açıq hərraclar barədə bildirişləri qanunla müəyyən olunmuş müddətdə və qaydada iddiaçıya göndərmədiyi və qanuna zidd olaraq 3 dəfə hərac keçirməklə ipoteka qoyan şəxs kimi onun hüquqlarını pozması Mərkəz tərəfindən xx xxxxxxx 2018-ci il tarixdə keçirilən hərracın və onun nəticələri haqqında 63/04 saylı protokolunun və protokolun nəticələrinin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia əsaslı olduğundan təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işə çox səthi baxmış, iddia ərizəsinə əlavə etdiyi iş üçün mühüm əhəmiyyəti olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Keçirilmiş hərracdan onun xəbəri olmamış, hərracların keçirilməsi ilə bağlı ona qanunla müəyyən olunmuş qaydada və müddətdə rəsmi bildiriş göndərilməmiş, nəticədə keçirilmiş hərraclar barədə tərəf kimi onun iştirak təmin edilməmişdir. Bütün bunları o, sorğu əsasında Cavabdeh3ndən əldə edərək idida ərizəsinə əlavə etdiyi halda, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində onun hərracın keçirilmə yeri və vaxtı barədə bildirişlə məlumatlandırıldığı göstərilmişdir. Məhkəmə tərəfindən həmin məlumatların rəsmi qaydada ona verilməsini təsdiq edən sənədlər cavabdehdən tələb edilməmişdir. Həmin bildirişlərin onun tərəfindən alınmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Qətnamədə maddi və prosessual hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-607/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-3712/2019 saylı qətnaməsi qismən, “hərracın nəticələri haqqında protoklun etibarsız hesab edilməsi” barədə tələbin rədd edildiyi hissədə ləğv edilməsi, iddianın həmin hissədə təmin edilməsi, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(102)- 2937/2020 saylı qərarı ilə X2 şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(103)-607/2020 saylı qətnaməsi “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini mübahisələndirilən hissədə müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilərək, iddianın həmin hissədə təmin edilməsini xahiş etdi. Cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC, Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi, Cavabdeh3, üçüncü şəxs X5 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçının izahatını dinləyib, mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan Ağdaş rayon İcra Hakimikyyətinin Başçısının Pirəzə kənd inzibati ərazi dairəsi üzrə nümyəndəliyinin xx.xx.2019-cu il tarixli 233№-li arayışından görünür ki, İddiaçı Ağdaş rayon Pirəzə kəndində anadan olub, hazırda həmin kənddə qeydiyyatdadır. İş materiallarında olan AN-İ ******* nömrəli xx.xx.2016-cı il tarixli Daşınmaz Əmlakın Alğı-Satqı Müqaviləsinin notarial qaydada təsdqlənmiş surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı X7 arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsini X4 mülkiyyətinə keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli notarial qaydada təsdiqlənmiş çıxarışdan müəyyən olunur ki, Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14 ünvanında yerləşən ümumi sahəsi 0.05 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ ilə xx.xx.2017-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan Cavabdeh3 xx.xx.2018-ci il tarixli 2/1305 saylı məktubu ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nə İş materiallarında olan Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(014)-2201/2017 saylı icra sənədinin icrası ilə əlaqədar əmlakın hərracda satılmasına dair sifariş məktubu göndərilmişdir. Məktubun surəti məlumat üçün X7, İddiaçı göndərilmişdir. İş materiallarında olan Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2018-ci il tarixli, 01/3399 saylı məktubundan görünür ki, 2/1306 saylı, xx.xx.2018cı il tarixli sifariş məktubuna əsasən ipoteka ilə yüklənmiş Ağdaş şəhəri Azadlıq küç., 1/14 saylı ünvanda yerləşən 0.05 ha t/sahəsinin satılması ilə bağlı mövcud qanunvericiliyə üyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2018-ci il tarixli nömrəsində elan dərc edilmişdir. İş materiallarında olan Cavabdeh3 xx.xx.2018-ci il tarixli, təklif məktubundan görünür ki, icra işinin icrası ilə əlaqədar ünvan 1-də yerləşən 0.05 ha torpaq sahəsi X6 təklif edilmişdir. İş materiallarında olan Respublika Xammal və X9 və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin Cavabdeh3nə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Azərbayçan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə, “İcra Haqqında” Azərbayçan Respublikası Qanununun 53.2, 61 və 62 maddələrinə və “ipoteka Haqqında” Azərbayçan Respublikası Qanununun 43.7 maddəsinə uyğun olaraq xx.xx.2018-ci il tarixdə Sizin təqdim etdiyiniz sifarişə əsasən auksion mərkəzi tərəfindən hərrac keçirilmişdir. 2/1306 saylı, xx.xx.2018ci il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus ünvan 1 -də yerləşən 0,05 ha torpaq sahəsi 11 475(on bir min dörd yüz yetmiş beş) manata tələbkar X7 əldə edilmişdir. İş materiallarında olan hərracın yekunları barədə xx.xx.2018-ci il tarixli, 63/04 saylı protokoldan görünür ki, İddiaçı məxsus ipoteka predmeti Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14-də yerləşən 0.05 ha torpaq sahəsini ilkin satış qiyməti “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı qiymətlə 11475 manata tələbkar əldə etmişdir. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 189 №-li əmlakın qiymətinin müəyyən edilməsi üçün hesabatdan görünür ki, Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14-də yerləşən 0.05 ha torpaq sahəsinin satış qiyməti 18000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Ağdaş rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(014)- 2201/2017 saylı qətnaməsi ilə ünvan 1 saylı ünvanda yerləşən 0.05 hektar həyətyanı torpaq sahəsinə dair İddiaçı ilə X7 arasında bağlanılaraq xx xxxx 2016-cı il tarixdə Ağdaş rayon notariat kontorunda rəsmiləşdirilmiş AN-İ, ******* saylı “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən X4 adına verilmiş xx xxxx 2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, X4 İddiaçı qızına 13500 manat məbləğində borc verməsi barədə aralarında borc müqaviləsi bağlanması, borc müqaviləsinin təminatı kimi X7 ilə İddiaçı arasında xx xxxx 2016-cı il tarixdə İddiaçı mülkiyyətində olan ünvan 1-də yerləşən 0.05 hektar torpaq sahəsinin X4 xeyrinə yüklü edilməsi barədə ipoteka müqaviləsinin bağlanmış hesab edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 416-cı və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə hərracın keçirilməsinin ümumi qaydaları müəyyən edildiyi halda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu ilə borcun ipoteka predmetinə yönəldilməsi məqsədilə keçirilən hərracın xüsusiyyətləri nəzərə alınmaqla qaydalar müəyyən edilmişdir. “İpoteka haqqında” Qanunun 41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, hərracın təşkilatçı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayanla ipoteka qoyan arasında müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.6-cı maddəsinə əsasən, təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən, bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Sadalanan xüsusatlara və qanunvericilik normalarına əsasən, kollegiya belə qənaətə gəlir ki, ipoteka predmeti olmuş Ağdaş şəhəri, Azadlıq küçəsi, 1/14-də yerləşən 0.05 ha torpaq sahəsinə tutmanın yönəldilməsi məqsədilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən keçirilmiş hərracın etibarsızlığı üçün hər hansı bir əsaslar yoxdur. Belə ki, hərrac təşkilatçısı olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qanunun tələblərinə riayət edilməklə xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən hərraclarla bağlı ipoteka saxlayana, ipoteka qoyana məlumat verilməsi istiqamətində tədbirlər görüldüyü, həmçinin kütləvi informasiya vasitələrində elanların dərc edildiyi iş materiallarında olan sənədlərlə sübut olunur. Bununla da, mübahisəsiz qaydada təsdiq olunur ki, hərracın təyin olunması və keçirilməsindən ipoteka qoyan və ipoteka saxlayanın kifayət qədər məlumatı olmuşdur. F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxxxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Göründüyü kimi, xx.xx.2018 və xx.xx.2018-ci il tarixlərdə keçirilən hərraclarla bağlı həm bildiriş, həm də kütləvi informasiya vasitələrində məlumat dərc edilməklə tərəflər məlumatlı olmuşlar. Qeyd olunanlara əsasən kollegiya iddiaçının iddia tələbini mübahisələndirilən hissədə əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası əsaslı olduğu üçün, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(005)-3712/2019 saylı qətnaməsi mübahisələndirilən- “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin “açıq hərracın nəticələri haqqında” 63/04 saylı, xx.xx.2018-ci il tarixli protokolunun etibarsız hesab edilməsinin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6821/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6821/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver