Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6828/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 333 manatın tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh məhkəməyə apellyasiya şikayəti ünvanlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-12094/2021 saylı qərardadı ilə apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi əsası ilə apellyasiya qeyri-mümkün hesab edilərək, apellyasiya şikayəti geri qaytarılmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı ilə Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyi əsası ilə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-2110/2022 saylı qərardadı ilə Cavabdeh şikayəti təmin edilməyərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)- 720/2021 saylı qərardadından şikayətlə məhkəməyə müraciət etmiş, eləcə də, məhkəməyə prosessual müddətin bərpasına dair ərizə ünvanlamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət və prosessual müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinədən verilən apellyasiya şikayətinə baxılaması üçün müəəyn edilmiş prosessual müddətin ötürülməsi səbəblərini üzürlü hesab etməklə müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini və həmin mülki işin apellyasiya məhkəməsinə göndərilməsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103) -3438/2022 saylı qərardadla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətin qeyri-mümkün hesab edilməsi və mülki işin apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bu apelyasiya qərardadı Cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinin Hakimi Mədinə Bağırovanın xx.xx.2021-ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə şamil oluna bilməz. Bu qətnamədən verilmiş şikayətə apellyasiya qaydasında ayrıca baxılmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin mübahisələndirdiyi Səbail Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya instansiyası tərəfindən qiymət verilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-2110/2022 saylı qərardadı ilə qeyd olunan qərardad dəyişdirilmədən saxlanılmışdır. Həmçinin Cavabdeh məhkəməyə prosessual müddətin bərpası barədə ərizə ünvanlasa da, həmin ərizə ilə məhkəmənin hansı qərarı üzrə prosessual müddətin bərpasını xahiş etdiyi məlum deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2(009)- 720/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6828/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6828/2022
05.10.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver