Məhkəmə qərarları › İş №2(103)-6829/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6829/2020

04.11.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6829/2020 04.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmaib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X22, Cavabdeh X16, Cavabdeh R.Cəbrayılovun nümayəndəsi X17 və vəkili X18 iştirakı ilə, Bakı şəhəri Yasamal RayonMəhkəməsinin 2(004)-2566/2019 saylı, 29may 2019-cu iltarixliqətnaməsindən cavabdeh R.Cəbrayılov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Kontoruna, X6, X11 və X7 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 7 saylı yaşayış evinin mərhum X1nun mülkiyyətində olan 1/6 hissəsinin 1/36 hissəsinə X8 adına verilmiş xx xxxxxx 2016-cı il tarixli qanuni vərəsəlik haqqında şəhadətnamənin etibarsız sayılması, atasının mülkiyyətində olan 1/6 hissədə miras payın 3 vərəsə - İddiaçı, X13 və X16 arasında bərabər bölüşdürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. (İddia ərizəsi dəqiqləşdirilmişdir.) Cavabdeh X14 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 tərəfindən mirasın faktiki qəbul edilmiş hesab edilməsi və miras əmlakın 4 vərəsə arasında bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal RayonMəhkəməsinin 2(004)-2566/2019 saylı, 29may 2019-cu iltarixliqətnaməsi ilə ilkin iddia təmin, qarşılıqlı iddia isə rədd edilmişdir. Cavabdeh R.Cəbrayılov apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, o, mərhum X1nun yeganə oğlu, birinci dərəcəli dörd varisindən biridir. Bundan əlavə, o qeyd etmişdir ki, atasının vərəsələrindən biri, onun ikinci nikahdan olan – atasının maddi və mənəvi şəkildə yanında olan – həyat yoldaşıdır. Cavabdehin atası vəfat etdikdən sonra o, ailəsi və mərhum atasının həyat yoldaşı ilə birlikdə bir ilə qədər müddətdə Bakı şəhəri, Qədirli küçəsindəki 8 saylı evin atasına məxsus olan hissəsində yaşamış, o cümlədən, evin kommunal xərclərini şəxsən ödəmiş, lakin bununla bağlı məhkəməyə sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11966/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh R.Cəbrayılov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(004)-2566/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh R.Cəbrayılov tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11966/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh R.Cəbrayılovun nümayəndəsi N.Cəbrayılova apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh R.Cəbrayılovun vəkili R.Babazadə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh Z.Cəbrayılova apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi, eyni zamanda, iş vərəq səhifə 263-də olan ərizənin onun tərəfindən yazılmadığını, cavabdeh R.Cəbrayılovun vəkili R.Babazadənin vəkilinin təklifi ilə onu imzaladığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili H.Abuzərov apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında cavabdeh Z.Cəbrayılovanın adından həmin məhkəməyə göndərilmiş ərizəyə əsaslanaraq apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmişdir. Ali Məhkəmədə sübutların təqdim edillməsi qanunla nəzərdə tutulmadığı halda, məhkəmə həmin ərizədə göstərilənlər əsasında qərar qəbul etmişdir. Həmin ərizədə cavabdeh Z.Cəbrayılova guya ki, atasının ölümündən dərhal sonra cavabdeh R.Cəbrayılova atasına məxsus üzüyü verdiyini bildirsə də, o nə iddia ərizəsində, nə də ki, həmin vaxta kimi olan məhkəmə icaslarında bu barədə izahat verməyib.Cavabdeh Z.Cəbrayılova mirasın qəbulu ilə bağlı notariusa müraciət edəndə də R.Cəbrayılovu vərəsə kimi göstərməyib. Z.Cəbrayılova həmin ərizədə, apellyasiya məhkəməsində ona danışmağa imkan verilmədiyini qeyd etsə də, həmin vaxt protokola qeyd barədə ərizə də verməmişdir. Hesab edir ki, bütün bunlar sonradan düşünülmüş və uydurulmudur. Eyni zamanda, Ali Məhkəmə həmin qərarında iddiaçının da miras əmlakı 4 ay 20 gün sonra, yəni üç ay müddəti ötürməklə qəbul etdiyini bildirmişdir. Halbuki, iddiaçının cavabdehlər Bakı şəhəri 12 saylı Notariat Kontoru və qeyrilərinə qarşı “mirasın qəbul etmə müddətinin uzadılması” barədə iddia tələbi Bakı şəhər Yasamal Rayon Məhkməməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, həmin qətnamə Ali Məhkəmənin 2(102)-7098/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxx 1981-ci ildə anadan olmuşdur, atası X5r, anası X10r. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx xxxxx 1984-ci ildə anadan olmuşdur, X1dur, anası X10r. Ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. xx.xx.2019-cu il tarixli AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, xx.xx.2002-ci il tarixdən X16 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən ünvan 2 mənzil 43 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 12 saylı notariat ofisi tərəfindən X6 və İddiaçı Cavaşir qızına ünvanlanmış məktubdan görünür ki, mərhum X2 1-ci növbəli 4 vərəsəsi (3 övladı və həyat yoldaşı) vardır və onların hər birinə bərabər payda, yəni ¼ hissədə pay verilməlidir. Bu səbəbdən onlara 1/3 hissədə pay verilməsi mümkün deyildir və eyni zamanda, xx xxxxxx 2016-cı ildə mərhumun həyat yoldaşı X16 digər vərəsə (ümumlikdə 4) barədə məlumat verməyərək 1/3 hissədə pay almışdır və həmin həmin vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi səlahiyyətlərinin xaricində olduğunu bildirmişdir. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işinə əsasən, xx xxx 2016-cı il tarixdə X9 ərizə ilə Bakı şəhər 12 saylı Notariat Kontoruna müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işinə əsasən, xx xxxx 2016cı il tarixdə X14 ərizə ilə Bakı şəhər 12 saylı Notariat Kontoruna müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işinə əsasən, xx xxxxxx 2016-cı il tarixdə X16 ərizə ilə Bakı şəhər 12 saylı Notariat Kontoruna müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işinə əsasən, xx xxxxxx 2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə ölmüş X2 vərəsəsi həyat yoldaşı X16 – miras qalmış ünvan 5 ünvanda yerləşən mənzildən 1/36 hissədə pay almışdır. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işində olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X16 xx xxxx 1992-ci il tarixdə nikaha daxil olmuşlar. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası X12r. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işində olan xx.xx.2001-ci il tarixli, FM seriyalı, 006056 nömrəli qeydiyyat vəsiqəsininsurətindən görünür ki, ünvan 7 saylı mənzilin 1/6 hissəsi X2 xüsusi mülkiyyətindədir. Bakı şəhər 12 saylı Notariat Kontorunun 2V-133 nömrəli işində olan xx.xx.2016-ci il tarixli Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən verilmiş arayışın surətindən görünür ki, X2 ünvan 7 saylı ünvanda yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 1/12 hissədə daşınmaz əmlakın dövlət reyetsrində 232h/e nömrəli reyestr kitabının 15064 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7098/18 saylı qərarı ilə müəyyən olunur ki, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(004)-5047/2017 saylı qətnaməsi ilə İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna və üçüncü şəxslər X14 və X11 qarşı mirası qəbul etmə müddətinin bərpa edilməsi tələbinə dair iddiası təmin edilərək, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə 2(103)-11347/2017 saylı mülki iş) iş üzrə Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli, 2(102)-1888/18 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 3-cü şəxs X8 apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7098/18 saylı qərarı ilə müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarında kassasiya şikayəti veriləndən sonra X8 adından Ali Məhkəməyə xx.xx.2020-ci tarixdə daxil olmuş ərizədə qeyd edilmişdir ki,... mən X16 mərhum X2 ikinci nikahdan həyat yoldaşıyam. O 2015-ci ilin dekabr ayının 21- də vəfat etmişdir. Onun qanun üzrə birinci növbəli 4 vərəsəsi var. Cəbrayılov Ramil mərhum həyat yoldaşımın birinci nikahdan olan oğludur. Həyat yoldaşımın birinci nikahdan üç övladının olmasına baxmayaraq, onunla əlaqə saxlayan, xəstə yatdığı və müalicə olunduğu dövrdə yanında olub onun maddi-mənəvi əziyyətini çəkən, eləcədə yas mərasiminin bütün xərcini çəkən və onun vəfatından sonra ondan miras qalan evi təmir edən yalnız oğlu Cəbrayılov Ramil olmuşdur. X21 uzun müddət xəstə yatdığı üçün ona məxsus ev baxımsız, az qala uçulub- töküləcək vəziyyətdə idi. Onun yas mərasimini (yeddisini) verəndən bir neçə gün sonra Ramil evin təmirinə başladı. Çünki qırx mərasimini ev şəraitində verəcəkdik, ev isə qeyd etdiyim kimi pis vəziyyətdə idi. Mən belə tezliklə təmir işlərinin aparılmasına razı olmasam da, Ramil mənimlə razılaşmadı. Hətta məni qınadı ki, qohum əqrabadan, dosttanışda eyibdir. Axı kimi inandırmaq olar ki, atam özü sağlığında evin təmirinə razı olmayıb. O qırx mərasiminə kimi tanış ustalara evi təmir etdirdi, eləcə də evin yerləşdiyi həyət-bacanı qaydasına saldırdı və darvazanı belə yenisi ilə əvəz etdirdi...”. Həmin ərizədə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsində onun fikrinin bildirilməsinə imkan verilməmişdir (i/v səh. 263). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehR.Cəbrayılov şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kasassiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir. Hazırkı halda Məhkəmə Kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarındakı göstərişləri Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olmasına dair hüquqi mövqeyi kontekstindən nəzər alır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş üzrə apellyasiya məhkəməsinin əvvəlki qətnaməsini ləğv etmiş Ali Məhkəmə xx.xx.2020-ci il tarixli qərarında göstərmişdir ki, iddiaçıX13 miras əmlakın qəbul olunması ilə əlaqədar Notariat Kontoruna xx.xx.2016-cı il tarixdə, yəni vərəsəlik açıldıqdan 4 ay 20 gün sonra ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Yəni həmin vərəsə miras əmlakın qəbulu müddətini ötürmüşdür. Buna görə apelyasiya instansiyası məhkəməsinin çıxarmış olduğu qətnamə ilə həmçinin R.Cəbrayılova münasibətdə Mülki Məcəllənin 6.1.1-ci maddəsinin tələbləri baxımından mülki hüquq subyektlərinin bərabərliyi prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7098/18 saylı, xx xxxxxx 2018-ci il tarixli, qərarından müəyyən olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri 12 saylı Notariat Kontoruna və üçüncü şəxslər X14 və X11 qarşı mirası qəbul etmə müddətinin bərpa edilməsi tələbinə dair iddiası Yasamal Rayon Məhkəməsinin 2(004)- 5047/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə təmin edilərək, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət uzadılmışdır. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisələndirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-7098/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə qanuni qüvvəsini almışdır (i/v səh. 13-15). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qeyd edilən Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Qeyd olunan normalardan göründüyü kimi qanunvericilikdə miras əmlakın qəbulunun aşağıda göstərilən 2 (iki) forması nəzərdə tutulmuşdur. - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmə barədə ərizə vermək; (mirasın qəbul edilməsinin formal üsulu) - əmlaka sahiblik etmək və ya əmlakı idarə etməyə faktiki başlamaq. (mirasın qəbul edilməsinin qeyri-formal üsulu) Göründüyü kimi mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özünün də 2 (iki) növü var. - miras əmlaka faktiki sahiblik etmək; - miras əmlakı faktiki idarə etmək. Miras əmlaka faktiki sahiblik etmək konkludent hərəkətlərdə ifadə olunur, yəni belə hərəkətlər vərəsənin mirası qəbul etmək niyyətini açıq-aşkar bəlli edir, göstərir, təsdiqləyir. (vərəsənin miras qoyanın yaşadığı evə köçməsi, miras qoyanla birlikdə yaşayan vərəsənin həmin mənzildə yaşamaqda davam etməsi, vərəsənin miras qoyana məxsus əşyalardan faktiki istifadə etməsi, miras qoyana məxsus əşyaları özünün yaşadığı mənzilə aparması və s. kimi hərəkətlər buna misal ola bilər.) Miras əmlakı faktiki idarə etmək isə vərəsənin miras əmlaka özünkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verən hərəkətlərin edilməsində ifadə olunur və bu hal bir qayda olaraq, vərəsənin həmin əmlaka yiyələnməsindən sonra baş verir (miras qoyanın əmlakını lazımi vəziyyətdə saxlamaq, miras qoyanın əmlakını təmir etdirmək, miras əmlakla bağlı vergi, sığorta haqqı ödəmək və s. kimi hərəkətlər buna misal ola bilər). Kollegiya qeyd edir ki, işin müəyyən olunmuş bu faktiki hallarına əsasən birinci instansiya məhkəməsi iddiaçı mərhum atasının vəfatından sonra atasından qalmış mirası faktiki olaraq qəbul edərək, idarə etməsinə dair sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin, miras açıldığı gündən altı ay ərzində bu barədə notariat kontoruna ərizə ilə müraciət etmədiyindən, həmçinin miras əmlakın qəbulu müddətini üzrlü səbəbdən buraxmasına dair də məhkəməyə müraciət etmədiyindən qarşılıqlı iddia tələbinin təmin etməməkdə haqlı olmuşdur. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Beləliklə, Məhkəmə kollegiyası bildirir ki, cavabdeh R.Cəbrayılov tərəfindən qarşılıqlı iddia tələbi üzrə əsaslı, şübhədənkənar, təkzibedilməzliklə bağlı tələblərə cavab verən sübutlar məhkəməyə təqdim edilmədiyindən apellyasiya şikayəti təmin edilə bilməz. Nəticə: Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X14tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal RayonMəhkəməsinin 2(004)-2566/2019 saylı, 29may 2019-cu iltarixliqətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdeh özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar