Məhkəmə qərarları › İş №2(103)-6840/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6840/2023

27.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6840/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2511/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ **********38610 “Samsung Galaxy S21 Ultra Dual” markalı telefon, “Samsung” markalı şarj cihazı üçün 1.688,66 (bir min altı yüz səksən səkkiz manat altmış altı qəpik) manat ödənilməmiş hissə, 168,34 (bir yüz altmış səkkiz manat otuz dörd qəpik) manat cərimə olmaqla, cəmi 1.857 manat borc və 38,57 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2511/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək Cavabdeh 1.688,66 (min altı yüz səksən səkkiz manat altmış altı qəpik) manat əsas borc, 10 (on) manat cərimə borcu olmaqla, cəmi 1.698,66 (min altı yüz doxsan səkkiz manat altmış altı qəpik) manat borc və 36,98 (otuz altı manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2511/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2511/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 363.1.1-1 və 363.1.5-ci maddələrinin tələblərinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verildikdə və ya “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, yəni şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Cavabdeh şikayəti ümumi məzmunda tərtib etmiş, qərardad çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin verilməsi zamanı Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilmədiyindən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2511/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş şikayətlərin cavabdehlərə geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2511/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət cavabdehə geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar