Məhkəmə qərarları › İş №2(103)-6846/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6846/2020

13.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6846/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və X1 ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Rəşad Əliyevin iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair 2(011)-1341/2020 nömrəli mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış 456,11 manat məbləğində borcun, quraşdırılmış sayğacın dəyərin əvəzi olan 235,88 manat borcun silinməsini və borca görə qanunsuz olaraq tutulmuş 105,68 manat məbləğində pulun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə şəxsi iddiaçı yaşadığı ünvan 1 Sərdarov küçəsi), ev 31 ünvanında quraşdırılmış qaz sayğacının yoxlanması üçün Dövlət Neft şirkəti Cavabdeh əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunaraq istifadəsində olan Smart tipli “İTRON G-4” markalı, 1202AQ**********1 saylı qaz sayğacı çıxarılaraq yoxlanılmış yerinə yeni “İTRON G4” markalı 1402AZ**********36 saylı qaz sayğacı quraşdırılmışdır. Həmin vaxt hər hansı bir müdaxilənin və ya borcun olduğu ona bildirilməmişdir. Sözügedən qaz sayğacı babası Əhməd Yaqubzadənin adına olsa da, babası artıq uzun müddətdir ki, vəfat etmişdir. O, hal-hazırda həmin ünvanda daimi olaraq yaşayır, təbii qazdan istifadə edir və qaz sərfiyyatına görə ödəniş həyata keçirir. 2018-ci ildən etibarən smart qaz kartına qazın sərfıyyatı üçün pul yüklədiyində smart qaz kartına yüklədiyi puldan borca çıxıldığını görmüşdür. Məsələnin araşdırılması üçün Cavabdehnə müraciət etdiyində orada məlum olmuşdur ki, ona 561,72 manat (beş yüz altmış bir manat yetmiş iki qəpik) məbləğində borc hesablanmışdır. Həmin borcların mənşəyi barədə aktları tələb etdiyində Cavabdehndə sistemdə heç bir sənədin olmadığı bildirilmişdir. Ona heç bir akt və ya rəy təqdim edilməmiş, nə də onların mövcudluğu barədə məlumat verilməmişdir. Buradan da görünür ki, 557,72 manat (beş yüz əlli yeddi manat yetmiş iki qəpik) məbləğində borc hər hansı bir əsası olmadan yaranmışdır. Bu borcların mənşəyi yoxdur. Təqdim edilmiş borca dair çıxarışa əsasən, Cavabdeh İB tərəfindən ona 2012-ci ilin avqust ayında 301 manat (üç yüz bir), 2012-ci ilin dekabr ayında 188,80 manat (bir yüz səksən səkkiz manat, səksən qəpik) məbləğində borc yazılmışdır. Halbuki həmin dövrdə onun mənzilində, ümumiyyətlə, qaz sayğacı olmamış və ona hər hansı borcunun olması barədə xəbərdarlıq edilməmişdir. Borca dair çıxarışdan belə məlum olur ki, 02.2016-cı il tarixdə də ona 72 manat (yetmiş iki) məbləğində borc hesablanmışdır. Beləliklə, ümumilikdə onun 561,74 manat (beş yüz altmış bir manat, yetmiş dörd qəpik) məbləğində borcu olmuşdur. Daha sonra 2018-ci ilin yanvar ayından etibarən bu günə qədər smart kart hesabına etdiyi hər ödənişdən həmin borca görə ödənişin 80 faizi həcmində tutulmalar aparılmış və bugünkü tarixə, ümumilikdə, 136 manat (bir yüz otuz altı) məbləğində ödənişin 105,68 (bir yüz beş manat altmış səkkiz qəpik) məbləğində hissəsi borca görə tutulmuşdur. Nəticədə bugünkü günə cari borcu 456,1 1 manat (dörd yüz əlli altı manat on bir qəpik) təşkil edir. Bunlar borca dair çıxarışda öz əksini tapmışdır. Borcunun 489,80 (dörd yüz səksən doqquz manat səksən qəpik) məbləğində hissəsi 2012-ci ildə hələ sayğac mövcud olmadığı dövrdə yazılmışdır. Nə sayğac quraşdırılarkən, nə də xx.xx.2015-ci il tarixdə sayğaca baxış keçirilərkən ona bu barədə xəbərdarlıq edilməmişdir. Bu qədər borcun sonradan qəflətən yaranması özü-özlüyündə absurdur. Onun tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, qaz sayğacı quraşdırılmış və tərəfindən vaxtı-vaxtında sərf edilmiş qazın dəyəri qisimində pulu ödənilmişdir. Bununla əlaqədar olaraq, Smart qaz kartına yüklənən ödənişlərin 80 faizinin qanunsuz olaraq borca görə tutulması onların maddi durumuna uyğun deyildir, soyuq aylarda qazdan istifadələri məhdudlaşdırılır. Bu səbəbdən qanunsuz tələb olunan borc pulun siliməsi, borca görə tutmaların dayanması üçün bir tək ədalət mühakiməsini həyata keçirən məhkəməyə ümidi qalır. Azərbaycan Respublikasının vətəndaşı kimi Konstitusiya hüquqlarını kobud surətdə Cavabdeh tərəfindən pozulmuşdur. Bütün yuxarıda göstərilənləri əsas götürərək, onun qanunsuz olaraq tələb olunan cari 456,11 (dörd yüz əlli altı manat on bir qəpik) məbləğində borcun, eyni zamanda yeni quraşdırılmış sayğacın dəyəri əvəzi olan 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) məbləğində pulun silinməsini və borca görə tutulmuş 105,68 manat (bir yüz beş manat altmış səkkiz qəpik) məbləğində pulun qaytarılmasını məqsədə müvafiq hesab edir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 Sərdarov küçəsi), ev 31 ünvan (Abonent kodu: **********00000) üzrə İddiaçı hesablanmış 456,11 (dörd yüz əlli altı manat on bir qəpik) manat məbləğində borcun və ünvan 1 Sərdarov küçəsi) ünvan üzrə İddiaçı sayğacın dəyərinə görə hesablanmış 235,88 (iki yüz otuz beş manat səksən səkkiz qəpik) manat məbləğində borcun silinməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bildiririk ki, məsələyə hüquqi qiymət verilərkən yalnız "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13.8-ci maddəsinin, Qaydaların 4.9-cu (zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) istehlakçının vəsaiti hesabına qaz payiayıcısı tərəfindən həyata keçirilir) bəndinin rəhbər tutulması, neqativ halların qarşısının alınmasına və ədalətli qiymətləndirilməsinə imkan yaratmır. Belə kı, ıddıalarımızn böyük əksəriyyətində qaz sayğacına müdaxilə nəticəsində dəymiş ziyanın ödənilməsi tələb olunsa da hakimlər qaz sayğacına müdaxilə olunmasında istehlakçının təqsiri subuta yetirilmədiyi üçün qaz paylayıcısının iddialarını təmin etmirlər. Lakın məlumdur ki, təqsirli tərəfin müəyyən edilməsi ilə əlaqədar təhqiqatın aparılması Cavabdeh funksiyalarına aid deyil. Əsasən qaldırılmış iddiaların mahiyyəti sayğaca müdaxilədə təqsirli tərəfin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması deyil (təbii bu da vacibdir), təsbitlənmiş (foto şəkillər, sayğacın dövlət yoxlanılmasının rəyi, protokollar, aktlar və s.) müdaxilə nəticəsində qeyri-qanuni faydalanan istehlakçılar tərəfindən zərər çəkmiş dövlət müəssisəsi olan qaz paylayıcısına dəymiş küllü miqdarda ziyanın ödənilməsidir. Bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyri-qanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici' meyar - faydalanan və zərərçəkən tərflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Təsadüfü deyil ki. 'Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair X2”nin Tədbirlər Planının 4.1.4.-cü bəndində "Yığım səviyyəsinin maksimuma çatdırılması və təbii qazdan qanunsuz istifadəyə qarşı cərimələrin tətbiqinin nəzərdən keçirilməsi” təsbit olunub Bu tədbirlər enerji resurslarından səmərəli istifadənin təmin edilməsinə və itkilərin qarşısının alınmasına, azaldılmasına yönəlibdir. Məhkəmə mövcud qətnaməni qəbul edərkən mülki iş üzrə heç bir ekspertiza keçirmədən, təqdim olunmuş aktların iştirakçılarını məhkəməyə dəvət etmədən, qaz sayğacına edilmiş müdaxilə rəyini tədqiq etmədən hesablanmış məbləğin silinməsi qənaətinə gəlmişdir. Borcun silinməsinin əsaslarını isə öz qətnaməsində açıqlamamışdır. Bu isə mülki işə qeyri-obyektiv baxılmasının bariz göstəricisidir. Apelyasiya baxışında cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iddiaçının yaşadığı ünvan 1 Sərdarov küçəsi), ev 31 ünvanında quraşdırılmış qaz sayğacı xx.xx.2015-ci il tarixdə çıxarılaraq, yerində “İtron G-4” tipli sayğac quraşdırılmışdır. Cavabdeh İB tərəfindən tərtib olunan xx.xx.2019-cu il tarixli sənədə əsasən, iddiaçının adına qeydiyyatdan keçmiş **********00000 saylı abonent kodu üzrə qaz sərfiyyatına görə borcu 456,11 manat təşkil edir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, və 4.9-cu bəndlərini, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı, xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən,qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır. İddiaçının təqsirinin müəyyən edilmədiyini nəzərə alaraq, zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməlidir. Belə olan halda, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanması sübuta yetirilmir. Bundan başqa, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımır. Beləliklə, iddiaçının ünvanı üzrə qaz sayğacının dəyişdirilməsinə görə hesablanmış sayğacın dəyəri üzrə borcun və qaz sərfinə görə iddiaçıya hesablanmış borcun silinməsi hissələrində iddianın təmin edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh İB-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1341/2020 nömrəli mülki iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar