Məhkəmə qərarları › İş №2(103)-6849/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6849/2020

23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6849/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi İddiaçı “xxxxxxxxxxx” MMC-nin nümayəndəsi Xanlarov Səbuhi Hüseyn oğlunun, cavabdeh Aslanov Fuad Qasım oğlunun iştirakları ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin cavabdeh Aslanov Fuad Qasım oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC cavabdeh Aslanov Fuad Qasım oğluna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********16155 olan “Samsung Galaxy A6” markalı telefon üçün 684 manat ödənilməmiş hissə, 68 manat cərimə olmaqla, cəmi 752 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97654 olan “Samsung Galaxy A6” markalı telefon üçün 788 manat ödənilməmiş hissə, 78 manat cərimə olmaqla, cəmi 866 manat; ümumilikdə 1.618 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1.648 manat pul vəsaitinin cavabdeh Aslanov Fuad Qasım oğlundan iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Fuad Aslanov ilə iddiaçı “xxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan İMEİ kodu **********16155 olan “Samsung Galaxy A6” markalı telefon və İMEİ kodu **********97654 olan “Samsung Galaxy A6” markalı telefon almış, nəticədə 1.618 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 960 manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********16155 olan “Samsung Galaxy A6” markalı telefon üçün 752 manat olmaqla, həmin məbləğdən 684 manat ödənilməmiş hissə, 68 manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 960 manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********97654 olan “Samsung Galaxy A6” markalı telefon üçün 866 manat olmaqla, həmin məbləğdən 788 manat ödənilməmiş hissə, 78 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 448 manat təşkil edir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvimgününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh öhdəliklərini vaxtında və tam şəkildə icra etmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini belə əsaslandırmışdır ki, onda tələb olunan borc məbləğləri şişildirmiş, həmçinin birinci instansiya məhkəməsi ölkədə pandemiyaya görə işinin itirmiş olmamasını nəzərə almayaraq qanunsuz qətnamə çıxarmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. “xxxxxxxxxxx” MMC-nin kollegiyanın iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin əsassız olduğunu bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına görə, cavabdeh Aslanov Fuad Qasım oğlu ilə iddiaçı «xxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh iddiaçıdan İMEİ kodu **********16155 olan «Samsung Galaxy A6» markalı telefon və İMEİ kodu **********97654 olan «Samsung Galaxy A6» markalı telefon almış, nəticədə 1.618 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğısatqı qiyməti 960 manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********16155 olan «Samsung Galaxy A6» markalı telefon üçün 752 manat olmaqla, həmin məbləğdən 684 manat ödənilməmiş hissə, 68 manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 960 manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********97654 olan «Samsung Galaxy A6» markalı telefon üçün 866 manat olmaqla, həmin məbləğdən 788 manat ödənilməmiş hissə, 78 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 448 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində irəli sürülən, borcun məbləğinin şişirdilməsi arqumenti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyasına bu arqumentinin yoxlanılmasına əsas verəcək heç bir sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2cimaddəsinəəsasən, məhkəməyalnıztərəflərintəqdimetdiklərisübutlarıaraşdırmalıvəonlardanistifadəetməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apellyatorun irəli sürdüyü, maddi vəziyyətinin pisləşmiş olması arqumenti ilə bağlı kollegiya qeyd edir ki, bu hal iddiaçı qarşısında yaranmış öhdəliklərindən onu azad etmir. Beləliklə kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3461/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar