Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6849/2022 21.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Elmar oğlunun, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3na qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi, mirasın faktiki qəbul edilməsi tələbinə dair ərizəsi, iddia tələbinin artırılmasına dair ərizə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 qalmış ev müxəlləfatı predmetləri 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsinə və bununla da onun tərəfindən miras qalmış «VAZ-21154» markalı 90GU165 dövlət qeydiyyat nişanlı avtomobilin də qəbul edilmiş hesab edilməsinə; Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsinə; cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında «VAZ- 21154» markalı 90GU165 (indiki 99UB568) dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək xx.xx.2018-ci il tarixdə vəfat etmiş X1 qalmış ev müxəlləfatı predmetləri 1 ədəd «İndezit» markalı soyuducu, 1 ədəd «Samsunq» markalı paltaryuyan maşın, 1 ədəd «Samsunq» markalı televizor, 1 ədəd «Mitsubişi» markalı kondisioner, 1 ədəd yataq, 1 ədəd dolab, 1 dəst divar mebeli, 1 ədəd servant, 1 ədəd mətbəx masası, 6 ədəd mətbəx oturacağı, çoxlu sayda müxtəlif kitablar və mətbəx ləvazimatları olan miras əmlakın İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməsi; Cavabdeh1 Cavabdeh3 tərəfindən verilmiş 11 oktyabr 2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və bunun əsasında verilmiş 11 oktyabr 2021ci il tarixli, AD626433 saylı qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi; iddianın qalan hissədə rədd edilməsi; iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 5 (beş) manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı tərəflər məhkəməyə barışıq sazişi təqdim etdilər. Barışıq sazişinin predmetinə görə: Cavabdeh1 hər ay 500 manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manatı İddiaçı ödəməyi öhdəsinə götürür. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 Elmar oğlu və Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda barışıq sazişinin bu şərtlərlə təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən, ... tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı və Cavabdeh1 arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Əvvəla ona görə ki, iddiadan imtina edilməsi ilə məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilmələri fərqli prosessual institutlardır. Düzdür, hər ikisi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa məhkəmə belə hərəkətləri qəbul etmir. Bu hallar olmadıqda isə hər ikisinin nəticəsində işin icratına xitam verilməklə məhkəmə qətnaməsi ləğv edilməlidir. Lakin hazırki iş üzrə tərəflər xüsusi olaraq iddialarından imtina etmir, mübahisəni barışıq sazişi bağlamaqla qurtarmaq istəyirlər. Məhkəmə də iddiadan imtinanı deyil, tərəflərin barışıq sazişini təsdiq etməsi yaxud etməməsi barədə qərardad çıxarmalıdır. Çünki, qeyd olunduğu kimi, tərəflər xüsusi olaraq iddialarından imtina etmir. Mübahisə predmeti ilə bağlı mübahisəni məhz bu vasitə ilə yekunlaşdırmaq istəyirlər. İkincisi, hər hansı şəxsin məhkəmədə iddia qaldırmaq və məhkəmə müdafiəsindən istifadə etmək hüququ heç bir halda məhdudlaşdırıla bilməz. Tərəflərin mübahisə predmeti ilə bağlı yaxud digər mübahisə üzrə bir-birinə qarşı bilavasitə və dolayısı yolla iddia qaldırmayacaqlarını öhdələrinə götürməsinə dair barışıq sazişində şərt göstərmələri də bu hüquqların məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Bununla yanaşı, bu şərtin barışıq sazişində göstərilməsinə də əsas və zərurət yoxdur. Çünki, onsuzda eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək, əgər səhvən iş icraata qəbul edilsə belə hakim iş üzrə icraata xitam verəcəkdir(MPM. m. 153.2.2, 261.0.2). Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 52.5, 191.1, 191.2, 261.0.5, 263, 264, 370, 400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: İddiaçı və Cavabdeh1 təqdim etdiyi barışıq sazişinin aşağıdakı şərtləri təsdiq edilsin: Cavabdeh1 hər ay 500(beş yüz) manat olmaqla, cəmi 1500 (bir min beş yüz) manatı İddiaçı ödəməyi öhdəsinə götürür. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-355/2021 saylı, 01 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6849/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6849/2022
21.11.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver