Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6861/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X2, Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Pilot İnşaat-A” MMC ilə Cavabdeh arasında bağlanmış 06QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh mülkiyyətində olan “Badi-Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin texniki pasportuna əsasən dəqiq sahəsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azəraycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli “Bakı Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarına əsasən, adları göstərilən rayonlarının ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcud şəhərsalma normalarına cavab verməyən, uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş və ya qəzalı binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə yaşayış binaların tikilməsinə tikinti şirkətləri cəlb olunması rayon icra hakimiyyətlərinə tapşırılmışdır. Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 208 saylı, 03 noyabr 2016-cı il tarixli “yaşayış və qeyri-yaşayış binalarının layihələndirilməsi haqqında” sərəncamı ilə İddiaçı MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova, Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yerləşən torpaq sahəsində olan yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi torpaq sahəsi icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilmişdir. İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun, Şamil Əzizbəyov, Salatın Əsgərova və Mərdanov qardaşları küçələrinin kəsişməsindəki məhəllədə yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililəri sökülərək yerlərində müasir hündürtmərtəbəli 7 girişli 4 binanın tikintisinə başlanılmış, o cümlədən, İddiaçı MMC ilə Cavabdeh arasında 06QYS saylı, xx.xx.2018-ci il tarixli müqavilə imzalanmış və müqavilənin 1.1.1-ci bəndinə görə Cavabdeh ünvan 1 ünvanında yerləşən 108,0 kv.m qeyri-yaşayış sahəsini sökülmək üçün İddiaçı MMC-yə təhvil verir, əvəzinə həmin ünvanda inşa edilən 130,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi verilir. Daha sonra, həmin Müqavilənin 1.1.3-cü bəndinə əsasən 130,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinin 27,0 kv.m-dan ibarət sahəsinin dəyəri 110 000 manat məbləğində pul verilmişdir. Cavabdeh yuxarıda göstərilən qeyri-yaşayış sahəsi ilə bağlı mülkiyyət hüququ haqqında” şəhadətnamə təqdim etmiş və həmin şəhadətnamədə “BadiKubə kiçik müəssisəsinin tikiş sexinin əmlakı qeyd edilsə də, lakin şəhadətnamədə əmlakın sahəsi barədə heç bir məlumat yoxdur. Müvafiq sənədlərə baxış keçirilərkən bəlli olmuşdur ki, Cavabdeh mülkiyyətində olan “Badi-Kubə kiçik müəssisəsinin texniki pasportu iş materiallarında mövcud deyildir. Bununla Cavabdeh şifahi və yazılı şəkildə müraciətlər edilmiş, lakin qeyriyaşayış sahəsinin texniki pasportunu təqdim etməkdən imtina etmişdir. Hətta AR ƏMDK-nə müraciət edilsə də, verilən cavabda bildirilmişdir ki, yalnız əmlakın mülkiyyətçisinə müvafiq cavab veriləcəkdir. Bundan əlavə, Cavabdeh nümayəndəsi X10 'Pilot İnşaat-A” MMC-nin rəhbərliyinə bildirmişdir ki, “Badi-Kubə kiçik müəssisəsinin digər payının sahibi olan qohumu X1 etibarnamə üzrə nümayəndəsi X4 onların etibarından sui-istifadə edərək, onlara məxsus sahəni öz adına çıxmış və İddiaçı MMC tərəfindən ödənilən kompensasiyanın böyük hissəsini özünə götürmüş, eyni zamanda təmir məsələsində onları müəssisənin texniki pasportu isə X3 olmuşdur. Hazırki vəziyyətdə belə anlaşılır ki, Cavabdeh ilə cəmiyyətin əvvəlki rəhbərliyi arasında bağlanmış müqavilədə qeyri-dəqiqliyə yol verilmiş, Cavabdeh mülkiyyətində olmuş “Badi-Kubə kiçik müəssisəsinin sahəsi düzgün müəyyən edilməmiş, nəticədə İddiaçı MMC-yə küllü miqdarda ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh İddiaçı MMC-yə qarşı dəymiş ziyanın əvəzinin ödənilməsi, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, ilk iddianı rədd edərək və qarşılıqlı iddianı təmin edərək, cavabdeh “Pilot İnşaat-A» MMC ilə aralarında bağlanmış 26 yanvar 2018ci il li 06QYS saylı müqavilənin tələblərinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 111.500 (yüz on bir min beş yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmin müqavilə üzrə cavabdehin ona təhvil verdiyi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahənin hündürlüyü hesabına hündürlüyün bölünməsi nəticəsində tikilmiş, tikinti layihəsində nəzərdə tutulmayan, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “Pilot İnşaat-A" MMC ilə aralarında bağlanmış 26 yanvar 2018-ci il tarixli 06QYS saylı müqavilənin 1.1.2 və 1.1.3-cü bəndlərinin tələblərinə görə, tikinti şirkəti, yəni hazırkı qarşılıqlı iddia üzrə cavabdeh olan “Pilot İnşaat-A" MMC ünvan 3 ünvanında yerləşən əmlak mülkiyyətçisinin, yəni ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 103 kv.m-dən ibarət təmirsiz qeyri-yaşayış sahəsini əmlak mülkiyyətçisinin mülkiyyətinə verir. Bu müqavilənin 2.2.5-ci bəndinin tələbinə görə, cavabdeh müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini ona təhvil verməlidir. Lakin cavabdeh sözügedən öhdəliyini tam yerinə yetirməmişdir. Belə ki, cavabdehin həmin müqavilə üzrə ona 2020-ci ilin iyul ayının sonlarında təhvil verdiyi qeyri-yaşayış sahəsinin - ünvan 4 ünvanında 2-ci binadakı 6 saylı mağazanın ümumi sahəsi müqavilədə göstərilən 103 kv.m. ölçüyə uyğun deyil. Mağazanın hazırkı ölçüləri 18.40 m * 5.20 m olmaqla sahəsi təqribi 96 (dəqiq 95.68) kv.m.-dir. O, bunu cavabdehə dedikdə, cavabdehin nümayəndəsi mağazanın sahəsinin düz olduğunu, həm də başqa mağazaların olmadığını və onun üçün nəzərdə tutulmuş mağazanın məhz bu mağaza olduğunu bildirdi. Beləliklə, hazırda ona verilmiş qeyri-yaşayış sahəsi 96 kv.m.-dir ki, bu da müqavilə üzrə cavadehin öhdəsinə götürdüyü sahədən 7 kv.m. azdır. Hesab edir ki, cavabdehin müqavilə üzrə olan bu öhdəliyini tam yerinə yetirməməsi nəticəsində ona vurulmuş zərərin əvəzi - 7 kv.m. sahənin hazırkı real bazar dəyəri olan 105.000 manat pul cavabdehdən alınaraq ona ödənilməlidir. Ona təhvil verilməli olan qeyri-yaşayış sahəsi ilə bağlı cavabdehin yerinə yetirmədiyi digər öhdəliyi onun üçün nəzərdə tutulmuş qeyriyaşayış sahəsini təsdiq olunmuş tikinti layihəsinə uyğun şəkildə ona təhvil verməməsi ilə bağlıdır. Belə ki cavabdeh 2020-ci ilin iyul ayının sonunda 6 saylı mağazanı ona təhvil verərkən etiraz etdiyim digər məqam mağazanın hündürlüyünün metal konstruksiya ilə bölünməsi, onun sahəsinin hündürlüyü hesabına əlavə sahənin yaradılması olmuşdur. Cavabdeh müqavilə üzrə mənə verilməsini nəzərdə tutduğu qeyri-yaşayış sahəsininin hündürlüyünü onun icazəsi olmadan, eləcə də, təsdiq olunmuş tikinti layihəsinə zidd olaraq metal konstruksiya ilə iki yerə bölmüş, onun sahəsinin hündürlüyünü kiçiltmiş, yuxarı hissəni qanunsuz olaraq ələ keçirərək zəbt etmişdir. Cavabdeh həmin metal kostruksiyanın söküləcəyi və sahənin tam şəkildə ona təhvil veriləcəyi barədə vəd versə də vədinə əməl etməmişdir. Hesab edir ki, cavabdehin bu qanunsuz hərəkətinə son qoyulmalı, cavabdehin ona təhvil verdiyi qeyri-yaşayış sahəsində sahənin hündürlüyü hesabına tikdiyi arakəsmə (tavan) onun hesabına sökülməli və qeyri-yaşayış sahəsinin hündürlüyü tikinti layihəsində nəzərdə tutulmuş ölçüyə uyğunlaşdırılmalıdır. Cavabdehin müqavilə üzrə pozduğu digər öhdəliyi isə müqavilənin 1.2-ci bəndindən irəli gəlir. Həmin bəndin tələbinə görə cavabdeh onu qeyri-yaşayış sahəsi ilə təmin edənədək ona aylıq 1300 manat icarə haqqı ödəməlidir. Lakin cavabdeh 2020-ci ilın mart, aprel, may, iyun və iyul ayları olmaqla 5 ay üçün ona həmin icarə haqqını verməmişdir. Bu öhdəliyin pozulması nəticəsində ona 1300*5=6500 manat zərər vurulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, İddiaçı ilə “Badi Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli 06QYS saylı müqavilənin etibarsız hesab edilməsi, ilk iddinına qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi, Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi, Cavabdeh iş üzrə aparılmış tədqiqatın dəyəri olan 100 manat ekspertiza xərcinin tutularaq, dövlət hesabına, daşınmaz əmlakın qiymətləndirilməsinə görə 350 manat tutularaq, X5 MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələblərinin rədd edilməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işə baxarkən tərəflər arasında mövcud olan müqavilənin xx.xx.2018-ci ildə bağlandığını, bundan sonra tərəflərin müqavilə üzrə öhdəliklərini qismən də olas yerinə yetirdiyini, yəni Cavabdeh müqavilədə göstərilən əmlakı tam şəkildə İddiaçı MMC-yə təhvil vermişdir. Eləcə də, İddiaçı MMC müqavilə üzrə üzərinə düşən öhtəliyi qismən icra etmişdir. Belə ki, müqavilə üzrə təhvil verilməli əmlakı faktiki olaraq daha az ölçüdə təhvil vermiş, aylıq ödənişləri qismən icra etmişdir. Məhkəmə isə bütün bu hallara heç bir hüquqi qiymət verməmişdir. Hazırki halda tərəflər xx.xx.2018-ci il tarixli müqaviləni bağlayarkən öz iradə ifadələrini düzgün ifadə etmişlər. Müqavilə İddiaçı MMC tərəfindən tərtib edilmiş və təsdiq edilmişdir. Müqavilənin tərtibində və təsdiqində hər hansı qanunsuzluğa yol verilməmişdir. Qanunvericiliyin tələblərindən də görünürki, qanuni tələbləri pozmaqla bağlanmış əqd etibarsız sayıla bilər. Lakin məhkəmə qətnaməsi əqdlərin etibarsızlığına dəlalət edən halların hazırki halda mövcudluğu ümumiyyətlə qeyd edilməmiş, qətnamə əsaslandırılmadan, ancaq Mülki Məcəllənin maddələri sadalamaqla qəbul edilmişdir. Məhkəmə hazırki qətnaməni qəbul edərkən Mülki Məcəllənin 337-ci maddəsinə istinad etməsi tam qanunsuz və əsassız olmuşdur. Hazırki halda iddia tələbinin əsası kimi tərəflər arasında hər iki tərəfin bəyəndiyi və bir tərəfin öhdəliyinin tam icra etdiyi, qarşı tərəfin isə öhdəliyini qismən icra etdiyi mötəbər müqavilə mövcuddur. Hazırki halda İddiaçı MMC müqavilə üzrə öhdəliyini tam icra etməmiş, müqavilədə nəzərdə tutulan ölçüdə qeyri-yaşayış sahəsini təhvil verməmiş, daha kiçik ölçüdə sahə vermiş, əlavə olaraq aylıq 1300 manat kompensassiya ödənişini də, tam icra etməmişdir. Məhkəmə bütün bu halları ilkin iddiaçının maraqlarını güdərək ümumiyyətlə nəzərə almamışdır. Məhkəmə hazırki iş üzrə sübutlara qərəzli şəkildə iddiaçının mənafeyini güdərək münasibət bildirmiş, qətnamədə əqdin etibarsızlığı ilə bağlı göstərilən halları heç bir halda əsaslandıra bilməmişdir. Əksinə məhkəmə hazırki qətnamə ilə İddiaçı MMC-nin öz öhdəliyini tam və vaxtında yerinə yetirməsindən boyun qaçırması üçün aşkar şərait yaratmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, ünvan 1 ünvanında yerləşən 108,0 kv.m qeyri-yaşayış sahəsi “Badu Kubə” kiçik müəssisəsinin olsa da, həin qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətində olmuşdur. İddiaçı MMC ilə aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh həmin qeyri yaşayış sahəsini İddiaçı MMC-yə vermiş, bunun əvəzində isə İddiaçı MMC həmin ünvanda inşa edilən 130,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini Cavabdeh verməli idi, lakin İddiaçı MMC öz öhdəliklərini tam olaraq həyata keçirməmişdir. Hesab edir ki, qətnamə ləğv edilməklə ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsi sökülməmişdən qabaq Cavabdeh həmin qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə etmişdir. Cavabdeh VÖENİ də olmuşdur, lakin müvəqqəti olaraq VÖEN dayandırılmış, 2015-ci ildə isə avtomatik bərpa edilmişdir. Hal-hazırda Cavabdeh məxsus VÖEN aktıv statusundadır. Məhkəmə iclasında iştirak edən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC-nin nümayəndəsi X6 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, cavabdehlə aralarında olan razılığa əsasən mübahisəli qeyri-yaşayış sahəsi söküldükdən sonra 130 kv.m sahəyə malik qeyri-yaşayış sahəsi verilməli idi. Bununla yanaşı cavabdehin xahişi nəzərə alınmaqla 103 kv. m sahədən ibarət qeyri-yaşayış sahəsi cavabdehə verilmiş, qalan sahənin isə dəyəri ödənilmişdir. Lakin cavabdeh tərəf qeyri-yaşayış sahəsinin ölçülərini düzgün təqdim etməmişdir. Bu isə müqavilənin etibarsız hesab edilməsi üçün əsaslardandır. Eyni zamanda mübahisəli qeyri-yaşayış sahəsini iddiaçı ilə aralarında müqavilə bağlanan vaxt icarəyə verirdi. Qeyd olunanlara əsasən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mübahisənin mahiyyətinə qiymət verilmədən, iddia ərizəsinin məhkəmə aidiyyəti qaydalarının pozuntusu ilə icraata qəbul edildiyi nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş aidiyyatı üzrə müvafiq kommersiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 24.2-ci maddəsinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, “...MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. ...Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. İş materiallarından görünür ki, Cavabdeh “Badi Kubə” t/h kiçik müəssisəsinin tikiş sexini satın almışdır. Əmlakın ümumi satış qiyməti 33.623000 manat təşkil etmiş, dövlət əmlakının alınması nəticəsində dövlət büdcəsinə 8.574000 manat pul köçürülmüşdür. Bu şəhadətnamə lə rəsmiləşdirilən “Badi Kubə” t/h kiçik müəssisəsinin tikiş sexi alıcının toxunulmaz mülkiyyətidir. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı ilə “Badi Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh arasında bağlanmış 26 yanvar 2018-ci il tarixli 06QYS saylı müqavilə ilə “Tərəflər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarının 1.3. maddəsinin tələblərinin və bu Müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda razılığa gəldilər: - “Əmlak mülkiyyətçisi” bu Müqaviləyə əsasən xx.xx.1998-ci il tarixində, 26 saylı reyestr kitabında 30 səhifə, qeydiyyat 10807 nömrəsi ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamə tərəfindən verilmiş Seriya №010807” ilə öz mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 108,0 kv.m-dən ibarət qeyriyaşayış sahəsini sökülmək üçün "Pilot İnşaat-A” MMC-yə təhvil verir, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada "Tikinti şirkəti” tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evininin birinci mərtəbəsində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul edir. - “Tikinti şirkəti” ünvan 1 ünvanında yerləşən “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini təmin edir və həmin ərazidə yeni çoxmənzilli, hündürrnərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, Səməd Vurğun küçəsində 3-cü blok, 1-ci mərtəbəsində, ümumi sahəsi 130,0 m2-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”-nin mülkiyyətinə verir. - “Əmlak mülkiyyətçisi”-nin xahişini nəzərə alaraq “Tikinti şirkəti” 103,0 kv.m-dən ibarət təmirsiz qeyri yaşayış sahəsini və qalıq kimi 27,0 kv.m-dən ibarət qeyri yaşayış sahəsinin əvəzi olaraq 110 000,0 (bir yüz on min) manatı nəğd şəkildə bu “Müqavilə”'imzalandığı gün ödəməyi üzərinə götürür. - 1.2. “Tikinti şirkəti” inşa edəcəyi çoxmənzilli, hündürrnərtəbəli yaşayış binasının tikintisini başa çatdırana və “Əmlak miilkiyyətçisi”-ni qeyri yaşayış sahəsi ilə təmin edən günədək onun müvəqqəti fəaliyyəti təmin etmək məqsədi ilə “Əmlak miilkiyyətçisi”-nə aylıq 1300,0 (bir min üç yüz) manat məbləğində icarə haqqını 26 yanvar 2018-ci il tarixindən etibarən əvvəlcədən ilk ödəniş gününə istinad edilməklə üç ayda l(bir) dəfə ödəyir. “Əmlak mülkiyyətçisi”-nin kommunal borcları olduğu halda “Tikinti şirkəti” həmin məbləğləri ona veriləsi kirayə haqlarından tutaraq ödənişlərini təmin edəcəkdir. Bununla yanaşı apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən “Badi-Kubə” t/h tikiş sexi ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdehla Müşfiq Çəltikov arasında 09 avqust 2022-ci il tarixdə 1 illik müddətinə, aylıq 1000 manat icarə haqqı olmaqla icarə müqaviləsi bağlanmışdır. Göründüyü kimi tərəflər arasında bağlanmış və hazırda mübahisələndirilən 26 yanvar 2018ci il tarixli 06QYS saylı müqavilə ilə sökülmək üçün "Pilot İnşaat-A” MMC-yə təhvil verilmiş ünvan 1 ünvanında yerləşən 108,0 kv.m-dən ibarət qeyri-yaşayış sahəsini cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı icarəyə verməklə həmin qeyri-yaşayış sahəsindən gəlir etmişdir. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh məxsus ********** nömrəli, 28 oktyabr 2004-cü il tarixli VÖEN mövcuddur və həmin VÖEN hal-hazırda aktivdir. Hazırda isə "Pilot İnşaat-A” MMC qeyd olunan müqavilənin etibarsızlığını mübahisələndirməklə yanaşı Cavabdeh mülkiyyətində olan “Badi-Kubə” t/h kiçik müəssisəsinin tikiş sexinin texniki pasportuna əsasən dəqiq sahəsinin müəyyən edilməsinə dair qətnamə çıxarılması xahiş edilmişdir, digər tərəfdən Cavabdeh qeyd olunan müqavilənin tələblərinin tam yerinə yetirilməməsi nəticəsində cavabdehin ona vurduğu zərərin əvəzi olan 111.500 (yüz on bir min beş yüz) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi, həmin müqavilə üzrə cavabdehin ona təhvil verdiyi ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində sahənin hündürlüyü hesabına hündürlüyün bölünməsi nəticəsində tikilmiş, tikinti layihəsində nəzərdə tutulmayan, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, hazırki mübahisə məhz Cavabdeh sahibkarlıq fəaliyyəti bağlı olan qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilə ilə bağlı olmuşdur. Göründüyü kimi hazırki mülki iş, sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyindən, eləcə də işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mübahisə hüquqi şəxslə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs arasında yaranmaqla və cavabdehin sahibkarlıq fəaliyyətindən irəli gəlməklə kommersiya xarakterlidir; birinci instansiya məhkəməsi isə bunu nəzərə almayaraq iddia ərizəsini məhkəmə aidiyyəti qaydalarını pozmaqla icraatına götürmüş və işə mahiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir. Halbuki, iddia ərizəsi işdə iştirak edən şəxslərin subyektiv tərkibinə, mübahisənin predmetinə və hüquq münasibətlərinin xarakterinə görə ixtisaslaşdırılmış, yəni kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarana, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi qeyri-mümkün ola bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır, eyni zamanda, məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilməklə mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun yuxarıda göstərilən qərarında tövsiyyə olunmuşdur ki, “...apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən MPM-in 384 və 387-ci maddəsində məhkəmə aidiyyətinin pozulması əsası ilə qətnamənin ləğv edilərək aidiyyəti üzrə göndərilməsi ilə bağlı konkret müddəaların nəzərdə tutulmadığına istinad etməklə, məhkəmə aidiyyəti məsələsinə qiymətin verilməməsi mümkünsüzdür. Bununla bağlı apelyasiya instansiyası məhkəmələrinə izah edilir ki, işin birinci instanisyası məhkəməsi tərəfindən məhkəmə aidiyyəti üzrə səhvən baxıldığının müəyyən edildiyi halda, apelyasiya məhkəməsi MPM-in 387.2.1-ci maddəsinə istinad etməklə qətnaməni ləğv etməli və MPM-in 365-ci maddəsindən çıxış etməklə MPM-in 32.4-cü maddəsini rəhbər tutub işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul etməlidir. MPM-in 32.5-ci maddəsinə əsasən həmin qərardadlardan şikayətin verilməsi nəzərdə tutulduğundan, apelyasiya instansiyası məhkəmələri işin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qəbul etdikləri qərardadlardan tərəflərin kassasiya instansiyası məhkəməsinə şikayəti vermək hüquqlarının olduğunu da nəzərdən qaçırmamalıdırlar”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 391, 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-146/2022 nömrəli, 21 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası, Cavabdeh İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi, qanunsuz arakəsmənin (tavanın) cavabdehin vəsaiti hesabına sökülməsi” tələbi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş aidiyyatı üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6861/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6861/2022
21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver