Məhkəmə qərarları › İş №2(103)-6868/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6868/2025

19.01.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6868/2025 19.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçı prosessual hüquqi varisi X4, Cavabdeh, onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı prosessual hüquqi varisi X4 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh İddiaçı prosessual hüquqi varisi X7 qarşı “renta müqaviləsinin şərtlərinin tam yerinə yetirilmiş hesab edilməsi və mənzildən əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1917/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı prosessual hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 30 saylı Notariat Ofisində təsdiqlənmiş 26.01,2022-ci il tarixli 4Ə-14 reyestr nömrəli renta müqaviləsinə əsasən renta alan ünvan 1 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Həmin müqavilənin 4-cü bəndinə əsasən: renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək, mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək, renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Müqavilənin 8-ci bəndinə əsasən: renta müqaviləsi təsdiq olunduqdan sonra renta alan daşınmaz əmlaka aid sənədləri renta ödəyicisinə verməyə borcludur. Müqavilənin 19-cu bəndinə əsasən: müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane olan bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirirlər. Hazırda iddiaçı xx.xx.2022-cı il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin ləğv edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzilin sonuncuya qaytarılmasına və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılmasını xahiş etmişdir. Cavabdeh isə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, onun tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi, mənzildə olan əşyaların çıxarılması xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin ləğv edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan 1 (bir) otaqlı mənzilin ona qaytarılması və adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qərar qəbul edilməsini, həmçinin cavabdehin (renta ödəyicisi) çəkdiyi bütün xərclərin ondan tutulmasına heç bir etirazının olmayacağının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı vəfat etdiyindən X9 onun prosessual hüquqi varisi kimi tanınmışdır. İlkin iddia üzrə iddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olub. Hazırda heç bir yerdə işləmir, təqaüdçüdür. ünvan 3 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Həmin mənzilin ümumi sahəsi 29,42 kv.metr olmaqla 1 (bir) otaqdan ibarətdir və xx.xx.2022-ci il tarixədək tam mülkiyyət hüququ üzrə ona məxsus olub. Nəzərə çatdırır ki, təxminən 2021-ci ilin sonlarından özünü pis hiss etməyə başlayıb və səhhətinin durumu ciddi şəkildə pozulub. Həkim müayinəsi zamanı bədəninin aşağı hissələrində (qadın cinsiyyət üzvlərində) xərçəng xəstəliyi aşkar olunub. Bundan sonra həkim nəzarətinə alınaraq öz hesabına onkoloji xəstəliyə qarşı özəl tibb müəssisələrində müalicələr almağa başlayıb. Həmin vaxtlarda xəstəliyinin şiddətlənməsinin və yayılmasının qarşısının alınması üçün ağır kimya terapiya müalicəsi tətbiq olunub. Müalicə aldığı vaxtlarda əvvəlcədən tanımadığı, lakin onun kimi milliyətcə rus olan eyni binanın qonşu blokunda yaşayan Olqa Novikova öz arzusu ilə bir qonşu kimi onunla maraqlanmağa və qayğı göstərməyə başlayıb. Qonşuluqda yaşayan Olqa Novikovanın onunla maraqlanmasını və qayğı göstərməsini xeyirxahlıq, insansevərlik və mərhəmət hissi ilə əlaqələndirib, tənha yaşadığından onun lazım olduqda evinə gəlib getməkdə, qulluq göstərməkdə imtina etməyib. Onun müalicə alıb, tam sağalması üçün mənəvi dəstək olacağını, hər zaman qulluq göstərəcəyini və hər cür maddi və qeyri-maddi köməklik göstərməyə hazır olacağını bildirib. Bir müddət sonra göstərdiyi yardımların, qulluqların davamlı olacağını anlayıb vicdanlı və ədalətli bir şəxs kimi bu vəziyyətdən sui istifadə etməmək üçün istədikləri müqaviləyə etiraz etməyəcəyini və onu bağlamağa razı olacağını təklif edib. Əvvəldən bütün razılaşmaları onunla olsa da, notariusa müqavilə bağlamağa qızı Cavabdeh gəlib. Əlavə olaraq bildirir ki, onunla Svetlana müqavilə bağlasa da, evinə gələn və yemək gətirən Olqa Novikova olub. Svetlana isə bu 2 il ərzində qapısını bəlkə heç 5 dəfə də açmayıb. Məlumat üçün bildirir ki, onkoloji xəstəliklər zamanı tətbiq olunan ağır kimyaterapiya müalicəsi sonrası xərçəng xəstələrinin fizioloji və psixoloji durumlarında mənfiyə doğru müəyyən dəyişikliklər baş verir. Həmin vaxt xəstəliyi ilə mübarizə və yalnız sağalması maraqlı olduğundan, Olqa Novikova etibarını və güvənini qazandığından onun qızı Cavabdeh da etibar edib və müqavilə bağlamağa razı olub. Beləliklə, Cavabdeh onun ağır vəziyyətə düşməyindən istifadə edərək, onunla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 30 saylı Notariat Ofisində ömürlük renta müqaviləsi bağlayıb. Azərbaycan dilini və latın qrafikasını çox zəif bilir. Həmçinin, xəstəliklə əlaqədar aldığı kimyaterapiyanın nəticəsi olaraq özünü yaxşı hiss etməyib (red. maraqlanmaq kifayət edər ki, onkoloji xətəliklər zamanı tətbiq olunan kimyaterapiyanın nəticələri necə olur). Notarius rus dilində danışa bilsə də, müqavilə Azərbaycan dilində tərtib edilib, ona tam şəkildə tərcümə edilməyib. Sadəcə cavabdehin də onun kimi rus olduğuna və ona maddi yardım etdiyinə görə güvənib onunla bütün sənədlərə imza atıb. Ancaq sonradan güvənməyi ilə səhv etdiyini anlayıb. Belə ki, notarius bildirib ki, ona qulluq edilməli, kommunal-təmir xərcləri ilə və müalicəsi ilə bağlı bütün təminat həyata keçirilməlidir, lakin evi ilə bağlı heç bir məlumat verilməyib, sadəcə müqavilə üçün çıxarışa ehtiyac olduğu deyilib. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağıdakı kimi müəyyən edilir: renta alana qulluq etmək, müalicə etdirmək, bunula bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilənin 10-cu bəndinə əsasən renta alan renta ödəyicisinin öhdəliyinin təminatından ötrü özgəninkiləşdirilən əmlaka girov hüququ əldə edib. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi bir müddət onun dərman preparatları və ərzaq məhsulları ilə təmin olunmağında üzərinə düşən xərcləri ödəyib, qayğı və qulluq göstərib, öhdəliklərini könüllü icra edib. Lakin sonra, təxminən 2023-cü ilin yay aylarında ağ ciyərlərində problem yaşayıb və nəfəs almaqda çətinlik çəkməyə başlayıb. Nəfəs almaqda çətinlik çəkdiyini, hətta boğulma dərəcəsinə kimi çatması barədə renta ödəyicisinə bildirdikdə, ona Bakı şəhərində yay aylarında havanın həddən artıq isti keçməsi ilə əlaqələndirib, hətta özünün də nisbətən cavan olmağına baxmayaraq yayı ağır keçirdiyini, buna görə ciddi narahat olmamağını, bir müddət sonra keçib gedəcəyini söyləyib. Beləliklə, onun tibbi yardım almağının qarşısını alıb və Cavabdeh üzərinə düşən öhdəliyin icrasından qəsdən yayınıb. 2023-cü ilin sentyabr-oktyabr aylarında həkimə müraciət edərək müayinələrdən keçib, müayinə zamanı xərçəng xəstəliyi bu dəfə ağ ciyərlərində aşkar olunsun. Həkimlərin tövsiyəsi ilə onun yenidən stasionar qaydada tibb müəssisəsinə yatırılmağı və 6 kimyaterapiyanın qəbul edilməsi məsləhət görülüb. Həmin vaxt Cavabdeh bu barədə bildirdikdə, sonuncu sadəcə ona pul verməklə kifayətlənmiş və digər heç bir qulluq göstərməyib. Bu dəfə ağ ciyərlərinə görə Milli Onkologiya Mərkəzində yenidən kimyaterapiya alıb özünü nisbətən yaxşı hiss etdikdən sonra yaşadığı mənzilə qayıdıb. Onun xəstəliyə bir daha güc gəlib sağalmağı heç də qarşı tərəfin maraqlarına uyğun gəlmirdi və bu hal onlarda get-gedə qıcıq doğururdu. Zamanla Cavabdeh ilə aralarında gərginlik daha da artırdı, əvvəlki kimi maraqlanmırdı, bank kartı verərək bildirib ki, ona həmin kart vasitəsilə pul yükləyəcək ki, xərclərini qarşılaya bilsin. Kommunal, təmir və digər xərclərdən boyun qaçırıb, internet-televiziya xidmətlərinin ödənişini üzərinə ataraq, onların onun şəxsi əyləncə ehtiyacları olması kimi bəhanələr gətirirdi. Bəzən onu bu ahıl yaşda, xəstə vəziyyətdə heç bir məlumat vermədən aylarla tək qoyub gedirdilər və onlarla heç bir əlaqəsi olmurdu. Təbii ki, bu ona çox pis təsir edirdi, amma yenədə göz yumurdu. Sonda 2024cü ilin mart ayında qeyd olunan məsələlər ilə bağlı Cavabdeh qulluq göstərməklə bağlı onun öhdəliklərinin hər ay karta 250-350 manat pul yükləməsi ilə bitməsindən ibarət olmadığını şifahi bildirdikdə, o, qulluq xərclərini çatdırmadığını və artıq bezdiyini, bu işdə öz pensiya kartından da istifadə etməyini anası ilə birgə tələb ediblər. Buna o etiraz edəndə isə Svetlana bildirib ki, “Bundan sonra aramızda heç bir insani münasibət olmayacaq!” Anası tərəfindən xəstəliyinin ağırlaşması nəticəsində gələcəkdə olacaq mənfi hallarla bağlı ona psixoloji təzyiqlər edilirdi və bu onu çox qorxudurdu. Ona qarşı bu qədər hörmətsizlik, vecsizlik, qayğısızlıq göstəriləndən sonra, ona qulluq etməli olduğu halda heç bir xəbər etmədən aylarla yoxa çıxan, ayda heç olmasa 2-3 dəfə zəng edib halını-vəziyyətini soruşmayan (tək qadın olduğu üçün) və sonda gəlib xərclərin çox olduğundan pensiya kartını da tələb edən, imtina etdiyi halda ona təzyiq göstərib, bundan sonra heç bir insani münasibətlərinin olmayacağı barədə xəbərdarlıq edən bir ailədən imtina edir. Əlavə olaraq bildirir ki, 30 illik münasibəti olan və son 1 ildə ona dayaq olub, bütün xərclərini ödəyən və ehtiyaclarını qarşılayan Tahir Mirzəyevə vəsiyyətnamə də yazıb (bu ona olan etibarının və inamının ifadəsidir). İddia ərizəsinə vəsiyyətnamənin surəti əlavə ediləcək. Renta müqaviləsindən fərqli olaraq onun rus olmağını nəzərə alaraq, notarius tərəfindən vəsiyyətnamənin öz dilində (rus dilində) yazılmasına şərait yaradılıb, halbuki renta da bu dildə tərtib edilməliydi. Tahir Mirzəyevin övladı Türkiyə Respublikasında təhsil aldığı üçün bəzən orada olur və o, mobil nömrəsini dəyişdiyi üçün onunla əlaqəsini itirmişdi. Lakin onun özü gəlib onu axtardı və vəziyyətini gördü. Sanki onu bu çətin və gərgin vəziyyətdə o, tənha qadına arxa-dayaq olmaq üçün Tanrı göndərdi. Əvvəlcə o da bildirdi ki, “tələsmə, insandı əziyyəti varsa nəzərə al”. Lakin zamanla özü baş verən gərginliklərin şahidi olub. Hər şey Tahir Mirzəyevin gözlərinin önündə baş verirdi və ondan sonra özü də, ailəsi də onun hər bir ehtiyacına dayaq durdular və onu tək qoymadılar. İlk öncə ondan, mənzilinin sənədləri notariat ofisində qaldığından onları ordan götürməyə köməklik göstərməsini xahiş edib. O isə izah eləyib ki, notariusda heç bir sənəd qala bilməz, çox güman ki, əks tərəf öz adına keçirib. Onlara hədiyyə etməyib ki, sağlığında sənədini öz adlarına keçirsinlər. Notariusda bu barədə ona bir söz belə deyilməyib. Onların bu davranışlarından sonra başa düşüb ki, renta ödəyicisi və onun anası ilk əvvəl onun etibarını qazanaraq müqavilə bağlayarkən, onlar bu əməllərini heç də insansevərlilik, mərhəmət və sonunda xeyirxahlıq məqsədi ilə deyil, sadəcə xəstəlik səbəbindən ağır vəziyyətə düşməyindən, eyni zamanda yaşlı və tənha qadın olduğu üçün bu cür ağır onkoloji xəstəliklər nəticəsində çox tez bir zamanda həyatını itirəcəyini güman edib bu halından istifadə edərək sonunda onu aldadaraq mənzilini ələ keçirmək (mənimsəmək) üçün etdikləri aydın olub, ötən ildən onlardan 1 manat belə almayıb, onları bağışlamır və bundan sonra da görmək istəmir. Son olaraq bildirir ki, cavabdehdən rəsmi imtina edib və onun çəkdiyi xərcləri vicdanlı şəkildə qaytarmağa razıdır, baxmayaraq ki, sonradan tərcümə etdirdiyi renta müqaviləsinin bəndləri də tam şəkildə icra edilməyib, lakin onun etibarından sui-istifadə edilərək ona izah edilmədən ondan alınan çıxarışını geri tələb edir, bu əmələ görə cavabdehi bağışlamır və müqavilənin məhkəmədə ləğv edilməsi faktına nail olmaq niyyətindədir. Bununla yanaşı Cavabdeh İddiaçı qarşı “renta müqaviləsinin şərtlərinin tam yerinə yetirilmiş hesab edilməsi və mənzildən əşyaların çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirilməsinə məneəçiliyin törədilməsinin ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 qarşılıqlı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi, eyni zamanda Cavabdeh xx.xx.2022-ci il tarixli renta müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 məxsus olan bir neçə ədəd qab-qacaq, bir ədəd modem, bir ədəd əl-üz yuyan, bir ədəd güzgü, bir ədəd kombi, bir ədəd duş, iki ədəd paspas, dörd ədəd dolab, bir ədəd böyük şkaf içi dolu əşyalarla, iki ədəd nalça, bir ədəd ev çəkməyi, bir ədəd yataq, iki ədəd şkaf, bir ədəd sərinkeş, bir ədəd dörd-gözlü şkaf, iki ədəd plastik qab, bir ədəd dəmir qab, bir ədəd zənbil, bir ədəd oyuncaq (mişqa), bir ədəd ütü üçün alət, bir ədəd televizor, dörd ədəd stol, bir ədəd ev xətti telefonu, altı ədəd stul, bir ədəd yataq, yastığı ilə birlikdə, bir ədəd uzadıcı, beş ədəd gül qabı, iki ədəd xalça, stul üzərində xırda əşyalar, bir ədəd divardan asılı foto, bir ədəd asma əşya qabı, bir ədəd stul üzərində xalça, bir ədəd divardan asılı saat, üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyaların çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Məkhəməsinə “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Tərəflər arasında Bakı şəhəri 30 saylı Notariat Kontorunda ömürlük renta müqaviləsi bağlanıb. Həmin müqavilənin 4-cü bəndinə əsasən, iddaçı İddiaçı Georgyevna renta alan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv/m, yaşayış sahəsi 16,22 kv/m olan 1(bir) otaqlı mülkiyyətində olan mənzilini renta ödəyicisi Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağdaki kimi müəyyən edilir: 1.Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; 2.Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; 3.Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi o, müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri icra edib. Renta müqaviləsində yalnız müayinə və müalicə ilə bağlı qida məhsularını və zəruri dərmanlarına alınması nəzərdə tutulmasına baxmayaraq, o, könüllü olaraq hər dəfə evə lazım olan bazarlığı edib, qida məhsulların ən yaxşısı ilə iddiaçını təmin edib, müalicə üçün lazım olan dərmanlardan başqa könüllü olaraq iddiaçının immunitetini gücləndirəcək vitaminlər, ayaqlarını isti saxlacaq termocorablar (qiyməti 119 manat), istifadə etmək üçün yeni mobil telefon alıb, İddiaçı hər dəfə iynə vurdurmaq üçün onun evinə tibb bacısını dəvət edib. Bütün bunlardan əlavə, o, İddiaçı hər ay şəxsi ehtiyaclarına xərcləmək üçün 300-400 manat məbləğində pul verib. Beləliklə, o, iddiaçının müalicəsi və dərmanları üçün pul xərcləməsini, kommunal xidmətlər üzrə ödənişlər etməsini, lazımi qida məhsullarını almasını, bundan əlavə İddiaçı 300-400 manat məbləğində pulun verilməsini nəzərə alınsa, hər ay həmin məbləğ 1.000 (min) manata yaxın olub. İlk əvvəl qeyd edilən məbləğ 300-400 manat hər ay iddiaçıya şəxsən verilib, 2023-cü ilin yanvar alından isə iddiaçının adına bank kartı açaraq həmin karta köçürülüb. Lakin məhkəməyə iddia ərizəsi daxil olduğu gündən İddiaçı Konstantinovna qeyd edilən məbləğdə pulu qəbul etməkdən imtina edib. Bundan başqa, İddiaçı öz adına olan kartı isə deaktiv edib və bununla da iddiaçı renta müqaviləsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə ona maneəçilik törədib. Bundan əlavə, İddiaçı onun adına açılmış bank kartını qəsdən bloklayıb və bütün münasibətləri kəsib ki, onun üzərinə düşən öhdəlikləri, yəni renta müqaviləsinin 1-ci və 2-ci bəndinin şərtlərini yerinə yetirə bilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra o, bir neçə dəfə İddiaçı barışıq təklif edib və renta müqaviəlsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün səy göstərib. Lakin buna bamayaraq, İddiaçı onun tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirməyə maneəçilik törədir. Daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə qeyd edilmişdir ki, Cavabdeh iş adamı olaraq bütün günü mərhum Alisanın yanında qala bilməzdi. İddiaçıda sözügedən xəstəliyin aşkar olunmasında onun anasının əvəzsiz rolu olub, çünki Svetlananın anası həkimdir. Cavabdeh öz hesabına iddiaçını dəfələrlə həkimə aparıb. İddiaçının pensiya məbləği aşağı olub. Heç nəyə gücü çatmayıb. Tək və kimsəsiz olduğu üçün təmənnasız ona kömək edilib. İddiaçı Cavabdeh ilə aralarında olan tanışlığa əsasən deyib ki, “siz mənə baxın, mən isə evi bunun əvəzində adınıza keçirəcəyəm”. Bütün bunların qarşılığında Svetlana iddiaçının kartına dəfələrlə 250, 300, 340, 350 manat pul göndərib. Bazarlığını edib. Aralarında heç bir mübahisə olmayıb. Əvvəl münasibətləri çox yaxşı olub və Cavabdeh üzərinə düşən öhdəliklərini vaxtı-vaxtında yerinə yetirib. 2024-cü ilin dekabr ayına qədər iddiaçıya aid olan bütün xərclərini ödəyib. Kommunal xərcləri, şüa terapiya nəticəsində əmələ gələn xəstəliklə bağlı ödənişləri tam ödəyib. Hətta iddiaçıya telefon və digər hədiyyələr də alıb. Bunlarla bağlı ödəniş qəbzləri mövcuddur. Cavabdeh bağ evi almaq istəyib ki, geniş olsun, mərhum Alisa xanım da onlarla birgə yaşasın, lakin Alisa xanım istəməyib. Bütün bunların fonunda, mərhuma təklif edilib ki, baxıcı tutulsun, lakin Alisa xanım onu da istəməyib, ancaq iddiaçının gəlib baxmasını istəyib. Onun iynələrini, dərmanlarını ya anası, ya da xüsusi tibb bacısı edib. Cavabdeh Alisa xanımın iynələrinin vurulması üçün əlavə ödəniş edərək hər dəfə tibb bacısı çağırıb. O, bütün günü Cavabdeh yanında qalıb yaşaya bilməzdi, çünki Svetlana Konstantinovna işləyir. Svetlana Konstantinovnanın anası Alisa xanımın qonşuluğunda yaşayırdı və münasibət soyuyana qədər daha doğrusu Alisa xanım onu evə buraxana qədər ona daim qulluq edib. Mərhum iddiaçı əvvəl mübahisələndirilən işdə (hansı ki Alisa xanım özü onda sağ idi və məhkəmə prosesində iştirak edib) də özü etiraf edib ki, Cavabdeh və anası daim onun qulluğunda olublar, həmişə onlardan razı qalıb və qarşılqılı razılıq əsasında aralarında renta müqaviləsi bağlanıb. Tərəflər arasında bağlanmış ömürlük renta müqaviləsinin 4-cü bəndinə əsasən, İddiaçı Georgyevna renta alan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m, yaşayış sahəsi 16,22 kv.m olan 1 (bir) otaqlı mülkiyyətində olan mənzilini renta ödəyicisi Cavabdeh mülkiyyətinə pulsuz verir. Renta müqaviləsi üzrə renta ödəyicisinin öhdəlikləri aşağdaki kimi müəyyən edilir: 1.Renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək; 2.Mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək; 3. Renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək. Müqavilə bağlandıqdan sonra renta ödəyicisi Cavabdeh müqavilə üzrə öz üzərinə düşən bütün öhdəlikləri icra edib. Renta müqaviləsində yalnız müayinə və müalicə ilə bağlı qida məhsularını və zəruri dərmanlarına alınması nəzərdə tutulmasına baxmayaraq, Cavabdeh könüllü olaraq hər dəfə evə lazım olan bazarlığı edib, qida məhsulların ən yaxşısı ilə iddiaçını təmin edib, müalicə üçün lazım olan dərmanlardan başqa könüllü olaraq iddiaçının immunitetini gücləndirəcək vitaminlər, ayaqlarını isti saxlacaq termocorablar (qiyməti 119 manat), istifadə etmək üçün yeni mobil telefon alıb, İddiaçı hər dəfə iynə vurdurmaq üçün onun evinə tibb bacısını dəvət edib. Bütün bunlardan əlavə, Cavabdeh İddiaçı hər ay şəxsi ehtiyaclarına xərcləmək üçün 300-400 manat məbləğində pul verib. Beləliklə, Cavabdeh Georgiyevna iddiaçının müalicəsi və dərmanları üçün pul xərcləməsini, kommunal xidmətlər üzrə ödənişlər etməsini, lazımi qida məhsullarını almasını, bundan əlavə İddiaçı 300-400 manat məbləğində pulun verilməsini nəzərə alınsa, hər ay həmin məbləğ 1000 (min) manata yaxın olub. İlk əvvəl qeyd edilən məbləğ 300-400 manat hər ay iddiaçıya şəxsən verilib, 2023-cü ilin yanvar ayından isə iddiaçının adına bank kartı açaraq həmin karta köçürülüb. Lakin məhkəməyə iddia ərizəsi daxil olduğu gündən İddiaçı Konstantinovna qeyd edilən məbləğdə pulu qəbul etməkdən imtina edib. Bundan başqa, İddiaçı öz adına olan kartı isə deaktiv edib və bununla da iddiaçı renta müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməkdə ona maneəçilik törədib. Bundan əlavə, İddiaçı onun adına açılmış bank kartını qəsdən bloklayıb və bütün münasibətləri kəsib ki, Cavabdeh onun üzərinə düşən öhdəlikləri, yəni renta müqaviləsinin 1-ci və 2-ci bəndinin şərtlərini yerinə yetirə bilməsin. Həmçinin qeyd edir ki, hələ İddiaçı Cavabdeh qarşı Bakı şəhəri Nizami Rayon Məkhəməsinə "renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 30 saylı Notariat ofisində bağlanmış ömürlük renta müqaviləsinin etibarsız hesab edilməsi, müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olmuş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv/m olan 1(bir) otaqlı mənzilin sonuncuya qaytarılması və onun adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması barədə qərar qəbul edilməsini xahiş edib. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Həmin qətnamə qəbul edildikdən sonra Cavabdeh bir neçə dəfə İddiaçı barışıq təklif etmişdir və renta müqaviləsi üzrə onun üzərinə düşən öhdəlikləri yerinə yetirmək üçün səy göstərib. Lakin buna baxmayaraq, İddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərini yerinə yetirməyə maneəçilik törədib. Lakin xüsusi şəkildə qeyd edək ki, xx.xx.2025-ci il tarixində İddiaçı vəfat etdikdən sonra Cavabdeh aralarında olan renta müqaviləsinə uyğun olaraq sonuncu öhdəliyi olan mərhumun dəfn xərclərini də qarşılayıb (bu faktı təsdiq edən Azərbaycan Respublikası Bakı şəhəri, Nizami Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışı ərizəyə əlavə olunur). Göründüyü kimi Cavabdeh renta müqaviləsi üzrə bütün öhdəliklərini renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək, mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək, renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək öhdəliklərini tam şəkildə yerinə yetirib. Ona görə də, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtləri yerinə yetirilmiş (icra edilmiş) hesab edilməlidir. Yuxarıda qeyd edildiyi kimi ərizəni ikinci istiqamət üzrə davam etdirsə, qeyd etmək lazımdır ki, İddiaçı vəfat etdikdən sonra onun vərəsəsi X9 hazırda məhkəməyə ərizə ilə müraciət edərək icraatın təzələnməsini xahiş edib. Hansı ki, göstərdiyi kimi X1 Respublikasından qayıdandan sonra aralarında olan səmimiyyətdən istifadə edərək İddiaçı yanında olmayıb, renta müqaviləsi üzrə Cavabdeh verilmiş həmin bir otaqlı mənzilin ələ keçirilməsi üçün bütün imkanlarından istifadə edib, məhkəmə mübahisələri qaldırıb. Tərəflərindən verilən qarşılıqlı iddia ərizəsində qeyd etdiyi kimi hər cür vəchlə Cavabdeh renta müqaviləsinin icra edilməsinə mane olmağa çalışıb. Beləliklə, X9 bir müddət Cavabdeh mülkiyyətində olan bir otaqlı mənzildə İddiaçı yanında olmuş və orada gündəlik lazım olunan əşyalardan istifadə edib. Həmin əşyalara aşağıdakılar daxildir: bir neçə ədəd qab-qacaq, bir ədəd modem, bir ədəd əl-üz yuyan, bir ədəd güzgü, bir ədəd kombi, bir ədəd duş, iki ədəd paspas, dörd ədəd dolab, bir ədəd böyük şkaf içi dolu əşyalarla, iki ədəd nalça, bir ədəd ev çəkməyi, bir ədəd yataq, iki ədəd şkaf, bir ədəd sərinkeş, bir ədəd dörd-gözlü şkaf, iki ədəd plastik qab, bir ədəd dəmir qab, bir ədəd zənbil, bir ədəd oyuncaq (mişqa), bir ədəd ütü üçün alət, bir ədəd televizor, dörd ədəd stol, bir ədəd ev xətti telefonu, altı ədəd stul, bir ədəd yataq, yastığı ilə birlikdə, bir ədəd uzadıcı, beş ədəd gül qabı, iki ədəd xalça, stul üzərində xırda əşyalar, bir ədəd divardan asılı foto, bir ədəd asma əşya qabı, bir ədəd stul üzərində xalça, bir ədəd divardan asılı saat, üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyalar. Qeyd olunan yuxarıdakı əşyalar X7 məxsus olub. Cavabdeh tərəfindən dəfələrlə Mirzəyev Tahirə məlumat verilib ki, həmin əşyaları onun mülkiyyətində olan mənzildən çıxarsın. X20 bundan imtina edib, həmin əşyaları Svetlananın xüsusi mülkiyytəində olan mənzildən çıxarmamaqla sonuncunun mülkiyyət hüququnu kobud şəkildə pozmaqda davam edir. Bu barədə Svetlana tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edilib, həmin əşyaların çıxarılmasının təmin edilməsi xahiş edilib. X20 polisə verdiyi izahatında həmin əşyaları istəmədiyini vurğulayıb (polis əməkdaşı tərəfindən tərətib edilmiş həmin protokol ərizəyə əlavə olunur). Göründüyü kimi, X9 ona məxsus əşyaları bütün müraciətlərə baxmayaraq, Cavabdeh xüsusi mülkiyyətində olan mənzilində qəsdən və məqsədli şəkildə saxlamaqla sonuncunun xüsusi mülkiyyət hüququnu kobud şəkildə pozmağa davam edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1917/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı prosessual hüquqi varisi X4 Cavabdeh qarşı “renta müqaviləsinin ləğv edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş-icra edilmiş hesab edilməsi, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən qab-qacaqlar, bir ədəd modem, bir ədəd əl-üz yuyan, bir ədəd güzgü, bir ədəd kombi, bir ədəd duş, iki ədəd paspas, dörd ədəd dolab, bir ədəd böyük şkaf içi dolu əşyalarla, iki ədəd nalça, bir ədəd ev çəkməyi, bir ədəd yataq, iki ədəd şkaf, bir ədəd sərinkeş, bir ədəd dörd-gözlü şkaf, iki ədəd plastik qab, bir ədəd dəmir qab, bir ədəd zənbil, bir ədəd oyuncaq (mişqa), bir ədəd ütü üçün alət, bir ədəd televizor, dörd ədəd stol, bir ədəd ev xətti telefonu, altı ədəd stul, bir ədəd yastığı ilə birlikdə yataq, bir ədəd uzadıcı, beş ədəd gül qabı, iki ədəd xalça, stul üzərində xırda əşyalar, bir ədəd divardan asılı foto, bir ədəd asma əşya qabı, bir ədəd stul üzərində xalça, bir ədəd divardan asılı saat, üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyaların İddiaçı hüquqi varisi X9 tərəfindən çıxarılması və məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilkin iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Elnur X2 tərəfindən renta müqaviləsinin mübahisələndirmək səlahiyyətinin olmadığını bildirmişdir. Məhkəmə göstərilənlərə münasibətdə qeyd etmişdir ki, hazırda ilkin iddia İddiaçı tərəfindən qaldırılmış, lakin xx.xx.2025-ci ildə ölümündən sonra X9 iddiaçı kimi deyil, mərhumun hüquqi varisi kimi işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Bu səbəbdən məhkəmə ilkin iddia üzrə cavabdeh, qarşılqlı iddia üzrə iddiaçının nümayəndəsi-vəkili Vəkil2 həmin dəlillərini əsassız hesab etmişdir. İşin faktiki hallarından müəyyən olunur ki, burada, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı cavabdehin müqavilə öhdəliklərinə əməl etməməklə müqavilənin şərtlərini pozduğunu əsas gətirməklə, müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçının ərizəsində göstərdiyi hallar sübuta yetirilməmiş, cavabdehin renta ödəyicisi kimi ömürlük renta müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması hallarına yol verməsi hazırki araşdırma zamanı öz təsdiqini tapmamışdır, iddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli renta müqaviləsinin: 4-cü bəndinə əsasən, renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək, mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək, renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. 16-cı bəndinə əsasən, bu müqaviləyə dəyişikliklər və əlavələr olunması, eləcə də ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə araşdırması zamanı Cavabdeh iddiaçının ərizəsində göstərdiklərinin həqiqətə uyğun olmadığını, qeyd olunan müqavilənin 4-cü bəndində nəzərdə tutulmuş öhdəliklərinə tam şəkildə əməl etdiyini, yəni iddiaçıya hər ay onun adına açılmış kartına pul köçürdüyünü, səhhətində problem yarandığı hallarda dəfələrlə iddiaçını həkimə apardığını, dərman preparatları alıdığını, evinə iynə vurulması üçün tibb bacısı göndərdiyini, o cümlədən mütəmadi olaraq iddiaçıya ərzaq aldığını və s. bildirmişdir. Qeyd edilməlidir ki, iddiaçı özü də iddia ərizəsində cavabdeh tərəfindən öhdəliklərin icra edildiyini, onun həkimə aparıldığını, kartına hər ay pul köçürüldüyünü etiraf etsə də, öhdəliklərin tam şəkildə icra edilmədiyini, zamanla cavabdeh tərəfindən müqavilənin şərtlərinin icra edilməsində imtina olunduğunu, səhhətinin daha da pisləşdiriyini qeyd etmişdir. Məhkəmənin icraatında olmuş 2(007)-473/2025 iş üzrə izahat verərkən xx.xx.2022-ci ildən 2024-cü ilin mart ayınadək kommunal ödənişlərin cavabdeh tərəfindən edildiyini, 2023-cü ilin yay aylarına qədər müqavilənin tam şərtlərinə əməl edildiyini qeyd etmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddia ilə xx.xx.2024-cü ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edib və məhkəmənin 2(007)- 473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, həmin iddianın rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə araşdırma davam edən müddət ərzində renta müqaviəsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Məhkəmə həmin müddət ərzində tərəflər arasında məhkəmə mübahisəsinin olduğunu nəzərə alır. Belə ki, iddiaçı həmin müddət ərzində renta müqaviləsinin icra edilməsinə şərait yaratmamışdır. Həmin iş üzrə şahid kimi dindirilən və tərəflərin qonşuları olan X12, X5, X3 Svetlana Konstantinovna tərəfindən iddiaçıya kömək edildiyi, həkimə aparıldığı, ərzaq məhsulları ilə təmin edildiyi bildirilmişdir. Yəni tərəflər ilə qonşu olan adıçəkilən şəxslər cavabdeh tərəfindən iddiaçıya köməklik göstərildiyinin şahidi olublar. Məhkəmə qeyd etmişdir ki, xx.xx.2025-ci ildə İddiaçı vəfat etdikdən sonra Cavabdeh tərəfindən onun dəfni həyata keçirilib. Məhkəmə qeyd etmişdir ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu təqdim edilməmiş, iddia tələbini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, renta müqaviləsinin tərəfi olan cavabdeh renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl etmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin “müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan 1(bir) otaqlı mənzilin ona qaytarılması və adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən digər hissələrdə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddianın “qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi” hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən hallarına əsasən renta müqaviləsinin tərəfi olan Cavabdeh tərəfindən renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl edildiyi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə iddianı həmin hissədə əsaslı hesab etmişdir. Məhkəmə qarşılıqlı iddianın “Cavabdeh xx.xx.2022-ci il tarixli renta müqaviləsinə əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 m2 olan 1 (bir) otaqlı mənzildən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X7 məxsus olan bir neçə ədəd qab-qacaq, bir ədəd modem, bir ədəd əl-üz yuyan, bir ədəd güzgü, bir ədəd kombi, bir ədəd duş, iki ədəd paspas, dörd ədəd dolab, bir ədəd böyük şkaf içi dolu əşyalarla, iki ədəd nalça, bir ədəd ev çəkməyi, bir ədəd yataq, iki ədəd şkaf, bir ədəd sərinkeş, bir ədəd dörd-gözlü şkaf, iki ədəd plastik qab, bir ədəd dəmir qab, bir ədəd zənbil, bir ədəd oyuncaq (mişqa), bir ədəd ütü üçün alət, bir ədəd televizor, dörd ədəd stol, bir ədəd ev xətti telefonu, altı ədəd stul, bir ədəd yataq, yastığı ilə birlikdə, bir ədəd uzadıcı, beş ədəd gül qabı, iki ədəd xalça, stul üzərində xırda əşyalar, bir ədəd divardan asılı foto, bir ədəd asma əşya qabı, bir ədəd stul üzərində xalça, bir ədəd divardan asılı saat, üç ədəd pərdə və digər xırda birdəfəlik istifadə olunan əşyaların çıxarılması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı Cavabdeh tərəfindən həmin ünvanda olan əşyaların fotoşəkilləri məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən o, harada yerləşməsindən asılı olmayaraq ölüm anında onun mülkiyyətində olan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı Tahir Mirzəyeva vəsiyyət etmişdir. İddiaçı edilən əşyalar isə İddiaçı məxsus olmaqla, onun ölümündən sonra Tahir Mirzəyevə miras qalmışdır. Tahir Mirzəyev məhkəməyə təqdim etdiyi mülahizədə mənzilin açarlarını təhvil versə də, mənzildə olan mebel və məişət avadanlıqları çox olduğu üçün və bunlara ehtiyacı olmadığı üçün əşyaları çıxarmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokurorunun böyük köməkçisi Cavad Kürəbəyov tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin açarı renta müqaviləsi üzrə Cavabdeh təhvil verilməklə, həmin mənzildə olan əşyalar Tahir Mirzəyevə təhvil verilmişdir. Göründüyü kimi, mənzildə olan bir neçə əşya Tahir Mirzəyevə təhvil verilmiş, lakin qarşılıqlı iddia tələbində qeyd edilən əşyalar çıxarılmamışdır. Məhkəmə qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan mənzil hazırda Cavabdeh mülkiyyətindədir. Bununla da, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh İddiaçı ölümündən sonra X7 miras qalmış bir neçə əşyalar xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh məxsus olan mənzildədir. Bu səbəbdən iddiaçı həmin mənzildən maneəsiz istifadə edə bilmir və bununla da mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuş olur. Bu səbəbdən məhkəmə iddianı həmin hissədə də əsaslı hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində əşyalarının adını özünə məlum olan adlarla təsvir etdiyindən, hazırda isə ərizəsinə dəqiqləşdirmə vermədiyindən qətnamədə həmin əmlakların adı ərizədə göstərilən qaydada ifadə edilməlidir. Qətnamədən narazı qalan cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən nə sübutlar qəbul edilmiş, nə də şahidlərin çıxışlarına şərait yaradılmışdır. Belə ki, başqa məhkəmə işinə istinad edilərək, cavabdehin şahidləri bu işə əlavə edilmişdir. Əlavə olaraq 09 iyul 2025-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən sorğuya cavab olaraq göndərilən 4Ə-14 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli notariat işinin 12-ci vərəqində renta müqaviləsinin əvəzinə alqı-satqı müqaviləsinin qeyd olunması kobud pozuntu olduğu halda, məhkəmə tərəfindən araşdırılmamışdır. Həmçinin, 2023-cü ildən renta ödəyicisi olan Cavabdeh müalicə, qida məhsuları və dərman vasitələri ilə bağlı nəzərdə tutulan öhdəliklərini renta alan İddiaçı daha çox alış-verişdə istifadə olunan “Kapital Bank”a məxsus plastik bank kartı verməklə əvəzləmiş və hər ay həmin kartın hesabına “renta alan ilə razılaşdırmadan” dəqiq və müəyyən bir məbləğ yox, öz şəxsi mülahizəsindən və istəyindən asılı olaraq, hər ay üçün dəyişən 200-400 aralığında pul məbləği yükləməklə icra etmiş hesab etmişdir. Bu isə Azərbaycan Respublikası Mülki Məcələsinin 421-ci maddəsinin pozulması deməkdir. Yekun olaraq bildirir ki, yuxarıda göstərilən bütün bu hallar renta ödəyicisi tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərin məzmununu birtərəfli qaydada dəyişməsi və özünə uyğunlaşdırılması, müqavilədən irəli gələnlərə əsasən şəxsən özü tərəfindən icra olunmalı olan hərəkətləri bank kartına yüklənən pul ilə əvəzləşdirərək bitmiş hesab etməsi, son 6 ayda isə 1 manat belə yardım etməməsi, əlavə olaraq xərclərin çox olmasını bəhanə gətirərək pensiya kartının tələb edilməsi və digər məqamlar əqdin ləğvinə səbəb olan əhəmiyyətli pozuntulardır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının prosessual hüquqi varisi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər;. 399.1-ci maddəsinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərin birinin tələbi ilə müqavilə yalnız digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə mərhum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 864.1-ci maddəsinə əsasən renta müqaviləsinə görə bir tərəf (renta alan) əmlakı digər tərəfin (renta ödəyicisinin) mülkiyyətinə verir, renta ödəyicisi isə alınmış əmlakın müqabilində renta alana vaxtaşırı müəyyən pul məbləği şəklində renta ödəməyi öhdəsinə götürür. 864.2-ci maddəsinə görə renta müqaviləsinə görə rentanı müddətsiz ödəmək (daimi renta) və ya renta alanın ömrü boyu ödəmək (ömürlük renta) vəzifəsinin müəyyənləşdirilməsinə yol verilir. 879.1-ci maddəsinə əsasən renta ödəyicisi ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduqda renta alan renta ödəyicisindən rentanı satın almağı və ya müqaviləni ləğv etməyi və zərərin əvəzini ödəməyi tələb edə bilər. 879.2-ci maddəsinə əsasən əgər ömürlük renta ödənilməsi üçün mənzil, yaşayış evi və ya başqa əmlak pulsuz özgəninkiləşdirilmişdirsə, renta ödəyicisi müqaviləni əhəmiyyətli dərəcədə pozduqda renta alan həmin əmlakın qaytarılmasını və onun dəyərinin rentanın satınalma qiyməti ilə əvəzləşdirilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının prosessual hüquqi varisi tərəfindən verilmiş apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan renta alan İddiaçı ilə renta ödəyicisi Cavabdeh arasında bağlanmış Bakı şəhər 30 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2022-ci il tarixli 4Ə-14 reyestr nömrəli renta müqaviləsindən görünür ki, renta alan ünvan 1 ünvanında yerləşən əmlakını ömürlük renta üçün renta ödəyicisinin mülkiyyətinə pulsuz verir. Həmin müqavilənin 4-cü bəndinə görə renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək, mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək, renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Müqavilənin 8-ci bəndinə əsasən renta müqaviləsi təsdiq olunduqdan sonra renta alan daşınmaz əmlaka aid sənədləri renta ödəyicisinə verməyə borcludur. Müqavilənin 19-cu bəndinə əsasən müqavilənin tərəfləri notariusun iştirakı ilə fəaliyyət qabiliyyətindən məhrum olmadıqlarını, imzaladıqları müqavilənin mahiyyətini dərk etməyə mane ola bilən xəstəliklər keçirmədiklərini, habelə həmin müqaviləni bağlamaq üçün onlara kənar təsirlərin olmadıqlarını bildirirlər. İddiaçı tərəfindən tərtib edilmiş və Bakı şəhər 9 saylı Notariat Ofisində təsdiqlənmiş xx.xx.2025-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı harada yerləşməsindən asılı olmayaraq ölüm anında onun mülkiyyətində olan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı Tahir Mirzəyeva vəsiyyət etmişdir. Bakı şəhəri Nizami rayon prokurorunun “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölməsi faktı üzrə aparılmış araşdırma nəticəsində ciayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2-316-546Ş 25 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə yaşadığı mənzildə xəstəlikdən ölməsi faktı üzrə Bakı şəhəri, Nizami rayon prokurorluğunda aparılmış araşdırma zamanı cinayətin əlamətlərini özündə əks etdirən hadisə müəyyən edilmədiyindən 15 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39-cu maddəsinə əsasən toplanmış nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və araşdırma zamanı mərhum İddiaçı məxsus əmlakların Tahir Mirzəyevə məxsus olması ilə bağlı göstərilən xüsusatlar mülki xarakter olduğundan məhkəməyə müraciət etmək hüququ ona izah edilmişdir. Araşdırma zamanı mərhum İddiaçı yaşadığı mənzilin açarları həmin mənzilin rəsmi sahibi Cavabdeh təhvil verilmişdir. Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan mənzil Cavabdeh tam payda xüsusi mülkiyyətindədir, daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. AZ-İİ № 460368 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci ildə 494 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli02-544-1 saylı arayışının surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli AZ-İİ № 460368 saylı ölüm haqqında şəhadətnməyə əsasən xx.xx.2025-ci il tarixində İddiaçı vəfat etmişdir. Həqiqətən dəfn mərasim xərci tanışı Cavabdeh tərəfindən çəkilmişdir. İddiaçı prosessual hüquqi varisi X9 apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən nə sübutlar qəbul edilmiş, nə də şahidlərin çıxışlarına şərait yaradılmışdır. Belə ki, başqa məhkəmə işinə istinad edilərək, cavabdehin şahidləri bu işə əlavə edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçı tərəfindən işin hallarına dair təqdim edilmiş hər hansı sübutun qəbul edilməməsi halı müəyyən edilməmiş, həmçinin şahid ifadəsinin verlməsinə maneə yaradılmacı müəyyən edilməmişdir. Digər tərəfdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-473/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallara istinad edilməsi qanunsuz olmamışdır. Belə ki, həmin iş üzrə iddia tələbi İddiaçı Cavabdeh qarşı “renta müqaviləsinin etibarsız hesab edilməsi və əmlakın geri qaytarılması”ndan ibarət olmuşdur ki, həmin iş üzrə şahid kimi dindirilən və tərəflərin qonşuları olan X13, X5, X15, Cavabdeh tərəfindən iddiaçıya kömək edildiyi, həkimə aparıldığı, ərzaq məhsulları ilə təmin edildiyi bildirilmişlər. Yəni tərəflər ilə qonşu olan adıçəkilən şəxslər cavabdeh tərəfindən iddiaçıya köməklik göstərildiyinin şahidi olublar (cild 1, səh 138-139). Göründüyü kimi mübahisə predmetini təşkil edən müqavilənin etibarsızlığı tələbi ilə bağlı mülki iş üzrə istinad edilən hallar hazırki işin faktiki hallarına uyğun olmuşdur. Belə ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu təqdim etməmiş, iddia tələbini əsaslandırmamışdır. İddiaçı tərəf əlavə olaraq apellyasiya şikayətində qeyd etmişdir ki, 09 iyul 2025-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisi tərəfindən sorğuya cavab olaraq göndərilən 4Ə-14 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli notariat işinin 12-ci vərəqində renta müqaviləsinin əvəzinə alqı-satqı müqaviləsinin qeyd olunması kobud pozuntu olduğu halda, məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarına tərəflər arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli renta müqaviləsi əlavə edilmiş və həmin müqavilənin mövcudluğu iş mübahisə predmeti olmamışdır. Belə olan halda notariat işinin hər hansı bir vərəqində renta müqaviləsinin alqı-satqı müqaviləsi qeyd edilməsi texniki səhv olmaqla həmin müqavilənin ləğv edilməsi üçün əsas yaratmır (cild 1, səh 173). İddiaçı tərəfin apellyasiya şikayətində 2023-cü ildən renta ödəyicisi olan Cavabdeh müalicə, qida məhsuları və dərman vasitələri ilə bağlı nəzərdə tutulan öhdəliklərini renta alan İddiaçı daha çox alış-verişdə istifadə olunan “Kapital Bank”a məxsus plastik bank kartı verməklə əvəzləməsi və hər ay həmin kartın hesabına “renta alan ilə razılaşdırmadan” dəqiq və müəyyən bir məbləğ yox, öz şəxsi mülahizəsindən və istəyindən asılı olaraq, hər ay üçün dəyişən 200-400 aralığında pul məbləği yükləməklə icra etmiş hesab etməsinin Azərbaycan Respublikası Mülki Məcələsinin 421-ci maddəsinin pozulması, göstərilən bütün bu halların renta ödəyicisi tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərin məzmununu birtərəfli qaydada dəyişməsi və özünə uyğunlaşdırılması, müqavilədən irəli gələnlərə əsasən şəxsən özü tərəfindən icra olunmalı olan hərəkətləri bank kartına yüklənən pul ilə əvəzləşdirərək bitmiş hesab etməsi, son 6 ayda isə 1 manat belə yardım etməməsi, əlavə olaraq xərclərin çox olmasını bəhanə gətirərək pensiya kartının tələb edilməsi və digər məqamlar əqdin ləğvinə səbəb olan əhəmiyyətli pozuntular olmasına dair göstərilənlərə qiymət verərək Məhkəmə Kollegiyası bu dəlillərlə razılaşmır və hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcələsinin 421-ci maddəsinin tələbləri hazırki iş üzrə pozulmamışdır. Belə ki, tərəflər arasında bağlanmış 26 yanvar 2022-ci il tarixli renta müqaviləsinin 4-cü bəndinə əsasən: renta alana qulluq etmək, müalicə etdirmək, bununla bağlı qida məhsulları və zəruri dərmanlarla təmin etmək, mənzilin istifadəsinə görə bütün kommunal və digər xərcləri ödəmək, renta alan öldükdə onun dəfnini təşkil etmək və dəfn xərclərini ödəmək renta ödəyicisinin öhdəlikləridir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə dəqiq olaraq hər hansı bir məbləğdə dərman vasitələrinin alınması və ya alış-veriş edilməsi müəyyən edilməmişdir ki, iddiaçı tərəf özü də qəbul edir ki, cavabdeh tərəfindən bank kartına hər ay üçün dəyişən 200-400 aralığında pul məbləği yüklənmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdeh tərəfindən müqavilə üzrə üzərinə düşən öhdəliklərin məzmununu birtərəfli qaydada dəyişməsi və özünə uyğunlaşdırılması, müqavilədən irəli gələnlərə əsasən şəxsən özü tərəfindən icra olunmalı olan hərəkətləri bank kartına yüklənən pul ilə əvəzləşdirilməsi halları müəyyən edilmir. Beləliklə işin faktiki halları ilə müəyyən edilir ki, cavabdehin renta ödəyicisi kimi ömürlük renta müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozması hallarına yol verməsi hazırki araşdırma zamanı öz təsdiqini tapmamışdır, iddiaçı isə bunun əksini təsdiq edən dəlillərini məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, renta müqaviləsinin ləğv edilməsinin mühüm şərti renta ödəyicisinin ömürlük renta müqaviləsini əhəmiyyətli dərəcədə pozduğu anla əlaqələndirilir. Hansı ki, iddiaçı bu əhəmiyyətli dərəcədə pozuntunu təsdiq edəcək sübutunu təqdim edilməmiş, iddia tələbini əsaslandırmamışdır. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, renta müqaviləsinin tərəfi olan cavabdeh renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl etmişdir. Bundan başqa qeyd edilməlidir ki, “müqavilə bağlananadək tam mülkiyyət hüququ üzrə ona məxsus olmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan 1(bir) otaqlı mənzilin ona qaytarılması və adına yenidən Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı Publik hüquqi şəxsində mülkiyyət hüququna dair qeydiyyat aparılması” tələbi, ilkin tələbdən törəmə tələb olduğundan və ilkin hissədə iddia təmin edilmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, digər hissələrdə də təmin edilməməlidir. Bununla yanaşı Məhkəmə Kollegiyası hesab edir ki, renta müqaviləsinin tərəfi olan Cavabdeh tərəfindən renta müqaviləsinin şərtlərinə, bundan irəli gələn öhdəliklərinə, onların yerinə yetirilməsinə əməl edildiyi müəyyən edildiyindən birinci instansiya məhkəməsi qarşılıqlı iddianın “qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli renta müqaviləsinin şərtlərinin tam şəkildə yerinə yetirilmiş (icra edilmiş) hesab edilməsi” hissəsinə münasibətdə düzgün nəticyə gəlmişdir. Eyni zamanda iş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş vəsiyyətnaməyə əsasən o, harada yerləşməsindən asılı olmayaraq ölüm anında onun mülkiyyətində olan ona məxsus olan bütün daşınar və daşınmaz əmlakı Tahir Mirzəyeva vəsiyyət etmişdir. İddiaçı tərəfindən qeyd edilən əşyalar isə İddiaçı məxsus olmaqla, onun ölümündən sonra Tahir Mirzəyevə miras qalmışdır. Tahir Mirzəyev məhkəməyə təqdim etdiyi mülahizədə mənzilin açarlarını təhvil versə də, mənzildə olan mebel və məişət avadanlıqları çox olduğu üçün və bunlara ehtiyacı olmadığı üçün əşyaları çıxarmadığını qeyd etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Nizami rayon prokurorunun böyük köməkçisi Cavad Kürəbəyov tərəfindən tərtib edilmiş akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilin açarı renta müqaviləsi üzrə Cavabdeh təhvil verilməklə, həmin mənzildə olan əşyalar Tahir Mirzəyevə təhvil verilmişdir. Göründüyü kimi, mənzildə olan bir neçə əşya Tahir Mirzəyevə təhvil verilmiş, lakin qarşılıqlı iddia tələbində qeyd edilən əşyalar çıxarılmamışdır. Halbuki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 29,42 kv.m olan mənzil hazırda Cavabdeh mülkiyyətindədir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq müəyyən edilmişdir ki, cavabdeh İddiaçı ölümündən sonra X7 miras qalmış bir neçə əşyalar xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh məxsus olan mənzildədir və bu səbəbdən iddiaçı həmin mənzildən maneəsiz istifadə edə bilmir və bununla da mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuş olur. Bununla da birinci instansiya məhkəməsi qarşılılıqlı iddianın Cavabdeh xüsusi mülkiyyətində olan əşyalar İddiaçı prosessual hüquqi varisi X9 tərəfindən çıxarılmasi hissəsində də təmin edilməsi barədə gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:

İddiaçı prosessual hüquqi varisi X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1917/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar