Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6876/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Mənzil Tikinti Kooperativinin Cavabdeh1 qarşı “müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi” barədə ilkin, Cavabdeh1 İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin təhvil verilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 aprel 2021-ci il tarixli qərardadından İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Mənzil Tikinti Kooperativi Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 85 kv.m olan mənzilə dair Pərvanə Rüstəmova ilə bağlanılmış 18.03.2020-ci il tarixli müqavilənin və həmin müqavilə əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 isə İddiaçı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia ərizəsi təqdim edərək, ünvan 1 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 85 kv.m olan mənzilin ona təhvil verilməsi öhdəliyinin MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (məhkəmə) 14 aprel 2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddanı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi təmin ediərək ünvan 1 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 85 kv.m olan mənzilin üzərinə həbs qoyulması, İddiaçı və digər şəxslər tərəfindən mənzildən istifadə və təmir işlərinin aparılmasının qadağan edilməsi qərar alınmışdır. İddiaçı-nın nümayəndəsinin həmin qərardaddan verdiyi şikayət məhkəmənin 26 may 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, 14 aprel 2021-ci il tarixli qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun mənasına görə iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Buna görə, iddianı təmin tədbirinin tətbiqinə dair ərizələr o halda təmin oluna bilər ki, işə mahiyyəti üzrə baxılarkən qorunan mübahisə obyekti məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etməyə xidmət edə bilsin. Bu mənada nəzərə almaq lazımdır ki, hazırkı məhkəmə icraatı MTK-nın, Cavabdeh1 ünvan 1 ünvanında tikilmiş 6 bloklu çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 85 kv.m olan mənzilə dair bağladığı müqavilənin etibarsız hesab olunması, Cavabdeh1 isə MTK-ya qarşı həmin mənzilin ona təhvil verilməsi tələbləri üzrə davam edən icraatır və Cavabdeh1 məhz mübahisə predmeti olan mənzilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bu baxımdan kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi şikayət mövzusu qərardadı qəbul etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3108/2021 saylı iş üzrə 14 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6876/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6876/2021
07.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver