Məhkəmə qərarları › İş №2(103)-6890/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6890/2022

21.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6890/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı1 və birgə iddiaçıların vəkili Vəkil2, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı vurulmuş maddi və mənəvi ziyanın əvəzinin tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(001)-3527/2021 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı2 ilə Cavabdeh1 arasında nikah xx.xx.2016-cı il tarixdə bağlanmış və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)2938/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

2. Tərəflər birgə nikahda olan dövrdə, yəni xx.xx.2019-cu il tarixdə İddiaçı2 “Kia Cerato” minik markalı, 99SD078 dövlət qeydiyyat nişanlı avtomobili əldə etmişdir. “HAVAL H9” minik markalı, 99XT078 dövlət qeydiyyat nişanlı avtomobil isə xx.xx.2017-ci il tarixdə İddiaçı1 mülkiyyətinə keçmişdir.

3. Hər iki avtomobil onların mülkiyyətçisi olan iddiaçılar tərəfindən sərəncam vermək hüququ da daxil olmaqla cavabdehə etibar edilmiş və ona bu barədə etibarnamələr verilmişdir. Həmin etibarnamələrlə ona verilmiş səlahiyyətlərə uyğun olaraq cavabdeh xx.xx.2021-ci il tarixdə “HAVAL H9” minik markalı, 99XT078 dövlət qeydiyyat nişanlı avtomobili (müqavilə qiyməti 31.000 manat), xx.xx.2021-ci il tarixdə isə “Kia Cerato” minik markalı, ** SD *** dövlət qeydiyyat nişanlı avtomobili (müqavilə qiyməti 10.000 manat) özgəninkiləşdirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən İddiaçı1 məxsus 99XT078 dövlət qeydiyyat nişanlı, “HAVAL H9” minik markalı avtomobilinə dair Cavabdeh2, İddiaçı2 məxsus ** ST *** dövlət qeydiyyat nişanlı, Kio Sorento minik markalı avtomobilinə dair Cavabdeh3 ilə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, ** XT *** dövlət qeydiyyat nişanlı, “HAVAL H9” markalı avtomobilin qanuni sahibi İddiaçı1, ** ST *** dövlət qeydiyyat nişanlı, “Kia Sorento” minik markalı avtomobilin İddiaçı2 qaytarılması, maddi ziyan və hüquqi xidmətə görə 1.000 manat pulun, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.030 manat pulun Cavabdeh1 onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, o cümlədən Cavabdeh2 və Cavabdeh3 cavabdehlər siyahısından çıxararaq, Cavabdeh1 İddiaçı1 məxsus olmuş ** XT *** dövlət qeydiyyat nişanlı, “HAVAL H9” minik markalı avtomobilin satışından əldə edilmiş 47.000 manat məbləğində pulun İddiaçı1 xeyrinə, İddiaçı2 məxsus olmuş ** SD *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilin satışından əldə edilmiş 25.000 manat məbləğində pulun İddiaçı2 xeyrinə, habelə 10.000 manat məbləğində mənəvi ziyanın və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(001)- 3527/2021 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh1 İddiaçı1 xeyrinə 30.000 (otuz min) manat məbləğində pul, İddiaçı2 xeyrinə 19.000 (on doqquz min) manat məbləğində pulun tutulması, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh1 tutularaq müştərək qaydada iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı1 Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin tutulması” tələbi ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, bu iddiaçı cavabdehin keçmiş qayınanasıdır (digər iddiaçının anasıdır) və ** XT *** dövlət qeydiyyat nişanlı, “HAVAL H9” minik markalı avtomobili xx.xx.2017-ci il tarixdə mülkiyyət olaraq əldə etdikdən sonra xx.xx.2017-ci il tarixdə sərəncam vermək hüququ da daxil olmaqla cavabdehə etibar etmiş və bu barədə ona etibarnamə vermişdir. Həmin etibarnamə ilə ona verilmiş səlahiyyətlərə uyğun olaraq cavabdeh bu avtomobili xx.xx.2021-ci il tarixdə satmışdır. Cavabdeh avtomobilin İddiaçı1 tərəfindən ona faktiki olaraq hədiyyə verildiyini, alındığı gündən onun istifadə və sahibliyində olduğunu, avtomobili İddiaçı2 təkidi və ona aid olan borcların qaytarılması məqsədi ilə 30.000 manata satdığını, lakin əldə edilmiş vəsaitinin İddiaçı1 təhvil verilmədiyini, bu vəsaitin bir hissəsinin İddiaçı2 verildiyini , bir hissəsi hesabına isə İddiaçı2 aid borcları ödədiyini bildirir. Lakin İddiaçı1 bu avtomobili, habelə onun özgəninkiləşdirməsindən əldə edilmiş vəsaiti cavabdehə bağışlaması, bu əmlakların cavabdehin və ya İddiaçı2 hər hansı borcuna aidiyyətinin olduğu, əldə edilmiş vəsait hesabına hər hansı borcun ödənilməsi üçün onun tərəfindən cavabdehə razılıq və ya tapşırıq verilməsi, habelə İddiaçı2 bu avtomobilə münasibətdə hər hansı, o cümlədən sərəncam vermək hüququnun olması müəyyən edilmir. Cavabdeh də İddiaçı1 belə bir tapşırıq aldığını, habelə onun bu məsələdən məlumatlı olduğunu bildirmir, habelə bu avtomobillə bağlı öz mövqeyini ümumiyyətlə sübuta yetirə bilmir. Əksinə İddiaçı2 ilə cavabdeh arasında “whatsapp” sosial şəbəkə üzrə aparılmış yazışmadan da müəyyən olur ki, avtomobil xx.xx.2021-ci il tarixdə satılmasına baxmayaraq, İddiaçı2 xx.xx.2021-ci il tarixdə avtomobillərin satılıbsatılmaması barədə dəqiq məlumatı yoxdur. Belə ki, iddiaçı həmin tarixli yazışmada qeyd edir ki, “Emin maşını satmamısansa ada keçirməmisənsə qaytar”, “uşaqlara görə deyirəm ki, maşını satmamısansa gətir qaytaraq anama, sənin işdən çıxmağına görə heç kim mənə medal verməyəcək, istəmirəm də”, cavabdeh isə ona “Həsimin canına satmışam və hansı banklara ödəmişəm çeklər özümdədir” cavabını verir. Digər yazıda iddiaçının “deyir maşınlarını qaytarsın şikayəti geri götürüm, men danışmışam anamla” ismarıcına, cavabdeh “maşınları satmışam izahatını da vermişəm” cavabını verir. Bununla belə, yazışmalardan belə qənaətə gəlmək olur ki, İddiaçı1 avtomobillərin satılması ilə bağlı cavabdehə hər hansı tapşırıq verməmiş, hər ikisinin satılmasından məlumatsız olmuş və hazırda da bundan narazıdır, hətta cavabdehin bu hərəkətləri ilə bağlı aidiyyəti üzrə şikayətlər də etmiş və həmin vaxt avtomobillərin hər ikisinin qaytarılmasını tələb etmişdir. Bu səbəbdən avtomobilin özgəninkiləşdirməsindən əldən edilmiş vəsaitin hər hansı hissəsinin hər hansı məqsədlər üçün onun tapşırığı ilə xərclənməsi halı istisna olunur. Bununla belə, İddiaçı1 tərəfindən cavabdehə verilmiş etibarnamədə onun avtomobilə sərəncam vermək hüququnun nəzərdə tutulması bu avtomobilin onun tərəfindən özgəninkiləşdirilməsini hüquqi baxımdan mümkün edir, lakin bunun nəticəsində onun əldə edilmiş vəsaitə öz iradəsinə uyğun sərəncam vermək, o cümlədən bu vəsaiti öz şəxsi ehtiyacları üçün sərf etmək və iddiaçıya təhvil verməmək hüququ yaranmır. Bu avtomobilin İddiaçı2 təkidi (tapşırığı ilə) ilə satılması isə ümumiyyətlə istisna edilir. Belə ki, cavabdeh avtomobilin alqı-satqısı ilə bağlı münasibətlərdə hüquqi nəticə etibarı ilə İddiaçı1 təmsil etmiş və onun adından alqı-satqı müqaviləsi bağlamış, bununla da iddiaçının cavabdeh tərəfindən əldə edilmiş vəsaiti almaq hüququ, cavabdehin isə bu vəsaiti iddiaçıya vermək vəzifəsi yaranmışdır. Lakin cavabdeh nəinki həmin vəsaiti iddiaçıya təhvil verməmiş, həmçinin avtomobilin satılması ilə bağlı iddiaçıya ümumiyyətlə hər hansı məlumat, o cümlədən əldə edilmiş pul vəsaiti və onun xərclənməsi barədə sonradan iddiaçıya hər hansı hesabat verməmişdir. Cavabdeh bu münasibətlərdə iddiaçını təmsil etsə də nəticə etibarı ilə onun haqlı mənafeyini müdafiə etməmiş, öz maraqlarından çıxış etmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur. Bu səbəbdən cavabdeh İddiaçı1 məxsus olan avtomobilin satışından əldə edilmiş vəsaiti tam şəkildə iddiaçıya verməlidir. Məhkəmə, cavabdeh tərəfindən İddiaçı1 ödənilməli olan məbləğlə bağlı qeyd etmişdir ki, xx.xx.2021ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsində ** XT *** dövlət qeydiyyat nişanlı, “HAVAL H9” minik markalı avtomobilin 31.000 manata satıldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində isə həmin tarixə bu avtomobilin orta bazar qiymətinin 35.000-36.000 manat olduğu göstərilmişdir. Cavabdeh isə bu avtomobili 30.000 manata satdığını bildirir. Məhkəmə, avtomobilin qiyməti ilə bağlı qeyd edilənləri müqayisəli şəkildə təhlil edib, müqavilədə göstərilən məbləğin cavabdehin bildirdiyi məbləğdən az fərqləndiyini nəzərə alıb, hesab etmişdir ki, cavabdehin bildirdiyi məbləğ əsas götürülməli və həmin avtomobilin satışından əldə edilmiş, lakin İddiaçı1 verilməmiş 30.000 manat məbləğində pul cavabdehdən İddiaçı1 xeyrinə tutulmalıdır. Məhkəmə, İddiaçı2 Cavabdeh1 qarşı “vurulmuş maddi ziyanın əvəzinin tutulması” tələbi ilə bağlı ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Lakin nəinki iddiaçılar, həmçinin cavabdehin özü də avtomobillərin hər ikisinin İddiaçı1 vəsaiti hesabına alındığını etiraf edir. İddiaçı2 ilə cavabdeh arasında “whatsapp” sosial şəbəkə üzrə aparılmış yazışmadan da bu avtomobilin də İddiaçı1 vəsaiti hesabına alındığı müəyyən edilir. Nəticə etibarı ilə ** SD *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobil İddiaçı2 ilə cavabdehin nikahda olduğu dövrdə, lakin onların ümumi gəlirləri hesabına alınmamışdır. Bu səbəbdən onların ümumi birgə mülkiyyəti sayıla bilməz. Diqqət çəkən digər məqam ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikah müqaviləsi bağlanmışdır və həmin müqavilənin şərtləri baxımından da həmin avtomobil onların ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz. Diqqət çəkən digər məqam ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikah müqaviləsi bağlanmışdır və həmin müqavilənin şərtləri baxımından da həmin avtomobil onların ümumi birgə mülkiyyəti kimi qiymətləndirilə bilməz. Bununla bağlı, məhkəmə, Mülki Məcəllənin 404-cü maddəsinin tələblərini rəhbər tutub, həmin müqavilənin 5-ci bəndinin (birgə nikah dövründə qanunvericiliklə qeydiyyatı nəzərdə tutulmuş daşınmaz əmlak, yaxud digər əmlak, həmçinin, qiymətli kağızlar, müəssisədəki pay hər birimizdən kimin şəxsi vəsaiti hesabına əldə olunacaqsa onun da adına qeydiyyata alınacaqdır. Bu əmlaklar üzərində sərəncam verməyi (satmağı, bağışlamağı, dəyişdirməyi və sair) hər birimiz digərinin razılığı olmadan müstəqil olaraq həyata keçirəcəyik) və 9-cu bəndinin (tərəflərdən biri digər tərəfin razılığı ilə birgə nikah dövründə mülkiyyət hüququ əsasında əldə etdiyi nəqliyyat vasitəsi üzərində müstəqil sərəncam verə bilər) tələblərinə istinad edib qeyd etmişdir ki, avtomobilin xx.xx.2019-cu il tarixdə İddiaçı2 mülkiyyətinə keçməsi artıq həmin avtomobilin İddiaçı2 vəsaiti (onun özünə aid olan və ya ona verilən, cavabdehə hər hansı aidiyyəti olmayan, birgə gəlir sayılmayan və sair) hesabına əldə olunmasını və məhz bu səbəbdən onun mülkiyyəti kimi qeydə alınmasını özündə ehtiva edir. Bu da öz növbəsində həmin avtomobilin tərəflərin birgə gəliri hesabına əldə edildiyini istisna edir. Məhkəmə, cavabdehin avtomobillərin (hər bir halda araşdırmanın tamlığı baxımından məhkəmə hər iki avtomobilə münasibətdə məsələyə aydınlıq gətirir) satışından əldə edilmiş vəsaitin İddiaçı2 verilməsi, habelə bu vəsait hesabına birgə nikah dövründə yaranmaqla İddiaçı2 aid olan borcların və bu borclara görə hesablanmış faizlərin ödənilməsi barədə mövqeyi ilə bağlı ilk növbədə qeyd etmişdir ki, tərəflər arasında “whatsapp” sosial şəbəkə üzrə aparılmış yazışmadan iddiaçının deyil, cavabdehin borclarının olduğu, hətta bu borcların ödənilməsi üçün cavabdehin iddiaçıdan təkidlə pul istəməsi müəyyən edilir. Belə ki, xx.xx.2021-ci il tarixə aid yazışmada cavabdeh iddiaçıdan borcunun qaytarılması üçün təcili olaraq pul tapmasını və ona göndərməsini xahiş edir, lakin həmin yazışma üzrə bir dəfə də bu pulun iddiaçının borcunun ödənilməsi üçün istənildiyi, habelə ödənilməli olan borcların iddiaçıya aid olması vurğulanmır (yazışmadan borcun iddiaçıya aid olduğu müəyyən edilmir). Əksinə iddiaçı tərəfindən cavabdehə onun özünün 17.000 manat borcunun olduğu bildirilir (xx.xx.2021-ci il, saat 19:51, “Emin mənim 17 min borcum var eee”). xx.xx.2021-ci il tarixə aid digər yazışmada isə cavabdeh iddiaçıya “mənə bunda kömək ol sənin canına bir də heçnə deməyəcəm sənə”, “gör arvadda var ikinci gün sənin canına tezdən qaytaracam, üstündə faizini də qaytaracam” (16:12) deyir. Belə olan halda, cavabdehin iddiaçının borclarını qaytardığı bir vəziyyətdə hansı səbəbdən ondan pulu qaytarmaq şərti ilə istədiyi və hansı səbəbdən birdə heçnə istəməyəcəyini bildirməsi sual doğurur (cavabdeh həmin yazışmada qeyd edilən borcun iddiaçıya aid olduğunu, lakin onların qaytarılması üçün iddiaçıdan pul ala bilmədiyini, onu buna görə tənqid etdiyi və onunla sərt danışdığı halda aralarında mübahisə yaranması ehtimalının olduğunu və məhz bundan ehtiyatlanaraq onunla maksimum mülayim rəftar etdiyini, bu səbəbdən ona bu formada, yəni borcun ona aid olduğunu xatırlatmamaqla müraciət etməsini bildirir, lakin bu mövqeyini sübut edə bilmir). Qeyd olunanlar öz növbəsində cavabdehin iddiaçıya aid borcu deyil, özünə aid borcu ödəmək üçün pul istəməsinə dəlalət edir. Hər bir halda, cavabdeh onun borclarını ödəyirdisə yazışmada açıq və aydın şəkildə bunu bildirərdi və iddiaçı da pul göndərə bilməməsini özünün şəxsi borclarının olması ilə əsaslandırmazdı. xx.xx.2021-ci il tarixə aid digər yazışmada cavabdeh maşınları satıb pulunun hamısını borclara verdiyini bildirir (saat 12:05), iddiaçı isə ona “sənin o qədər borcun yox idi axı”, “ortadakı məbləğ dəhşət böyükdür” (12:05) cavabını verir. Bundan sonra iddiaçı cavabdehin “güya bilmirdin nə borclarım var idi” (12:09) ismarıcına “mən sənin o qədər borcunun olduğunu bilmirdim, 45 min manatdan danışılır ortada” (12:12) cavabını verir. xx.xx.2021-ci il tarixə aid digər yazışmada iddiaçı cavabdehin ünvanına “mən sənə demişdim axı ölsəm də ayrılsaq da seni tək qoymayacam bizim balalarımız var” (12:33), “borclarını ödəməyə kömək edəcəm demişdim” (12:34), “mən səni heç borc xərcdə qoymamışam” (12:34), “heç vaxt sənə zərər gəlməyinə imkan verməmişəm verməzdimdə” (12:34) cümlələrini işlədir. xx.xx.2021ci il tarixə aid yazışmada isə iddiaçının “maşınları qaytarmağın yolu varsa qaytaraq, pulu hissə-hissə ödəyək” (12:57/58) müraciətinə cavabdeh “ancaq pulunu verib qaytarmaq olar o da pullar hamısı borca banka vermişəm, bilirsən nələrə ödəyəcəkdik” (12:58) cavabını verir (borcun mənbəyi açıqlanmır). Buna münasibətdə isə iddiaçı “mən 50 minlik borc bilmirdim”, “mən bildiyim borcun pulunu sənə yollamışdım” (12:58/59) cavabını verir. Sonradan isə həmin söhbətin davamı olaraq cavabdehə “sən o pulu mənlə bağlı yerə ödəməmisən”, “Bunu bilirsən”, “Mənim ondan xəbərim yoxdur” (12:02) ismarıclarını göndərir. Lakin cavabdeh bu ismarıcları, habelə borc məsələsini müzakirə etmir və söhbət başqa mövzuda davam edir. Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, iddiaçı cavabdehə öz borcunun pulunu ona göndərdiyini qeyd edir və hər hansı yazışmadan iddiaçının bu avtomobillərin satışından əldə edilmiş vəsait hesabına onun borcunu ödəməsi barədə cavabdehə tapşırıq verdiyi müəyyən olunmur. Əks halda, iddiaçı “maşınların qaytarmağın yolu varsa qaytaraq, pulu hissə-hissə ödəyək” ismarıcını cavabdehə göndərməzdi. Bununla belə, qeyd edilən yazışmadan, o cümlədən cavabdehin müraciət formasından belə qənatə gəlmək olur ki, avtomobilin satışından əldə edilmiş vəsait cavabdeh tərəfindən iddiaçının borclarının ödənilməsinə sərf edilməmişdir. Ümumiyyətlə yazışmada iddiaçı tərəfindən cavabdehə münasibətdə “sənin borcun” ifadəsindən istifadə edilir, cavabdeh isə iddiaçıya münasibətdə “sənin borcun” ifadəsindən istifadə etmir. Yazışmadan iddiaçı üçün məlum olmayan borcların olduğu da müəyyən olunur. İddiaçıdan fərqli olaraq cavabdeh cəmi bir səhifəlik yazışmanın çıxarışını təqdim edir. Həmin çıxarışdan söhbətin hansı tarixdə baş verməsini müəyyən etmək mümkün olmur. Bu çıxarışda iddiaçı tərəfindən yazılmış “maşın məsələsinə görə yığırdım, həll etdinsə yaz həll edə bilmirsənsə mən başqa çarə tapım faizin içində ölürəm” ismarıcı əks olunmuşdur. Lakin iddiaçının bu ismarıcından avtomobillə bağlı hansı əməliyyatın aparılmalı olmasını (avtomobilin ipoteka ilə yüklü edilməsi, onlara qaytarılması, satılması və sair) müəyyən etmək olmur. Yazışmanın davamına dair hər hansı çıxarış əlavə edilmədiyindən bu ismarıcın nə məqsədlə yazılmasına, habelə “az sonra yalvarsanda yığmayacam anam Bakıya gəlir nə oyun oynayırsan sən” ismarıcına qiymət vermək olmur. Hər bir halda, avtomobilin mülkiyyətçisi iddiaçıdır və bu ismarıcın cavabdehə avtomobilin satılması tapşırığının verilməsi kimi qiymətləndirilməsi də, onun satışından əldə edilmiş vəsaitin cavabdeh tərəfindən ona təhvil verilməməsi üçün əsas ola bilməz. Bu ismarıcla iddiaçı ona aid olan hər hansı borcun qaytarılması tapşırığını da cavabdehə vermir. “Faizin içində ölürəm” ifadəsinin isə iddiaçının özünə aid olan və onun özü tərəfindən ödənilməli olan borc kimi qiymətləndirilməsi daha məqbul görünür. Məhkəmə xüsusilə onu da vurğulamışdır ki, avtomobillər xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə satılmasına baxmayaraq, cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixli yazışmada həm bu barədə, həm də xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-yə 4.611,82 manat məbləğində borcun ödənilməsi barədə hər hansı məlumat vermir. Əksinə iddiaçıdan ona borc verməyini, borca pul tapıb qaytarmaq şərti ilə ona göndərilməsini təkidlə xahiş edir. Halbuki, həqiqətən də avtomobili iddiaçının tapşırığı ilə satan və əldə edilmiş vəsait hesabına həqiqətən də onun borclarını qaytaran cavabdeh onu bu münasibətlərdə təmsil edən şəxs olaraq ilk növbədə bu barədə iddiaçıya məlumat və hesabat verməli idi. Lakin göründüyü kimi, xx.xx.2021-ci il tarixinə 49.000 manat məbləğində vəsaitin sahibi olan cavabdeh iddiaçıdan qısa müddətdə qaytarmaq, hətta faiz ödəmək şərti ilə borca pulun tapılmasını istəyir. Hətta iddiaçı ona “emin mənim 17 min borcum var eee” ismarıcını göndərdikdən sonra da avtomobillərin satılması barədə hər hansı məlumat vermir. Burdan da belə qənaətə gəlmək olur ki, iddiaçı bu barədə məlumatlı olmur. Əks halda, 17.000 manatın ödənilməsi üçün pul göndərilməsini cavabdehdən tələb edərdi. Hələ bu tarixdən bir gün əvvəl, yəni xx.xx.2021ci il tarixdə iddiaçı cavabdehə 17.500 manat məbləğində pul da göndərmişdir (cavabdeh özü 20.500 aldığını etiraf edir). Bununla belə, sadə hesablama ilə 19-20 fevral 2021-ci il tarixlərdə cavabdeh təxminən 70.000 manata yaxın pula sahib olmuşdur. Lakin yenə də xx.xx.2021-ci il tarixdə borcların olduğunu və onların ödənilməsinin vacibliyini vurğulayıb, iddiaçıdan pul tələb edir. Məhkəmə, cavabdeh və iddiaçı tərəfindən təqdim edilmiş sübutları, habelə onların bildirdiyi fikirləri müqayisəli şəkildə təhlil edib, qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh ümumiyyətlə 49.000 manat pulun (cavabdeh avtomobillərə görə bu məbləğin əldə edildiyini bildirir) açıqlamasını verə bilmir. Belə ki, təqdim edilmiş sənədlərə əsasən cavabdeh tərəfindən 2021-ci ilin mart ayında "xxxx" ASC-yə 6.415 manat, "xxxx" ASC-yə 3.200 manat və “Kia Cerato” minik markalı avtomobili girov yüklülüyündən azad edilməsi üçün xx.xx.2020-ci il tarixdə "xxxx" BOKT QSC-yə 4.611,82 manat, ümumilikdə 14.226,82 manat məbləğində borc ödənilmişdir. Həmçinin, "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə götürülmüş 5.700 manat kredit borcu Banka tam qaytarılmışdır. Lakin nəzərə alınmalıdır ki, bu kreditlərin hər biri məhz cavabdehə aid kreditlərdir və onların ayrılması ilə bağlı bank təşkilatları ilə cavabdeh arasında kredit müqavilələri bağlanmışdır. Həmin kreditlərin iddiaçıya verilməsi, onun borclarının ödənilməsi, habelə ümumiyyətlə cavabdeh tərəfindən ailəyə xərclənməsi öz təsdiqini tapmır. İnternational” BOKT QSC-dən götürülmüş kreditin təminatı olaraq iddiaçıya məxsus avtomobilin girovla yüklü edilməsi də bu kreditin məhz iddiaçı tərəfindən götürülməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda, zərurət olduğu halda, iddiaçı özü də kredit müqaviləsini bağlaya bilərdi. Digər tərəfdən cavabdeh xx.xx.2021-ci il tarixdə başqa bir şəxsdən borc alaraq, İddiaçı2 kart hesabına ayrı-ayrılıqda 650 manat, 4.350 manat, 5.000 manat və 5.000 manat, cəmi 15.000 manat məbləğində pul vəsaitini köçürdüyünü bildirir. Lakin həm bu məbləği aldığı şəxs barədə hər hansı məlumat verə bilmir (hansı şəxsdən, hansı şəraitdə, hansı müddətə aldığını bildirmir, sadəcə olaraq belə borcların çox olduğunu və rəsmiləşdirilmədiyini, bu səbəbdən borc verən şəxs barədə məlumatın verilməsinə zərurət görmədiyini qeyd edir), iddiaçı isə bu məbləğin borc olmadığını, ona məxsus olduğunu vurğulayır. Digər tərəfdən cavabdeh xx.xx.2021-ci il tarixdə iddiaçıya 15.000 manat məbləğində pulun göndərildiyini bildirsə də, bu tarixdən 6 gün sonra, yəni xx.xx.2021-ci il tarixə iddiaçının ona milliön elektron ödəmə sistemi vasitəsi ilə ümumilikdə 17.500 manat məbləğində pulun göndərildiyini bildirmir (bu hal, yalnız iddiaçı tərəfindən aidiyyəti sənədlər təqdim edildikdən sonra məlum olur). Cavabdeh bu məbləğ hesabına da iddiaçıya aid borcları və ona hesablanmış faizləri qaytardığını bildirir, lakin öz mövqeyini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Eyni zamanda, cavabdeh 17.500 manat deyil, iddiaçıdan 20.500 manat pul aldığını etiraf edir. Bununla belə, sübuta yetən hallardan belə nəticəyə gəlmək olur ki, cavabdeh iddiaçıdan 20.500 manat məbləğində pul aldıqdan sonra banklara ümumilikdə (14.226,82 + 5.700 manat (halbuki, bu kredit məbləği xx.xx.2019-cu il tarixdə götürülmüşdür və tam bağlanan, yəni xx.xx.2021-ci il tarixə hansı məbləğin ödənildiyi də məlum deyil) = 19.926, 82) 19.982 manat məbləğində pul ödəmişdir. Bu baxımdan həmin borclar iddiaçıya aid olduğu halda da (halbuki, bu hal sübuta yetmir) onun tərəfindən tam ödənilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli nikah müqavilənin təfsiri baxımından da (5-ci və 9-cu bəndlər) belə qənaətə gəlmişdir ki, qeyd edilən kredit borcları da məhz cavabdehə aid olan kredit borclarıdır və iddiaçı onların hər hansı hissəsinin ödənilməsi öhdəliyini daşımır. Məhkəmə şahid X1 ifadəsini də mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, X3 cavabdehə borc verdiyini bildirsə də, həmin borcun hər hansı hissəsinin cavabdeh tərəfindən iddiaçıya ötürülməsinin şahidi olmamışdır. Ümumiyyətlə borcun verilməsini və sonradan qaytarılmasını təsdiq edən yeganə sübut cavabdehin və şahidin (onun doğma dayısı və onunla normal qohumluq münasibətlərində olan şəxs), yəni iki yaxın qohumun sözləridir. İddiaçı isə qətiyyətlə ona belə bir borcun verilmədiyini bildirir. Tərəflər arasında olan yazışmada da bu məsələyə hər hansı istinad yoxdur. Hər bir halda, avtomobillərin satılması ilə bağlı iddiaçı cavabdehi sorğu sual edən zaman cavabdeh bu pulun hər hansı hissəsinin dayısından alınmış borcun qaytarılmasına xərclədiyini bildirmir, xx.xx.2021-ci il tarixə aid yazışmada isə iddiaçıya “Hesimin canına satmışam və haralarada ödəmişəm banklara çeklər özümdədir” (12:33) ismarıcını göndərir. Halbuki, bildirilən borc məbləğləri arasında məbləğ etibarı ilə ən həcmlisi məhz elə bu borcdur. Verilən və qaytarılan borc məbləği ilə də bağlı cavabdeh və şahid fərqli mövqeylərdən çıxış edir. Belə ki, cavabdeh şahiddən 23.000 manat məbləğində borc aldığını, şahid isə cavabdehə 27.000 manat məbləğində borc verdiyini bildirir. Bütün bu məbləğlər nəzərə alındığı halda da (14.226, 82 + 20.000 + 5.700 = 39.926,82) yenə də 49.000 manat məbləğindən xeyli az məbləğ alınır. Cavabdehin qalan məbləğin borclara görə yaranmış faiz borcuna ödəməsi barədə fikirləri də hər hansı sübuta söykənmir. Cavabdeh avtomobillərin satışından əldə edilmiş vəsaitin müəyyən hissəsini bilavasitə İddiaçı2 verdiyini bildirsə də, nəinki bu halı sübuta yetirə bilmir, ümumiyyətlə ona verilən məbləğ barədə dəqiq məlumat verə bilmir. Artıq müəyyən edildiyi kimi, cavabdeh iddiaçıya cəmi bir dəfə və avtomobillərin satışından əvvəl, yəni xx.xx.2021-ci il tarixdə ümumilikdə 15.000 manat pul göndərmiş, bu pulun da başqa şəxsdən borc olaraq alındığını sübuta yetirə bilməmişdir. Başqa sözlə, avtomobillər satıldıqdan sonra yalnız cavabdehin adına olan kreditlərin ödənildiyi öz təsdiqini tapır. Ümumiyyətlə cavabdehin yazışmada qeyd etdikləri ilə məhkəmə iclas zalında qeyd etdikləri hər bir mənada biri-birindən fərqlənir. Beləliklə, məhkəmə, sübuta yetirilmiş hallara hüquqi qiymət verərək, o cümlədən tərəflər arasında olan yazışmaların məzmununu (“mən 50 minlik borc bilmirdim”, “mən bildiyim borcun pulunu sənə yollamışdım”, “sən o pulu mənlə bağlı yerə ödəməmisən”, “Bunu bilirsən”, “Mənim ondan xəbərim yoxdur” və sair) nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə ** SD *** dövlət qeydiyyat nişanlı, “Kia Cerato” minik markalı avtomobilin satışından əldə edilmiş vəsait hesabına onun borclarının qaytarılması tapşırığı verməmiş, həmçinin cavabdeh bu vəsait hesabına iddiaçının borclarını ödəməmiş, bu vəsaitin cavabdehdə qalması və onun tərəfindən istifadə edilməsi ilə bağlı da tərəflər arasında hər hansı razılaşma və ya qeyd-şərt olmamışdır. Bununla belə, cavabdeh İddiaçı1 halında olduğu kimi, İddiaçı2 da mülkiyyətində olan avtomobili etibarnamə ilə ona verilmiş səlahiyyətlərə əsaslanaraq satmış və bu halda da əldə edilmiş vəsaiti iddiaçıya təhvil verməmişdir. Bununla da bu münasibətlərdə iddiaçını təmsil etsə də nəticə etibarı ilə onun haqlı mənafeyini müdafiə etməmiş, öz maraqlarından çıxış edərək, iddiaçıya maddi zərər vurmuşdur. Bu səbəbdən cavabdeh İddiaçı2 məxsus olan avtomobilin satışından əldə edilmiş vəsaiti də tam şəkildə ona verməlidir. Məhkəmə, cavabdeh tərəfindən İddiaçı2 ödənilməli olan məbləğlə bağlı qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsində “Kia Cerato” minik markalı, 99SD078 dövlət qeydiyyat nişanlı avtomobilin 10.000 manata satıldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində isə həmin tarixə bu avtomobilin orta bazar qiymətinin 19.000-20.000 manat olduğu göstərilmişdir. Cavabdeh isə bu avtomobili 19.000 manata satdığını bildirir. Məhkəmə, avtomobilin qiyməti ilə bağlı qeyd edilənləri müqayisəli şəkildə təhlil edib, "xxxx" MMC-nin rəyində göstərilən məbləğin cavabdehin bildirdiyi məbləğlə eynilik təşkil etməsini nəzərə alıb, hesab etmişdir ki, cavabdehin bildirdiyi məbləği əsas götürülməli və həmin avtomobilin satışından əldə edilmiş, lakin İddiaçı2 verilməmiş 19.000 manat məbləğində pul cavabdehdən İddiaçı2 xeyrinə tutulmalıdır. Həmçinin iddiaçılar mənəvi sarsıntı və iztirab keçirməsi, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasının sübuta yetirilməsi üçün heç bir mötəbər sübut təqdim etməmişdilər. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə əsassız hesab etmiş və rədd edilməsi qənaətinə gəlmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 225.1-ci, 359.1-ci, 362.1-ci, 404.1-ci, 777.1-ci, 779.1-ci, 778.1-ci, 781-ci, 782.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci, 32.2.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77-ci, 119.1-ci, 217.4-cü, 226.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

10. Apelyasiya şikayətində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021ci il tarixli mütəxəssis rəylərindən görünür ki, 99XT078 Dövlət qeydiyyat nişanlı, HAVAL H9 minik markalı avtomobilin orta bazar qiyməti 35000, 99ST78 Dövlət qeydiyyat nişanlı Kia CERATO minik markalı avtomobilin isə orta bazar qiyməti 19.000 AZN-dir. Bu rəqəmləri topladıqda aydın olur ki, iki maşının ümumilikdə qiyməti 54.000 AZN civarındadır. Lakin iddiaçılar əsassız varlanmağa yönəlik hərəkətlər edərək cavabdehdən 82.000 AZN pul tələb edir. Üstəlik iddiaçıların həmin tələblərinin hüquqi əsası da yox idi. İkinci bir məsələ ondan ibarətdir ki, məhkəmənin elektron informasiya sistemindən də görünür ki, iddiaçıların ilkin tələbi “Müqavilənin etibarsız hesab edilməsi” və maşınların geri qaytarılmasıdır. İş materiallarından görünür ki, iddiaçılar ilkin olaraq cavabdeh tərəfindən qanuni olaraq satılan maşınların geri qaytarılmasını tələb etmişlər. Yəni iddiaçıaların necə deyərlər, “dərdi”- pul yox, maşınlar olmuşdur. İddiaçıların maşınların qiymətindən dəfələrlə çox pul tələb etməsi ( habelə mənəvi zərərin əvəzi) onların ilkin niyyətləri ilə örtüşmür və üst-üstə düşmür. Bu da bir daha onların iddiasının qərəzli və şübhəli olduğunu göz önünə sərir. Yəni, iddiaçıların niyyəti ziddiyyətlidir. Bu da onların iddia tələbləri ilə bağlı cavabdehin xeyrinə əsaslı “şübhələr” yaradır. Beləliklə görünür ki, birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərdən qaçıraraq həmin məsələlərə düzgün hüquqi qiymət verməmişdir. İş materiallarından açıq-aydın şəkildə görünür ki, faktiki bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməmiş və bağışlanma da iddiaçılar tərəfindən hər hansı öhdəliklə şərtləndirilməmişdir. 99XT078 Dövlət qeydiyyat nişanlı, HAVAL H9 minik markalı avtomobil və 99ST78 Dövlət qeydiyyat nişanlı Kia CERATO minik markalı avtomobil Cavabdeh1 qaynanası İddiaçı1 tərəfindən faktiki olaraq onun yeganə vərəsəsi İddiaçı2 aldığı (evləndiyi) üçün hədiyyə kimi verilmişdir. Qeyd olunan avtomobillər heç bir zaman iddiaçıların faktiki sahibliyində və istifadəsində olmamışdır. Mübahisəli avtomobillər ilk gündən etibarən Cavabdeh1 sahiblik və istifadəsində olmuşdur . İddiaçılar iddia ərizəsində özləri də qeyd etmişlər ki, hər iki avtombil Cavabdeh1 10 il müddətinə tam sərəncam hüququ ilə verilmişdir. Buradan da görünür ki, faktiki olaraq maşınlar Cavabdeh1 qaynanası və həyat yoldaşı tərəfindən hədiyyə kimi verilmişdir. Reallıqdır ki, ölkədə maşınlar qeyri-rəsmi formada hətta bu cür etibarnamə yolu ilə alqı-satqı olunur . İddiaçıların maşınları cavabdehə verərkən “onların satılaraq pulunun onlara geri qaytarılması” kimi bir niyyəti olmamışdır. Məhkəmə nəzərdən qaçırmışdır ki, hazırki hüquqi mübahisə bir-birini tanımayan alıcı və satıcı arasında deyil, ailə-məişət zəminində yaranmışdır. Ailə məişət zəminində etibarnamə əsasında cavabdehə “hədiyyə” olunmuş və faktiki sahibliyinə verilmiş maşınlar sonradan Cavabdeh1 İddiaçı2 boşandığına görə “qisas motivi” ilə əlindən alınmasına cəhd göstərilir və bu mümkün olmadıqda isə isə maşınların pulu tələb olunur. İş materiallarından və iddia ərizəsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 HAVAL H9 minik markalı avtomobil və 99ST78 Dövlət qeydiyyat nişanlı Kia CERATO minik markalı avtomobili üzərində tam sərəncam hüququ olduğu üçün üçüncü şəxslərə satmış, satışdan əldə etdiyi pulu isə birgə nikah dövründə götürdüyü kreditlərin bağlanmasına sərf etmiş və həmin pulları mənimsəməmişdir. İddiaçılar mübahisəli avtomobillər üzərində tam sərəncam hüququnu cavabdehlərə müvafiq notariat orqanlarında şəxsən özləri vermiş və etibarnamənin verilməsinin sonrakı hüquqi nəticəsi onlara tam aydın olmuşdur. Yəni, iddiaçıların Cavabdeh1 tərəfindən aldadılması və etibarlarından sui-istifadə edilməsinə istinad etməsinin heç bir qanuni əsası yoxdur. Ortada cavabdeh tərəfindən pulları hər hansı formada “mənimsəmə” faktı mövcud deyil. İş materialları ilə tam sübut olunur ki, satışdan əldə olunan pulun böyük bir qismi birgə nikah dövründə götürülmüş kreditlərin bağlanılmasına sərf olunmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsində belə nəticəyə gəlmişdir ki, cavabdehin maşınlara dair etibarnaməsinin olması onları öz şəxsi ehtiyacları üçün sərf etmək və pulu iddiaçıya təhvil verməmək hüququ yaratmır. Lakin istər iş materiallarından, istər kredit müqavilələrindən, istər şahid ifadəsindən görünür ki, cavabdeh maşınların satılmasından əldə olunmuş pulu şəxsi ehtiyacları üçün sərf etməmişdir. Üstəlik həmin kreditlər birgə nikah dövründə götürülmüşdür. Məhkəmə işin halları və tətbiq etməli olduğu maddi hüquq normaları ilə bağlı səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçılardan İddiaçı2 daimi olaraq kazino oyunları oynamışdır və hesabında 122.000 manat pul dövriyyəsi olmuşdur. Cavabdeh1 İddiaçı2 birgə nikah dövründə dəfələrlə pul vermişdir . Həmin pullar hesabına hazırda İddiaçı2 hesabında bu qədər məbləğdə pul yığılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2020-ci il tarixli əmrinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında xidmətə qəbul olunaraq Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Ağcabədi Asan Xidmət Mərkəzi üzrə regional qrupun kiçik inspektoru (ümumvətəndaş pasport üzrə) vəzifəsinə təyin edilmiş və polis siravisi rütbəsi verilmişdir. Aydın məsələdir ki, 300-400 manat əmək haqqı olan İddiaçı2 yoldaşı Cavabdeh1 köməyi və dəstəyi olmadan onlayn oyun oynayaraq bu qədər gəlir etməsi ağlabatan deyil. İddiaçı2 Cavabdeh1 bankdan öz adına götürdüyü vəsaitlər və tanışlarından aldığı borclar hesabına kazino oyunları oynamışdır. İddiaçılardan İddiaçı2 Raqif qızının adına 4 (dörd) ədəd bank kartı mövcuddur. Həmin bu bank kartlarına Cavabdeh1 tərəfindən müxtəlif vaxtlarda pullar köçürülmüşdür. İddiaçı2 Cavabdeh1 borc istəməsi faktını da sübut edən sənədi iş materillarına əlavə edilmişdir. Kapital Bankın ödəniş kartı üzrə xx.xx.2021-ci il tarixdə verilmiş çıxarışlarından görünür ki, İddiaçı2 xx.xx.2021-ci ilə bank hesabında 122.091.02 ( yüz iyirmi iki min doxsan bir manat iki qəpik) manat pul dövriyyəsi olmuşdur. Hesab edir ki, həmin pul vəsaitinin ½ hissəsi üzərində də onun payı müəyyən olunmalıdır. Çünki çıxarışlardan görünür ki, 122.091 manat pul vəsaiti birgə nikah dövründə karta mədaxil və məxaric olunmuşdur. Hazırda da həmin pul cavabdehin mülkiyyətindədir və birgə nikah dövründə əldə olunmuşdur. Həmin pulun ½ hissəsi üzərində onun haqqı var. Belə ki, cavabdehə dəfələrlə pul vermişdir. Həmin pullar hesabına hazırda cavabdehin hesabında bu qədər məbləğ yığılmışdır. Beləki ona verdiyi pullar və birlikdə ipotekaya qoyulmuş fərdi yaşayış evi hesabına cavabdeh bankdan 35.000 manat kredit götürərək “X7” (Gambling oyunları/ sayt: Casino-X.COM) oynayaraq bu qədər pul qazanmışdır. Bundan əlavə iş materiallarına əlavə olunan bank kartlarından görünür ki, cavabdeh İddiaçı2 Kapital Bankda və Azərbaycan Beynəlxalq Bankında bank hesabları var. Milli Ön ödəmə sisteminin qəbzlərindən görünür ki, xx.xx.2021-ci il tarixlərdə Cavabdeh1 İddiaçı2 kart hesabına ayrı-ayrılıqda 650.00 AZN, 4350.00 AZN, 5000.00 AZN, 5000.00 AZN olmaqla ümumilikdə 15.000 AZN pul köçürmüşdür. Cavabdeh1 bu pulu başqasından borc götürərək İddiaçı2 vermişdir. Birinci instansiya məhkəməsi olduqca yalnış nəticəyə gələrək belə hesab etmişdir ki, İddiaçı2 öz təkidi ilə satılmasını istədiyi maşının pulu ona qaytarılmalıdır. Məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 maşınları satıb pulları şəxsi məqsədləri üçün sərf etməmişdir. Kazino oyunlarına görə məcburiyyət qarşısında qalaraq bankdan öz qadına götürdüyü kreditlərin bağlanılmasına sərf etmişdir. İş materiallarında olan + 994 50 *** ** ** saylı ( İddiaçı2 WhatsApp nömrəsi) nömrəsi ilə Cavabdeh1 yazışmalarından görünür ki, İddiaçı2 Cavabdeh1 yazmışdır ki, “maşın məsələsinə görə yığırdım . Həll etdinsə yaz həll edə bilmirsənsə mən başqa çarə tapım faizin içində ölürəm”. Bu yazışmadan da görünür ki, İddiaçı2 Cavabdeh1 maşınların satılmasını bildirmiş, satılmasında təkid etmiş, borclarının olmasını qeyd etmişdir. Cavabdeh1 da maşınları sataraq onun müəyyən hissəsini İddiaçı2, maşının satılmasından qalan artıq pul isə birgə nikah dövründə bank (kredit) təşkilatlarından və digər şəxslərdən götürülmüş kreditlərin ödənilməsinə sərf olunmuşdur. İş materiallarından görünür ki, İddiaçı2 ilə Cavabdeh1 arasında nikah xx.xx.2016-cı il də bağlanmış, xx.xx.2021-ci ildə isə Binəqədi Rayon Məhkəməsinin 2(001)-2938/2021 saylı qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Yəni, açıq-aydın şəkildə iş materialları ilə müəyyən olunur ki, müxtəlif kredit təşkilatlarından götürülmüş borclar birgə nikah dövrünə təsadüf edir. Bu da ona dəlalət edir ki, iddiaçıların Cavabdeh1 maşınları tələb etməsi tamamilə əsassızdır. Çünki həmin maşınlar satılaraq pulun böyük hissəsi İddiaçı2 ilə Cavabdeh1 birgə nikah dövründə götürdükləri kredit borclarının ödənilməsinə sərf olunmuşdur. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh həmin yazışmada qeyd edilən borcun iddiaçıya aid olduğunu, lakin onların qaytarılması üçün iddiaçıdan pul ala bilmədiyini, onu buna görə tənqid etdiyi və onunla sərt danışdığı halda aralarında mübahisə yaranması ehtimalının olduğunu və məhz bundan ehtiyatlanaraq onunla maksimum mülayim rəftar etdiyini, bu səbəbdən ona bu formada, yəni borcun ona aid olduğunu xatırlatmamaqla müraciət etməsini bildirir, lakin bu mövqeyini sübut edə bilmir. Qeyd edir ki, cavabdehin səmimi şəkildə məhkəməyə verdiyi ifadəsini məhkəmə olduqca səhv və iddiaçının mənafeyinə uyğun şəkildə təfsir və şərh etmişdir. Belə ki, İddiaçı2 və Cavabdeh1 arasında münasibətlər pisləşdikdən sonra cavabdeh münaqişənin ona ziyan vurduğunu görərək daha sakit şəkildə və “şirin dillə” banklarda olan kreditləri bağlamaq və iddiçıya verdiyi pulları geri almaq üçün daha mülayim və siyasətcil şəkildə danışmışdır. İkinci bir məsələ ondan ibarətdir ki, məhkəmə bu halı da nəzərdən qaçırmışdır ki, Cavabdeh1 İddiaçı2 15.000 verdiyi təqdirdə İddiaçı2 ona 17.000 manat ( 2000 manat artıq) pul qaytarmışdır. Bu bir daha sübut edir ki, Cavabdeh1 məhz həyat yoldaşı İddiaçı2 üçün borca girmiş və sələmçiyə 2000 manat artıq olmaqla 17.000 manat pul qaytarmışıdr. Nəyə görə bir insan 15.000 manat qarşılığında öz həyat yoldaşına 17.000 pul qaytarsın. Azərbaycan Beynəlxalq Bankının xx.xx.2021-ci il tarixli, 192 saylı arayışından görünür ki, Azərbaycan Beynəlxalq Bankın Zaqatala Filialı tərəfindən Cavabdeh1 5700, 00 AZN məbləğində kredit verilmişdir. Müvafiq kredit müqaviləsi üzrə kredit borcu cavabdeh tərəfindən banka tam qaytarılmış və ona hesablanmış faizlər ödənilmişdir. "xxxx" bank olmayan kredit təşkilatının xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, girovda olan ** SD *** Dövlət qeydiyyat nişanlı KİA CERATO MİNİK avtomobilinə dair filiala olan 4611.82 AZN qalıq borcu Cavabdeh1 tərəfindən tam şəkildə ödənilmişdir. Yəni göründüyü kimi KİA CERATO MİNİK avtomobili bankda girovda olmuş, onu girovdan Cavabdeh1 kredit borcunu ödəyərək maşını girovdan çıxarmışdır. Birinci instansiya məhkəməsi bu önəmli halı nəzərdən qaçırmışdır ki, Cavabdeh1 4611.82 AZN pul ödəyərək ** SD *** Dövlət qeydiyyat nişanlı KİA CERATO MİNİK avtomobilini girovdan çıxarmışdır. NBC Bankın xx.xx.2019-cu il tarixli, 04/3819/DİK saylı kredit müqaviləsinə 1 saylı əlavə, ödəniş cədvəli üzrə faizlər və ödəmələrdən, Azərbaycan Beynəlxalq Bankının Qax və Nəsimi filialının kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəllərindən, birgə nikah dövründə 5000 AZN və 5700 AZN olmaqla Cavabdeh1 tərəfindən kredit götürülmüşdür. Birgə nikah dövründə yaranmış hər iki kredit borcu Cavabdeh1 tam şəkildə banka ödənilmiş və borc tam olaraq bağlanılmışdır. Bütün bu hallar onu sübut edir ki, iddiaçıların iddiasının heç bir hüquqi əsası yoxdur. Çünki cavabdeh maşınları sataraq əldə etdiyi pulu öz mənafeləri üçün deyil, birgə nikah dövründə yaranmış ailə-məişət problemlərinin və maddi borclarının həllinə yönəltmişdir. Birinci instansiya məhkəməsi bu halla bağlı qeyd etmişdir ki, İnternational” BOKT QSCdən götürülmüş kreditin təminatı olaraq iddiaçıya məxsus avtomobilin girovla yüklü edilməsi də bu kreditin məhz iddiaçı tərəfindən götürülməsi kimi qiymətləndirilə bilməz. Hər bir halda, zərurət olduğu halda, iddiaçı özü də kredit müqaviləsini bağlaya bilərdi. Bildiririk ki, məhkəməni gəldiyi bu nəticə tamamilə ziddiyyətlidir. Çünki maşın girov qoyulan zaman İddiaçı2 ilə Cavabdeh1 rəsmi nikahları olan ər-arvad olmuşlar. Təbii olaraq arvadın razılığı ilə maşın bankda girova qoyularaq cavabdehin adına pul götürülmüşdür. Bu halın məhkəmə tərəfindən başqa cür təfsir və şərh olunması sadəcə bizdə təəsüf hiss doğurur. Məhkəmənin qeyd etdiyi yuxarıdakı cümlə belə gəldiyi nəticənin nə qədər ziddiyyətli olduğunu göstərir. Məhkəmə iclasında iştirak etmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Cavabdeh1 doğma dayısıdır. O, Cavabdeh1 ilə bir neçə dəfə Ağcəbədi rayonuna gedərkən cavabdeh ondan borca pul istəmişdir. O, da ilk dəfə cavabdehə 10.000 manat, ikinci dəfə 2021-ci ilin yanvar ayında 10.000 manat və 2021-ci ilin fevral ayında 7.000 manat, cəmi 27.000 manat məbləğində pulu borc vermişdir. Cavabdeh həmin pulun 23.000 manat hissəsini 2021-ci ilin 2425 fevral tarixlərində ona qaytarmış, hazırda cavabdehin ona hələ də 4.000 manat məbləğində borcu qalmışdır. Onda olan məlumata əsasən cavabdeh həyat yoldaşı olmuş İddiaçı2 borcunu qaytarmaq üçün ondan borcu istəmişdir. Belə ki, o, sonradan İddiaçı2 mərc oyunları oynadığını bilmişdir. Bir dəfə onların evində olanda İddiaçı2 özü də ona mərc oyunlarından 900.000 rubl qazandığını bildirmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi şahid ifadəsinə düzgün hüquqi qiymət verməyərək, onun mötəbər sübut ( dəlil) hesab etməmişdir. Lakin qeyd olunan şahid ifadəsinin mötəbərliyinə şübhə salacaq hər hansı məqam yoxdur. Qarşı tərəfin vəkili və nümayəndəsinin qarşısında məhkəmə iclasında yazılı iltizama qol çəkərək ifadə vermişdir. Əgər şahidin yalan ifadə verməsi məhkəmə tərəfindən öz təsdiqini tapırsa, məhkəmə yalan ifadə verdiyinə görə şahid barəsində hər hansı formada tədbir görməli idi. Göründüyü kimi şahid barəsində hər hansı formada hüquqi ölçü götürülməmişdir. İddia tələbinin dəqiqləşməsi barədə iddia ərizəsində iddiaçılar qeyd etmişlər ki, Cavabdeh1 guya məhkəmədə avtomobillərin satışından əldə etdiyi pulun məbləğini onların dəyərindən az qeyd edərək maddi məsuliyyətdən yayınmağa çalışmış, eyni zamanda bununla bağlı iddianı qismən etiraf etmişdir. Lakin "xxxx" MMC tərəfindən verilən mütəxəssis rəylərindən görünür ki, Cavabdeh1 məhkəməyə doğru məlumat vermiş, bunun əksinə iddiaçılar maşınların qiymətini yüksək qoyaraq məhkəməni aldatmağa çalışmışlar. İddiaçıların bu yalanı iş materialları ilə tam olaraq sübuta yetirilir. İddiaçılar necə deyərlər “özləri qurduğu tələ”-yə özləri düşmüşlər. Lakin bu hal da birinci instansiya məhkəməsinin nəzərindən qaçmışdır. Bundan başqa məhkəmə iclasının audio-video yazısı aparılmışdırsa həmin audio-video yazılara baxaraq müəyyən etmək olar ki, xx.xx.2021-ci il tarixə saat 17:10-a təyin olunmuş məhkəmə iclası iş saatından sonra keçirilmişdir. Bunu həmin tarixə aid məhkəmənin audio-video yazılarına baxaraq müəyyən etmək olar. Həmçinin xx.xx.2021-ci il tarixdə qətnamə onların iştirakı olmadan elan olunmuşdur . Qətnamənin nəticə hissəsi ilə bağlı məlumatı elə həmin gün əldə etmişlər. İş materiallarından müəyyən olunurmu ki, hakim 6 dəfə məhkəmə iclasını təxirə salarkən əsaslandırılmış qərardad qəbul edilmişdirmi. Eyni zamanda xx.xx.2021-ci il tarixə aid digər yazışmada cavabdeh maşınları satıb pulunun hamısını borclara verdiyini bildirir (saat 12:05), xx.xx.2021-ci il tarixə aid yazışmada isə iddiaçının “maşınları qaytarmağın yolu varsa qaytaraq, pulu hissə-hissə ödəyək” müraciətinə cavabdeh “ancaq pulunu verib qaytarmaq olar o da pullar hamısı borca banka vermişəm , bilirsən nələrə ödəyəcəkdik” (12:58) xx.xx.2021-ci il tarixə aid yazışmada isə cavabdeh iddiaçıya “Hesimin canına satmışam və haralarada ödəmişəm banklara çeklər özümdədir” deyir. İş materiallarında olan + 994 50 *** ** ** saylı ( İddiaçı2 WhatsApp nömrəsi) nömrəsi ilə Cavabdeh1 yazışmalarından görünür ki, İddiaçı2 Cavabdeh1 yazmışdır ki, “maşın məsələsinə görə yığırdım. Həll etdinsə yaz həll edə bilmirsənsə mən başqa çarə tapım faizin içində ölürəm”. Bu yazışmadan da görünür ki, İddiaçı2 Cavabdeh1 maşınların satılmasını bildirmiş, satılmasında təkid etmiş, borclarının olmasını qeyd etmişdir. Cavabdeh1 da maşınları sataraq onun müəyyən hissəsini İddiaçı2, maşının satılmasından qalan artıq pulu isə birgə nikah dövründə bank (kredit) təşkilatlarından və digər şəxslərdən götürülmüş kreditlərin ödənilməsinə sərf etmişdir və bunu bütün yazışmalarında iddiaçıya açıq-açığına bəyan edir. Məhkəmə özü də müəyyənləşdirərək qeyd etmişdir ki, başqa sözlə, avtomobillər satıldıqdan sonra yalnız cavabdehin adına olan kreditlərin ödənildiyi öz təsdiqini tapır. ( səhifə 12, 3-cü abzasın son cümləsi) Həmin kreditlərin isə cavabdehin həyat yoldaşı olmuş İddiaçı2 borcları üçün götürdüyünü iş materiallarında olan mötəbər dəlillərlə (kredit müqavilələri, hesabdan çıxarış. kredit xətti, ödəniş qəbzləri, şahid ifadələri və sair) tam olaraq sübut edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçılar tərəfindən mübahisələndirilən avtomobillər ona hədiyyə kimi verilmişdir ki, həmin avtomobillərin satışından əldə edilmiş vəsaitin iddiaçılara qaytarılması barədə iddia əsassızdır. Həmçinin birgə nikah dövründə İddiaçı2 borclarının bağlanması üçün pullar vermişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual normaların tələbləri pozulmuşdur. Belə ki, məhkəmə iclası 9 dəfə təxirə salınmışdır, halbuki məhkəmə iclasının 3 dəfədən artıq təxirə salınması yol veirlməzdir. Digər tərəfdən Cavabdeh1 adına verilmiş etibarnamələrdə onun tam səlahiyyətə malik olmuşdur. Həmin avtomobillər cavabdehin müvəqqəti istifadəsinə verilməyib, ona əslində bağışlanmışdır. Eyni zamanda avtomobillərin satılmasından əldə edilmiş pulların böyük bir hissəsi İddiaçı2 borclarının ödənilməsinə xərclənmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirmişdir ki, avtomobillər cavabdehin istifadəsinə verilmişdir. Lakin cavabdeh onun etibarından sui-istifadə edərək, həmin avtomobilləri satmışdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında bildirmişdir ki, cavabdehlə nikah dövründə olarkən anasından və yaxın qohumlarından gizlin pul alaraq cavabdehin borclarını ödəmək üçün vermişdir. İşdə olan yazışmalar isə onunla cavabdeh arasında olmuşdur. Həmin yazışmalardan da görünür ki, cavabdeh onların razılığı və məlumatı olmadan avtomobilləri satmışdır. Həmçinin əldə olunmuş vəsaitləri ailə üçün xərcləməmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

19. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

20. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

21. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

22. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

24. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

25. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir.

26. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

28. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir.

Apelyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmiş, iddiaçılar isə qətnaməni mübahisələndirməmişlər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qətnamə iddianın təmin edilən hissəsində yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

33. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, avtomobillərin hər ikisi İddiaçı1 vəsaiti hesabına alınmışdır.

34. Həmin hal cavabdeh tərəfindən apellyasiya şikayətində də mübahisələndirilməmişdir.

35. Bununla belə birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən cavabdehə verilmiş etibarnamədə onun avtomobilə sərəncam vermək hüququnun nəzərdə tutulması bu avtomobilin onun tərəfindən özgəninkiləşdirilməsini hüquqi baxımdan mümkün edir, lakin bunun nəticəsində onun əldə edilmiş vəsaitə öz iradəsinə uyğun sərəncam vermək, o cümlədən bu vəsaiti öz şəxsi ehtiyacları üçün sərf etmək və iddiaçıya təhvil verməmək hüququ yaranmır. Bu avtomobilin İddiaçı2 təkidi (tapşırığı ilə) ilə satılması isə ümumiyyətlə istisna edilir. Belə ki, cavabdeh avtomobilin alqısatqısı ilə bağlı münasibətlərdə hüquqi nəticə etibarı ilə İddiaçı1 təmsil etmiş və onun adından alqı-satqı müqaviləsi bağlamış, bununla da iddiaçının cavabdeh tərəfindən əldə edilmiş vəsaiti almaq hüququ, cavabdehin isə bu vəsaiti iddiaçıya vermək vəzifəsi yaranmışdır. Lakin cavabdeh nəinki həmin vəsaiti iddiaçıya təhvil verməmiş, həmçinin avtomobilin satılması ilə bağlı iddiaçıya ümumiyyətlə hər hansı məlumat, o cümlədən əldə edilmiş pul vəsaiti və onun xərclənməsi barədə sonradan iddiaçıya hər hansı hesabat verməmişdir. Cavabdeh bu münasibətlərdə iddiaçını təmsil etsə də nəticə etibarı ilə onun haqlı mənafeyini müdafiə etməmiş, öz maraqlarından çıxış etmiş, bununla da iddiaçıya maddi zərər vurmuşdur.

36. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı2 da mülkiyyətində olan avtomobili etibarnamə ilə ona verilmiş səlahiyyətlərə əsaslanaraq satmış və bu halda da əldə edilmiş vəsaiti iddiaçıya təhvil verməmişdir. Bununla da bu münasibətlərdə iddiaçını təmsil etsə də nəticə etibarı ilə onun haqlı mənafeyini müdafiə etməmiş, öz maraqlarından çıxış edərək, iddiaçıya maddi zərər vurmuşdur.

37. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçılara məxsus olan avtomobilin satışından əldə edilmiş vəsaitin cavabdeh tərəfindən iddiaçılara qaytarılması barədə düzgün nəticəyə gəlmişdir.

38. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh tərəfindən iddiaçılara ödənilməli olan məbləğlərlə bağlı da düzgün nəticəyə gəlmişdir.

39. Belə ki, xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsində ** XT *** dövlət qeydiyyat nişanlı, “HAVAL H9” minik markalı avtomobilin 31.000 manata satıldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində isə həmin tarixə bu avtomobilin orta bazar qiymətinin 35.000-36.000 manat olduğu göstərilmişdir. Cavabdeh isə bu avtomobili 30.000 manata satdığını bildirmişdir.

40. xx.xx.2021-ci il tarixli “Nəqliyyat vasitəsinin alqı-satqı” müqaviləsində “Kia Cerato” minik markalı, 99SD078 dövlət qeydiyyat nişanlı avtomobilin 10.000 manata satıldığı, "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyində isə həmin tarixə bu avtomobilin orta bazar qiymətinin 19.000-20.000 manat olduğu göstərilmişdir. Cavabdeh isə bu avtomobili 19.000 manata satdığını bildirmişdir.

41. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur, belə ki, avtomobillərin satışından əldə olunan pulun birgə nikah dövründə götürülmüş kreditlərin bağlanılmasına sərf olunması iş materialları ilə müəyyən edilməmiş, həmçinin avtomobillər cavabdehin mülkiyyətində olmamış, həmin avtomobillərə dair cavabdehə yalnız etibarnamə verilmiş, həmin etibarnamələrdə cavabdehin avtomobillərə sərəncam vermək hüququnun nəzərdə tutulması bu avtomobilin onun tərəfindən özgəninkiləşdirilməsini hüquqi baxımdan mümkün etsə də bunun nəticəsində cavabdehin əldə edilmiş vəsaiti iddiaçılara təhvil verilməsi işin halları ilə müəyyən edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

42. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

44. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPMnin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə ləğv edilə görə bilməz.

48. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q ət e t d i :

Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 2(001)- 3527/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar