Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6891/2023 26.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 mart 2022-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin buna səlahiyyətli olan nümayəndəsi MMC-nin adından cavabdehə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1 nömrəli “Distribyutor müqaviləsi” üzrə yaranmış və xx.xx.2022-ci il tarixli üzləşmə aktında göstərilən borcun ödənilməsi məqsədilə 25.149,06 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədilə 165,44 manat məbləğində pulun cavabdehdən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi qəbul etmiş olduğu xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı MMC-nin nümayəndəsi Nümayəndə ərizə ilə Məhkəməyə müraciət edərək bildirdi ki, cavabdehin apellyasiya baxışı iclasında verdiyi izahata əsasən o, MMC-də olan sənədlər üzrə araşdırma aparmış və bu zaman müəyyən etmişdir ki, cavabdeh tərəfindən MMC-yə həqiqətən də 13.500 manat məbləğində ödəniş olunmuşdur. Göründüyü kimi cavabdehin MMC-yə olan borcu 25.149,06 manat deyil, (25.149,06 – 13.500 =) 11.649,06 manat təşkil edir. Odur ki, o, MMC-nin tam səlahiyyətli nümayəndəsi olaraq iddiadan qismən, yəni 13.500 manat hissəsində imtina edir və həmin hissədə Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş edir. Göstərilənlər ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-nin 261.0.4-cü maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, məhkəmə iş üzrə icraata xitam verir. İddiadan qismən imtina iddiaçının buna səlahiyyətli olan nümayəndəsi tərəfindən yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə hesab edir ki, iddiadan qismən imtina qəbul olunmalı, iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə iddianın cavabdehdən iddiaçı MMC-nin xeyrinə həmçinin 13.500 manat məbləğində pulun tutulması hissəsində MPM-nin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli və iddia üzrə həmin hissədə işin icraatına xitam verilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 263, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiadan qismən imtinası qəbul edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 mart 2022-ci il tarixli qətnamə qismən, yəni iddianın cavabdeh X2 İddiaçı xeyrinə həmçinin 13.500 (on üç min beş yüz) manat məbləğində pulun tutulması hissəsində ləğv edilsin və həmin hissədə mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6891/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6891/2023
26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver