Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6897/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı (cavabdeh) İddiaçı iştirakı ilə İddiaçı “Cavabdeh1” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi”, “Cavabdeh1” X1 Mehri Mütəllim qızına qarşı “zərərin əvəzinin ödənilməsi” barədə bir icraatda birləşdirilmiş iddia tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Cavabdeh1” İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evdə ailəsi ilə birlikdə yaşadığını, evdə quraşdırılan qaz sayğacının kartı vasitəsi ilə müəyyən pul məbləği yükləmək istəyərkən kartın blokda olduğunu öyrəndiyini, bununla bağlı Bakı regional qazın satışı departamentinə müraciət etdikdə guya sayğacdan kənar qaz xəttindən istifadə etdiyinə görə ona aktlar əsasında 3094,70 manat cərimə yazıldığının bildirildiyini, halbuki qaz xəttinə heç bir müdaxilə etmədiyini, aktlar tərtib edilərkən iştirakının təmin olunmadığını və aktların ona verilmədiyini irəli sürmüş, buna görə də “Cavabdeh1” İB-nin aktlar əsasında ondan tələb etdiyi 3094,70 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Cavabdeh1” İB isə İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-nə vurduğu 2162 manat zərərin əvəzinin, hüquqi yardıma görə 300 manatın və 30 manat dövlət rüsumunun ondan “Cavabdeh1” İB-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Cavabdeh1” İB iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ilə daha öncəki tarixlərdə, eləcə də 15.03.2018-ci il tarixində T/17481 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” bağlanmış, “Cavabdeh1” İB İddiaçı məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmiş, ünvana Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00005 nömrəli abonent kodu verilmişdir. Cavabdeh qazdan qeyri-qanuni istifadə etdiyindən Birliyin əməkdaşları tərəfindən 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 223,20 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 102,60 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 27,60 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 9,60 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 57,60 manat, 25.09.2018-ci il tarixli 02155598 saylı akt əsasında 129,60 manat, 27.08.2018-ci il tarixli ******* saylı akt əsasında 208,80 manat, 22.06.2018-ci il tarixli ******* saylı akt əsasında 118,80 manat, 22.05.2018-ci il tarixli ******* saylı akt əsasında 21,60 manat, 27.04.2018-ci il tarixli ******* saylı akt əsasında 118,80 manat, 27.03.2018-ci il tarixli ******* saylı akt əsasında 712,80 manat olmaqla cəmi 2162 manat məbləğində itirilmiş qaz sərfiyyatı hesablanmışdır və həmin məbləğ İddiaçı tutulmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qərardadı ilə sözügedən iddia tələbləri bir icraatda birləşdirilmiş, həmin məhkəmənin 19 may 2021-ci il tarixli qətnaməsi ilə isə İddiaçı (Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət küçəsi) ünvanı üzrə hesablanmış 3094,70 (üç min doxsan dörd manat yetmiş qəpik) manatın **********00005 saylı abunə hesabından silinməsi, “Cavabdeh1” İB-nin İddiaçı qarşı iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən “Cavabdeh1” İB-nin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və təmsil etdiyi hüquqi şəxsin iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarına və sübutlara düzgün qiymət vermədiyi, hüququn tətbiqində səhvə yol verdiyi, maddi hüquq normasını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır. İşə baxılmasının yeri və vaxtı barəsində lazımi qaydada məlumatlandırılmış “Cavabdeh1” İB nümayəndəsini məhkəməyə göndərməmiş (nümayəndə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir), məhkəmə iclasında iştirak edən İddiaçı isə şikayətin əsassız olduğunu bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, qətnamə ləğv edilərək hər iki iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. İşin müəyyən olunan halına əsasən, ünvan 1 ünvanında yerləşən evdə yaşayan İddiaçı “Cavabdeh1” İB-nin abonentidir; 15.03.2018-ci il tarixdə onunla “Cavabdeh1” İB arasında qazın alqı-satqısına dair müqavilə bağlanmış, “Cavabdeh1” İB-nin əməkdaşları tərəfindən 27.03.2018-ci il tarixdə ******* saylı; 27.04.2018-ci il tarixdə ******* saylı; 22.05.2018-ci il tarixdə ******* saylı; 22.06.2018-ci il tarixdə ******* saylı; 27.08.2018-ci il tarixdə ******* saylı; 25.09.2018-ci il tarixdə 02155598 saylı; 29.03.2019-cu il tarixdə ******* saylı; 30.04.2019-cu il tarixdə ******* saylı; 30.05.2019-cu il tarixdə ******* saylı; 28.06.2019-cu il tarixdə ******* saylı; 31.07.2019-cu il tarixdə ******* saylı; 30.08.2019-cu il tarixdə ******* saylı; 30.09.2019-cu il tarixdə ******* saylı; 30.10.2019-cu il tarixdə ******* saylı; 29.11.2019-cu il tarixdə ******* saylı; 30.12.2019-cu il tarixdə ******* saylı aktlar tərtib olunaraq həmin aktlarda İddiaçı qazdan sayğacdan kənar istifadə etdiyi göstərilmiş və ona ümumilikdə 2187 manat borc (cərimə) yazılmış, 2018-ci ilin aprel ayında Mehri Süleymanova 25 manat ödəniş həyata keçirdiyindən, ona aid abonent saldosunda sözügedən aktlara görə 2162 manat borcun qaldığı göstərilmişdir. İş materiallarındakı abonent saldosundan aydın olur ki, 2020-ci ilin yanvar-aprel aylarında İddiaçı barəsində 4 akt tərtib edilərək (həmin aktlar məhkəməyə təqdim olunmamışdır) hər akta əsasən 223,20 manat olmaqla ona cəmi 892,80 manat cərimə yazılmış, 01.05.2020-ci il tarixdə onun evin qaz təchizatı ilə hesablaşmanı həyata keçirən sayğac quraşdırılmış, bundan sonra sayğac göstəricisi əsasında 39,90 manat borc hesablanmış, İddiaçı 2020-ci ilin iyun ayından sonra cəmi 91 manat ödəniş həyata keçirmişdir. Birinci instansiya məhkəməsi “İddiaçı yaşadığı Bakı şəhəri, Səbail rayonu, 2-ci Bibi Heybət küçəsi ünvanında qaz sayğacından kənar qazdan qeyri-qanuni istifadə etməsi sübuta yetirilmədiyini” vurğulamaqla müvafiq nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi həmin nəticəyə iş materiallarındakı sübutları düzgün qiymətləndirməməsi səbəbindən gəlməklə nəticəsinin işin hallarına uyğun olmamasına yol açmışdır. Belə ki, işin yuxarıda göstərilən müəyyən olunan hallarına görə, İddiaçı barəsində ilk dəfə 2018-ci ilin mart ayında qazdan sayğacsız istifadə etdiyi qeyd olunmaqla akt tərtib edilmiş, buna baxmayaraq 01.05.2020-ci il tarixinə qədər onun evinə sayğac quraşdırılmamış və 2018-ci ilin mart ayından 2020-ci ilin may ayına qədər hər ay eyni məzmunlu aktlar tərtib edilərək İddiaçı qazdan sayğacsız istifadə etməsinə görə ümumilikdə 3079,80 manat sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Kollegiyanın qənaətinə görə “Cavabdeh1” İB İddiaçı qazdan qeyri-qanuni istifadə etdiyini təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir; bununla belə, ona məxsus evlə bağlı təchizatçı şirkətin tərtib etdiyi və İddiaçı da mübahisələndirmədiyi saldo adlanan sənəddən aydın olur ki, o, qazdan 2018-ci ilin mart ayından 2020-ci ilin may ayına qədər sayğacsız istifadə etmişdir. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, İddiaçı barəsində tərtib olunmuş aktlar əsasında hesablanmış məbləğlərin düzgün olub-olmadığına qiymət verilməlidir. Sözügedən aktlara əsasən aparılmış hesabatlardan görünür ki, “Cavabdeh1” İB İddiaçı evində olan qaz işlədicilərinin gücünü qeyd edərək 27.03.2018-ci il tarixli akt əsasında 180 günlük, 27.04.2018-ci il tarixli akt əsasında 30 günlük, 22.05.2018-ci il tarixli akt əsasında 30 günlük, 22.06.2018-ci il tarixli akt əsasında 30 günlük, 27.08.2018-ci il tarixli akt əsasında 60 günlük, 25.09.2018-ci il tarixli akt əsasında 30 günlük, 29.03.2019cu il tarixli akt əsasında 30 günlük, 30.04.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.05.2019-cu il tarixli akt əsasında 30 günlük, 28.06.2019-cu il tarixli akt əsasında 30 günlük, 31.07.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.08.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.09.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.10.2019-cu il tarixli akt əsasında 30 günlük, 29.11.2019-cu il tarixli akt əsasında 30 günlük, 30.12.2019-cu il tarixli akt əsasında 30 günlük dövrü qazın itirildiyi (sərfiyyatın qeydə alınmadığı) dövr kimi nəzərə almış və müvafiq məbləğləri iddiaçıdan tələb etmişdir. Göründüyü kimi, İddiaçı evində 2018-ci ilin mart ayından sayğac olmadığı müəyyənləşdirildiyi halda, “Cavabdeh1” İB tərəfindən 01.05.2020-ci il tarixinədək oraya sayğac quraşdırılmamış, qazdan sayğacdan kənar (sayğacsız) istifadə olunmasına bilavasitə şərait yaradılmışdır. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı qazdan sayğacsız istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda istehlakçının təqsiri olmadan sayğacda yaranmış nasazlıq zamanı hansı metodla hesabat aparılmalı olduğu göstərilməsə də, kollegiyanın qənaətinə görə belə halda ən çox 1 aylıq dövr üçün qaz itkisinin hesablanması daha ağlabatandır. Çünkü adı çəkilən Qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa, onu işlək sayğacla əvəz etməlidir. Başqa sözlə, əgər sayğaca müdaxilənin istehlakçı tərəfindən edildiyi sübuta yetirilmirsə, yaxud sayğac yoxdursa və ya sayğacda istehlakçının təqsiri üzündən yarandığı sübuta yetirilməyən nasazlıq varsa, bu halda sayğac quraşdırılmalıdır (yeni sayğacla dəyişdirilməlidir) və istehlakçıdan yalnız sayğaca baxış keçirilməli olan sonuncu tarixdən sonrakı 1 ay üçün ödəniş tələb oluna bilər. Bənzər münasibətləri tənzimləyən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə görə də, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, İddiaçı yalnız 2018-ci ilin mart ayından sonrakı 1 aylıq dövr üçün onun qaz işlədicilərinin gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; 27.04.2018-ci il tarixli, 22.05.2018-ci il tarixli, 22.06.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli, 25.09.2018-ci il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, eləcə də 2020-ci ilin yanvar-aprel aylarında tərtib olunmuş 4 ədəd akt etibarsız olmaqla, müvafiq dövrlərdə İddiaçı qazdan sayğacsız istifadə etməsinin məsuliyyəti “Cavabdeh1” İB-nin öz vəzifələrini lazımi qaydada icra etməyən əməkdaşlarına aid olunmalıdır. İddiaçı yaşadığı evdə 3 gözlü qaz pilitələrinin, QSSQ-nin (samovar) və qızdırıcı radiatorun qaz işlədiciləri kimi qeydə alındığını və onların maksimal gücünü nəzərə alaraq kollegiya hesab edir ki, 2018-ci ilin mart ayından sonrakı 1 aylıq dövr üçün onun qaz istehlakına görə ödəməli olduğu vəsait kimi məhz 27.04.2018-ci il tarixdə tərtib olunmuş akta əsasən hesablanan 118,80 manat qəbul oluna bilər və bundan sonrakı dövr üçün sözügedən aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi onun abonent hesabından silinməlidir. Şərh olunanları ümumiləşdirməklə kollegiya İddiaçı iddia tələbini qismən əsaslı hesab edir və 27.04.2018-ci il tarixli, 22.05.2018-ci il tarixli, 22.06.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli, 25.09.2018-ci il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, eləcə də 2020-ci ilin yanvar-aprel aylarında tərtib olunmuş 4 akt əsasında hesablanmış 2273,20 manat borcun onun abonent hesabından silinməli olduğu qənaətinə gəlir (aktlara görə hesablanan cəmi 3079,80 manatdan 27.03.2018-ci il tarixli akt əsasında hesablanmış 712,80 manat çıxılmaqla və 2018-ci ilin mart ayından sonrakı 1 aylıq müddət üçün 118,80 manat ödəməli olduğu, eləcə də 2018-ci ilin aprel ayında 25 manat ödədiyi nəzərə alınmaqla (3079,80 – 712,80 – 118,80 + 25 = 2273,20 manat). İddiaçı iddia tələbi üzrə gəldiyi nəticəyə uyğun olaraq kollegiya, “Cavabdeh1” İB-nin iddia tələbini də qismən əsaslı hesab edir və nəzərə alır ki, adı çəkilən təşkilat iddia tələbində yalnız 27.03.2018-ci il tarixli, 27.04.2018-ci il tarixli, 22.05.2018-ci il tarixli, 22.06.2018-ci il tarixli, 27.08.2018-ci il tarixli, 25.09.2018-ci il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli və 30.12.2019-cu il tarixli aktlar əsasında hesablanmış 2187 manat borcdan ödənilməyən 2162 manatının xeyrinə tutulmasını tələb etmişdir. Kollegiya sadalanan aktlardan ancaq 27.03.2018-ci il tarixli olanını etibarlı hesab etdiyi, habelə bu aktın tərtibindən sonrakı dövr üçün İddiaçı 118,80 manat həcmində məsuliyyət daşıya biləcəyi qənaətinə gəldiyi üçün, ödəmiş olduğu 25 manat da nəzərə alınmaqla adı çəkilən şəxsdən tutulmalı məbləğ 806,60 manat təşkil edə bilər (712,80 manat + 118,80 – 25 manat). “Cavabdeh1” İB-nin digər tələbi üzrə isə kollegiya hər hansı əsaslzndırma aparılmasını zəruri hesab etmir; çünkü bu tələbin araşdırılmasını zəruri edəcək heç bir sübut məhkəməyə təddim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “Cavabdeh1” İstehsalat Birliyinin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-657/2021 saylı iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Cavabdeh1” İstehsalat Birliyinə qarşı “aktların etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi qismən təmin olunsun. “Cavabdeh1” İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib olunmuş 27.04.2018-ci il tarixli ******* saylı; 22.05.2018-ci il tarixli ******* saylı; 22.06.2018-ci il tarixli ******* saylı; 27.08.2018-ci il tarixli ******* saylı; 25.09.2018-ci il tarixli 02155598 saylı; 29.03.2019-cu il tarixli ******* saylı; 30.04.2019-cu il tarixli ******* saylı; 30.05.2019-cu il tarixli ******* saylı; 28.06.2019-cu il tarixli ******* saylı; 31.07.2019-cu il tarixli ******* saylı; 30.08.2019-cu il tarixli ******* saylı; 30.09.2019-cu il tarixli ******* saylı; 30.10.2019-cu il tarixli ******* saylı; 29.11.2019-cu il tarixli ******* saylı; 30.12.2019-cu il tarixli ******* saylı, habelə 2020-ci ilin yanvar-aprel aylarında tərtib olunmuş 4 ədəd akt etibarsız sayılsın və həmin aktlar əsasında ondan tələb edilən 2273,20 (iki min iki yüz yetmiş üç manat 20 qəpik) manat borc onun **********00005 saylı abunə hesabından silinsin. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. “Cavabdeh1” X1 Mehri Mütəllim qızına qarşı “zərərin əvəzinin ödənilməsi” tələbi qismən təmin olunsun. İddiaçı qazdan sayğacsız istifadə etdiyi 01.05.2020-ci ilə qədər olan dövr üçün cəmi 806,60 (səkkiz yüz altı manat 60 qəpik) manat tutularaq “Cavabdeh1” İB-nə ödənilsin. “Cavabdeh1” İstehsalat Birliyinin iddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri “Cavabdeh1” İB-nə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6897/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6897/2021
15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver