Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6903/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (41 saylı Dövlət Notariat Kontoru və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən 3-cü şəxs) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101- 093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsi və həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş xx.xx.2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, **********03-05101-093005 reyestr nömrəli çıxarışın (qeydiyyat vəsiqəsi) etibarsız hesab edilməsi, Bakı şəhəri, Səbail rayonu, Teymur Elçin küçəsi 6 nömrəli evin 42 saylı mənzili üzərində İddiaçı adına qeydə alınmış reyestr kitabında 874, səhifə 131213 qeydəalma № 30/131213, xx.xx.2007-ci il tarixli qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa olunması, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavadehlərdən tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 3860/2022 saylı qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-187/2022 saylı qətnaməsi qismən, iddia tələbinin İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış, 41 saylı notariat kontorunda təsdiq edilmiş 24 may 2007-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi, qətnamənin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsi” nin təmin edilməsi hissələrində ləğv edilərək həmin hissədə iş üzrə icraata xitam verilməsinin nəzərə alınması qət edilmişdir. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 3860/2022 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə qismən ləğv edilmiş və mülki iş üzrə icraata iddia tələbinin “dövlət reyestrindən verilmiş çıxarışın (qeydiyyat vəsiqəsinin) etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsi üzrə qeyd yazısının bərpa edilməsinin təmin edilməsi hissəsində “mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” əsası ilə xitam verilmiş, İddiaçı aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 avqust 2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 3860/2022 saylı qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Mülki iş apellyasiya məhkəməsinin icraatında olarkən, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)-3860/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən kassasiya şikayəti daxil olduğunu nəzərə alaraq, kollegiya hesab edir ki, iddia tələbinin hazırda baxılmalı olan hissəsi, kassasiya şikayəti əsasında qətnamənin yoxlanılmalı olan hissəsi ilə əlaqəli olduğundan, qətnamədən verilmiş kassasiya şikayətinə baxılmadan, hazırki işə baxılması mümkün olmadığından, kassasiya baxışının nəticəsi gözlənilməklə, mülki iş apellyasiya baxışından çıxarılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2022-ci il tarixli, 2(103)- 3860/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılması üçün baxışdan çıxarılsın. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6903/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6903/2022
05.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver