Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6910/2025 08.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi-vəkili vəkil4 iştirakı ilə, Iddiaçı Abdulaziz Saleh M Alfavazın (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi cəlb olunmaqla) cavabdehlər cavabdeh2 və Məmmədova Tamella Qəzənfər qızına qarşı “kirayə müqaviləsinın ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair ilkin, iddiaçı Məmmədova Tamella Qəzənfər qızının cavabdeh Abdulaziz Saleh M Alfavaza qarşı “pul tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə çıxarılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e 2(009)- ****/**** saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Abdulaziz Saleh M Alfavaz tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2006-cı il tarixli, ********* saylı çıxarışa əsasən, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə 5, ** saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Məmmədova Tamella Qəzənfər qızının adına qeydiyyata alınmışdır. Bakı şəhəri ** saylı Notariat Kontorunda bağlanmış # #### 2022-ci il tarixli icarə müqaviləsinə əsasən, bu icarə müqaviləsi Məmmədova Tamella Qəzənfər qızı (“Birinci Tərəf”) ilə Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Rliyin təmsilçisi cənab Abdulaziz bin Saleh Alfavaz (“İkinci Tərəf”) arasında bağlanmışdır. İcarə müqaviləsinin 1-ci bəndinə əsasən Birinci Tərəf İkinci Tərəfə mülkü Səudiyyə Ərəbistanının Bakıdakı səfirliyinin hərbi Rsinin yaşayış evi olmaq şərti ilə icarəyə verir. İcarə müqaviləsinin 2-ci bəndinə əsasən Birinci Tərəf özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, döngə, ev ** saylı fərdi yaşayış evini İkinci Tərəfə ##.##.2022-ci il tarixdən icarəyə verir və müqavilə 2 il 6 ay müddətə davam edir. Müqavilə qeyd olunmuş tarixdə bitir (##.##.2025) o şərtlə ki, müqavilə uzadıla və qeyd olunmuş şərtlərə uyğun olaraq ləğv oluna bilər. Müqavilə təzələnərsə bütün şərtlər öz qüvvəsində qalır. Məbləğ illik ödəniləcəkdir. İcarə müqaviləsinin 3-cü bəndinə əsasən İkinci tərəf icarəyə götürdüyü fərdi yaşayış evinin ödənişini, bir illik məbləğ əvvəlcədən ödənilməklə, ayda 14.200 manat, (8.353,00 USD) olmaqla Birinci tərəfə ödəyir. Dövlət vergisi də bu məbləğə daxildir. İcarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, İkinci tərəf üç il ərzində icarə haqqının tam məbləğini ödəməlidir. İcarə müqaviləsinin 13-cü bəndinə əsasən Birinci tərəfin müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin etməlidir. ##.##.2022-ci il tarixli qəbzdən görünür ki, “Mən Məmmədova Tamella Qəzənfər qızı, aşağıda imza edən şəxs bildirirəm ki, 100.236 USD (yüz min iki yüz otuz altı dollar) məbləği, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Rlik Aparatından cənab X1-Fəvvazdan, Hərbi Rlik Aparatının mənzili üçün 1 illik ##.##.2022-dən ##.##.2023-dək icarə ödənişi olaraq almışam”. Qəbzi öz imzası ilə təsdiq edir. ##.##.2023-cü il tarixli qəbzdən görünür ki, “Mən Məmmədova Tamella Qəzənfər qızı, aşağıda imza edən şəxs bildirirəm ki, 100.236 USD (yüz min iki yüz otuz altı dollar) məbləği, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Rlik Aparatından cənab X1-Fəvvazdan, Hərbi Rlik Aparatının mənzili üçün 1 illik ##.##.2023-dən ##.##.2024-dək icarə ödənişi olaraq almışam”. Qəbzi öz imzası ilə təsdiq edir. ##.##.2024-cü il tarixli qəbzdən görünür ki, “Mən Məmmədova Tamella Qəzənfər qızı, aşağıda imza edən şəxs bildirirəm ki, 100.236 USD (yüz min iki yüz otuz altı dollar) məbləği, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Rlik Aparatından cənab X1-Fəvvazdan, Hərbi Rlik Aparatının mənzili üçün 1 illik ##.##.2024-dən ##.##.2025-dək icarə ödənişi olaraq almışam”. Qəbzi öz imzası ilə təsdiq edir. Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin Hərbi Rsi cənab X6 sabiq Rnin kirayə qaldığı villanın sahibəsi Məmmədova Tamella Qəzənfər qızına ünvanlanmış məktubdan görünür ki, Səudiyyə Ərəbistanının sabiq hərbi Rsinin Azərbaycandakı fəaliyyət müddəti bitdiyinə görə, mülkiyyəti ona aid olan villanın kirayə götürülməsi üçün onunla hərbi R arasında bağlanan kirayə müqaviləsinə ##.##.2022-ci il tarixdə xitam veriləcək və villadan tam çıxış həyata keçiriləcəkdir. Alfavaz, Abdulaziz Saleh M tərəfindən Məmmədova Tamella Qəzənfər qızına və cavabdeh2 ünvanlanmış ##.##.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Məmmədova Tamella Qəzənfər qızının müqavilə üzrə ##.##.2022-ci il tarixdən sonrakı dövr üzrə onun qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258.943 ABŞ dolları məbləğində, həmin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə hesablanmış illik 5 faiz məbləğində, yəni 33.520,35 ABŞ dolları məbləğində, eləcə də vurulmuş mənəvi zərərə görə 20.000 manat məbləğində borcları/öhdəlikləri yaranmışdır. Eləcə də, ona məxsus əşyalar da kirayəyə verilmiş fərdi yaşayış evində qalmaqdadır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, ##.##.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258.943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğdə hesablanmış 33.520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin fərdi yaşayış evində qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə 20.000 manat pul vəsaitinin 3 gün ərzində ödənilməsini xahiş etmişdir. Əks halda birtərəfli qaydada ləğv edilmiş ##.##.2022-ci il tarixli müqavilənin məhkəmə tərəfindən də ləğv edilməsi və ##.##.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 258.943 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33.520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, həmin fərdi yaşayış evində qalmış ona məxsus əşyaların və ya onların dəyərinin, vurulmuş mənəvi zərərə görə 20.000 manat pul vəsaitinin, məhkəmə xərclərinin məcburi qaydada alınaraq onun xeyrinə ödənilməsi tələbləri ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 3-20-14/2-4 *****/**** saylı, ##.##.2024cü il tarixli arayışından görünür ki, Səudiyyə Ərəbistanı Krallığının vətəndaşı Abdulaziz bin Saleh Alfavazın Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 22.1-ci maddəsinə əsasən Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin hərbi Rsi qismində Xarici İşlər Nazirliyi tərəfindən müvafiq qeydiyyat vəsiqələrinin rəsmiləşdirilməsinə və onların ləğv edilməsinə, habelə həmin şəxsin ölkəmizdə diplomatik fəaliyyəti dövrünə dair aşağıdakı məlumatlar təqdim olunur: №D **** saylı diplomatik vəsiqə. Etibarlılıq müddəti: ## ###### 2019cu il tarixdən-## ###### 2021-ci il tarixinədək. №D **** saylı diplomatik vəsiqə. Etibarlılıq müddəti: ## ####### 2021-ci il tarixdən-## ####### 2023-cü il tarixinədək. ## ####### 2022ci il tarixində №D **** saylı diplomatik vəsiqə səfirliyin müraciətinə əsasən ləğv edilmişdir. C-b Abdulaziz bin Saleh Alfavazın Səudiyyə Ərəbistanı Krallığının ölkədəki səfirliyinin hərbi Rsi vəzifəsində diplomatik fəaliyyəti dövrü ##.##.2019-##.##.2022 tarixlərini əhatə etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı Alfavaz, Abdulaziz Saleh M-in nümayəndəsi-vəkili nümayəndə4 cavabdehlər cavabdeh2 və Məmmədova Tamella Qəzənfər qızına qarşı iddia ərizəsi, iddia tələbinin dəyişdirilməsi və dəqiqləşdirilməsi barədə ərizələrlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, sonuncu ##.##.2024-cü il tarixli ərizəsində, cavabdeh Tamella Məmmədova ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, həmin müqavilənin 12-ci bəndinin etibarsızlığının təsbiti, cavabdehlərdən müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş ##.##.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 142.001 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33.520,35 ABŞ dolları məbləğində pul vəsaitinin, əsassız varlanmaya səbəb olmuş 58.471 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Alfavaz, Abdulazizə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Lakin ##.##.2024-cü il tarixdə iddiaçının nümayəndə-vəkili məhkəməyə ərizə ünvanlayaraq, iddia tələbinin əsasının dəyişdirilməsi və dəqiqləşmə barədə tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ərizənin nəzərə alınmamasını və işə tərəfindən verilmiş “iddia tələbinin həcminin artırılması barədə” ##.##.2024-cü il tarixli ərizə üzrə baxılmasını xahiş etmişdir. Qeyd olunan ərizədə, cavabdeh Tamella Məmmədova ilə aralarında bağlanmış ##.##.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, həmin müqavilənin 12-ci bəndinin etibarsızlığının təsbiti, cavabdehlərdən ##.##.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş ##.##.2022ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200.472 ABŞ dolları məbləğində pul vəsaitinin, gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33.520,35 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 805 manat dövlət rüsumunun müştərək qaydada tutularaq Alfavaz, Abdulazizə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qarşı tərəfə pretenziya məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Tamella Məmmədova öz öhdəliklərini yerinə yetirməmişdir. Digər cavabdeh cavabdeh2 ##.##.2022-ci il tarixli müqavilənin tərəfi olmasa da, artıq ödənilmiş kirayə haqqı ər-arvadın ümumi birgə mülkiyyətinə daxil olduğundan həm bu məbləğ, həm də gecikdirilmiş həmin borca görə hesablanmış məbləğ və digər xərclər müştərək qaydada müqavilə tərəfi olan cavabdeh Tamella Məmmədova ilə bərabər cavabdeh2 da tutulmalıdır. Ötən müddət ərzində dəfələrlə kirayəyə verəndən artıq ödənilmiş vəsaiti geri almağa cəhdlər etsələr də, cavabdeh Tamella Məmmədova ərinin general olduğu, buna cəhd edərsə, problemlərlə üzləşəcəyi onlara bildirildiyindən məhkəməyə müraciət etməkdən ehtiyatlanmışlar. Sonradan internetdə axtarış apararkən kirayəyə verənin ərinin (hazırkı iş üzrə digər cavabdeh cavabdeh2) həqiqətən də general rütbəsində olduğu, lakin artıq vəzifədən çıxarıldığını bildikdən sonra həmişəki qorxuları qalsa da, özlərində cəsarət taparaq məhkəməyə müraciət etmişlər. Bununla yanaşı Məmmədova Tamella Qəzənfər qızının nümayəndəsi-vəkili İsgəndərov X15, Abdulaziz Saleh M-ə qarşı qarşılıqlı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək, cavabdeh Alfavaz Abdulazizdən 258.943 ABŞ dollarının qətnamə icra olunan günə Azərbaycan manatına (Mərkəzi Bankın) məzənnəsi ilə tutularaq ona ödənilməsi, qarşılıqlı iddianın verilməsi üçün ödədiyi dövlət rüsumunun cavabdehdən Tamella Məmmədovanın xeyrinə tutulması, “##.##.2022-dən ##.##.2023-dək, ##.##.2023-dən ##.##.2024-dək, ##.##.2024-dən ##.##.2025-dək dövrlər üzrə, hər il üçün ayrılqıda 100.236 ABŞ dolları olmaqla Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Rlik Aparatından X9, Hərbi Rlik Aparatının mənzili üçün icarə ödənişi olaraq almışam” məzmunlu, hər bir “qəbz”in üzərində Tarix: ##.##.2022; Tarix: ##.##.2023; Tarix: ##.##.2024 qeydi olan “qəbz”lərin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan andan fərdi yaşayış evinin həyət qapısının açarları, böyük darvazanın avtomatik açılmasını həyata keçirən elektron pultu və fərdi yaşayış evinin giriş qapısının açarı cavabdehə təqdim olunmuş, ev onun istifadəsinə və sahibliyinə verilmişdir. Müqavilə üzrə nəzərdə tutulan illik məbləğin bir neçə günə ödəniləcəyi vədi edilmişdir. X9 Səfirlik tərəfindən Hərbi Rliyin fəaliyyətinin yoxlanıldığını, müqavilə üzrə məbləğin ayrılmadığını, bunun müəyyən müddət çəkə biləcəyini bildirmişdir. Bir müddət sonra X9 ödəniş olmadıqda əlaqə saxlanıldıqda Səfirliyin yoxlamasının bitmədiyini, bir neçə gün daha gözləməli olduğunu bildirmişdir. O, müqavilənin notariatda bağlanmasını, X9in Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin Hərbi Rsi olduğunu, müqavilənin uzunmüddətli və sabit olduğunu nəzərə alaraq, ödənişlə bağlı problemin olacağını heç düşünməmişdir. Bu müddət ərzində onun evi cavabdehin istifadəsində idi, orada mühafizə qoyulmuşdu, onun icazəsiz daxil olmaq hüququ olmadığına görə evdə kimin yaşadığını bilmirdi, həmçinin X9lə görüşüb ödənişlə bağlı müraciət edə bilmirdi. Müəyyən müddət ümidlə gözlədikdən sonra, nəhayət Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin Hərbi Rsi cənab X6 icarə müqaviləsinin imtinasına dair ona rəsmi məktub daxil oldu. Bu məktubdan sonra gedib maraqlandıqda, Rliyin əməkdaşları dedilər ki, cənab Abdulaziz həmin ərəfədə Bakıda deyilmiş, işlərilə bağlı öz ölkəsinə (və ya başqa ölkəyə) getmişdir. 2023-cü ilin yanvar ayında Səfirliyin yeni təyin olunmuş Hərbi Rsi cənab X5 nümayəndəsi tərəfindən fərdi yaşayış evinin açarları ona geri qaytarıldı. Beləliklə, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi Rsi cənab X5 məktubundan da aydın göründüyü kimi, 2022-ci ilin sonuna qədər onun evi kirayə müqaviləsi əsasında sabiq hərbi Rnin istifadəsində olmuşdur. Lakin sabiq hərbi R X9 tərəfindən ona müqavilə üzrə razılaşdırılmış icarə haqqı ödənilməmişdir. Hərbi Rliyin nümayəndəsi müqavilə üzrə ödənilməli olan icarə haqqının X9 tərəfindən ödənilməli olduğunu, səfirliyin bu müqavilə üzrə məbləği X9ə ödədiyini, lakin sonuncunun əvəzindən müqavilə şərtinə görə onun qarşısında öhdəlik daşımayacağını bildirmişdir. Müqavilə əsasında X9 onun evini icarəyə götürərək, faktiki olaraq evindən istifadə etmiş, lakin müqavilə şərtlərini pozaraq icarə haqqını ödəməmiş, sonradan isə Səfirliyin Hərbi Rsinin göndərdiyi rəsmi məktubla müqavilə vaxtından əvvəl birtərəfli qaydada xitam edilmişdir. Ona görə də, ilkin iddiaçının iddia tələbinin heç bir faktiki və hüquqi əsası mövcud deyil. Cavabdehlə aralarındakı ##.##.2022-ci il tarixli müqavilənin 12-ci bəndinə əsasən “Müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 (üç) il ərzində icarə haqqının tam məbləğini ödəməlidir”. Yuxarıda göstərilənlərdən müəyyən olunduğu kimi, icarə müqaviləsinə xitam verilməsi barədə birtərəfli qaydada “İkinci tərəf”dən təşəbbüs göstərilmiş, 2023-cü ilin yanvar ayında məhz Hərbi Rliyin nümayəndəsi tərəfindən evin açarları ona qaytarılmışdır. Müqavilə müddəti ərzində isə sabiq hərbi R tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ilk iddia tələbinin ##.##.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması hissəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli qərarına istinad edərək hesab etmişdir ki, ilk iddia tələbi həmin hissədə əsassızdır. Məhkəmə ##.##.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən kirayə-icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və müqavilənin 12 və 13-cü bəndlərində tərəflər öz üzərlərinə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qarşılıqlı öhdəliklər götürmüşlər. Yəni icarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf (Alfavaz Abdulaziz) üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi, icarə müqaviləsinin 13-cü bəndinə əsasən birinci tərəfin (Tamella Məmmədova) müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin etməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən ##.##.2022-ci il tarixli icarə müqaviləsi bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməmişdir. Bu səbəbdən məhkəmə həmin hissədə də ilk iddia tələbini əsassız hesab etmişdir. Məhkəmə mübahisə predmetini təşkil edən icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin tələblərini nəzərə alaraq, ilk iddia tələbinin cavabdehlərdən ##.##.2022-ci il tarixli müqavilə üzrə müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş ##.##.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləğini, habelə gecikdirilmiş borca görə illik 5 faiz məbləğini müştərək qaydada tutularaq ona ödənilməsi hissəsində əsassız hesab edilməsi və təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə qarşılıqlı iddia tələbini rədd edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə eyni zamanda icarə müqaviləsində nəzərdə tutulan müddət üçün icarə haqqının iddiaçı tərəfindən cavabdehə ödənilməsi ilə bağlı Azərbaycan və Ərəb dillərində 3 ədəd qəbz tərtib edilmiş və həmin qəbzlərdə göstərilən məbləğin Tamella Məmmədova tərəfindən alınması onun imzası ilə təsdiq edilmişdir. Tamella Məmmədova qəbzlərdə olan imzaların onun tərəfindən icra edilmədiyinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa, qarşılıqlı iddia üzrə iddiaçı Tamella Məmmədova icarə müqaviləsi üzrə ona hər hansı ödənişin edilmədiyini iddia etsə də, bununla yanaşı, keçən müddət ərzində müqavilə öhdəliklərinin icrası ilə bağlı hər hansı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Bu da, qarşılıqlı iddia üzrə iddiaçının dəlillərinin əsassız olduğunu göstərir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi-vəkili vəkil4 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddianın tam təmin edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Məmmədova Tami lla Qəzənfər qızının nümayəndəsi-vəkili İsgəndərov Habil Mirzəhüseyn oğlu həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, qarşılıqlı iddianın rədd edilən hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının (kirayəçinin) müqaviləni ləğv etmək hüququ ilə bağlı Mülki Məcəllənin ümumi normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023cü il tarixli qərarına istinad edərək “ləğv edilmə”nin şərtlərini sadalayır və iddiada göstərilən formada ləğv etmənin əsaslı olmadığını bildirmişdir. Ancaq Mülki Məcəllənin kirayə müqaviləsinə aid normalarının özünə məxsusluğu, kirayəçiyə xüsusi ləğv etmə hüququ tanınması, hətta onu məhdudlaşdıran və ya aradan qaldıran razılaşmaların etibarsızlığı birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığı üçün əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxarmışdır. Eyni zamanda mübahisə predmeti olan müqavilənin 12-ci maddəsinin də Mülki Məcəllənin 677.1.4-cü və digər maddələrinin imperativ tələblərinə zidd olduğu, etibarsız olduğu birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Məhkəmə tərəfindən düzgün təfsir edilmədiyi üçün həmin müqavilədə tərəflərə qüvvədə olma müddəti çatmadan “ləğv etmə” hüququ tanındığı qətnamədə öz əksini tapmamışdır. Digər tərəfdən işin faktiki halları qismində Alfavaz Abdulazizin mənsub olduğu ölkənin səlahiyyətli qurumu tərəfindən geri çağrılması (şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi), Səfirliyin Hərbi Rlik Aparatının rəhbəri vasitəsilə cavabdehə bildiriş verilməsi, iddiaçının müddətsiz qaydada hərbi R təyin olunması, ancaq diplomatik vəsiqənin ən çoxu 2 il müddətinə verilməsi, tərəflərin kirayə münasibətləri faktiki xitam olunduqdan sonra Alfavaz Abdulazizin Azərbaycan Respublikasında olarkən başqa yerlərdə (məsələn hoteldə) qalması, Tamella Məmmədovanın qarşılıqlı iddia ərizəsində 2023-cü ilin yanvar ayında evin açarlarını təhvil aldığını bildirməsi (üstü örtülü iradə ifadəsi əsasında xitam) kimi vacib məqamlar işə baxan məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə ilkin iddia tələbinin “icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən tanınması” hissəsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarına istinad etsə də, məhz “ləğv etmənin tanınması” tələbinin nəyə görə həmin qərara uyğun olmadığını açıqca göstərməmiş (öz mövqeyini ifadə etməmiş), sadəcə qərardan sitat gətirməklə kifayətlənmişdir. Ləğv etmənin tamamilə əsaslı olduğunu fikirləşən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarının iddiaçının mənafeyinə uyğun olduğunu düşünən iddiaçı tərəfində bu hal çaşqınlıq yaradır. Birinci instansiya məhkəməsinin ümumiyyətlə həmin müqavilə üzrə “ləğv etmə” hüququ olmadığı qənaətinə gəldiyi, yoxsa “ləğvetmənin” düzgün həyata keçirilmədiyi qənaətinə gəldiyi və yaxud da tamamilə başqa səbəbə görə iddianı əsaslı hesab etmədiyi sözügedən qətnamədən başa düşülmür. Bu vəziyyət hüquqi əsaslandırma zamanı xeyli çətinlik yaratmaqla birlikdə iddiaçı tərəf məcbur olur ki, hər bir ehtimal üzrə ayrıayrı əsaslarını qeyd etsin. Bu hal eyni zamanda məhkəmənin Mülki Məcəllənin 404-cü maddəsində göstərilən müqavilənin şərtlərini təfsir funksiyasını da yerinə yetirmədiyini bariz şəkildə göstərir. Ona görə də hüquqi müəyyənliyin təmin edilməsi, tərəflərin qəbul etdiyi öhdəliklərin, onların hüquqlarının həqiqi mahiyyətinin/həcminin bilinməsi və tətbiq ediləcək hüquq normalarının müəyyən edilməsi üçün məhkəmə ilk əvvəl onun şərtlərini təfsir etməli, hansı növ müqavilə olmasını (hansı qaydaların tətbiq edilməli olduğunu) aydınlaşdırmalıdır. Ancaq mövcud mübahisə baxımından birinci instansiya məhkəməsi müqaviləni təfsir etməmiş, 12-ci bəndinə dair yanlış nəticəyə gəlmişdir. Müqavilənin adının “icarə müqaviləsi” olmasına baxmayaraq onun 1-ci bəndindən (predmetindən) açıqca görünür ki, mənzil iddiaçının yaşaması niyyəti ilə onun istifadəsinə təqdim edilib. Deməli tərəflərin real iradələri və işin mahiyyəti onu deməyə əsas verir ki, bağlanmış müqavilə kirayə müqaviləsinin alt növü olan yaşayış otağının kirayəsi müqaviləsidir. Bu da onu deməyə əsas verir ki, müqaviləyə tətbiq ediləcək hüquq normaları Mülki Məcəllənin 675-700-cü maddələri aralığında təsbit olunan yaşayış otağı kirayəsi müqaviləsini tənzimləyən normalardır. Bu eyni zamanda onu deməyə əsas verir ki, icarə müqaviləsindən və ya kirayə müqaviləsinin digər növlərindən fərqli olaraq yaşayış otağının kirayəçisinin xeyrinə müəyyən edilmiş nisbi imperativ (kirayəçi ziyanına dəyişdirilə bilməyən qaydalar) normalar bu müqaviləyə tətbiq edilməli, iddiaçı (kirayəçi) kirayəçinin qanunda təsbit olunmuş bütün hüquqlarından istifadə edə bilməlidir. Müqavilənin 2ci bəndinin 2-ci cümləsinin həqiqi mənasına əsasən müqavilənin vaxtından əvvəl “qeyd olunmuş şərtlərə uyğun” ləğv edilməsi nəzərdə tutulub. Bu hal tərəflərin hərəkətlərindən də, üstü örtülü şəkildə onu qəbul etmələrindən də görünür. Belə ki, iddiaçı müqavilənin ləğvinə dair səfirlik vasitəsilə ləğv bildirişi təqdim edib, cavabdeh isə iddiaçı müqaviləni ləğv etdiyi üçün 12-ci bəndə istinad edərək 3 illik icarə haqqı tələb edib. Heç bir tərəf müqavilənin vaxtından əvvəl ləğv edilə bilməyəcəyini iddia etməyib. Əgər “ləğv etmə” nəzərdə tutulmamış olsaydı belə, tərəflərin bu cür hərəkətləri yenə də onu deməyə əsas verərdi ki, onlar öz hərəkətləri ilə müqavilənin vaxtından əvvəl ləğv edilə biləcəyinə dair şifahi razılıq əldə ediblər. Əgər tərəflər bir-birlərinə vaxtından əvvəl ləğv etmə hüququ tanımasaydılar, onda müqavilənin ləğvi halında meydana gələn öhdəliklərə dair 12 və 13-cü bəndlərin heç bir mənası və əhəmiyyəti olmazdı. Digər maraqlı nüans da ondan ibarətdir ki, birinci instansiya məhkəməsi 12-ci bəndi etibarlı hesab etdiyi halda iddiaçının “ləğv etmə” hüququnu tanımayıb. Bu da məhkəmənin mövqeyində ziddiyyət olduğunu göstərir. İddiaçı tərəfindən müqavilənin ləğv edilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarında müəyyən edilmiş mövqeyə tamamilə uyğun gəlir. Belə ki, müqavilənin ləğvi məhkəmədən kənar qaydada baş vermiş və Mülki Məcəllədə nəzərdə tutulan digər hallara aiddir. Yəni həm öhdəliyin əhəmiyyətli pozuntusu, həm də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halları baş versə belə, iddiaçının müqaviləni ləğv etməsi üçün xüsusi olaraq həmin hallara istinad etməyə, həmin halları sübut etməyə ehtiyacı olmadan da heç bir səbəb göstərmədən də müqaviləni ləğv etmək hüququ mövcuddur. Məlum olduğu kimi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarında Mülki Məcəllənin 786.1-ci maddəsi (Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər) misal çəkilmişdir. Bu vəziyyət qərarda “digər hal” kimi, yəni tərəflərin istəkləri əsasında müqaviləni ləğv edə bilmələri qəbilindən misal verilmişdir. Həmin qərarda “digər hallar”a aid olan 786.1-ci maddə məhdudlaşdırıcı deyil, sadalayıcı formada qeyd edilmişdir. Ona görə də Mülki Məcəllənin yaşayış otağının kirayəsi müqaviləsini tənzimləyən normalarında da “digər hal”a aid misal olduğuna diqqət çəkmək yerinə düşər. Müqavilənin ləğv ediləcəyi halda 3 illik icarə haqqının (müqavilə mahiyyəti etibarı ilə kirayə müqaviləsi olduğu üçün həmin ödəniş kirayə ödənişi adlanmalıdır, ancaq müqavilənin və qətnamənin məna bütövlüyünü pozmamaq üçün orada yazıldığı kimi qeyd olunur) kirayəçidən tələb olunması kirayəçinin müqaviləni ləğv etmək hüququnu məhdudlaşdırdığı üçün etibarsızdır. Digər tərəfdən həmin bənd nəinki hüququ məhdudlaşdırır, hətta ləğv etmək hüququnu istisna edir. Belə ki, kirayəçinin müqavilə üzrə yeganə aktiv öhdəliyi kirayə ödənişinin ödənilməsindən ibarətdir. Evdən istifadə etmək isə onun hüququdur. Kirayəçi müqaviləni vaxtından əvvəl ləğv etmək istədikdə əslində kirayə ödənişi ödəmək öhdəliyindən azad olmaq niyyəti güdür. Əgər o müqaviləni ləğv edəcəyi halda ödəməli olduğu bütün kirayə ödənişini yenə də ödəmək məcburiyyətində qalırsa, onda ləğv etmənin kirayəçi baxımından heç bir mahiyyəti qalmır, əksinə ləğv etmə ilə kirayəçi evdən istifadə etmək hüququnu da itirmiş olur. Xəbərdarlıq müddətini gözləməklə istənilən vaxt və səbəb göstərmədən kirayə müqaviləsi kirayəçi tərəfindən ləğv edilə bilər. Əksini düşünmək Mülki Məcəllənin yaşayış otağı kirayəsinə aid qaydaların sistematikasına, məqsədinə zidd olmuş olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli qərarından da göründüyü kimi, müqavilədə müəyyən edilməsə belə, Mülki Məcəllənin öhdəliklərə aid ümumi norması olan 447ci maddəsinə istinad etməklə öhdəliyin əhəmiyyətli pozuntusu halında müqavilə ləğv edilə bilər. Belə olan halda Mülki Məcəllənin müqaviləni uzatmaqda üstünlük, satın almaqda üstünlük, yeni mülkiyyətçinin avtomatik müqavilə tərəfinə çevrilməsi (öhdəliyin nisbiliyi prinsipinin kirayəçinin xeyrinə pozulması) kimi xüsusi yanaşdığı yaşayış otağı kirayəçisinə daha ağır şərt müəyyən etməsi ağlabatan olmazdı. İddiaçıya diplomatik vəsiqəsi iki il ərzində etibarlı olmaqla verilsə də, iddiaçının Azərbaycan Respublikasındakı fəaliyyətinin sonlanma müddəti qabaqcadan bilinmir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin ##.##.2024-cü il tarixli məktbundan görünür ki, iddiaçının fəaliyyəti qabaqcadan bilinən hər hansı müddətlə məhdudlaşmayıb. Məhz bu səbəbdən də elə iddiaçı fəaliyyətini davam etdirəcəyinə güman edərək qabaqcadan üç illik kirayə ödənişi ödəmişdir. Deməli, əgər o fəaliyyətinin qabaqcadan dayandırılacağını bilsəydi, müqaviləni 3 il müddətində yox, daha qısa müddətdə bağlayardı. Buna görə də işin halları baxımından hazırkı situasiyada şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halı mövcuddur. Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi Rsi canab X5 tərəfindən göndərilmiş xitam bildirişi və həmin xitam bildirişi əsasında cavabdehin evin açarlarını təhvil alması şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi əsası ilə tərəflərin müqaviləyə xitam verdiyini bariz şəkildə göstərir. Müqavilə iddiaçı tərəfindən təktərəfli iradə ifadəsi ilə ləğv edilərək öz hüquqi nəticəsini əmələ gətirsə də, birinci instansiya məhkəməsi həmin ləğvi tanımamışdır. Bununla belə müqavilənin təktərəfli iradə ifadəsi ilə ləğv edildiyini qəbul etməsə də, məhkəmə işin hallarından, cavabdehin hərəkətlərindən müqavilənin qarşılıqlı razılıqla xitam olunduğunu müəyyən etməli idi. Belə ki, qarşılıqlı iddia ərizəsində cavabdeh iddiaçının evdən 2022-ci ilin sonuna kimi istifadə etdiyini, yəni 2023-cü ildən evdən istifadə etmədiyini və 2023-cü ilin yanvar ayında Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin yeni təyin olunmuş Hərbi Rsi cənab X5 nümayəndəsi tərəfindən fərdi yaşayış evinin açarlarının ona təhvil verildiyini etiraf edir (iddiaçı ilə müqavilə danışıqlarını cavabdehin oğlu vatsap mobil tətbiqi vasitəsilə aparıb, 2022-ci ilin oktyabr ayından iddiaçı evdən istifadə etmir). İşin mübahisəsiz halıdır ki, 2023-cü ilin yanvarından iddiaçı evdən istifadə etmir və cavabdeh də bu barədə iddiaçıya heç nə deməyib, əksinə ona təhvil verilən açarları qəbul edib. Bu hal özlüyündə müqaviləyə qarşılıqlı razılıqla, üstü örtülü iradə ifadəsi ilə xitam verildiyini bildirir. Tərəflərin ödəniş məbləği ilə bağlı mübahisələri həmin razılığa xələl gətirmir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən təqdim edilən arayışdan da görünür ki, iddiaçı 2023-cü il ərzində ümumilikdə 47 gün Azərbaycan Respublikası ərazisində olmuş, başqa ünvanda olduğu yer üzrə qeydiyyata alınmışdır. Bununla yanaşı ünvan 1 yaxınlığında yerləşən “X2” tərəfindən təqdim olunmuş qeydiyyat vərəqəsinə əsasən iddiaçı ##.##.2023–##.##.2023 tarixləri aralığında hoteldə qalmışdır. İddiaçı 2022-ci ilin yay aylarından sonra başqa yerlərdə qalmağa məcbur olmuşdur. İşin halları göstərir ki, iddiaçı evdən istifadə edə bilməmiş, səfirlik vasitəsilə ləğv bildirişi təqdim edilmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında oxşar məzmunlu bir neçə müqavilənin bağlandığına münasibət bildirməmiş, işi hərtərəfli, tam və obyektiv araşdırmamışdır. İddiaçı tərəfindən tələb ##.##.2022-ci il tarixli müqavilə ilə bağlı olsa da, həmin müqavilənin tərəflər arasında bağlanan son müqavilə olduğuna, ondan əvvəl daha 3 oxşar məzmunlu müqavilənin bağlandığına, tərəflər arasında bağlanmış müqavilələrin hamısının eyni münasibəti tənzimlədiyinə münasibət bildirməmişdir. Ödəniş qəbzlərinin tarixləri nəzərə alındıqda onların ilk müqavilə əsasında tərtib olunmasına, bu səbəbdən cavabdehin tarixlə bağlı etirazının əsassız olduğuna dair fikir bildirilməmişdir. Xüsusən ##.##.2022-ci il tarixində notarial qaydada təsdiq edilməklə bağlanmış icarə müqaviləsi şərtlərinə görə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. İşə baxan birinci instansiya məhkəməsi eyni predmet barəsində müxtəlif sayda və fərqli şərtlərlə müqavilə bağlanmasının səbəblərini araşdırmamışdır. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tamella Məmmədova tərəfindən qəbzlərin etibarsızlığı mübahisələndirildiyi halda, qəbzlərdə yalnız onun imzasının olduğuna görə, həmin qəbzlərin mövcudluğuna istinad olunması işin həqiqi halının tam araşdırılmamasının və düzgün qiymətləndirilməməsinin nəticəsidir. Yalnız “qəbz”lərin mövcudluğu həmin 3 “qəbz”də ayrılıqda göstərilən 102.236 ABŞ dolları (birlikdə 300.000 ABŞ dollarındanm artıq məbləğin) Tamella Məmmədova tərəfindən alındığını sübut etmir. Bu qəbzlər etibarsızılıq tələbinə dair iddianın predmetidir. Tərəflər arasında müqavilə şərtinə görə icarə haqqı hər bir il üçün 1 illik qabaqcadan ödəniləcəyi nəzərdə tutulduğu halda, guya, iddiaçının elə müqavilə bağlanan gün 3 illik məbləği 3 ayrı “qəbz”lə verməsinə dair mülahizələri əsassızdır. Həmin gün pul ödənmiş olsaydı, bu xüsusat müqavilədə öz əksini tapardı. Gələcəkdə yaranacaq icarə münasibətinə görə müqavilənin notarial qaydada rəsmiləşdirdiyi halda, 300.000 ABŞ dollarından artıq (guya) pul verən şəxsin yalnız sadə imza ilə kifayətlənməsi də ağlabatan mühakiməyə uyğun deyildir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının notariusdan sorğu edərək aldığı və iş materialına təqdim etdiyi ##.##.2022-ci il tarixli müqavilə nüsxəsində icarənin müddəti (müqavilənin müddəti) 3 il - ##.##.2022-ci ildən ##.##.2025-ci ilədək göstərilmişdir. Əsl nüsxə müqavilədə isə icarə müddəti 2 il 6 ay (##.##.2022-##.##.2025-ci il) razılaşdırılmışdır. Notariusda olan müqavilə nüsxəsi ilə onda olan müqavilə nüsxələrində fərqli müddətlərin göstərilməsinin səbəbini iddiaçı tərəf də ağlabatan izah edə bilməmişdir. Belə çıxır ki, ##.##.2022-ci ildə notariusda müqavilə bağlanan ərəfədə, fərqli sənədlər imzalanmışdır ki, onların içində əhəmiyyətsiz “qəbz”lərin də olması mümkündür. Nəzərə alınmalıdır ki, tərəflər arasında olan ##.##.2022-ci il tarixli müqavilənin mətni icarəçi X9 tərəfindən hazırlanması da, işin mübahisəsiz halıdır. Eynilə, qarşı tərəfin təqdim etdiyi 3 “qəbz”in tərtib olunması da işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi həmin “qəbz”lərin də ##.##.2022-ci il tarixdə yazılaraq imzalandığını etiraf etmiş və guya, pulun da həmin gün verildiyini iddia etmişdir. Belə olan halda, gələcək icarə münasibəti üçün notarial qaydada müqavilə imzalandığı halda, 300.000 ABŞ dollarından artıq pul verdiyini iddia edən xarici ölkə diplomatının həmin “qəbz”ləri sadə imza təsdiqlənməsinə razılaşmasının ağlabatan olmadığına da məhkəmə əhəmiyyət verməmişdir. Əgər icarəçi, onun nümyəndəsinin dediyi kimi, 300.000 ABŞ dollarından artıq pulu müqavilə bağlanan gün ona vermiş olsaydı, bu xüsusatı Müqavilədə əks etdirərdi. Bütün bunlarla yanaşı, birinci instansiya məhkəməsində icraat zamanı şifahi və yazılı qaydada vəsatətlər verilərək, X9in Səfirlikdə səlahiyyət müddəti, aldığı əmək haqqı, ##.##.2022-ci il tarixə 300.000 ABŞ dolları nağd pulun mənbəyi barədə Səfirliyə sorğu edilməsi xahiş olunmuş, məhkəmə isə bu vəsatətləri təmin etməmişdir. Həmçinin, X9in nümayəndəsi və vəkili onun gəlirləri, 300.000 ABŞ dollarından artıq pulun mənbəyi barədə suallardan yayınmışdır. Məhkəmə nəzərə almamışdır ki, X9in bu pulu Bakıdakı fəaliyyəti dövründə (diplomatik xidmətdə) qazandığını, yaxud həmin məbləği öz ölkəsindən gətirdiyini təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, X9 xarici ölkə vətəndaşı olmaqla diplomatik xidmətdə olmuşdur, Azərbaycan Respublikasında başqa hər hansı fəaliyyətlə məşğul ola bilməzdi, başqa gəlir mənbəyi ola bilməzdi. Həmin məbləği ya diplomatik xidmətindən maaş kimi əldə etməli, ya da öz ölkəsindən gətirə bilərdi ki, hər iki halı və ya onlardan birini təsdiqləyən sübut təqdim etməmişdir. Həmçinin, Məhkəmə nəzərə almamışdır ki, ##.##.2022-ci il tarixdə müqavilə bağlandığı halda, X9in, guya, 2022-ci il üçün tam icarə haqqını (102.000 ABŞ dolları, həm də 2022-ci ilin əvvəlki 5 ayına görə) ödəməsi ağlabatan deyildir, bu suala iddiaçının nümayəndəsi də ağlabatan izah verməmişdir. Məhkəmə nəzərə almamışdır ki, səlahiyyət müddəti bitəcəyini gözləyən şəxs növbəti illər üçün niyə 200.000 ABŞ dollarından artıq pul ödəsin? Məhkəmə qətnaməsində qarşılıqlı iddia tələbinin təmin edilməməsini maddi-hüquqi cəhətdən əsaslandırmamış, yalnız “vəkilin və nümayəndənin izahatlarının obyektiv xarakteri barədə məhkəmədə inam yaranmasına mane olur” qənaətilə kifayətlənmişdir. Məhkəmənin bu yanaşması, tərəflər arasında münasibətin (həm də mübahisənin) yaranmasına əsas olan Müqavilə şərtlərinin yanlış təfsiri, işin həqiqi hallarının nəzərə alınmaması, düzgün qiymətləndirilməməsi və iş üzrə müəyyən edilməli hallara tətbiq edilməli maddi hüququn tətbiq edilməməsinin nəticəsidir. Qarşılıqlı iddia tələbinin qanuni əsasları Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152, 324, 385, 386, 389, 675-ci, 700-cü maddələridir. Maddi hüquq normaları və müqavilənin 12-ci bəndinə əsasən müqavilənin məhz Hərbi R (cavabdeh) tərəfindən ləğv edilməsinə görə müqavilənin “ikinci tərəf”i icarə haqqını tam məbləğdə ona ödəməlidir. Müqavilə müddəti ərzində isə cavabdeh tərəfindən ona hər hansı vəsait ödənilməmişdir. Məhkəmənin, icarə haqqının ödənilməsinə dair əvvəllər iddia qaldırılmamasının səbəbi haqqında, onun nümayəndəsi tərəfindən verilmiş izahatın onda inam yaratmadığına dair dəlilini subyektiv xarakterlidir. İş materiallarında mövcud olan “qəbz”lər onda olmamış, yalnız hazırkı məhkəmə işinə cavabdeh tərəfindən təqdim olunmuş, iş materialları ilə tanış olan nümayəndə tərəfindən ona bu barədə məlumat verilmşdir. Həmin “qəbz”lər müqavilə münasibətinin həqiqi hüquqi vəziyyətini əks etdirmədiyindən əhəmiyyətsiz olmaqla, özüözlüyündə etibarsızdır. İş üzrə üçüncü şəxsin (Səfirliyin) nümayəndəsi, məhkəmə iclasında sualların ona ünvanlanmasına cavab olaraq, iş üçün əhəmiyyət kəsb edən bu sualların hər hansı biri barədə məlumat verməmiş yalnız məhkəmənin sorğusuna əsasən Səfirlik tərəfindən cavab verilməsi məsələsinə baxılacağını bildirmişdir. Həmçinin, ##.##.2022-ci ildə müqavilə bağlandığı və 2 il 6 ay (##.##.2025-ci ilədək) üçün nəzərdə tutulduğu halda, guya, “##.##.2022-##.##.2023-cü il üzrə illik icarə haqqı ödəməsi”nin səbəbi və s. barədə suallara qarşı tərəfin verdiyi ziddiyyətli cavab və izahlar məhkəmə tərəfindən düzgün hüquqi qiymətləndirilməmiş, bu xüsusatlar ümumiyyətlə, araşdırmadan və hüquqi qiymətləndirmədən kənarda qalmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ##### 2025ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavaz və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Tamella Məmmədova tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, X13 Məmmədova arasında hüquqi nəticə etibarı ilə kirayə müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Belə ki, onların arasında ilk olaraq ##.##.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, daha sonra onların qarşılıqlı razılığı əsasında bu müqavilə ##.##.2022-ci il tarixdə ləğv edilmiş və həmin tarixdə yeni icarə müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən Tamella Məmmədova mülkiyyətində olan fərdi yaşayış evini ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək (3 il müddətinə) Alfavaz Abdulazizə icarə verməyi, sonuncu isə müqavilə ilə müəyyən edilmiş icarə (kirayə) haqqını ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. Həmin fərdi yaşayış evi Tamella Məmmədova tərəfindən Alfavaz Abdulazizə təhvil verilmişdir. Bununla belə, müqavilə münasibətləri məhz bu tərəflər arasında yaranmışdır. Alfavaz Abdulazizlə digər cavabdeh cavabdeh2 arasında hər hansı, o cümlədən müqavilə münasibəti yaranmamışdır. Bu şəxsin müqavilə tərəfi olan Tamella Məmmədovanın əri olması mövcud vəziyyətdə müqavilədən irəli gələn hər hansı öhdəliyin icra edilməsi və ya əksinə icra edilməməsi nəticəsində Alfavaz Abdulazizə vurulmuş zərərin ondan tələb edilməsi üçün əsas yaratmır. Bu səbəbdən Alfavaz Abdulazizin ona qarşı iddiası və bu istiqamətdə apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz. Məhkəmə Kollegiyası ##.##.2022-ci il tarixdə bağlanmış müqavilə ilə bağlı qeyd etmişdir ki, hər iki tərəf məhz bu müqavilədən irəli gələrək qarşı tərəfə qarşı tələblər irəli sürür. Belə ki, Alfavaz Abdulaziz müqavilə üzrə müəyyən edilmiş icarə (kirayə) haqqını əvvəlcədən və tam şəkildə ödədiyini, lakin müqavilə bağlandıqdan qısa müddət sonra ölkəsinə geri çağırılması səbəbindən ona təhvil verilmiş fərdi yaşayış evindən istifadə etmədiyini bildirir və icarə (kirayə) haqqının ödənilməsini təsdiq edən qəbzləri (bu qəbzləri hər iki tərəf imzalamışdır və qəbzlərə əsasən X11 Məmmədovaya ümumilikdə (100.236 x 3 = 300.708) 300.708 ABŞ dolları məbləğində pul ödəmişdir) təqdim etməklə evdən istifadə etmədiyi bütün dövr üçün pulun geri qaytarılmasını və ona vurulmuş zərərin və əldən çıxmış faydanın ödənilməsini tələb edir. Qarşı tərəf isə əksinə müqavilə üzrə hər hansı məbləğdə pulun ödənilmədiyini, təqdim edilmiş qəbzlərdə olan imzaların ona məxsus olmasına baxmayaraq, həmin qəbzlərdə göstərilən məbləğlərin ona verilmədiyini bildirir və öz mövqeyinin əsaslığına dar dəlillərini gətirərək, həmin qəbzlərin etibarsız hesab edilməsini və müqavilədə nəzərdə tutulmuş icarə (kirayə) haqqının ona ödənilməsini tələb edir. Məhkəmə Kollegiyası ilk növbədə müqavilənin müddətinə aydınlıq gətirilməsini zəruri hesab edərək, bununla bağlı qeyd etmişdir ki, tərəflər həmin müqaviləni 2,6 ay müddətinə bağlandığını bildirsələrdə bu müqaviləni təsdiq edən notariat kontorundan təqdim edilmiş nüsxədə müqavilənin 3 il müddətinə, yəni ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək bağlandığı müəyyən edilir. Alfavaz Abdulazizin təqdim etdiyi ödəniş qəbzləri üzrə də onun tərəfindən 3 illik dövr üzrə əvvəlcədən ödənişlərin aparıldığı öz təsdiqini tapır. Hər bir halda, 2 il 6 müddətinə müqavilə bağlayan tərəflər, xüsusilə də Alfavaz Abdulaziz 3 il üçün ödəniş aparmazdı. Bu səbəbdən Məhkəmə Kollegiyası müqavilənin 3 il müddətinə bağlanmasını əsas götürür. Məhkəmə Kollegiyası ilk öncə Alfavaz Abdulaziz tərəfindən təqdim edilmiş və icarə (kirayə) haqqının ödənilməsini təsdiq edən qəbzlərə münasibət bildirilməsini zəruri hesab etmiş və Tamella Məmmədovanın apellyasiya şikayətinin dəlillərinə istinadən vurğulayır ki, tərəflər öz iradələrinə uyğun olaraq məhz bu hesablaşma qaydasını seçmiş və bu qaydaya uyğun olaraq hesablaşmışlar. Həmin qəbzlərdə olan imzaların Tamella Məmmədovaya aid olması işin mübahisəsiz halıdır (Tamella Məmmədova özü də bu halı etiraf edir). Tərəflər arasında icarə (kirayə) haqqının bütün müddət üçün əvvəlcədən ödənilməsini istisna edən, habelə xüsusi ödəniş qaydasını müəyyən edən hər hansı razılaşma və ya qeyd şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən Tamella Məmmədova müqavilə üzrə qarşı tərəfə təhvil verilmiş əmlakın açarlarının 2023-cü ilin yanvar ayında ona təhvil verildiyini etiraf edir. Lakin həmin müddətdən sonra onun müqavilə üzrə müəyyən edilmiş icarə (kirayə) haqqının tələb edilməsi ilə bağlı hər hansı formada qarşı tərəfə müraciət etməsi müəyyən edilmir. Hər bir halda, Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin yeni Hərbi Rsi tərəfindən həmin müqaviləyə ##.##.2022-ci il tarixdə xitam verilməsi barədə məktub göndərilən zaman, bu məktuba cavab olaraq Tamella Məmmədova da həmin quruma müraciət edib, müqavilə üzrə ona hər hansı məbləğdə pulun ödənilmədiyini bildirməklə hazırkı iddia üzrə tələb edilən pulu tələb edə bilərdi. Lakin ötən dövr ərzində Tamella Məmmədova müqavilə üzrə pulun ona verilmədiyini təsdiq edən hər hansı hərəkət etməmişdir. Hüquqi nəticə etibarı ilə 3 illik dövr üçün icarə (kirayə) haqqının ödənilməsini təsdiq edən qəbzlər mövcuddur, onlar Tamella Məmmədova tərəfindən imzalanmışdır. Bu səbəbdən həmin qəbzlərin etibarsız hesab edilməsi üçün hər hansı əsas mövcud deyil. Qeyd edilənlər öz növbəsində bu qəbzlərlə bağlı Tamella Məmmədovanın apellyasiya şikayəti üzrə dəlillərinin əsassız olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi bu tələbi rədd etməkdə haqlı olmuşdur. Qarşılıqlı iddia üzrə “qəbzlərin etibarsız hesab edilməsi” tələbinin əsassız olması hüquqi nəticə etibarı ilə müqavilə üzrə pulun tutulması tələbinin də əsassız olduğunu təsdiq edir və onun da rədd edilməsini şərtləndirir. Məhkəmə Kollegiyası Alfavaz Abdulazizin apellyasiya şikayətinə münasibətdə qeyd etmişdir ki, mübahisələndirilən müqavilədən əvvəl tərəflər arasında ##.##.2022-ci ildə icarə müqaviləsi bağlanmış, lakin ##.##.2022-ci il tarixdə tərəflərin qarşılıqlı razılığına əsasən bu müqavilə ləğv edilmiş və həmin tarixdə hazırda mübahisələndirilən müqavilə bağlanmışdır. Hər iki müqavilə məzmun etibarı ilə məhz Alfavaz Abdulaziz tərəfindən tərtib edilmişdir. Həmin müqavilələrin eyni zamanda, hər səhifədə bölünmüş sütunlar üzrə ingilis (##.##.2022-ci il) və ərəb dilinə ##.##.2022-ci il) tərcümə edilməsi də bu halı təsdiq edir. Müqavilələr məzmun etibarı ilə də biri birindən fərqlənir. Birinci müqavilədən fərqli olaraq ikinci müqavilənin 12-ci bəndində “müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 il ərzində icarə haqqının tam məbləğini ödəməlidir” məzmunda müddəa təsbit edilmişdir. Qeyd olunanlar bu bəndin məhz Alfavaz Abdulaziz tərəfindən müqaviləyə daxil edildiyini və tam olaraq onun iradəsinə uyğun olduğunu təsdiq edir. Hər bir halda, ##.##.2022-ci il tarixli müqavilədə belə bir bənd nəzərdə tutulmamışdır. Bu da öz növbəsində bu müqavilədə də belə bir bəndin nəzərdə tutulmadığını mümkün edirdi. Müqavilə notarial qaydada təsdiq edilmiş və ərəb dilinə də tərcümə edildiyindən onun məzmunu Alfavaz Abdulaziz üçün tam aydın olmuşdur. Müqavilədə icarəyə (kirayəyə) verənə münasibətdə də demək olar ki, eyni məzmunlu bənd nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 13-cü bəndinə əsasən Tamella Məmmədova müqaviləyə xitam verilməsini tələb etdiyi halda, eyni və ya daha yaxşı bina xüsusiyyətləri, eyni dəyər və ya daha böyük və eyni məhəllə ilə təmin edilməsi öhdəliyini üzərinə götürmüşdür. Digər tərəfdən müqavilə ilə demək olar ki, eyni vaxtda Alfavaz Abdulaziz nəinki bir illik, ümumiyyətlə bütün müqavilə müddətini əhatə edən 3 illik dövr üçün icarə (kirayə) haqqını Tamella Məmmədovaya tam şəkildə ödəmiş və bununla da müqavilənin bu bəndini vaxtından əvvəl tam şəkildə icra etmişdir. Bu da bir daha onun həmin bənd və onun hüquqi nəticələri barədə tam məlumatlı olmasını təsdiq edir. Hər bir halda, müqaviləyə 12-ci bəndi daxil edən və ya bundan sonra icarə (kirayə) haqqını tam ödəyən Alfavaz Abdulaziz müqavilənin hər hansı səbəbdən daha tez müddətdə ləğv edilməsinin mümkünlüyünü gözü önünə almalı idi. Alfavaz Abdulaziz hər hansı formada bu məbləği ödəmək məcburiyyətində qaldığını da bildirmir. Məhkəmə Kollegiyası da belə bir hal müəyyən etmir. Hüquqi nəticə etibarı ilə tərəflər öz aralarında bu məsələni razılaşdırmışlar, müqavilənin predmeti olan əmlakdan istifadəni də Alfavaz Abdulaziz öz iradəsinə uyğun olaraq dayandırmışdır. Həmin əmlakın açarları 2023-cü ilin yanvar ayında Tamella Məmmədovaya təhvil verilmişdir. Bu da həmin əmlakın bu vaxtadək məhz Alfavaz Abdulaziz üçün əlçatan olduğunu təsdiq edir (halbuki, Alfavaz Abdulaziz ilk öncə iddiası üzrə tam fərqli mövqedən çıxış etmiş və qarşı tərəfin əmlakdan istifadəyə maneə yaratdığını bildirmişdir). Bu əmlakın eyni əsaslarla nəinki açarlar təhvil verildikdən sonra, hətta bugünədək hər hansı başqa şəxsə təhvil verildiyi müəyyən edilmir. Bu səbəbdən onun hazırda şəraitin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad etməsi və bu bəndlə onun hüquqlarının pozulması mövqeyindən çıxış etməsi ümumiyyətlə əsassızdır. Bu səbəbdən müqavilənin 12-ci bəndi Alfavaz Abdulazizin hüquqlarını məhdudlaşdıran şərt kimi qiymətləndirilə bilməz və etibarsız hesab edilə bilməz. Onun istinad etdiyi Mülki Məcəllənin 677.1.4-cü maddəsi əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri ilə bağlı məsələləri tənzimləyir (tərəflər arasında belə bir problem olmamışdır) və ümumiyyətlə hazırkı münasibətlərə tətbiq edilə bilməz. Məhkəmə Kollegiyası o halı da vurğulamışdır ki, tərəflər arasında ##.##.2022-ci il tarixdə müqavilənin bağlanması, sonradan ləğv edilməsi və yeni müqavilənin bağlanması, bu müqavilələrin notarial qaydada təsdiq edilməsi Alfavaz Abdulazizin bu sahədə təcrübəyə malik olduğunu təsdiq edir. Belə olan halda, Alfavaz Abdulaziz açarlar təhvil verilənədək və ya bundan sonra Azərbaycana gələn zaman qarşı tərəfə müraciət edib, müqavilə şərtlərinə, o cümlədən müddətinə dəyişiklik edilməsini təklif edə bilərdi. Lakin 2024-cü ilin yanvar ayınadək hər hansı tədbir görməmişdir. Onun 2024-cü il tarixdə qarşı tərəfə pretenziya məktubu ilə müraciət etməsinin isə hər hansı hüquqi əhəmiyyəti qalmamışdır. Belə ki, həmin müqavilə artıq bu tarixdən də əvvəl ləğv edilmiş hesab edilməlidir. Nəzərə alınmalıdır ki, 2023-cü ilin yanvar ayında açarların təhvil verilməsi ilə və bundan sonra Azərbaycana gələrkən oteldə qalmaqla Alfavaz Abdulaziz müqavilə ilə bağlı öz iradə ifadəsinin qarşı tərəfə bildirilmişdir. Bununla da həmin müqavilə qeyd edilən vaxtdan ləğv edilmiş hesab edilir və onun hazırkı iş üzrə təsbit edilməsinə hər hansı zərurət yoxdur. Məhkəmə Kollegiyası onu da qeyd etmişdir ki, ümumiyyətlə Alfavaz Abdulaziz müqavilə üzrə ödədiyi icarə (kirayə) haqqının geri alınmasının təmin edilməsi məqsədi ilə xitam verilməsinin məhkəmə qaydasında tanınmasını tələb edir və eyni zamanda, həmin pul vəsaitinə istinadən digər məbləğləri (zərər və sair) tələb edir. Halbuki, yuxarıda göstərilən səbəblərdən həmin müqaviləyə Alfavaz Abdulaziz tərəfindən vaxtından əvvəl xitam verilməsi onun tərəfindən icarə (kirayə) haqqı olaraq ödənilmiş məbləğin geri qaytarılmasını üçün əsas yaratmır. Bu da öz növbəsində iddia ərizəsinin və apellyasiya şikayətinin bu hissədə dəlillərinin əsassız olduğunu təsdiq etmişdir. Məhkəmə Kollegiyasının bu mövqeyi Alfavaz Abdulaziz tərəfindən irəli sürülmüş digər pul tələblərinin də əsassız olduğunu təsdiq edir və onların da rədd edilməsini şərtləndirir. Qətnamədən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Abdulaziz Saleh M Alfavaz həmçinin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tamella Məmmədova kassasiya şikayətləri vermişlər. Kassasiya instansiyası məhkəməsində icraat: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qərarı ilə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Abdulaziz Saleh M Alfavaz tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Məmmədova Tamella Qəzənfər qızı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ***/**** nömrəli, # ##### 2025-ci il tarixli qətnaməsinin “iddiaçı Abdulaziz Saleh M Alfavazın cavabdeh Məmmədova Tamella Qəzənfər qızına qarşı “kirayə müqaviləsinin ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi və mülki işin qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Kassasiya instansiyası məhkəməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tamella Məmmədova tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, həmin kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə Kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə Kollegiyası cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tamella Məmmədova tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən Tamella Məmmədovanın cavabdeh Alfavaz Abdulazizə qarşı “müqavilə üzrə pulun tutulması, qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi hissəsində tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Məhkəmə Kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tamella Məmmədova tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin Tamella Məmmədovanın cavabdeh Alfavaz Abdulazizə qarşı “müqavilə üzrə pulun tutulması, qəbzlərin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tamella Məmmədova tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi həmçinin iddiaçı Alfavaz Abdulazizin cavabdeh Tamella Məmmədovaya qarşı “kirayə müqaviləsinin ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair ilk iddianın rədd edilməsi hissəsində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Alfavaz Abdulaziz tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, birinci instansiyası ilk iddia tələbini Tamella Məmmədovaya münasibətdə rədd edərkən, ##.##.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti hissəsi ilə bağlı, iddiaçının mübahisələndirilən kirayə icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamasını və müqavilənin 12 və 13-cü bəndlərində tərəflər öz üzərlərinə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qarşılıqlı öhdəliklər götürmələrini, yəni icarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəfin (Alfavaz Abdulaziz) üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi öhdəsinə götürdüyünü, iddiaçı Alfavaz Abdulaziz tərəfindən icarə müqaviləsi bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməməsini qeyd etmiş, mübahisə predmetini təşkil edən icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin tələblərini nəzərə alaraq, ilk iddia tələbinin cavabdehlərdən ##.##.2022-ci il tarixli müqavilə üzrə, müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş ##.##.2022-ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləğinin, habelə gecikdirilmiş borca görə illik 5 faiz məbləğin müştərək qaydada tutularaq Alfavaz Abdulaziz ödənilməsi hissəsində əsassız hesab etməklə, təmin edilməməsi qənaətinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də ilk iddia tələbini Tamella Məmmədovaya münasibətdə rədd edilməsinə münasibətdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin məhkəmənin qətnaməsini dəyişdirmədən saxlamaq barədə mövqeyini əsaslandırarkən, tərəflərin həmin müqaviləni 2,6 ay müddətinə bağlandığını bildirsələrdə müqavilənin 3 il müddətinə, yəni ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək bağlandığının müəyyən edildiyini, 3 ədəd qəbzlərdə olan imzaların Tamella Məmmədovaya aid olmasının işin mübahisəsiz halı olmasını, Tamella Məmmədovanın özünün də bu halı etiraf etməsini, tərəflər arasında icarə (kirayə) haqqının bütün müddət üçün əvvəlcədən ödənilməsini istisna edən, habelə xüsusi ödəniş qaydasını müəyyən edən hər hansı razılaşma və ya qeyd şərt nəzərdə tutulmadığını, Tamella Məmmədovanın müqavilə üzrə qarşı tərəfə təhvil verilmiş əmlakın açarlarının 2023-cü ilin yanvar ayında ona təhvil verildiyini etiraf etməsini qeyd etmiş, həmçinin bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinin 12, 13-cü bəndlərinə istinad edərək, tərəflərin müqavilənin xitam verilməsi tələb olunduğu zaman üzərlərinə öhdəliklər götürməsini göstərmişdir. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12, 13-cü bəndlərinə münasibətdə apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən müqavilədən əvvəl tərəflər arasında ##.##.2022-ci ildə icarə müqaviləsi bağlanmış, lakin ##.##.2022-ci il tarixdə tərəflərin qarşılıqlı razılığına əsasən həmin müqavilə ləğv edilmiş və ##.##.2022-ci il tarixdə hazırda mübahisələndirilən müqavilə bağlanmışdır. Hər iki müqavilə məzmun etibarı ilə məhz Alfavaz Abdulaziz tərəfindən tərtib edilmişdir. Həmin müqavilələrin eyni zamanda, hər səhifədə bölünmüş sütunlar üzrə ingilis (##.##.2022-ci il) və ərəb dilinə ##.##.2022-ci il) tərcümə edilməsi də bu halı təsdiq edir. Müqavilələr məzmun etibarı ilə də biri birindən fərqlənir. Birinci müqavilədən fərqli olaraq ikinci müqavilənin 12-ci bəndində “müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf 3 il ərzində icarə haqqının tam məbləğini ödəməlidir” məzmunda müddəa təsbit edilmişdir. Qeyd olunanlar bu bəndin məhz Alfavaz Abdulaziz tərəfindən müqaviləyə daxil edildiyini və tam olaraq onun iradəsinə uyğun olduğunu təsdiq edir. Hər bir halda, ##.##.2022-ci il tarixli müqavilədə belə bir bənd nəzərdə tutulmamışdır. Bu da öz növbəsində bu müqavilədə də belə bir bəndin nəzərdə tutulmadığını mümkün edirdi. Müqavilə notarial qaydada təsdiq edilmiş və ərəb dilinə də tərcümə edildiyindən onun məzmunu Alfavaz Abdulaziz üçün tam aydın olmuşdur. Digər tərəfdən müqavilə ilə demək olar ki, eyni vaxtda Alfavaz Abdulaziz nəinki bir illik, ümumiyyətlə bütün müqavilə müddətini əhatə edən 3 illik dövr üçün icarə (kirayə) haqqını Tamella Məmmədovaya tam şəkildə ödəmiş və bununla da müqavilənin bu bəndini vaxtından əvvəl tam şəkildə icra etmişdir. Bu da bir daha onun həmin bənd və onun hüquqi nəticələri barədə tam məlumatlı olmasını təsdiq edir. Hər bir halda, müqaviləyə 12-ci bəndi daxil edən və ya bundan sonra icarə (kirayə) haqqını tam ödəyən Alfavaz Abdulaziz müqavilənin hər hansı səbəbdən daha tez müddətdə ləğv edilməsinin mümkünlüyünü gözü önünə almalı idi. Alfavaz Abdulaziz hər hansı formada bu məbləği ödəmək məcburiyyətində qaldığını da bildirmir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsinin göstərilən əsaslandırması ilə razılaşmamış və hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ilk iddia üzrə iddiaçının təqdim etdiyi sübutlara, habelə cavabdehin iddia tələbinə qarşı verdiyi etirazın əsası olan hallara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun tam, hərtərəfli və obyektiv qiymət verilmədiyindən, qeyd olunan hissədə qətnamə qanuni və əsaslı sayıla bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələblərinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, ilk iddia ilə bağlı konkret nəticəyə gəlmək üçün, sübutları araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinə riayət etməli idilər. Həmin maddəyə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. (Mülki Məcəllənin 404.1, 404.2, 404.3 və 404.4-cü maddələri). Apellyasiya instansiyası məhkəməsi # #### 2022-ci il tarixli icarə müqaviləsinin Alfavaz Abdulaziz tərəfindən tərtib edilməsini, 12-ci bəndində “müqaviləyə xitam verilməsi tələbi olduqda, İkinci tərəf 3 il ərzində icarə haqqının tam məbləğini ödəməlidir” məzmunda müddəanın da müqaviləyə onun tərəfindən daxil edilməsini qeyd etsə də, müqavilə müəllifi kimi qəbul olunan şəxsin üzərinə məhkəmənin qəbul etdiyi şəkildə ağır öhdəlik götürməsinin mümkünsüz olmasını nəzərə almamış, qeyd olunan bəndi öhdəliyin icrasının təminatı olaraq ödənilməli məbləği ehtiva etməsi kimi qiymətləndirmiş, bununla da işin yuxarıda qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, müqavilənin 12-ci bəndində qeyd olunmuş müddəanı təhrif edərək “müqaviləyə xitam verilməsi tələbi olduqda, İkinci tərəf kimi Alfavaz Abdulaziz tərəfindən üç illik icarə haqqının tam məbləğinin ödəməli olması” kimi qiymətləndirmişdir. Halbuki həmin bəndin müqaviləyə xitam verilməsi tələb olunduqda üç illik icarə haqqının ödənilməli olması kimi deyil, “müqaviləyə xitam verilməsi tələbi olduqda, ödənilməmiş qalan icarə haqqının tam məbləğinin, İkinci tərəf kimi Alfavaz Abdulaziz tərəfindən icra edilməli olduğu vaxtı nəzərdə tutmaqla, həmin vaxtın üç il olduğunu təsbit etməsi” kimi də şərh edilməsi mümkündür və belə şərh də müqavilənin 12-ci bəndinə zidd sayıla bilməz. Lakin istənilən halda müqavilənin 12-ci bəndi əvvəlcədən ödənilmiş kirayə haqqının qaytarılmasını istisna edən məhdudiyyət kimi qəbul olunmamalıdır. Apellyasiya instansiya məhkəməsi isə Alfavaz Abdulaziz tərəfindən müqavilənin ilk növbədə öz doğma Ana dili olan ərəb dilində tərtib edilməsini, daha sonra azərbaycan dilinə tərcümə olunmasını nəzərə almamış, müqavilənin 12-ci bəndinə müvafiq dillər üzrə ixtisaslı biliyi olan şəxsləri cəlb etməklə şərh verməyə cəhd göstərməmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi, Alfavaz Abdulaziz tərəfindən Tamella Məmmədovaya üç illik icarə (kirayə) haqqının, yəni 300.708 ABŞ dolları məbləğində pulun müqavilə ilə demək olar eyni vaxtda ödənildiyini müəyyən etsə də, Alfavaz Abdulazizin müqavilənin bağlanması ilə eyni vaxtda nəinki bir illik, ümumiyyətlə bütün müqavilə müddətini əhatə edən 3 illik dövr üçün icarə (kirayə) haqqını Tamella Məmmədovaya tam şəkildə ödəməsini və bununla da müqavilənin 12-ci bəndini vaxtından əvvəl tam şəkildə icra etməsi ilə bağlı yanlış və ziddiyyətli nəticəyə gəlmişdir. Halbuki qeyd olunan məbləğin Alfavaz Abdulaziz tərəfindən əvvəlcədən ödənilmiş üç illik icarə (kirayə) haqqı olması apellyasiya məhkəməsi tərəfindən inkar olunmamışdır. Həmçinin müqavilə bağlanarkən, qısa müddət sonra müqaviləyə xitam verilməsi zərurəti əvvəlcədən görünmədiyi halda, apellyasiya instansiyası məhkəməsi müqavilə bağlanan vaxt həmin müqavilənin 12-ci bəndinin vaxtından əvvəl tam şəkildə icra edilməsi üçün nə kimi zərurətin mövcud olmasını araşdırmamış, yuxarıda qeyd olunan nəticəsini əsaslandıra bilməmişdir. Göründüyü kimi Alfavaz Abdulazizin 2023-cü ildən həmin evdən istifadə etmədiyi işin mübahisəsiz halı olsa da, sübutları araşdırmaq hüququ olan məhkəmələr tərəfindən artıq ödənilmiş pulun hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş və Alfavaz Abdulazizin həmin məbləği geri tələb etməsi üçün əsasların mövcud olub-olmaması aydınlaşdırılmamış, həmin məsələyə səhv hüquqi qiymət verilmişdir. Məhkəmə Kollegiyası hesab etmişdir ki, Alfavaz Abdulaziz tərəfindən Tamella Məmmədovaya üç illik icarə (kirayə) haqqının müqaviləyə xitam verilməsi üçün əsasların yaranmasından əvvəl, yəni müqavilənin bağlanması ilə demək olar eyni vaxtda ödənilməsi məhkəmələr tərəfindən müəyyən edildiyindən, bu hal qeyd olunan məbləğin öhdəliyin icrasının təminatı, yəni cərimə şəklində ödənilməsini istnsna edir. Mülki Məcəllənin 688.2-ci maddəsinə əsasən əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir. Həmin Məcəllənin 688.3-cü maddəsinə əsasən yaşayış otaqlarının kirayəsi halında kirayəçinin ziyanına olaraq bu Məcəllənin 688.1 və 688.2-ci maddələrinin tələblərindən kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. Həmin Məcəllənin 691.2-ci maddəsinə əsasən yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verilsin. Həmin Məcəllənin 697.3-cü maddəsinə əsasən kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Məhkəmə Kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının dispozisiyasına uyğun olaraq qeyd edir ki, qanuna əsasən kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır, belə kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. Müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildiyi halda, yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yol verilir. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra isə kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi işə iddiaçı Alfavaz Abdulazizin cavabdeh Tamella Məmmədovaya qarşı “kirayə müqaviləsinin ləğv edilməsinin tanınması və pul tutulması” təl əbinə dair ilk iddianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən, ilk iddianın qanuni əsasını təşkil edən maddi hüquq normaları kimi Mülki Məcəllənin 688.2, 688.3, 691.2 və 697.3cü maddələrini tətbiq etməklə mübahisənin həlli etmək əvəzinə, maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin ilk iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə Kollegiyası belə qənaətə gəlir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Alfavaz Abdulazizin kassasiya şikayətində mübahisələndirilən hissədə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə ilk iddiaya münasibətdə mübahisə düzgün həllini tapmamışdır. Məhkəmə Kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Tamella Məmmədovanın kassasiya şikayəti təmin edilməməli, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Alfavaz Abdulazizin kassasiya şikayəti qismən təmin olunaraq, apellyasiya məhkəməsinin qətnaməsi “iddiaçı Alfavaz Abdulazizin cavabdeh Tamella Məmmədovaya qarşı “kirayə müqaviləsinin ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair ilk iddianın rədd edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən tərəflər arasında bağlanmış # #### 2022-ci il tarixli icarə müqaviləsinin 12-ci bəndində nəzərdə tutulmuş şərtin nəyi ifadə etməsi tərəflərin, zərurət olduqda isə ərəb və azərbaycan dilləri üzrə mütəxəssisin iştirakı ilə müzakirə edilməli, Alfavaz Abdulaziz tərəfindən müqavilənin bağlanması ilə eyni vaxtda üç illik kirayə haqqı məbləğində ödənilmiş pulun hüquqi mahiyyəti müəyyən edilməli, Alfavaz Abdulazizin həmin məbləği geri tələb etməsi üçün hüquqi əsasların mövcud olub-olmaması aydınlaşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026 cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması qərara alınmış və iş üzrə icraat dayandırılmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Dillər Universitetinin mütəxəssislərinə həvalə edilmişdir. Azərbaycan Dillər Universitetinin ##.##.2026-ci il tarixli, **-**/***-**-* nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 nümayəndəsi-vəkili İsgəndərov Habil Mirzəhüseyn oğlu qarşı tərəfin apellyasiya şikayətinə etiraz təqdim edərək ilkin iddia üzrə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavazın nümayəndəsi-vəkili vəkil4 izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən ilk iddia üzrə cavabdeh Məmmədova Tamella Qəzənfər qızının nümayəndəsi-vəkili İsgəndərov Habil Mirzəhüseyn oğlu izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdi. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin nümayəndəsi-vəkili vəkil1 izahat verərək apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdi. Məhkəmə Kollegiyasının son iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası işə digər tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin – iddiaçı Alfavaz, Abdulaziz Saleh M-in cavabdeh Məmmədova Tamella Qəzənfər qızına qarşı “kirayə müqaviləsinin ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair ilk iddianın rədd edilməsi hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 688.2. Əgər kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır. Əgər təminat pul məbləği ilə ifadə edilirsə, kirayəyə verən onu bankda öz kapitalından ayrılıqda, saxlama müddəti qanunla müəyyənləşdirilmiş əmanətlər üçün adi olan faizlər ilə yerləşdirməlidir. Faizlər kirayəçiyə mənsubdur və öhdəliyin təminatının artmasına xidmət edir. 688.3. Yaşayış otaqlarının kirayəsi halında kirayəçinin ziyanına olaraq bu Məcəllənin 688.1 və 688.2-ci maddələrinin tələblərindən kənara çıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. 697.3. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2023-cü il tarixli Qərarı.
Müqavilənin bağlanması və qüvvədə qalması tərəflərin birgə iradəsinə əsaslandığı üçün, onların qabaqcadan xüsusi ləğvetmə əsaslarını müəyyən etmək hüququna malik olması da mülki qanunvericiliyin tələblərindən irəli gəlir. Bu səbəbdən də Mülki Məcəllənin 421.2-ci maddəsində “müqavilədə nəzərdə tutulan digər hallarda” və Məcəllənin 421.3-cü maddəsində “tərəflərin razılaşması ilə yol verildikdə” ifadələri ilə tərəflərin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq imkanı tanınmışdır. Burada “tərəflərin razılaşması ilə yol verildikdə” müddəasının “əvvəlcədən müqavilədə nəzərdə tutulan hallarda” mənasını ehtiva etdiyi xüsusilə qeyd edilməlidir. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinin dispozisiyasından göründüyü kimi, burada hüquqi tənzimetmə qarşılıqlı razılaşma ilə deyil, məhz müqavilənin bilavasitə birtərəfli qaydada ləğv edilməsi (maddədə “imtina” olaraq ifadə edilib) ilə bağlıdır.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Məhkəmə Kollegiyasının mövqeyi:
Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, Tamella Məmmədova mülkiyyətində olan fərdi yaşayış evini Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyinin nəzdindəki Hərbi Rliyin təmsilçisi Abdulaziz Saleh M Alfavaza bir illik məbləğ əvvəlcədən ödənilməklə, ayda 14.200 manat, (8.353,00 USD) ödəmək şərti ilə kirayəyə vermiş, bu məqsədlə onların arasında # #### 2022-ci il tarixdə # #### 2025-ci il tarixədək üç il müddətinə kirayə müqaviləsi bağlanmış, Abdulaziz Saleh M Alfavaz əvvəlcədən üç illik icarə (kirayə) haqqını, yəni 300.708 ABŞ dolları məbləğində pulu Tamella Məmmədovaya ödəmiş, lakin müqavilə bağlandıqdan bir müddət sonra Abdulaziz Saleh M Alfavazın ölkəsinə geri çağırılması səbəbindən ona təhvil verilmiş fərdi yaşayış evindən istifadə etməsi mümkünsüz olmuşdur. Bununla bağlı, hərbi R Abdulaziz Saleh M Alfavazın Azərbaycandakı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar, fərdi yaşayış evinin kirayə götürülməsi üçün Tamella Məmmədova ilə hərbi R arasında bağlanan kirayə müqaviləsinə ##.##.2022-ci il tarixdə xitam veriləcəyi və evdən tam çıxış həyata keçiriləcəyi barədə Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı Səfirliyinin Hərbi Rsi cənab X6 tərəfindən Tamella Məmmədovaya məktub ünvanlanmışdır. Birinci instansiyası ilk iddia tələbini Tamella Məmmədovaya münasibətdə rədd edərkən, ##.##.2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin etibarsızlığının təsbiti hissəsi ilə bağlı, iddiaçının mübahisələndirilən kirayə-icarə müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamasını və müqavilənin 12 və 13-cü bəndlərində tərəflər öz üzərlərinə müqaviləyə vaxtından əvvəl xitam verilməsi ilə bağlı qarşılıqlı öhdəliklər götürmələrini, yəni icarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəfin (Alfavaz Abdulaziz) üç il ərzində icarə haqqının tam məbləğini ödəməyi öhdəsinə götürdüyünü, iddiaçı Alfavaz Abdulaziz tərəfindən icarə müqaviləsi bağlandığı zaman qanunvericiliyin tələblərinə əməl edilməməsini təsdiq edən sübutları təqdim etməməsini qeyd etmiş, mübahisə predmetini təşkil edən icarə (kirayə) müqaviləsinin 12-ci bəndinin tələblərini nəzərə alaraq, ilk iddia tələbinin cavabdehlərdən ##.##.2022-ci il tarixli müqavilə üzrə, müqavilənin ləğvinə dair bildirişdə göstərilmiş ##.##.2022ci il tarixdən sonrakı dövr üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləğinin, habelə gecikdirilmiş borca görə illik 5 faiz məbləğin müştərək qaydada tutularaq Alfavaz Abdulaziz ödənilməsi hissəsində əsassız hesab etməklə, təmin edilməməsi qənaətinə gəlmişdir. Hazırki apellyasiya baxışı zamanı işi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsinin göstərişlərindən biri olan - iş materiallarında olan Bakı şəhəri ** saylı Notariat Kontorunda bağlanmış # #### 2022-ci il tarixli icarə müqaviləsinin 12-ci bəndinin ərəb dilindən azərbaycan dilinə tərcüməsinin düzgün olub-olmaması müəyyən edilməsi və həmin müqavilənin 12-ci bəndində nəzərdə tutulmuş şərtin nəyi ifadə etməsi, məzmununun nədən ibarət olması ərəb və azərbaycan dilləri üzrə müəyyən edilməsi üçün iş üzrə mütəxəssis rəyinin alnması qərara alınmışdır. Azərbaycan Dillər Universitetinin ##.##.2026-ci il tarixli, **-**/***-**-* nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri ** saylı Notariat Kontorunda bağlanmış # #### 2022-ci il tarixli icarə müqaviləsinin 12-ci bəndinin ərəb dilindən azərbaycan dilinə tərcüməsinin mətni orijinal sənədin mənasını tam və təhrif olunmadan ifadə edir, xüsusi terminlər və texniki anlayışlar hədəf dildəki qarşılıqlarına uyğun şəkildə düzgün istifadə olunmuşdur, mətndə qrammatik, orfoqrafik və ya məna xətasına yol verilməmişdir. 12-ci bənddə Azərbaycan dilində verilən “üç il ərzində” ifadəsi ərəb dilində ifadəsi doğrudur. Təsdiq edilir ki, təqdim olunan tərcümə orijinal sənədlə tam eyniyyət təşkil edir və onun doğruluğuna görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 12-ci bəndinə əsasən müqaviləyə xitam verilməsi tələbi olduqda, ikinci tərəf üç il ərzində icarə haqqının tam məbləğini ödəməlidir. Yəni, müqavilənin etibarsız sayılması üçün əsaslar olmamışdır. Bundan başqa iş materiallarından göründüyü kimi Alfavaz Abdulazizin 2023-cü ildən həmin evdən istifadə etmədiyi işin mübahisəsiz halı olsa da, birinci instansiya məhkəməsi tərəfindən artıq ödənilmiş pulun hüquqi mahiyyəti düzgün müəyyən edilməmiş və Alfavaz Abdulazizin həmin məbləği geri tələb etməsi üçün əsasların mövcud olub-olmaması aydınlaşdırılmamış, həmin məsələyə səhv hüquqi qiymət verilmişdir. Belə ki, Mülki Məcəllənin 688.2, 688.3, 691.2, 697.3-cü maddələrinin tələbləri baxımından kollegiya qeyd edir ki, normalarının məzmununa əsasən kirayəçi kirayəyə verənin öz öhdəliklərini icra etməsi üçün ona təminat verməlidirsə, bu cür təminat bir aylıq əmlak kirayəsi haqqının iki mislindən çox olmamalıdır, belə kənaraçıxmalar barəsində razılaşmanın qüvvəsi yoxdur. Müqavilənin ləğvinə dair bildiriş növbəti aydan sonrakı ayın axırı üçün qüvvəyə minməklə təqvim ayının birinci iş günü verildiyi halda, yaşayış otaqlarının kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərində müqavilənin ləğvinə yol verilir. Kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra isə kirayəyə verən hər hansı müddət üçün qabaqcadan verilmiş kirayə haqqını qaytarmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işə iddiaçı Alfavaz Abdulazizin cavabdeh Tamella Məmmədovaya qarşı “kirayə müqaviləsinin ləğv edilməsinin tanınması və pul tutulması” tələbinə dair ilk iddianın rədd edilməsi hissəsində ilk iddianın qanuni əsasını təşkil edən maddi hüquq normaları kimi Mülki Məcəllənin 688.2, 688.3, 691.2 və 697.3-cü maddələrini tətbiq etməklə mübahisənin həlli etmək əvəzinə, maddi hüquq normasını düzgün tətbiq etməməklə səhv nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, ilkin iddia ürə iddiaçı cavabdeh Məmmədova Tamella Qəzənfər qızı ilə X8 M arasında bağlanmış 0# #### 2022-ci il tarixli icarə (kirayə) müqaviləsinin ləğv edilməsinin məhkəmə tərəfindən də tanınması, cavabdeh Məmmədova Tamella Qəzənfər qızından ##.##.2022-ci il tarixli müqavilə üzrə qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200.472 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddia tələbi həmin hissədə əsaslı olmuşdur. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, ilkin iddia tələbi gecikdirilmiş borca görə illik 5 faiz məbləğə hesablanmış 33520,35 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində əsassız olmuşdur. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründyü kimi zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Bu baxımdan Məhkəmə Kollegiyası hesab edir ki, illik 5% ilə hesablanmış faiz borclarının yaranmasında cavabdeh məsuliyyət daşıması işin faktiki halları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli 4 №li Qərarının 10-cu bəndinə əsasən Qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməyən hissədində ləğv edilməli və həmin hissədə iddia tələbinin qismən cavabdeh Məmmədova Tamella Qəzənfər qızından ##.##.2022-ci il tarixli müqavilə üzrə iddiaçı Abdulaziz Saleh M Alfavazın qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200.472 ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı Abdulaziz Saleh M Alfavaza ödənilməli, qalan hissədə ilkin iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 805 manat dövlət rüsumunun 690 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməli, qalan qalan 115 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393, 405 və 420 maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Abdulaziz Saleh M Alfavaz tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmmədova Tamella Qəzənfər qızından ##.##.2022-ci il tarixli müqavilə üzrə İddiaçı Abdulaziz Saleh M Alfavazın qabaqcadan verdiyi kirayə haqqı məbləği olan 200.472 (iki yüz min dörd yüz yetmiş iki) ABŞ dolları (ödəniş gününə olan manat məzənnəsi ilə) məbləğində pul vəsaiti tutularaq iddiaçı Abdulaziz Saleh M Alfavaza ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 805 manat dövlət rüsumunun 690 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilsin, qalan qalan 115 manat hissəsi isə iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.