Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6918/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 adına olan, vərəsəlik üzrə ona miras qalmış LPO "Texnika Bank’’ ASC-də depozit kimi yerləşdirilmiş 20.677,79 ABŞ dolları məbləğində kompensasiya pul vəsaitinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2022-ci il tarixli, 2(006)- 2184/2022 saylı qətnaməsi ilə iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmuşdur. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti, eyni zamanda şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verərək, ötürülmüş müddətin üzrlü hesab olunaraq bərpa olunması və apellyasiya şikayətinə baxılması üçün mülki iş materiallarının apellyasiya instansiya məhkəməsinə göndərilməsi xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(006)- 2184/2022 saylı qərardadı ilə apellyasiya şikayətinin verilmə müddətinin bərpasına dair ərizə rədd olunmuşdur. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış, apellyasiya qaydasında baxılması üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası, apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra, MPM) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (Apellyasiya şikayətinin məzmunu) tələblərinə riayət edilmədən verilmişdirsə, eləcə də həmin Məcəllənin 363.1.5-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmçinin qeyd edilməlidir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 10- 1.3-cü maddəsinə əsasən Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-in 10-1.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Hazırkı halda isə iddiaçı tərəfindən verilmiş şikayət qanunvericiliyin tələblərinə uyğun qaydada verilməməklə, yanaşı iddiaçının vəkili tərəfindən fiziki imzalanmış, skan edilərək yerləşdirilmişdir. Şikayət MPM-in 10-1.3-ci maddəsinin tələblərinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə qanunvericiliyin tələblərinə uyğun qaydada verilmədiyindən qaytarılmalıdır. MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamışdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanət üzrə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2184/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6918/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6918/2022
26.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver