Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6919/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən ayrılıqda və İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxx 2020-ci il tarixli əlavə qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdehnə qarşı əqdin etibarsızlığı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı1 ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 3M-799 sayla reyestrdə qeydə alınmış, İddiaçı3 ilə xx.xx.2018-ci il tarixli, 3M-835 sayla reyestrdə qeydə alınmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6911/2019 saylı qərardadı ilə İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri haqqında rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyindən və cavabdehin nümayəndəsi həmin hissədə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia tələbi ona aid hissədə baxılmamış saxlanılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6911/2019 saylı qətnaməsi ilə X2 ilə Cavabdeh arasında xx.xx.2018- ci il tarixli, 3M-799 sayla reyestrdə qeydə alınmış, İddiaçı3 ilə xx.xx.2018-ci il tarixli, 3M-835 sayla reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddiaçılar X1 və İddiaçı3 iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması ilə qəbul edildiyi üçün ləğv edilməlidir. Belə ki, xüsusi mülkiyyətində olan fərdi yaşayış evi dövlət ehtiyacları üçün cavabdeh tərəfindən alınmışdır. Cavabdehlə bu barədə aralarında alqı-satqı müqaviləsi imzalanmışdır. O, həmin müqaviləyə imzanı təzyiq altında atmışdır. İmza atmadığına görə, ona 3 dəfə müxtəlif tarixlərdə 15 gün müddətinə inzibati qaydada həbs verilmişdir. Qeyd edilənləri birinci instansiya məhkəməsi nəzərə almamış, nəticədə onun haqlı iddiasını təmin etməmişdir. Ümumiyyətlə birinci instansiya məhkəməsi işin bütün hallarını araşdırmadan əsasız və qanunsuz qətnamə qəbul elmişdir. Həmin qətnamədən həmçinin iddiaçılar İddiaçı3 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə mahiyyəti üzrə baxan birinci instansiyası məhkəməsi iddianın təmin edilməmiş hissəsi ilə bağlı qəbul edilmiş yekun qərarı ilə faktiki halların hüquq normaları ilə düzgün qiymətləndirilməsini, tərəflərin hüquqi vəziyyətinə bir-başa təsir edən xüsusatları nəzərə almadan maddi və prosessual normaların tətbiqində səhvlərə yol verərək qətnamə qəbul etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 6911/2019 saylı qərardadından iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən şikayət ərizəsi təqdim edilmiş və şikayət təmin edilməmiş işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-2482/2020 saylı qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 şikayət ərizəsi təmin edilmiş və Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-6911/2019 saylı qərardadı ləğv edilərək mülki işin sonrakı prosessual hərəkətlərin davam etdirilməsi üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxx 2020-ci il tarixli əlavə qətnaməsi ilə X2 ilə Cavabdeh arasında xx.xx.2018- ci il tarixli, 3M-799 sayla reyestrdə qeydə alınmış, İddiaçı3 ilə xx.xx.2018-ci il tarixli, 3M-835 sayla reyestrdə qeydə alınmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə İddiaçı2 iddia tələbi təmin edilməmiş, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilmişdir. Əlavə qətnamədən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 birgə apellyasiya şikayəti verərək əlavə qətnamənin tamamilə ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti idddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Əlavə olaraq bildirdilər ki, mənzillərə görə verilmiş kompensasiyanı almışlar. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər iddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxx 2020-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sübutlardan müəyyən edilir ki, xx xxxxxxx 2018-ci il tarixli İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı1 232972 manat məbləğində kompensasiya alaraq daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2018-ci il tarixdə 43 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 831 olan forma 2 arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina edir. İddiaçı1 yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətində yaşayış sahəsindən qeydiyyatdan çıxmaqla onu boşaltmağı, Cavabdeh isə onu qəbul etməyi öhdəsinə götürür. xx xxxxxx 2018-ci il tarixli İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən İddiaçı3 296800 manat məbləğində kompensasiya alaraq daimi qeydiyyatda olmaqla uzun müddətdir istifadəsində olan, xx.xx.2018-ci il tarixdə 43 saylı MKİS tərəfindən verilmiş, qeydə alma nömrəsi 870 olan forma 2 arayışına əsasən, ünvan 1 ünvanında yerləşən 63 saylı yaşayış evindən Cavabdeh xeyrinə imtina edir. İddiaçı3 yaşayış sahəsini müqavilə notariat qaydasında təsdiq olunduğu vaxtdan 1 ay müddətində Cavabdeh xeyrinə imtina etməyi, Cavabdeh isə onu qəbul etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, İddiaçı1 və İddiaçı3 iddia tələblərində müqavilənin etibarsızlığını qoysalar da iş materialları ilə müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı X2 ilə Cavabdeh arasında xx.xx.2018- ci il tarixli, 3M-799 sayla reyestrdə qeydə alınmış, İddiaçı3 ilə xx.xx.2018-ci il tarixli, 3M-835 sayla reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə tərəfindən iş materiallarında olan sübutlara əsasən müqavilənin etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir. İddiaçılar sözügedən müqavilələrin məcburiyyət qarşısında imzalandığına istinad etsələr də, iddiaçı tərəfindən bu hala dair məhkəməyə mötəbər sübut təqdim edilə bilməmişlər. Göstərilənlərə əsasən, məhkəmə alğı-satqı müqavilələrinin etibarsızlığı üçün əsas görmür. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarət olmaqla, yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6911/2019 saylı xx xxxx 2020-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxxxx 2019cu il tarixli qətnaməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6911/2019 saylı xx xxxx 2020-ci il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6919/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6919/2020
16.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver