Məhkəmə qərarları › İş №2(103)-6921/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6921/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6921/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 872/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış borc müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-872/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə apellyasiyan şikayəti və ərizə ilə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(005)-872/2020 nömrəli qətnaməsinə apelyasiya icraatı qaydasında baxılması məqsədi ilə apelyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş müddətin ötürülməsi səbəblərini üzürlü hesab etməklə bu müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-872/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya qeyd edir ki, məhkəməyə Nərimanov Rayon Məhkəməsindən xx xxxxxx 2020-ci il tarixli 2(005)-872/2020 saylı məktub daxil olmuşdur və məktubda qeyd edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(005)- 872/2020 saylı qərardadının ləğvi ilə bağlı ərizə vermişdirlər. Həmin ərizəyə baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası yuxarıda sadalananları nəzərə alaraq hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar