Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6928/2020 14.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının vəkili X1, Cavabdeh3 nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (“xxxxxxxxxx” MTK müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində olmaqla) “müqavilənin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)-110/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli xx xxxxxxxx 2017-ci il tarixli çıxarışın və həmin çıxarışın verilməsinə səbəb olmuş müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində cavabdehlərdən biri Cavabdeh3 qarşı 175.000 ABŞ dolları məbləğində pul vəsaitinin valyuta məzənnəsinə uyğun manatla alınıb ona verilməsi, vurduğu mənəvi zərərə görə isə 100.000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə iddia qaldırmış, Cavabdeh3 ona məxsus 175.000 ABŞ dollarını birgə əmlak kimi arvadı və hazırda Cavabdeh1 adına sənədləşdirdiyi Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev 23/3 ünvanında yerləşən fərdi yaşayış evinin tikintisinə sərf etdiyi üçün həmin əmlakın üzərinə həbs qoyulması barədə məhkəməyə ərizə vermiş, məhkəmə iddianın təmin tədbiri kimi həmin fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə xx xxxx 2014-cü il tarixli 2(008)-1896/2014 nömrəli qərardad çıxarmışdır. Bakı Apellyasiya Məhkəməsi şikayətin təmin edilməməsi və qərardadın dəyişdirilmədən saxlanılması barədə xx xxx 2014-cü il tarixli qərardad çıxarmışdır. Cavabdehin qərardaddan verdiyi kassasiya şikayətinə baxılaraq Ali Məhkəmə tərəfindən şikayətin təmin edilməməsi barədə xx xxxx 2014-cü il tarixli 2(102)-2742/14 saylı qərar çıxarılmışdır. Bundan əlavə DƏDRXnin Bakı Ərazi İdarəsinin rəis müavini Elçin Əliyevin xx xxxxx 2014-cü il tarixli **********62 nömrəli məktubu ilə bildirilmişdir ki, xx xxxx 2014-cü il tarixli qərardad xx xxxxx 2014-cü il tarixdə icra olunaraq Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi 23/3 saylı fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Hazırda da həmin qərardad qüvvədədir. Borcun alınması barədə iddiası təmin olunmuş və bu barədə xx xxxxx 2014cü il tarixli 2(008)-1896/2014 saylı qətnamə çıxarılmışdır. Cavabdeh tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilmiş, mənəvi zərərə görə 100.000 manatın tutulması hissəsində ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsi xx xxxxxxx 2014-cü il tarixli 2(103)-5964/2014 saylı qətnamə çıxarmışdır. Ali Məhkəmə xx xxxx 2015-ci il tarixli 2(102)- 960/2015 saylı qərarı ilə qətnaməni qüvvədə saxlamışdır. Hazırda həmin iş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icraatındadır. Lakin borcun alınması barədə heç bir tədbir görülməmişdir. Bundan əlavə, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olan X6 tərəfindən mənzil üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə daxil olmuşdur (xx xxxx 2015-ci il). Lakin, xx xxxx 2015-ci il tarixdə o, ərizəsini geri götürmüşdür. Əliyev İsaxan ərizəsini onunla əsaslandırmışdır ki, o, mübahisəli fərdi yaşayış evini hərrac vasitəsi ilə almışdır. Onun tərəfindən hərracın nəticələrinin ləğv edilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bununla əlaqədar həmin əmlak üzərinə yenidən həbs qoyulması barədə xx xxxx 2015-ci il tarixli 2(008)-7604/2015 saylı qərardad çıxarılmışdır. Hərracın keçirilməsindən verilmiş iddiası təmin olunmuş və bu barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi çıxmışdır. Hazırda qətnamə qanuni qüvvəyə minmişdir. Cavabdeh3 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, mübahisəli fərdi yaşayış evinin üzərinə həbsin qoyulması barədə xx xxxx 2015-ci il tarixli qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni təmin edərək yuxarıda göstərilən qərardadın ləğv edilməsi barədə xx xxxx 2017-ci il tarixli 2(008)-4183/2017 saylı qərardad çıxarmışdır. Onun tərəfindən verilən şikayət təmin olunmuş, həmin qərardad xx xxxx 2017-ci il tarixli qərardadla ləğv edilmişdir. Lakin Cavabdeh3 verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılaraq xx xxxx 2017-ci il tarixli qərardadın ləğv olunması barədə xx xxxxxxxx 2017-ci il tarixli 2(103)-9937/17 saylı qərardad çıxarılmışdır. O, həmin qərardaddan kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2014-cü il tarixli 2(103)-5964 saylı icra vərəqəsinə əsasən Cavabdeh3 175.000 ABŞ dolları alınaraq ona ödənilməlidir. Bununla əlaqədar olaraq Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq haqqında xx xxxxx 2015-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda icra üçün borclu Cavabdeh3 10 gün vaxt verilməsinə baxmayaraq pul ödənilməmişdir. Tələb həbs qoyulmuş Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev 23/3 ünvanında yerləşən fərdi evə yönəldilən zaman borclu həmin evin özgəninkiləşdirildiyini bildirmiş və yeni çıxarış təqdim etmişdir. Məhkəmə qərardadları ilə üzərində iki həbs qoyulmuş fərdi evin özgəninkiləşdirilməsi tamamilə qanunsuzdur. Həm də onu bildirir ki, ev üç mərtəbəlidir, 1-ci və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi kimi, ofis və şadlıq evi kimi fəaliyyət göstərir. Evlər və qeyri-yaşayış sahələri hərrac vasitəsi ilə satılaraq borclunun ona olan borcu ödənilməlidir. Çünki bütün məhkəmə qətnamələrində də məhz ona borclu olan pul ilə həmin evin tikintisinin aparılması öz əksini tapmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(008)- 110/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakı hallar müəyyən edilir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(008)- 1896/2014 saylı qərardadına əsasən məhkəmənin xx xxxx 2014-cü il tarixli 2(008)- 1896/2014 saylı qərardadı ləğv edilmiş və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsində yerləşən 23 saylı evin 3 saylı mənzilinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli 2(103)-2997/2014 saylı qərardadına əsasən həmin qərardad dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx xxxx 2014-cü il tarixli 2(102)-2742/2014 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2014-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(008)- 7604/2015 saylı qərardadına əsasən Cavabdeh1 məxsus və Cavabdeh3 tərəfindən girov qoyulmuş ünvan 2 ünvanında yerləşən yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(008)-4186/2016 saylı qərardadına əsasən məhkəmənin xx xxxx 2015-ci il tarixli 2(008)-7604/2015 saylı qərardadı ləğv edilmiş, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(008)- 4186/2016 saylı qərardadına əsasən məhkəmənin xx xxxx 2017-ci il tarixli qərardadı ləğv edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(008)- 5341/2017 saylı qərardadına əsasən iddiaçı X2 Cavabdeh2 qarşı pul tələbinə dair mülki işin icraatına xitam verilmiş, məhkəmənin xx xxxxx 2017-ci il tarixli 2(008)-5341/2017 saylı qərardadı ləğv edilmiş və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Ə.Ağayev küçəsi ev 23/3 saylı fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 8(008)- 1817/2015 saylı qərardadına əsasən borclu Cavabdeh1 məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əhməd Ağayev küçəsi ev 23/3 nömrəli fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 8(008)- 1817/2015 saylı qərardadına əsasən məhkəmənin xx xxxx 2015-ci il tarixli 8(008)- 1817/2015 saylı qərardadı ləğv edilmiş, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)- 10713/2017 saylı qərardadına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmuş və cavabdehlərə həmin əmlak barəsində hər hansı sərəncamverici hərəkətlərin edilməsi qadağan edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(008)- 652/2018 saylı qərardadına əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi və onun konstruksiyasında hər hansı dəyişikliklərin edilməsi, təmir aparılması məqsədi ilə hər hansı elementinin çıxarılması cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 və digər şəxslərə qadağan edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(103)-660/2018 saylı qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadından vermiş olduğu şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə məhkəmənin xx xxxx 2015-ci il tarixli qərardadı ləğv edilmişdir. Maraqlarına toxunan şəxs Cavabdeh2 qeyd olunan qərardaddan şikayət vermiş, məhkəmənin xx xxxxx 2019-cu il tarixli qərardadına əsasən şikayət qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(008)- 1016/2019 saylı qərardadına əsasən məhkəmənin xx xxxxxx 2017-ci il tarixli 8(008)- 1817/2015 saylı qərardadı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə qoyulmuş həbs götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(103)-98/2020 saylı qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 8(008)-1016/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(008)- 4186/2016 saylı qətnaməsinə əsasən İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 məxsus, Cavabdeh3 tərəfindən girov qoyulmuş ünvan 2 ünvanında yerləşən fərdi evin qiymətləndirilməsi barədə xx xxxxx 2015-ci il tarixli ekspert rəyinin, həmin evin X5 tərəfindən əldə edilməsi barədə xx xxxx 2015-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən iddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin ünvan 6 saylı ünvanda yerləşən Seriya RX ******* saylı xx.xx.2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 adına olan fərdi yaşayış evinin sökülməsi müqabilində “XXİ əsr MTK”-nın ünvan 7 ünvanında tikəcəyi 12 mərtəbəli çoxmənzilli yaşayış binasının birinci mərtəbəsində 380 kv.m qeyriyaşayış sahəsini cavabdehə təmirli təhvil verməyi, “XXİ əsr MTK”-nın ünvan 7 ünvanında tikiləcək 12 mərtəbəli çoxmənzilli yaşayış binasından ümumi sahəsi 822 kv.m olan yaşayış sahəsini təmirli təhvil verməyi, yanvar ayından başlayaraq tikinti işləri başa çatana kimi hər ay 5000 manat cavabdehə pul ödəməyi, Cavabdeh2 yeni tikiləcək çoxmənzilli yaşayış binasından müvafiq qeyri-yaşayış və yaşayış sahəsi, eyni zamanda tikinti işləri qurtaranadək aylıq kirayə haqqı alaraq Əhməd bəy Ağayev küçəsində yerləşən 23/3 saylı evin sökülməsinə razılıq verərək və həmin evin sökülməsi üçün yanvar ayında təhvil verilməsini öz üzərinə öhdəlik götürməsi şərti ilə barışıq sazişi təsdiq edilmiş, iddiaçı Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Cavabdeh2 qarşı kirayə haqqı ödənilməklə evin sökülməsinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(103)-5522/2018 saylı qərardadına əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardadla müəyyən edilmişdir ki, şikayətdə göstərilən dəlillər qərardadın ləğvi üçün əsas olmadığından, habelə məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin, o cümlədən şikayət verən şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən edilmədiyindən rayon məhkəməsi barışıq sazişini təsdiq etməkdə və İddiaçı şikayətini təmin etməməkdə haqlı olmuşdur. Göründüyü kimi, artıq qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair aparılmış əməliyyatlar zamanı İddiaçı hüquqlarının və qanunla qorunan mənafelərinin pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən məhkəmə sorğusu ilə alınmış sənədlərdən görünür ki, xx xxxxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsində 0,03344 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, yaşayış sahəsi 304 kv.m, yardımçı sahəsi 564,8 kv.m olan 7 otaqlı 23/3 nömrəli fərdi yaşayış evini Cavabdeh2 bağışlamışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx xxxxxxxx 2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi 0,03344 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 868,8 kv.m olan 23/3 nömrəli fərdi yaşayış evi Cavabdeh2 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx xxxxxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-894/2019 saylı xx xxxx 2019-cu il tarixli qərarına əsasən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış xx xxxxxx 2019-cu il tarixdə ləğv edilmişdir. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, Cavabdeh1 öz həqiqi iradəsini ifadə edərək özünə məxsus Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Əhmədbəy Ağayev küçəsi 0,03344 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 868,8 kv.m olan 23/3 nömrəli fərdi yaşayış evini onun üzərinə qoyulmuş həbsin götürüldüyü müddətdə, yəni xx xxxxxxxx 2017-ci il tarixdə qızı – iş üzrə digər Cavabdeh2 bağışlamış, iddiaçıya pul borcu olan Cavabdeh3 mülkiyyətçinin evi bağışlamasına etiraz etməmiş, həmin müqavilə əsasında Cavabdeh2 adına mübahisə predmetinə çevrilmiş daşınmaz əmlaka dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2(103)-5522/2018 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qərardadı qanuni qanuni qüvvəyə mindikdən sonra icra edilərək, mübahisəli fərdi yaşayış evi sökülmüşdür və bu səbəbdən Cavabdeh2 adına verilmiş RX seriyalı ******* nömrəli reyestrdən çıxarış ləğv edilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş hallarına əsasən gəldiyi nəticə düzgündür. İddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Belə olan halda məhkəmə doğru olaraq belə qənaətə gəlmişdir ki, müqavilə qanunvericiliyin tələblərinə riayət edilərək bağlanmış, əqdin etibarsız hesab edilməsinə əsas olan dispozisiya şərtləri yaranmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 203.1. maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Həmçinin göründüyü kimi, mübahisəli fərdi yaşayış evi artıq mövcud deyildir və həmin əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddia tələbinin rədd edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-110/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6928/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6928/2020
14.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver