Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6928/2024 09.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1721/2024 nömrəli 25 oktyabr 2024-cü il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(010)- 1721/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli müqavilə üzrə 740.42 manat ödənilməmiş hissə və 74.58 manat cərimə olmaqla cəmi 815 manat pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixdə qətnaməni məhkəmə qəbzinə imza etməklə rəsmi qaydada qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə qətnamədən apellyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qanunla müəyyən edilmiş formada verilmədiyindən geri qaytarılmışdır. Qərardad xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, qərardadın verilməsini xahiş etmiş və göstərmişdir ki, elektron formadan istifadə edə bilmir. xx.xx.2024-cü il tarixdə məhkəmə qəbzinə imza atmaq qərardadı rəsmi qaydada qəbul etmişdir. Bundan sonra cavabdeh xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamədən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd olunan iş üzrə məhkəmə iclaslarından onun xəbəri olmamışdır və iş üzrə qəbul edilmiş qiyabi qətnamə ona çox gec təqdim edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1721/2024 nömrəli 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan cavabdehin verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respulikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər (maddə 360). Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh hazırkı mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən xəbərinin olmadığını qeyd etsə də, iş materiallarında olan məhkəmə qəbzindən müəyyən edilir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)-1721/2024 nömrəli qiyabi qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Daha sonra, həmin qətnamədən apellyasiya şikayəti verilmiş, lakin həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığından məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə geri qaytarılmışdır, həmin qərardad xx.xx.2024-cü il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Həmin vaxtdan kifayət qədər müddət keçdikdən sonra – xx.xx.2024-cü il tarixdə cavabdeh yenidən qiyabi qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Yəni, cavabdehin müddətin bərpası barədə ərizəsində irəli sürdüyü dəlillər işin halları ilə öz təsdiqini tapmır. Göründüyü kimi qətnamə xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən şəxsən qəbul edilmişdir. Birinci dəfə verilmiş apellyasiya şikayəti geri qaytarılmış və bu barədə qərardad da cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Prosessual müddətin ötürülməsi üzrlü səbəbdən baş verməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh tərəfindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəb olmadan buraxıldığı barədə qənaətə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1721/2024 nömrəli 25 oktyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6928/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6928/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver