Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6942/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İlham Kərimli və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh1 və onun nümayəndəsi (arvadı) Fəridəxanın Rəhmanovanın iştirakı ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən edilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçıların Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsində yerləşən 92 №-li evə (bundan sonra – ev) dair mirası qəbul etmələri faktı müəyyən edilsin və evdə iddiaçıların hər birinin ½ hissədə payı tanınsın. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, iddiaçıların evə dair mirası qəbul etmələri faktı müəyyən edilsin, evdə iddiaçıların hər birinin payı ½ hissə müəyyən edilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi Fəridəxanın Rəhmanova apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı və cavabdehlər bacı-qardaşdılar. Ev onların atalarına məxsus olub. Ataları 06.12.2013-cü ildə vəfat edib. Miras açıldıqdan sonra vərəsələrin heç biri mirası qəbul etmək üçün notariusa müraciət etməyib. Lakin iddiaçılar evə sahiblik etməyə başlamaqla mirası faktiki qəbul ediblər, cavabdehlər isə atalarının ölümündən əvvəl evdən köçüb gediblər, mirası faktiki qəbul etməyiblər. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsində düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Odur ki, məhkəmə Mülki Məcəllənin 1159 və 1243-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya icraatı zamanı iddiaçılar ilə Cavabdeh1 arasında bağlanmış barışıq sazişi məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə Mülki-Prosessual Məcəllənin 52 və 191-ci maddələrinin göstərişlərinə əsaslanaraq sazişi təsdiq etməkdən imtina etmişdir. Belə ki, sazişin başlığında “barışıq sazişi” yazılsa da o, məzmunca barışıq sazişi deyil. Belə ki, sazişə görə iddiaçılar Cavabdeh1 düşən miras payın ona verilməsinə razıdırlar, iddiaçılar iddiadan imtina edir, cavabdeh isə apellyasiya şikayətindən imtina edir. Mülki prosesdə iddidan imtina, apellyasiya şikayətindən imtina və barışıq sazişi ayrı-ayrı prosessual imkanlardır, onların duğurduğu hüquqi nəticələr də fərqlidir. Ona görə barşıq sazişi və iddiadan imtina, yaxid barışıq sazişi və apellyasiya şikayətindən imtina eyni zamanda mövcud ola bilməz. Əgər iddiadan imtina olunursa iş üzrə icraata bu əsasla xitam verilir, xitam verilmiş iş üzrə barışıq mümkün deyil. O cümlədən apellyaşiya şikayətindən imtina olunrsa apellyasiya icraatına bu əsasla xitam verilir, xitam verilmiş apellyasiya icraatında barışıq mümkün deyil. Bu ziddiyyətin aradan qaldırılması üçün tərəflərə vaxt verilmiş, lakin onlar iddiadan imtina barədə ərizə, apellyasiya şikayətindən imtina barədə ərizə və yaxud başqa barışıq sazişi (iddiadan və apellyasiya şikayətindən imtinanı nəzərdə tutmayan barışıq sazişi) təqdim etməmişlər. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 15.04.2021-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6942/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6942/2021
20.08.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver