Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6943/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Notariat Ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhər 40 saylı Notariat Kontoruna və Bakı şəhər 15 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 16 saylı evin, 12 saylı mənzili ilə bağlı Bakı şəhəri 15 saylı Notariat Ofisində tərtib edilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-125/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra İddiaçı apellyasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə və yenidən apelyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, müddətin buraxılmasının səbəbini üzürlü hesab edilərək, bərpa edilməsini və apellyasiya şikayətini baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 124/2024 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət ötürülməmiş hesab edilmişdir. Cavabdeh1 bu qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs, habelə onu vermək hüququ olmayan şəxs – iddiaçı X4 vəkili Vəkil1 tərəfindən verilmişdir. İddiaçı X5 tərəfindən verilmiş müddətin bərpası barədə vəsatət isə vəkilin elektron kabinetinə yüklənərək iddiaçının elektron imzası ilə deyil, kağız daşıyıcıda məhkəməyə təqdim edilmişdir. Hakim apellyasiya şikayətini qaytarmalı idi (vəsatətə də baxmamalı idi), lakin, o, qeyd olunan normalara zidd olaraq bunu etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qərardadı ilə Cavabdeh1 şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərildikdən sonra Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq, bildirmişdir ki, iddiaçı vətəndaşlığı olmayan şəxs statusuna malikdir. O, qanunla müəyyən edilmiş qaydada vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsini ala və nümayəndəsinin adına müvafiq etibarnamə verə bilərdi. Bunun üçün hər hansı maneə olmamışdır. Lakin iddiaçı həmin vəsiqəni almamış və etibarnaməni verməmişdir. İddiaçının bu vəsiqəni almaması faktı əsas deyil ki, onun vəkili müvafiq etibarnamə olmadan məhkəmə aktından şikayət versin. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı vətəndaşlığı olmayan şəxs olduğundan vəkilə etibarnamə verməmiş və birinci instansiya məhkəməsində baş tutmuş məhkəmə iclaslarında vəkillə birlikdə iştirak etmişdir. Həmin iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının vəkili Vəkil1 “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, iddiaçı X5 qətnaməni xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə qəbzə imza etməklə əldə etmişdir. Bu səbəbdən həmin qətnamədən apellyasiya şikayətinin verilməsi müddətinin axımı məhz xx.xx.2024-cü il tarixi əsas götürülməklə hesablanmalıdır. İddiaçı X4 vəkili Vəkil1 tərəfindən də ilk dəfə apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edildiyindən müddət ötürülməmişdir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddəti ötürülməmiş hesab etməkdə haqlı olmuşdur. Bu səbəbdən cavabdehin şikayəti təmin olunmamalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-125/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6943/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6943/2024
20.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver