Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6945/2021 15.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(010)-493/2021 saylı 11.03.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********02690) hesablanmış dəyəri ödənilməmiş təbii qaza görə 78.4 manat və təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına görə tərtib edilmiş akt əsasında dəymiş ziyana görə hesablanmış 475.2 manat, cəmi 553.6 manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona əsassız hesablanmış 553.6 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Azəriqaz" İB tərəfindən yaşadığı ünvana 553.6 manat borc hesablanmışdır. Cavabdeh təşkilat tərəfindən ona bildirilmişdir ki, o, kənar xəttənm istifadə edir. Halbuki bu hal həqiqətə uyğun deyildir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvanda **********02690 saylı abunə koduna hesablanmış 553.6 manat məbləğində pulun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada təmin olunmuşdur. Cavabdeh səlahiyyətli nümayəndəsi Hüseyn Cəfərli Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.03.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Qeyd olunanları nəzərə alıb, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Cavabdeh səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarında olan 30.04.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanmış və həmin akta əsasən Cavabdehnə 90 gün müddətində 4752 m3 həcmində qazdan istifadəyə görə zərər hesablanmış və həmin zərərin əvəzi kimi borc məbləği hesablanmışdır. İş materiallarında olan cavabdeh qurumun iddiaçıya ünvanladığı məktubdan görünür ki, 15.10.2019-cu il tarixində Qaz sayğacının çıxarılması, qurlaşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib olunaraq yeni smart tipli qaz sayğacı ilə əvəzlənmiş və əvəzlənən smart itron tipli qaz sayğacının klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş -432 m3 təbii qazdan istifadə etdiyinə görə 78.40 manat borc və 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 475.20 manat dəymiş ziyan olmaqla iddiaçının cəmi 553.6 manat borcu olduğu barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.01.2018-ci il tarixli 2(003)- 251/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X2 qarşı bağ evindən çıxarılma tələbinə dair iddia ərizəsi qismən təmin olunaraq, cavabdehin İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 241a/2441 saylı bağ sahəsindəki 18.6 kv.m-dən ibarət olan bir yaşayış otağından çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.04.2018-ci il tarixli 2(003)- 1354/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər X3 və X6 qarşı bağ evindən çıxarılma tələbinə dair iddia ərizəsi təmin olunaraq, cavabdehlərin əşyaları ilə birlikdə Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evindən və həmin bağ evinin yerləşədiyi 0.06 ha torpaq sahəsindən çıxarılmaları və həmin bağ evinin və torpaq sahəsinin İddiaçı qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11.10.2019-cu il tarixli 2(003)- 2008/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı yaşayış evindən sahiblik və istifadə etməyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Xəzər rayon İcra və probasiya şöbəsinin 18.03.2019-cu il tarixli, 13.02.2020-ci il tarixli və 11.03.2020-ci il tarixli aktaların surətindən görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evinə 11.03.2020-ci il tarixdə köçürülməsi mümkün olmuşdur. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, cavabdeh təşkilat tərəfindən Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evində 15.10.2019-cu il tarixində əvəzlənmiş sayğacın klapanının bağlanmaması səbəbindən dəyəri ödənilməmiş -432 m3 təbii qazdan istifadə edilməsinə görə 78.40 manat borc və həmin evdə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunması faktına görə tərtib edilmiş akt əsasında 475.2 manat dəymiş ziyan, cəmi 553.60 manat məbləğində pul iddiaçının abonent hesabına köçürülmüş və ondan həmin borcun ödənilməsi cavabdeh təşkilat tərəfindən tələb olunmaqdadır. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi, 2441 saylı bağ evində başqa şəxslər yaşamış, iddiaçı yalnız 11.03.2020-ci il tarixdən başlayaraq həmin bağ evindən istifadə etməyə başlamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərtib edilmiş akt əsasında dəymiş zərərin hesablanması əsasında və təbii qazdan istifadə edilməsinə görə yaranmış borcun iddiaçıdan tələb olunması mövcüd olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz abonent (iş üzrə iddiaçı) tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. İddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə olunması hallarına dair heç bir mötəbər sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin təbii qazdan istifadə edilməsinə görə dəyəri ödənilməmiş 78.4 manat borcun iddiaçı tərəfindən təbii qazdan istifadə edilməsinə görə yaranmış borcun olmasına dəlalət edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəmə təqdim olunmamışdır. Məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, iddiaçının istifadəsi nəticəsində dəyəri ödənilməmiş təbii qaza görə 78.4 manat məbləğdə borcun yaranması müəyyən edilmədiyindən (əksi sübut olunmadığından), həmçinin iddiaçının təqsiri (hərəkət və hərəkətsizlik) nəticəsində dəymiş 475.20 manat məbləğdə zərərin cavabdeh tərəfindən sübuta yetirilmədiyindən akt üzrə hesablanmış həmin zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Belə olan halda əsassız borcun silinməsini qət etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin hazırkı iş üzrə olan 11 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6945/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6945/2021
15.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver