Məhkəmə qərarları › İş №2(103)-6946/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6946/2021

22.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6946/2021 22.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-587/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, Döngə 1, ev 21 (tərtib olunmuş sənədlərdə Bakı şəhəri, ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş 26.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 19.03.2018-ci il tarixli ******* saylı, 24.04.2018-ci il tarixli 58/0395 saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı və 13.03.2020-ci il tarixli ******* saylı aktların ləğv edilməsi, həmin aktlar əsasında əsassız hesablanmış 3452.4 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” müqaviləsi imzalanmış və İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, Döngə 1, ev 21 (tərtib olunmuş sənədlərdə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mexaniki qaz sayğacı quraşdırılmışdır. Bundan sonra İddiaçı yaşadığı ünvana verilmiş təbii qazdan istifadə etməyə başlamış və istifadə etdiyi təbii qazm dəyərini hər ay ödəmişdir. 2017-ci ilin mart ayının sonuncu günlərində İddiaçı yaşadığı ünvana quraşdırılmış qaz sayğacında iddiaçıdan asılı olmayan səbəblərdən nasazlıq yarandığından onun yaşadığı ünvana təbii qazm gəlməsi dayanmış və o, sayğacın dəyişdirilməsi üçün ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Həmin vaxt İddiaçı yaşadığı ünvana yeni qaz sayğacı quraşdırılana qədər təbii qazdan müvəqqəti istifadə etmək üçün qaz xəttinə qoşulmuşdur. 10.04.2017-ci il tarixdə Cavabdeh əməkdaşları İddiaçı yaşadığı ünvana gəlmişlər, sayğaca, kənar xəttə baxış keçirərək fotolar çəkilmiş, kənar xətt ləğv edilmiş və yeni elektron qaz sayğacı quraşdırılmışdır. Lakin həmin vaxt iddiaçı yaşadığı evdə olsa da, onun həmin əməkdaşların gəlməsindən xəbəri olmamış və ona bu barədə heç bir məlumat verilməmişdir. Həmin vaxtdan sonra İddiaçı qanunla nəzərdə tutulmuş qaydada təbii qazdan istifadə etmiş vəödənişlər etmişdir. Bir müddət sonra İddiaçı məlum olmuşdur ki, "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən onun yaşadığı ünvanda aşkar edilmiş kənar xəttə görə 10.04.2020-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və 13.04.2017-ci il tarixli qərar qəbul edilmiş, sayğacdan kənar qaz xəttinə görə 3636 m3 itirilmiş qaz hesablanmışdır. Həmin itirilmiş qaza görə İddiaçı 363 manat 60 qəpik məbləğində pul hesablanmışdır. Həmin vaxtdan sonra o, mütəmadi olaraq təbii qazdan istifadə" etdikcə məbləğindən də ödənişlər etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il, tarixli 2(003)-587/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, Döngə 1, ev 21 (tərtib olunmuş sənədlərdə Bakı şəhəri, ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş 26.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 19.03.2018-ci il tarixli ******* saylı, 24.04.2018-ci il tarixli 58/0395 saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı və 13.03.2020-ci il tarixli ******* saylı aktların ləğv edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00500) hesablanmış 3452.4 (üç min dörd yüz əlli iki manat qırx qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-587/2021 saylı iş üzrə 30.03.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, Xəzər rayon məhkəməsi qətnamə qəbul edərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə "kənar qaz istifade etməklə Cavabdehnə ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc Könüllü ödənilməsi teklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Məhkəmə qeyd olunan iddia ilə bağlı işə baxmış və 30.03.2021 tarixli qətnaməsi ilə iddiaçının iddiasını əsassız olaraq təmin etmişdir. Belə ki, cavabdeh tərəfindən müqaviləyə əsasən quraşdırılmış sayğacdan kənar qaz istifadəsi baş versə də məhkəmə bu faktı ümumiyyətlə araşdırmamışdır. Bu faktı sübut edən aktlar tərəflərindən məhkəməyə təqdim edilsə də məhkəmə həmin sübuta heç bir qiymət verməmişdir. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan 26.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 19.03.2018-ci il tarixli ******* saylı, 24.04.2018-ci il tarixli 58/0395 saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı və 13.03.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, sayğacdan kənar xətt aşkarlanmış və həmin akta əsasən Cavabdeh tərəfindən 3452.4 manat borc məbləği hesablanmışdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırılması zamanı iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, iddiaçının ünvanına Cavabdeh tərəfindən müxtəlif vaxtlarda aktlar əsasında dəymiş zərərlərə görə 2018-ci ilədək ümumilikdə 2295.4 manat borc hesablanmışdır. Zərərin hesablanmasına əsas olmuş aktlar isə tərtib edilən zamanı iddiaçı və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməmiş və hər bir aktın bir surəti digər tərəfə təqdim edilməmişdir. Həmçinin həmin aktların tərtib edilməsi tarixləri iddiaçının və onun ailə üzvlərinin həmin dövrlərdə evdə yaşamadıqları vaxtlara təsadüf edir. Belə müəyyən edilir ki, 2018-ci ildən başqalaraq aktların tərtibi zamanı həqiqətən də, həmin evdə yaşayış olmamışdır. Həmçinin ümumilikdə həmin abonentə tərtib edilmiş aktların məhkəməyə təqdim edilməsi cavabdehin nümayəndəsinə təklif edilsə də, həmin aktları təqdim etməmişdir. Beləliklə də, iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Kolxoz küçəsi, Döngə 1, ev 21 (tərtib olunmuş sənədlərdə Bakı şəhəri, ünvan 1 ünvanında təbii qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş 26.01.2018-ci il tarixli ******* saylı, 27.02.2018-ci il tarixli ******* saylı, 19.03.2018-ci il tarixli ******* saylı, 24.04.2018-ci il tarixli 58/0395 saylı, 22.05.2018-ci il tarixli ******* saylı, 29.06.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı və 13.03.2020-ci il tarixli ******* saylı aktların ləğv edilməsi, Cavabdeh tərəfindən İddiaçı abonent koduna (abonent kodu **********00500) hesablanmış 3452.4 (üç min dörd yüz əlli iki manat qırx qəpik) manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(003)-587/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar