Məhkəmə qərarları › İş №2(103)-6975/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6975/2024

20.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6975/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1813/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və X2 qarşı “mənzilin təhvil verilməsi öhdəliyi və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən onun sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, MAbbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.metr olan 4 saylı mənzilə cavabdeh "xxxx" MMC ilə X3 arasında bağlanmış 2018-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, həmin mənzilə dair müqavilənin həyat yoldaşının adından dəyişdirilərək onun adına bağlanması, eləcə də həmin mənzilin onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1813/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilmiş, İddiaçı sifarişi əsasında hazırlanmış və payçısı olduğu Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilə dair cavabdeh "xxxx" MMC ilə Adıgözəlova Səbinə Filəddin qızı arasında bağlanmış 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilə dair müqavilə İddiaçı mərhum həyat yoldaşı X7 adından dəyişdirilərək İddiaçı adına bağlanılması, eləcə də mənzil onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyinin "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh Adıgözəlova Səbinə Filəddin qızı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-1813/2021 saylı qətnaməsinin ləğv edilərək iddianın rədd olunması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 182/2023 saylı qətnaməsindən görünür ki, Apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsi ləğv olunması, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddia tələbi təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair cavabdeh "xxxx" MMC ilə Adıgözəlova Səbinə Filəddin qızı arasında bağlanmış 06 fevral 2017-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, Adıgözəlova Səbinə Filəddin qızı tərəfindən həmin mənzilə görə "xxxx" MMC-yə ödənilmiş 103664 (yüz üç min altı yüz altmış dörd) manat pul "xxxx" MMC-dən alınaraq Adıgözəlova Səbinə Filəddin qızına ödənilməsi, Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 2538-ci məhəllədə inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 4-cü mərtəbə ümumi sahəsi 117 kv.m olan 14 saylı mənzilinə dair müqavilə İddiaçı mərhum həyat yoldaşı X7 adından dəyişdirilərək İddiaçı adına bağlanılması, eləcə də mənzil onun sahibliyinə və istifadəsinə müqavilə şərtlərinə uyğun təhvil verilməsi, habelə həmin mənzilə dair təmir aktının verilməsi öhdəliyi "xxxx" MMC-yə həvalə edilməsi qət edilmişdir. Cavabdeh Adıgözəlova Səbinə Filəddin qızı kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-182/2023 saylı qətnaməsinin ləğv edilərək işin apellyasiya baxışına qaytarılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1984/2023 saylı qərarından görünür ki, cavabdeh Adıgözəlova Səbinə Filəddin qızının kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 yanvar 2023-cü il tarixli, 2(103)-182/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021-cü il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə verərək, Nizami Rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(007)-1813/2021 saylı qətnaməsindən şikаyət vеrmək üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, buraxılmış prosessual müddəti bərpa edilməsini və eyni zamanda mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-1813/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1813/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərək, məhkəmədən Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1813/2021 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi qanunsuzdur. Belə ki, məhkəmə qərardadda göstərmişdir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən Vəkil3 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin direktoru X1 Vüsal Alxan oğluna bir sıra hüquqları ilə yanaşı “apellyasiya və kassasiya şikayətləri vermək hüququ”nuda etibar etmişdir. Yəni, cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilməsi üçün "xxxx" MMC-nin rəhbəri tərəfindən hər hansı əlavə razılığın verilməsi zərurəti olmamışdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, etibarnamədə apellyasiya şikayətinin verilməsi üçün səlahiyyətlər verilsə də, vəkil orderi olmadan şikayətin verilməsi mümkün deyildir. Yəni bunun üçün MMC-nin direktoru nümayəndə ilə müqavilə bağlanmalı idi. Bu isə o deməkdir ki, yalnız etibarnamənin mövcud olması apellyasiya şikayətinin verilməsi üçün əsas deyildir. Digər tərəfdən "xxxx" MMC-nin inşa etdiyi hündürmərtəbəli binada təkrar satışların həyata keçrilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində 14 iyul 2021-ci il tarixdə cinayət işinin başlanılması haqqında qərar qəbul edilmişdir. Qərar qəbul edildiyi andan Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində "xxxx" MMC-nin direktoru X6 və qeyriləri barəsində müvafiq araşdırmalar aparılmışdır. Bu araşdırmalar həmin tarixdən hazırkı günədək davam etməkdədir. Belə ki, "xxxx" MMC-nin direktoru X6 Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində AR CM-nin 178.4, 308.2 və 313- cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi istintaq olunmuşdur. Hal-hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatındadır. Qeyd olunan məsələ ilə bağlı ilkin olaraq təxminən 2021-ci ildən başlayaraq, hazırkı günədək Korrupsiya Qarşı Mübarizə Baş İdarəsində müəyyən materialların araşdırılması, müəyyən sənədləşmələr həyata keçirilməkdədir. Apellyasiya şikayətinə əlavə etdikləri sənədlərdən görünür ki, həqiqətən də "xxxx" MMC nin direktoru Rəsul Əhmədov və digər vəzifəli şəxslər barəsində cinayət işi üzrə Azərbaycan Respublikas ıBaş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq aparılmış və hazırda aidiyyatı üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Cinayət işi üzrə Rəsul Əhmədov təqsirləndirilən şəxs qismində cəlb olunduğundan və cinayət işinin istintaqı zamanı, eyni zamanda müəyyən istintaq hərəkətlərin aparılması ilə bağlı istintaq orqanında iştirak etdiyindən hazırki mülki iş üzrə apelyasiya şikayətinin verilməsi zərurətinin olduğunu bilməmişdir. Hazırda MMC-nin direktoru bildirmişdir ki, mülki iş üzrə iddiaçı və ya onun məhrum həyat yoldaşı tərəfindən MMC-yə hər hansı bir formada ödəniş olunmamışdır. Bu səbəbdən də hazırda apelyasiya şikayətinin verilməsi zərurəti yaranmışdır. Həmçinin, MMC-nin direktoru cinayət işi üzrə istintaq davam etdiyi zaman daim istintaq orqanına getdiyi, lazım olan sənədləri təqdim etdiyi, həmin işlərlə məşğul olduğu üçün bu iş üzrə apellyasiya şikayəti vermək mümkün olmamışdır. Həmçinin qeyd edilən qətnamə rəsmi olaraq MMC-yə təqdim edilməmişdir. Belə ki, imza edildiyi qeyd edilən qəbzdəki imzanın kimə məxsusluğu öz əksini belə tapmır. Qeyd edir ki, MMC üçün vacib əhəmiyyət kəsb edən məhkəmə qətnaməsi həqiqətən də MMC-yə təqdim edilmiş olsa idi, bu cür biganə yanaşılmazdı. Odur ki, qəbzdəki imzanın kimə məxsusluğu müəyyən edilmədiyi təqdirdə bu imzanı MMC-nin adına yazmaq ədalətsizlik olardı. Qeyd edilənlərə əsasən məhkəmədən Bakı şəhəri Nizami rayon məhkəməsinin 2(007)- 1813/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir; 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməlidir və s); 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, müddətin bərpası hər bir halda fərdi xarakter daşıyır, yəni məhkəmə prosessual müddəti konkret şəxs üçün (həmin müddəti üzrlü səbəbdən buraxılmış şəxs üçün), özü də konkret prosessual hərəkətin edilməsi üçün bərpa edir. Müddətin bərpasının fərdi xarakter daşıması həm də onunla əlaqədardır ki, məhkəmə müvafiq prosessual müddəti həmin müddəti yalnız üzrlü səbəbdən buraxmış şəxs üçün bərpa edə bilər. Buraxılmış müddət yalnız buraxılmanın səbəbləri məhkəmə tərəfindən üzrlü hesab edildikdə bərpa edilə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları, həmçinin ərizəçinin həmin müddətdə müvafiq prosessual hərəkətləri etmək imkanının olmaması haqqında sübutlar göstərilməlidir. Üzrlü səbəb dedikdə isə hüquqi nəticə etibarı ilə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. Hər bir halda konkret səbəbi üzrlü hesab etmək məhkəmənin səlahiyyətindədir və müddətin bərpası haqqında qərar çıxarmaq məhkəmənin vəzifəsi deyil, hüququdur. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi haqlı olaraq, cavabdehin nümayəndəsinin apellyasiya şikayəti verilməsi üçün müvafiq səlahiyyətə malik olmamasına dair əsasına münasibətdə qeyd etmişdir ki, "xxxx" MMC-nin direktoru X6 tərəfindən Vəkil3 verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən əsasən, "xxxx" MMC-nin direktoru X1 Vüsal Alxan oğluna bir sıra hüquqları ilə yanaşı “apellyasiya və kassasiya şikayətləri vermək hüququ”nuda etibar etmişdir. Yəni, cavabdehin nümayəndəsi və vəkili tərəfindən apellyasiya şikayəti verilməsi üçün "xxxx" MMC-nin rəhbəri tərəfindən hər hansı əlavə razılığın verilməsi zərurəti olamamışdır. Şirkətin rəhbəri barədə cinayət işi başlanılaraq istintaq aparılmasına görə hazırki işlə maraqlana bilməməsi, nəzərdən yayınmasına dair nümayəndənin məhkəməyə bildirdiyi əsas ilə bağlı birinci instansiya məhkəmə qeyd etmişdir ki , nümayəndə və vəkil olaraq iş üzrə şirkətin rəhbəri tərəfindən ona etibar edilərək müvafiq səlahiyyətlər verilmişdirsə, hazırki işin halları barədə şirkət rəhbərini məlumatlandırmaq, apellyasiya şikayəti verilməsi üçün ona verilmiş səlahiyyətdən istifadə etmək üçün məsuliyyəti nümayəndə daşımışdır. Həmçinin birinci instansiya məhkəməsi doğru olaraq, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2021- ci il tarixli, 2(007)-1813/2021 nömrəli qətnaməsi "xxxx" MMCnin elektron kabinetinə yerləşdirilməklə yanaşı, poçt vasitəsilə "xxxx" MMC-nin ünvanına göndərilmiş və qətnamənin surəti xx.xx.2022-ci il tarixdə qəbzə imza edilməklə "xxxx" MMC-yə təqdim edilməsini, yəni, "xxxx" MMC elektron kabinetdən son 2-3 ay ərzində istifadə etsə belə, qətnamədən məlumatlı olmasını qeyd etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, cavabdehin nümayəndəsi və vəkili işə sonradan qoşulduğu üçün mülki işdən məlumatlı olmadığını bildirmişdir. Lakin iş materiallarından görünür ki, o, Bakı Apellyasiya Məhkəməsində keçirilən xx.xx.2022 və xx.xx.2022-ci il tarixli iclaslarda iştirak etmiş və xx.xx.2022-ci il tarixli məhkəmə iclası məhz "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 vəsatəti əsasında onun iş ilə tanış olması üçün xx.xx.2022-ci il tarixə təxirə salınmışdır. Belə olan halda onun işlə tanış olmaması, işdən məlumatlı olmaması barədə bildirdiyi hal əsassız hesab edilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 1813/2021 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1813/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün mülki-prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etməyərək, bərpa etməmişdir. Bu səbəbdən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1813/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1813/2021 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar