Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6985/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Açar sözlər: (nisyə alqı-satqı müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “2 ədəd fen ütü Dyson” verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “Multistayler Dyson HS05 aırwrap” kompüter verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh sahibliyinə və istifadəsinə “naqilsiz tozsoran Dyson V15” verilmişdir. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə hesablanmış faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürmüşdür.
4. İddiaçı MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 2554,1 manat ödənilməmiş hissə, 255,41 manat dəbbə cəmi 2809,51 manat, xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 1561,94 manat ödənilməmiş hissə, 156,19 manat dəbbə cəmi 1718,13 manat, xx.xx.2025-ci il tarixli, (nisyə) alqısatqı müqaviləsi üzrə 1317,1 manat əsas ödənilməmiş hissə, 131,71 manat dəbbə borcu cəmi 1448,81 manat borc vardır.
5. İddiaçı MMC-nin Cavabdeh ünvanlandığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, “DYSON” markalı 2 ədəd ütü fen, “DYSON” markalı aırwrap, “DYSON” markalı naqilsiz tozsoran üçün müqavilə üzrə öhdəliklərin icrasını gecikdirmiş, yəni “ödəniş cədvəli”ndə nəzərdə tutulan vaxt və qaydaya əməl etməmişdir. İddiaçı MMC tərəfindən xəbərdarlıqdan irəli gələn öhdəliklərin icrası ilə əlaqədar çağırışa 3 (üç) iş günü ərzində riayət olunmadığı təqdirdə, müqavilənin 4.1-ci bəndinə əsasən aidiyyəti üzrə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
a)Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, 2 ədəd fen ütü Dyson üçün 2554,1 manat ödənilməmiş hissə, 255,41 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, Multistayler Dyson HS05 Airwrap üçün 1561,94 manat ödənilməmiş hissə, 156,19 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, naqilsiz tozsoran Dyson V15 üçün 1317,1 manat ödənilməmiş hissə, 131,71 manat cərimə ümumilikdə 5976,45 manat borc və 79,77 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci ill, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixlərindəki müqavilələrinə əsasən, 2 ədəd fen ütü Dyson, Multistayler Dyson HS05 Airwrap, naqilsiz tozsoran Dyson V15 almış və nəticədə 5976,45 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 2913,6 manat (18 ay x 153.2 manat + 156 manat ilkin ödəniş) olan 2 ədəd fen ütü Dyson üçün 2809,51 manat olmaqla ondan, 2554,1 manat ödənilməmiş hissə, 255,41 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1706,94 manat (18ay x 94.83 manat + 0 manat ilkin ödəniş) olan Multistayler Dyson HS05 Aırwrap üçün 1718,13 manat olmaqla ondan, 1561,94 manat ödənilməmiş hissə, 156,19 manat cərimə pulu; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1667,1 manat (18 ay x 75.95 manat + 300 manat ilkin ödəniş) olan naqilsiz tozsoran Dyson V15 üçün 1448,81 manat olmaqla ondan 1317,1 manat ödənilməmiş hissə, 131,71 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 854,5 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (sədrlik edən-Ü.Yusifova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1561,94 manat əsas borc, 50 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2554,10 manat əsas borc, 70 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1317,10 manat əsas borc, 50 manat cərimə və ödənilmiş dövlət rüsumunun 74,78 manatının tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan “Dyson” markalı 2 ədəd ütü fen ,“Dyson” markalı aırwrap, “Dyson” markalı naqilsiz tozsoran almışdır. xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 2554,1 manat ödənilməmiş hissə, 255,41 manat dəbbə cəmi 2809,51 manat, xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 1561,94 manat ödənilməmiş hissə, 156,19 manat dəbbə cəmi 1718,13 manat, xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 1317,1 manat əsas ödənilməmiş hissə, 131,71 manat dəbbə borcu cəmi 1448,81 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrdə nəzərdə tutulmuş müddətlərdə, müqavilələrin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüş, müqavilələrin bağlandığı tarixdə də müqavilələrin predmeti olan “Dyson” markalı 2 ədəd ütü fen ,“Dyson” markalı aırwrap, “Dyson” markalı naqilsiz tozsoran İddiaçı MMC-dən təhvil almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı yazılı və şifahi xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. 10.Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alıcı-cavabdeh müqavilə üzrə satıcı-iddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən “2 ədəd fen ütü Dyson” üçün 255.41 manat miqdarında cərimə pulu, 2554.1 manat miqdarında ödənilməmiş hissə məbləğinə, xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən “Multistayler Dyson HS05 aırwrap” üçün 156.19 manat miqdarında cərimə pulu, 1561.94 manat miqdarında ödənilməmiş hissə məbləğində,xx.xx.2025-ci il tarixli, müqaviləyə əsasən “Naqilsiz tozsoran Dyson V15” üçün 131.17 manat cərimə pulu, 1317.1 manat ödənilməmiş hissə məbləğində münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin cərimə məbləği azaldılaraq xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 70 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 50 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 50 manat müəyyən edilməlidir.
12. Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş 79,77 manat dövlət rüsumunun 74,78 manatı Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 448.1, 462.1, 465.2, 567, 600.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini, iş üzrə əsas borc məbləğlərinin, cərimələrin, dövlət rüsumunun düzgün hesablanması məqsədilə maliyyə-texniki ekspertiza təyin edilməsini, tərəflərin ödəniş tarixi və qalıq məbləğlərin yenidən araşdırılmasını, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərminənin yalnız faktiki ziyana uyğun tətbiq edilməsi nəzərə alınmaqla hesablanmasının təmin edilməsini, yekun qərarın sosial vəziyyətinin nəzərə alınmaqla ədalətli formada qəbul edilməsini, faizlərin silinməsini və qalıq borcun aylıq hissələrə bölünməsini xahiş etmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, "xxxx" MMC tərəfindən ona qarşı borc tələbi ilə məhkəməyə müraciət edilmişdir. İddiaçı şirkət onun adı ilə yaranmış borcun ödənilməməsini əsas gətirərək məhkəmədən borcun tutulmasını tələb etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi izahatda bildirirdi ki, iddiaçı tərəfindən təqdim edilən borc detallarında uyğunsuzluqlar mövcuddur və borcun yaranmasına dair əsaslandırıcı sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi iş üzrə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı "xxxx" MMC tərəfindən iddia əsasında tələb edilən borcun məbləği və yaranma əsasları “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddəsinin tələblərinə uyğun şəkildə istehlakçıya əvvəlcədən tam, aydın və əsaslandırılmış formada təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş borc detallarında uyğunsuzluqlar mövcuddur. Borcun hesablanması və yaranma dövrü barədə dəqiq, yoxlanıla bilən sübutlar təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422 və 439-cu maddələrinə əsasən borcun mövcudluğu və məbləği iddiaçı tərəfindən tam sübut edilməlidir. Məhkəmə iddiaçının sübutetmə yükünün olduğunu nəzərə almadan, kifayət qədər əsas olmayan sənədlərə istinad etməklə qərar qəbul etmişdir. İddiaçı borcun yaranmasının hüquqi əsasını və hesablanma mexanizmini tam şəkildə təqdim etməmişdir. Məhkəmə iddianı təmin edərkən Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə təsbitedilmiş sübutların qiymətləndirilməsi prinsiplərinə əməl etməmişdir. Sübutların tam,hərtərəfli və obyektiv şəkildə araşdırılması həyata keçirilməmiş, cavabdeh tərəfindən təqdim edilən izahat və etirazlar nəzərə alınmamışdır. Maddi hüquq normalarının tətbiqində yanlışlıq nəticəsində onun istehlakçı kimi hüquqları pozulmuşdur, çünki borcun hüquqi əsası təsdiqlənməmiş, borcun məbləği isə sübutlarla dəqiqləşdirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı iddiaçının etirazı daxil olmuşdur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17.Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, izahatında apellyasiya şikayətinin dəlillərini əsassız hesab etdiyini bildirərək qeyd etdi ki, qətnamənin 5-ci bəndindən də göründüyü kimi cavabdeh iddianı qismən də olsa qəbul edir. Lakin bildirir ki, işləmir, o səbəbədən də ödəyə bilmir.
18. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19.Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1.Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1.Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Maddə 448.1.Əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
20.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
21.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 22.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv olunmasını xahiş etsə də, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin cavabdehin dəlilləri əsasında iddianın təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki, iddiaçı iddianın təmin olunmayan hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23.Kollegiya iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
24. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli (nisyə) alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh iddiaçıdan “Dyson” markalı 2 ədəd ütü fen ,“Dyson” markalı aırwrap, “Dyson” markalı naqilsiz tozsoran almışdır. xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 2554,1 manat ödənilməmiş hissə, 255,41 manat dəbbə cəmi 2809,51 manat, xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 1561,94 manat ödənilməmiş hissə, 156,19 manat dəbbə cəmi 1718,13 manat, xx.xx.2025-ci il tarixli, (nisyə) alqı-satqı müqaviləsi üzrə 1317,1 manat əsas ödənilməmiş hissə, 131,71 manat dəbbə borcu cəmi 1448,81 manat borcu yaranmışdır.
25. Lakin, Cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə cavabdehin müqavilə üzrə borcu yaranmışdır. Məhkəmə iclasında da cavabdeh borcu olduğunu etiraf edərək dəbbə pulunun çox hesablandığını, borcu ödəyə bilmədiyini və işsiz olduğunu bildirmişdir.
26. Birinci instansiya məhkəməsi müəyyən edilmiş cəriməni tənasübsüz yüksək hesab edərək həmin məbləğləri xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 70 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 50 manat, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 50 manat miqdarında müəyyən etmişdir.
27. Qanunvericiliyin istinad olunan normalarına əsasən kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdeh iddiaçı ilə bağlanmış nisyə alqı-satqı müqavilələri üzrə öhdəliyi lazımı qaydada icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciə etməkdə haqlı olmuş, məhkəmə iddianı qismən təmin edərək qanuni və əsaslı nəticəyə gəlmişdir.
28. Cavabdehin borc detallarında uyğunsuzluqların mövcud olması, borcun yaranması və hesablanması qaydasının sübut olunmaması, iş materiallarının tam araşdırılmaması ilə bağlı dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, müqavilə üzrə yaranmış borc iş materiallarında olan sənədlərlə öz təsdini tapmaqla, cavabdeh də birinci instansiya məhkəməsində borcunun olmasını, öhdəliyi icra edə bilmədiyini etiraf etmişdir.
29. Digər tərəfdən cavabdehin dəlilləri formal mülahizə xarakterli olmaqla heç bir sübutla öz təsdiqini tapmır.
30. Halbu ki, prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Kollegiya həmçinin hesab edir ki, məhkəmə dövlət rüsumu ilə bağlı məsələni prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada həll etmişdir.
32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum tərəfin özünə aid edilməlidir. 34.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-3233/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov