Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6992/2020 02.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2775/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh “Cavabdeh2 BOKT” ASC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh1nə, “Cavabdeh2 BOKT” ASC-yə və Abşeron Rayon İcra və Probasiya Şöbəsinə qarşı “hərracın yekunları barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən keçirilmiş hərracın yekunları barədə xx.xx.2019-cu il tarixli, 36/1 saylı protokolunun etibarsız hesab edilməsinə və “Cavabdeh2 BOKT” ASC-yə verilmiş çıxarışın ləgv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddaçı İddiaçı iddianın təmini tədbirinə dair ərizə ilə müraciə edərək hazırkı mülki iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək Cavabdeh1 MMC tərəfindən keçirilmiş Hərracın yekunları barədə 36/1 saylı Protokolla Cavabdeh2 BOKT ASC1 tərəfindən alınmış Abşeron rayonu, Saray qəsəbəsində S.Qazıyeva küçəsində 0,0775 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsini cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 2775/2020 nömrəli qərardadı ilə ərizə təmin olunaraq, hazırki mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Abşeron rayonu, Saray qəsəbəsində S.Qazıyeva küçəsində 0,0775 ha torpaq sahəsində yerləşən 6 nömrəli fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi, qərardadın dərhal icra edilməsi, qərardadın icrasının Azərbaycan Respublikası Əmlak Məsələlləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh2 X4 X3 Cəmiyyəti xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 2775/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi və iddianın təmini tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2775/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə etiraz ünvanlayaraq şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh təşkilatın nümayəndəsi özü etiraf edir ki, əmlakı “xxxxxx” BOKT ASC hərracdan mübahisələndirilən xx xxxx 2019-cu il tarixli,36/1 saylı protokola əsasən əldə etmişdir. Belə olan halda iddiaçı artıq ipoteka predmeti olmuş əmlakı gələcəkdə başqa şəxsə satılmasının qarşısını almaq imkanını itirmişdir. Ona görə də haqlı olaraq hazırki iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edib və haqlı olaraq da birinci instansiya məhkəməsi tərəfindən ərizə təmin edilmişdir. Halhazırda qanuni qüvvəsi olmayan sənəd əsasında keçirilən hərrac mübahisələndirilir və Cavabdeh2 BOKT ASC tərəfindən gələcəkdə iddia tələbinin təmin ediləcəyi təqdirdə qəbul ediləcək qətnamənin icrasında yayınmaq məqsədilə cavabdeh ipoteka predmeti olan əmlakın satılması üçün ciddi cəhdlər edir və hazırki iddianı təmin etmə tədbiri barədə qərardad isə cavabdehin cəhdlərinin qarşısını qanuni yolla alır. Həmçinin qərardadın ləğv ediləcəyi təqdirdə cavabdeh tərəfindən mübahisəli əmlakın satılması üçün heç bir maneə qalmayacaq ki, bu halda da məhkəmə mübahisəsi öz əhəmiyyətini itirəcəkdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2775/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia üzrə tələblə həmin iddianı təmin etmə tədbiri arasında əlaqənin mövcud olduğunu nəzərə alaraq hesab edir ki, hazırki mülki işə mahiyyəti üzrə məhkəmə iclasında baxılıb qurtarana qədər iddianı təmin etmə tədbiri görülməlidir. Bununla əlaqədar, müvafiq ərizə təmin edilməli, Abşeron rayonu, Saray qəsəbəsində S.Qazıyeva küçəsində 0,0775 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsi qadağan edilməlidir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, iddianın təmini tədbiri müvəqqəti xarakter daşıyır, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi müəyyən edilir və işi mahiyyəti üzrə həll etmir. Müvəqqəti xarakterli və işi qabaqcadan mahiyyəti üzrə həll etməyən məhkəmə aktı ilə Abşeron rayonu, Saray qəsəbəsində S.Qazıyeva küçəsində 0,0775 ha torpaq sahəsində yerləşən 6 saylı fərdi yaşayış evinin özgəninkiləşdirilməsinin qadağan edilməsi məhz iddianı təmin etmə institutunun məqsədlərinə xidmət edir və qətnamənin gələcəkdə icrasını çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh “Cavabdeh2 BOKT” ASC-nin şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2775/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6992/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6992/2020
02.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver