Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6998/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə Namiq Şamil oğlu Cəfərov və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(011)-597/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı – cavabdehin tərtib etdiyi 07.2017-ci il tarixli akt və əsasında hesablanmış 242,60 manat, 02.2018-ci il tarixli akt və əsasında hesablanmış 946,20 manat, 03.2018-ci il tarixli akt və əsasında hesablanmış 369,80 manat, 04.2018-ci il tarixli akt və əsasında hesablanmış 293,80 manat, 05.2018-ci il tarixli akt və əsasında hesablanmış 28,80 manat, 07.2018-ci il tarixli akt və əsasında hesablanmış 266,40 manat borcun silinməsi və sözü gedən aktların etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli, 2(011)-5009/2019 saylı qətnaməsi ilə iddia təmin edilərək, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" 31.07.2018-ci il tarixli ******* saylı akt etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 1935 manat borcun silinməsi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilmiş, “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumuna görə 30 manat və ekspertiza tədqiqatının dəyəri 100 manat dövlət nətinə tutulması qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2(011)-5009/2019 saylı qətnaməsindən narazı qalan cavabdeh “Azəriqaz” İB apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiya Bakı şəhəri 2(103)-927/2020 07.01.2020-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilməklə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2(011)-5009/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin olunmuşdur. “Azəriqaz” istehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş iş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında“ 31.07.2018-ci il tarixli ******* sıylı akt etibarsız hesab edilmiş və həmin akt əsasında hesablanmış 266,40 manat borcun silinməsi cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə həvalə edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə qismən razılaşmış və qeyd etmişdir ki, iddiaçının yaşadığı ünvanda kənar xəttin mövcudluğu təsdiq olunmur. Cavabdeh tərəf kənar xəttin mövcud olduğunu göstərmiş olsa da, bununla bağlı hər hansı möhtəbər sübuta istinad etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin silinməli olan borcun məbləği ilə bağlı mövqeyi ilə razılaşmır. Qeyd edir ki, iddiaçı 31.07.2018-ci il tarixli, ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 1935 manat borcun silinməsini xahiş etmişdir. İşin materialları ilə müəyyən olunur ki, 31.07.2018-ci il tarixli, ******* saylı akta əsasən 1332 kub.m qazdan kənar xətt vasitəsi ilə istifadə olunmuş və 31.07.2018-ci il tarixli, ******* saylı aktla həmin sərfıyyata görlə 266,40 manat hesablanmışdır. Bundan başqa iddiaçının yaşadığı ünvan üzrə kənar xəttdən istifadə ilə bağlı 07.2017-ci ildə 242,60 manat, 02.2018-ci ildə 946,20 manat, 03.2018-ci ildə 369,80 manat, 04.2018-ci ildə 293,80 manat, 05.2018-ci ildə 28,80 manat, 07.2018-ci ildə 266,40 manat hesablanmış və həmin məbləğlərin hesablanmasına əsas isə ayrı- ayrı vaxtlarda hesablanmış aktlar olmuşdur. Həmin aktlar isə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Birinci instansiya məhkəməsi isə həmin akların mübahisələndirilmədiyini nəzərə almayaraq əsassız olaraq həmin aktlar əsasında hesablanmış borc məbləğinin silinməsi nəticəsinə gəlmişdir. Göründüyü kimi həmin aktlardan iddiaçının xəbəri olmamış və həmin aktların mövcudluğu yalnız cavabdeh tərəfindən təqdim edildikdən sonra apellyasiya məhkəməsində məlum olmuşdur. Cavabdehin tərtib etdiyi 31.07.2018-ci il tarixli, ******* saylı aktla həmin sərfiyyata görə 266,40 manat hesablandığı məlum olmuşdur. Həmin akt etibarsız hesab olunmaqla 266,40 manat borc silinmişdir. Odur ki, hazırda bundan başqa iddiaçının yaşadığı ünvan üzrə kənar xəttdən istifadə ilə bağlı 07.2017-ci ildə 242,60 manat, 02.2018-ci idə 946,20 maıat, 03.2018-ci ildə 369,80 manat, 04.2018-ci ildə 293.80 manat, 05.2018-ci ildə 28,80 manat, 07.2018-ci ildə 266,40 manat hesablanmış və həmin məbləğlərin hesablanmasına əsas isə ayrıayrı vaxtlarda hesablanmış aktlar tərtib olunmuşdur ki onlar da etibarsız hesab edilməlidir. Cavabdehlə mərhum həyat yoldaşı X4 arasında bağlanmış müqaviləyə (abonent kodu **********00031) əsasən Zirə qəsəbəsi, N.Hüseynov, ev 3, mənzil 3 A ünvanına qaz sayğacı quraşdırılmışdır. Həyat yoldaşı rəhmətə getmiş, lakin müqavilə onun adına qalmışdır. 25.05.2017-ci il tarixində qaz xəttinə qanunsuz qoşulduğlarına görə ******* saylı akt tərtib edilərək həmin qanunsuz xətt kəsilərək götürülmüşdür. Həmin akta əsasən dəymiş zərər 330 manat iddiaçı tərəfindən tam ödənilmişdir. Bundan sonra həmin ünvanda yaşayış olmamışdır. Buna baxmayaraq, cavabdeh qanunsuz aktlar tərtib edərək iddiaçıya yuxarıda qeyd olunan əsassız borc məbləğləri hesablamışdır. Məhkəmənin 30.05.2019-cu il tarixli qərardadı ilə İddiaçı yaşadığı Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən evdə qaz xəttinə sayğacdan kənar qoşulmanın olmasının, olduğu təqdirdə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. 23.09.2019-cu il tarixli. 17981 saylı ekspert rəyi ilə keçirilmiş baxış zamanı Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi yaşayış evində keçən “Azəriqaz” İstehsalat Birliyinə məxsus təbii qaz xəttinə sayğacdan kənar hər hansı qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuş, sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar edilmədiyinə görə qərardadın 2-ci sualı üzrə araşdırma aparılmamışdır. Həmin aktlar iddiaçının xəbəri olmadan, birtəfəli qaydada, qanunda nəzəndə tutulan iki hal şahidi olmadan, yalnız cavabdeh orqanın nümayəndələrinin iştirakı ilə mərhumun imza etməkdən imtina etdiyini də göstərməklə tamamilə qanunsuz və əsassız tərtib edilmişdir. Buna baxmayaraq, cavabdeh həmin qanunsuz aktın əsasında iddiaçıya borc hesablamaqla iddiaçının hüquqlarını pozmuş, bununla iddiaçıya maddi və mənəvi zərər də vurmuşdur. Beli ki, dələlərlə müraciət etsə də cavabdeh həmin ünvana qazın verilməsini bərpa etməmişdir və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olunmuş ölüm haqqında şəhadətnaməyə əsasən abonent Ağayev Teyyub rəhmətə getmişdir. Nikah haqqında şəhadətnaməyə əsasən iddiaçı Ağayev Teyyub ilə ölənədək rəsmi nikahda olmuşdur. Göründüyü kimi cavabdeh qanunun tələblərinə məhəl qoymayaraq, aktın tərtibatı zamanı iki hal şahidini cəlb etməməklə pozuntuya yol vermiş etibarsız aktların əsasında iddiaçıya borc hesabamışdır. İddiaçının nümayəndəsi X1 məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2010,60 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(011)-597/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, ünvan 1ənzil ünvanı (Abonent kodu:**********00031) üzrə hesablanmış 2010,6 (iki min on manat altmış qəpik) manat məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(011)-597/2021 saylı qətnaməsinin ləğv edib, İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək, “Azəriqaz” İBnin apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, “Azəriqaz” İB tərəfindən tərtib edilmiş akt özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt iddiaçının fərdi yaşayış evinə keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair cavabdehin əməkdaşlarının mövqeyini əks etdirir. Aktın məzmunundan da görünür ki, cavabdehin əməkdaşları keçirdikləri baxış zamanı yaşayış sahəsində istifadə olunan qaz işlədicilərinin nələrdən ibarət olduğunu sadalamışlar, həmçinin dəymiş ziyanın tələb edilməli olduğunu bildirmişlər. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində iddiaçı hər hansı bir hüquqi məsuliyyətə cəlb olunmamışdır. Özü də həmin təkliflər iddiaçıya ünvanlanmamışdır. Həmin təkliflər əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar, o cümlədən dəymiş ziyanın ödənilməsi ilə bağlı qərar qəbul edilərək hesablanmış ziyanın ödənilməsi tələb olunduqda artıq həmin andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilər. Müvafiq olaraq iddiaçı da məhz həmin hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və cavabdeh tərəfindən həmin aktın məlumatları nəzərə alınmaqla iddiaçı barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdirlər. Aktın tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilərdi. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş akt özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. İddiaçı və cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(011)-597/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, iş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 07.01.2020-ci il tarixli 2(103)-927/2020 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17.10.2019-cu il tarixli 2(011)-5009/2019 saylı qətnaməsinin ləğv edilməsi, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31.07.2018-cı il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 266,40 manat borcun silinməsinin cavabdeh X2 həvalə edilməsi qət olunmuşdur. Həmin mülki iş üzrə keçirilmiş ekspertizanın 23.09.2019-cu il tarixli, 17981 saylı rəyinə əsasən baxış zamanı Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən fərdi yaşayış evində keçən “Azəriqaz” İstehsalat Birliyinə məxsus təbii qaz xəttinə sayğacdan kənar hər hansı qoşulma faktının aşkar edilmədiyi müəyyən olunmuş, sayğacdan kənar qeyri-qanuni qoşulma aşkar edilmədiyinə görə qərardadın 2-ci sualı üzrə araşdırma aparılmamışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı 31.07.2018-ci il tarixli aktın və dövlət yoxlamasının nəticələri barədə aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Dövlət yoxlamasından keçirilərkən “sayğacın çıxış plastmas borusunun deşilməsi və s.” müəyyən edilmişdir. İş materiallarında olan Abonentin saldosu vərəqindən görünür ki, X3 qalıq və aktlar üzrə 342 manat, 946,2 manat, 369,8 manat, 293,8 manat, 58,80 manat, cəmi 2010,6 manat cərimə yazılmışdır. İş materialları ilə müəyyən edilir ki, X4 ölmüşdür, iddiaçı onun həyat yoldaşıdır və mənzildə hazırda o yaşayaraq, qaz sayğacından faktiki olaraq o, istifadə edir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilərək, dövlət yoxlanmasından keçirilməsi üçün göndərilmişdir. Lakin dövlət yoxlamasından keçirildikdən sonra, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 2010,6 manat (1935+342- 266,40) məbləğində borc iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 2010,60 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı 31.05.1999cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qeyd edilən hissədə təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 2010,60 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(011)- 597/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Ziya Şirinov
Məhkəmə qərarları › İş №2(103)-6998/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6998/2021
25.08.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver