Məhkəmə qərarları › İş №2(103)-70/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-70/2022

12.05.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-70/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı Şirkətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)- 7154/19 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı şirkəti Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 saylı neft quyusunun təhlükəsizlik zolağı və Şirkətin Saziş ərazisi hüdudları daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən İddiaçı şirkətinin saziş üzrə istifadəsinə verilmiş Kontrakt sahəsinin ərazisində 1 saylı mədənin 5ci sahəsi daxilində lazımi icazələr alınmadan şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Tikinti şirkətin ərazisində neft-qaz əməliyyatlarının həyata keçirilməsinə maneə yaratdığından İddiaçı şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozmuşdur. 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X17 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında saziş (bundan sonra – Saziş) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Həmin Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstündür. Sazişin 2 və 8-ci maddələrinin və AZEN Oyl Kompani Bİ. Vİ., ARDNŞ-nin Ortaq Neft Şirkəti (Podratçı Tərəflər) və X14 Şirkətləri arasında imzalanmış X7 3-cü maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində, Əməliyyat şirkəti qismində fəaliyyət göstərən Şirkət neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-nin verdiyi hüquqlara, o, cümlədən neft-qaz əməliyyatları üçün Podratçıya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir. 1 (e) bəndində isə Hökumət təminat verir ki, Podratçı tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsd edilə, milliləşdirilə və ya başqa şəkildə özgə tərəfindən mənimsənilə bilməz. Cavabdehin dövlətin müstəsna mülkiyyətində olan sənayə təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməklə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 9, 11, 20, 22, 46, 48, 62, 65, 66, 67, 82-ci maddələrinin müddəalarını pozmuşdur. İddiaçı tələbin hüquqi əsası kimi, Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4 maddələrinə həmçinin “Memarlıq fəaliyyəti haqqında” Qanuna, “Torpaqların alqı-satqı Qaydaları”na, “Yerin təki haqqında” Qanuna, “Texniki təhlükəsizlik haqqında” Qanuna və digər normativ hüquqi aktlara istinad etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)- 7154/2019 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh iddiaçı "X14" şirkətinin saziş ərazi hüdudları, Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 saylı neft quyusunun və neft xəttinin mühafizə zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmasını, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7154/2019 saylı iş üzrə 25.11.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığına görə ləğv edilməlidir. Qeyd edir ki, torpaqları erməni təcavüzünə məruz qaldığı gündən digər qardaşı ilə birlikdə silaha sarılaraq könüllü şəkildə vətənin müdafiəsinə yollanmışlar. İştirak etdiyi hərbi əməliyyatlarda qəhrəmanlıq və sücaət göstərmiş, müxtəlif xəsarətlər almışlar. 04 aprel 2017-ci il tarixdə X11 adlı şəxs 50 illik etibarnamə əsasında Bakı əhəri, Binəqədi rayonu, X2 13 may 2002-ci il tarixli, 757 nömrəli Sərəncamı əsasında həmin qəsəbə ərazisi hüdudlarında alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmış 400 m2 sahəsinin 200 m2 hissəsini ona satmışdır. Həmin sahədə inşa edilmiş yaşayış sahəsində istifadə etdiyi bütün elektrik, məişət tullantıları və digər kommunal xərcləri də ödədiyini bildirmişdir. Həmin torpağı əldə etdikdən sonra nə ona, nə də ki qonşularına qeyd edilən torpaqların İddiaçı şirkətinə məxsus olması barədə heç bir irad bildirilməmişdir. Birinci instansiya məhkəməsi torpaq sahəsinin iddiaçının mülkiyyətində olub olmamasını araşdırmayaraq, onu həmin sahədə özbaşına tikinti aparmaqda günahlandırmışdır. Məhkəmənin yeri və vaxtı barədə ona məlumat verilməmiş və barəsində iddia qaldırılması ilə bağlı heç bir üsulla məlumatlandırılmamışdır. Onunla yanaşı nə həmin torpağı ona satan şəxs, nə də ki, Binəqədi bələdiyyəsi prossesə cəlb edilməmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Şirkətinin nümayəndəsi X8 iddia tələbinin dəlillərinə istinad edərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci istansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə icraatına cəlb olunmuş müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Binəqədi rayonu X4 və X11 məhkəmə iclası barədə lazımı qaydada xəbərdar edilsələr də iştirak etməmişlər.Məhkəmə Kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir: Mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Binəqədi rayon X2 “X1 torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” 757 saylı, 13 may 2008-ci il tarixli Sərəncamının surətindən görünür ki, Qəsəbə Bələdiyyəsinin ərazisindən 400 kv.m. torpaq sahəsi X1 ayrılmışdır. İş materiallarında olan Bakı şəhəri 17 saylı Notariat kontoru tərəfindən 04 aprel 2017ci il tarixdə 517784 sayla təsdiq olunmuş Etibarnamədən görünür ki, X11 ona ayrılmış torpaq sahəsinin 200 kv.m. hissəsinin istifadə, sənədləşmə, özgəninkiləşdirmə və.sair hüquqlarla bağlı təmsil etməsi barədə Cavabdeh 50 il müddətinə etibarnamə vermişdir. Hazırkı iş üzrə Cavabdeh apellyasiya şikayətində bildirir ki, hazırda sökülməsi tələb olunan evi yuxarıda qeyd edilən Etibarnamə əsasında pul verib əldə etdiyi 200 kv.m. torpaq sahəsində inşa etmişdir. Əvvəla məhkəmə Kollegiyası qeyd etməyi vacib sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Beləliklə, qeyd edilməlidir ki, yuxarıda sadalanan hüquq normalarına əsasən apellyasiya şikayətində göstərilən dəlillər, yəni hazırda sökülməsi tələb olunan evi yuxarıda adıçəkilən Etibarnamə əsasında pul verib əldə etdiyi 200 kv.m. torpaq sahəsində inşa etməsi dəlili cavabdehin torpaq sahəsinə hər hansı hüquq əldə etməsi kimi qiymətləndirilə bilməz. Daha sonra Kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Torpaq və Xəritə çəkmə komitəsi tərəfindən tərtib edilərək təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun kontrakt sahəsinin coğrafi koordinatlarına əsasən Cavabdeh tərəfindən inşa olunmuş tikili "X14" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli sorğusuna 14.11.2019-cu il tarixli 02/09-11-31/2892 saylı cavab məktubunda cavabdehin adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkarlanmaması qeyd olunmuşdur. İş materialarına əlavə edilmiş “X10 və Ekspertiza Mərkəzi” MMC-nin 16 dekabr 2021ci il tarixli, 91 nömrəli mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar iddiaçının nümayəndəsinin iştirakı ilə məktuba əlavə olunmuş və təqdim olunmuş sənədlərə əsasən yerində araşdırıldı. Naturada mübahisələndirilən torpaq sahəsinin koordinatları GPS aləti vasitəsi ilə qeydə alınıb kameral şəraitdə Google Yer proqramının ortofoto görüntülərinə əsasən dəqiqləşdirildi. Dəqiqləşdirmə zamanı məlum oldu ki, iş üzrə iddia olunan Cavabdeh məxsus olan ö/tikili (ev) və yerləşdiyi torpaq sahəsi Dövlət mülkiyyətinə aiddir və İddiaçı Şirkətinin saziş hüdudları daxilində yerləşməklə, Bakı şəhəri Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 neft quyusunun mühafizə zolağında yerləşir. Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi: 1. Cavabdeh məxsus olan ö/tikili (ev) İddiaçı Şirkətinin saziş hüdudları, Bakı şəhər Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 neft quyusunun mühafizə zolağı habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin imzaladığı 29 sentyabr 2004-cü il tarixli sazişdə nəzərdə tutulan kontraktın hüdudları daxilindədir. 2. Cavabdeh məxsus ö/t İddiaçı Şirkətinin saziş hüdudları, Bakı şəhər Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 neft quyusunun mühafizə zolağı daxilində yerləşir, koordinatları iddiaçının təqdim etdiyi sxemdə qeyd edilir. İş materiallarına əlavə edilmiş 14243 saylı, 12 aprel 2022-ci il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/6461 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatın surətindən görünür ki, 2(103)-271/2021 nömrəli iş üzrə məhkəmə tərəfindən 27.10.2021-ci il tarixdə təyin edilmiş tikinti-texniki ekspertizasının aparılması və rəy verilməsi aşağıdakı səbəblərə görə mümkün olmamışdır: Qərardadda ekspert qarşısında qoyulmuş sualların cavablandırılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssis rəyinin Mərkəzə təqdim olunması zəruri olduğuna görə, bu barədə məhkəməyə 06.12.2021-ci il tarixli vəsatət göndərilmişdir. Lakin bu günə qədər müvafiq mütəxəssis rəyi Mərkəzə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş 19117 saylı, 06 may 2022-ci il tarixli ərizənə əlavə edilmiş cavabdehin sübut kimi təqdim etdiyi X2 757 saylı, 13.05.2008-ci il tarixli Sərəncamının Şirkət tərəfindən mübahisələndirilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12204/2021 saylı, 01.12.2021-ci il tarixli qərardadın surətinindən görünür ki, İddiaçı şirkətinin cavadeh Bakı şəhəri Binəqədi rayonu X4nə qarşı X6 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə, qərarın qanunsuzluğunun tanınması barədə iddiasının (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (bundan sonra – ARDNŞ), X17 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almış Sazişə əsasən X2 757 saylı, 13.05.2008-ci il tarixli Sərəncamı qüvvəsini itirdiyindən) mümkün sayılmaması qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu və Nazirlər Kabinetinin 94 saylı, 10 may 2001-ci il tarixli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2 maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin hüquqi rejimlər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir ki, belə npormativ hüquqi aktlara “Neft mədənlərinin neft, qaz və sularının yığımı, nəqli və hazırlanması obyektlərinin texnoloji layihələşdirmə” Qaydalarına əsasən, neft buruğu ilə yaşayış evləri arasında məsafə ən azı 150 metr olmalıdır. Torpaq Məcəlləsinin 62-ci maddəsinin məzmununa əsasən mühafizə zolağı daxilində yerləşən torpaq ərazilərinin yaşayış və ictimai tikililər üçün ayrılması qadağan edilir. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. 29 sentyabr 2003-cü il tarixli qanunla Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X17 Bi.Vi. və ARDNŞnin ortaq neft şirkəti arasında Sazişi qəbul və təsdiq etmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun imzalanmasından sonra həmin Saziş qanun statusu almışdır. Saziş tərəfləri arasında imzalanmış X7 3-cü maddəsinin müddəalarına əsasən X14 əməliyyatçı təyin edilmiş və ona tərəflərin adından bütün Birgə əməliyyatları həyata keçirməyə və bu Birgə əməliyyatlara rəhbərlik etməyə müstəsna hüquq verilmişdir. İş materialarına əlavə edilmiş “X10 və Ekspertiza Mərkəzi” MMC-nin 16 dekabr 2021ci il tarixli, 91 nömrəli mütəxəssis rəyindən görünür ki, 1.Cavabdeh məxsus olan ö/tikili (ev) İddiaçı Şirkətinin saziş hüdudları, Bakı şəhər Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 neft quyusunun mühafizə zolağı habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin imzaladığı 29 sentyabr 2004-cü il tarixli sazişdə nəzərdə tutulan kontraktın hüdudları daxilindədir. 2. Cavabdeh məxsus ö/t İddiaçı Şirkətinin saziş hüdudları, Bakı şəhər Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 neft quyusunun mühafizə zolağı daxilində yerləşir, koordinatları iddiaçının təqdim etdiyi sxemdə qeyd edilir. Məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, cavabdeh dövlətin müstəsna mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsində, lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla özünə yaşayış evi tikmişdir. Cavabdeh həmin özbaşına tikintiyə mülkiyyət hüququ əldə etməmişdir. Özbaşına tikilinin inşa edildiyi torpaq sahəsi hal-hazırda iddiaçının qanuni istifadəsindədir və o, həmin tikilinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan maddi hüquq normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, cavabdehin iddiaçının qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçının istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmuş xəritədən görünür ki, həmin tikilinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının 29.04.2005-ci il tarixli, 901-İİQD nömərli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu səbəbdən iddiaçının tələbi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbinin təmin edilməsi, Cavabdeh iddiaçı "X14" şirkətinin saziş ərazi hüdudları, Bakı şəhəri, Binəqədi rayonu, 1 saylı mədənin 5-ci sahəsində yerləşən 150959 saylı neft quyusunun və neft xəttinin mühafizə zolağı daxilində inşa edilmiş özbaşına tikilidən çıxarılması, həmin tikilinn cavabdehin hesabına sökülməsi və torpaq sahəsini boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kollegiya onu da qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayıldığından cavabdehin kompensasiya ödənilməsi hüququ da yaranmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 300 (üç yüz) manat Cavabdeh tutularaq “X10 və Ekspertiza Mərkəzi” MMC-nin VÖEN **********, Hesab: AZ42AİİB400600C**********108; Bank: Kapitalbank 2 saylı Xətai filialı: Kod: 20082; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT: AİİBAZ2XXXX köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 noyabr 2019-cu il tarixli, 2(001)- 7154/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı ekspertiza keçirilməsinə çəkilmiş xərc cəmi 300 (üç yüz) manat Cavabdeh tutularaq “X10 və Ekspertiza Mərkəzi” MMC-nin VÖEN **********, Hesab: AZ42AİİB400600C**********108; Bank: Kapitalbank 2 saylı Xətai filialı: Kod: 20082; VÖEN: **********; Müxbir hesab: AZ37NABZ********************; SWİFT: AİİBAZ2XXXX köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar