Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7001/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Yusifov Cahangir Afər oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçı1 və onun nümayəndəsi və vəkili X1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə: İddiaçı1 Cavabdeh1 qarşı “borcun qaytarılması və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Almaniya Respublikasında yaşayarkən iddiaçı şəxsdən aldığı və onun tərəfindən ödənilmiş 1.427.364 (bir milyon dörd yüz iyirmi yeddi min üç yüz altmış dörd) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İkinci mülki iş üzrə: İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 5.511.983 (beş milyon beş yüz on bir min doqquz yüz səksən üç) manat, Cavabdeh1 8.252.479 (səkkiz milyon iki yüz əlli iki min dörd yüz yetmiş doqquz) manat olmaqla, cəmi 13.764.462 (on üç milyon yeddi yüz altmış dörd min dörd yüz altmış iki) manat məbləğində borcun tutularaq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 avqust 2020-ci il tarixli 2(005)- 2664/2020 nömrəli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh1 qarşı “cavabdehə verilmiş pul vəsaitləri ilə bağlı əsas və faiz borcu” tələbinə və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizələri təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermişdir. Birləşmiş iş üzrə: İddiaçı2 cavabdeh İddiaçı1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 və Cavabdeh1 arasında 21 saylı dövlət notariat kontorunda bağlanan 17 dekabr 2011-ci il tarixli razılaşma müqaviləsinin etibarsız, hesab olunmasına, həmin razılaşmadan irəli gələn hüquqi nəticələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1986/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı2 cavabdeh İddiaçı1 və Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh1 cəlb edilməklə) “razılaşmanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin İddiaçı1 Cavabdeh1 qarşı “borcun qaytarılması və sair” tələbinə dair və İddiaçı1 cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işlə bir icraatda baxılamsı üçün birləşdirilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1629/2022 saylı, 02 avqust 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı2 və cavabdeh İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamış, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4731/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi onların apellyasiya şikayətlərinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iddiaçının nümayəndəsi və vəkili A.Qazıyeva apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq, apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə onun iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda Məhkəmə kollegiyası Nərimanov Rayon Məhkəməsinin 2(005)- 211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən məlum olur ki, Cavabdeh1 VÖEN-i (**********) olmaqla fərdi sahibkardır (1-ci cild, i/v 219). Azərbaycan Respublikasının Vergilər Nazirliyi vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən məlum olur ki, İddiaçı1 VÖEN-i (**********) olmaqla fərdi sahibkardır (1-ci cild, i/v 287). Eyni zamanda, cavabdeh "xxxx" MMC hüquqi şəxsdir. Araşdırmalar zamanı müəyyən olunmuşdur ki, hazırkı mülki iş üzrə İddiaçı1 və Cavabdeh1 VÖEN-i olmaqla fərdi sahibkar, cavabdeh "xxxx" MMC hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğuldur, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyəti ilə bağlıdır. MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Belə olan halda, kollegiya hesab edir ki, hazırkı iş üzrə İddiaçı1 və Cavabdeh1 VÖEN-i olmaqla fərdi sahibkar, cavabdeh "xxxx" MMC hüquqi şəxs olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan, eləcə də hazırkı mülki iş üzrə mübahisə sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən işə mülki icraat qaydasında kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Yuxarıda qeyd edilənlərə və “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il qərarındakı göstərişlərinə əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və məhkəmə aidiyyətinə əsasən baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən, işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-211/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilsin, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Cahangir Yusifov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7001/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7001/2022
03.10.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver