Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7003/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı "pulun tutulması" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2021 nömrəli 12.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Sərhədçi Servis” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üçün cavabdehdən iddiaçının xeyrinə 1380 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki; 16 noyabr 2016-cı il tarixdə "Sərhədçi-2015” MTK tərəfindən ünvan 1 ünvanında yerləşən ev Cavabdeh satılmışdır. Mənzilin dəyəri cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Həmin tarixdə Cavabdeh ilə Sərhədçi-2015” MTK-nın arasında mənzil-kommunal xidmət haqqında müqavilə bağlanmışdır.03.04.2017-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən alıcı Cavabdeh satıcı Sərhədçi 2015 MTK olmaqla ünvan 2 ünvanında yerləşən mənzil alıcının mülkiyyətində verilmişdir . 16.11.2016-cı il tarixli təhvil-təslim aktına əsasən Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 624 mənzilli yaşayış kompleksində G 97, mərtəbə 12, 3 saylı mənzil Cavabdeh təhvil verilmişdir. 18.01.2021-ci il tarixli Cavabdeh ünvanlanmış məktyba əsasən 1380 manat kommunsl xidmət haqqını və 13.80 manat dəbbə pulunu qısa müddətdə ödənilməsi barədə xəbərdar edilmişdir. (iş.səh.7, 38, 42, 62) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2021 nömrəli 12.04.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2 , 88, 119.1 217.4; Mülki Məcəllənin 337.1, 106.3, 407.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sözügedən mənzil-kommunal xidməti müqaviləsinin surətini nəzərdən keçirərək qeyd edir ki, sözügedən müqaviləni "Sərhədçi-2015” MTK-nın adından onun nümayəndəsi bağlamış, müqavilə həmin şəxs tərəfindən imzalanmış, lakin həmin şəxsin hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olmasını təsdiq edən hər hansı mötəbər sənəd iş materiallarına əlavə edilməmişdir. Yaranmış vəziyyətdə isə müqavilədəki imzanın səlahiyyəti təsdiq edilməmiş şəxs tərəfindən icra edilməsi müqavilənin etibarlılığını şübhə altına almışdır. Eyni zamanda müqavilə "Sərhədçi-2015” MTK-nın rəhbəri tərəfindən hüquqi şəxsin möhürü ilə təsdiq edilməmişdir. Məhkəmə qeyd edilən hala qiymət verərək belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış müqavilə qanunvericiliklə müqavilə üçün nəzərdə tutulmuş qaydaların pozulması ilə bağlanmışdır. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. "Sərhədçi-2015” MTK təşkilati hüquqi formasına görə mənzil-tikinti kooperativi olmuşdur, o, fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən 22 iyun 2018-ci il tarixdə "Sərhədçi Servis” MMC yaradılmışdır. Yaradılmış qurumun təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olmuşdur. Mübahisəli müqavilə cavabdeh ilə "Sərhədçi- 2015” MTK arasında bağlanmış, lakin müqavilə üzrə öhdəliyin icrası tələbi ilə "Sərhədçi Servis” MMC məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı MTK-nın bağladığı müqavilələr üzrə tələb etmə hüququnun MMC-yə keçməsi barədə hər hansı subut təqdim edilməmiş, məhkəmədə bu halı təsdiq edəcək hallar aşkar edilməmişdir Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı "Sərhədçi Servis” MMC müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. İddianın qanuni əsasının mövcud olmadığı halda tələbin təmin edilməsi isə müvafiq subyektiv hüquqa malik olmayan şəxs barəsində əsassız olaraq hüquqların (daha sonra qanunla qorunan) yaradılması nəticəsini doğurur. İddiaçı apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2021 nömrəli 12.04.2021-ci il tarixli, qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 125, 127; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 76.1,77.1, 97.1, 106.1, 217.4, 218, 220-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Xətai rayon Məhkəməsinin 2(011)-2496/2021 saylı 12 aprel 2021-ci il tarixli qətnaməsi əsassız və qanunsuzdur və bu səbəbdən ləğv olunmalıdır. Belə ki, 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları üçün 624 ailəlik yaşayış kompleksi tikilib istifadəyə verilmişdir. Mənzillər “Sərhədçi-2015' MTK tərəfindən müxtəlif illərdə ipoteka yolu ilə satılmışdır. Mənzillər satılarkən hər bir mülkiyyətçi ilə MTK arasında yaşayış kompleksində mənzil-kommunal xidməti göstərmək məqsədi ilə müqavilələr bağlanmışdır. Sonradan MTK öz fəaliyyətini dayandırdığına görə Vergilər Nazirliyi tərəfindən 22 iyun 2018-ci ildə İddiaçı MMC yaradılmışdır və həmin MMC bu günə qədər mülkiyyətçilərə kommunal xidməti göstərməkdədir. Göstərilənlərdən aydın olur ki, məhkəmə iş üzrə sübutlara obyektiv və qərəzsiz qiymət verilməsini təmin etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qətnaməni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün əsaslandırmamış, iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Çəkişmə prinsipi müəyyən edilmiş sübütetmə qaydasıdır və bu qeydə görə işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarının əsası kimi istinad et halları sübut edir. Məhkəmə cavabdehin izahatını dinləmədən, yalnız iddiaçının izahatı əsasın qərar çıxarabbilməz. İqtisadi mübahisəninn xüsusatlarının tam araşdırılmaması, bunu araşdırmaq üçün səy göstərilməməli məhkəmənin gəldiyi nəticə uyun mühüm əhəmiyyəti olan bütün faktiki halların avdınlasdırılmadığını sübut edir. Göründüyü kimi məhkəmə həmin hallara hüquqi qiymət verməmiş, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsinə yol açmışdır . Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: müqavilə Sərhədçi Servis” MMC-nin İçtimai müşahidə və nəzarət Şurasının 29 iyul 2020-ci il tarixli 3 saylı protokolundan çıxarışa görə, 1.İddiaçı MMC-nin aprel, may və iyun ayları üzrə kassaya mədaxil və kassadan məxaric əməliyyatları bəyənilməsi və təsdiq edilməsi, iyul, avqust və sentyabr ayları üçün müəssisənin direktoru Namik Fərəcovun təqdimatı qəbul edilməsi və qeyd olunan işlərin tezliklə yerinə yetirilməsini təşkil edilməsi, bu işlərdə tərəfimizdən lazımi köməklik göstərilməsi,müzakirə olunan və bəyənilən yeni tarif, yəni mənzilin yaşayış hər 1 m" sahəsi üçün 0,27 AZN olmaqla mənzil-kommunal xidmət haqqı tətbiq edilməsi məqsədə müvafiq və zəruri sayılması, müəssisənin direktoru Namik Fərəcovdan xahiş edilməsi ki, yeni tarifin 01 avqust 2020-ci il tarixdən tətbiq edilməsi üçün əmr hazırlayıb sakinlərə məlumat verilməsini təmin etməsi müəyyən edilmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş "xxxx" MTK ilə "Sərhədçi Servis” MMC arasında bağlanılmış 29.01.2019-cu il tarixli müqaviləyə əsasən 1.1.“Sifarişçi” ona məxsus olan ünvan 3 ünvanında yerləşən yaşayış binalarına tam xidmət və nəzarət etməyi “İcraçı”-ya təklif edir və bunun üçün heç bir ödəniş tələb etmir.1.2.“İcraçı” bəyan edir ki, o xidmət göstərmək üçün bu sahədə kifayət qədər məlumat, təcrübə və digər üstün keyfiyyətlərə malik mütəxəssislərdən ibarət işçi heyətə və xidməti müvəffəqiyyətlə davam etdirmək üçün zəruri olan bütün imkanlara malikdir. Odur ki, “Sifarişçi”-nin təklifini qəbul edir (səh.83). Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-388, 404-409, 425, 427.3, 560; Mənzil Məcəlləsinin 8, 38, 43, 135-145, Mülki Prosesual Məcəllənin 77, 81, 82, 88, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə qəbul etdiyi qətnamə üzrə qənaətə gəlməmişdən öncə mövcud sübutların qiymətindəndirməsi üçün kifayət qədər təhlil aparmadan və əlavə sübutların mövcudluğunu, habelə mövcud olduğu təqdirdə onların məhkəməyə təqdim edilməsi imkanlarını nəzərdən keçirməyərək iddaçıya müvafiq təkliflər irəli sürməmişdir. Qeyd edilən əsasla məhkəmə kollegiyası apellyasiya instansiyasına təqdim edilmiş sübutların mümkün olduğunu və cavabdehin öhdəlikləri üzrə mülki məsuliyyət həddində tələbi qanuni hesab edir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsi mübahisə predmeti olmayan müqavilənin etibarlılıq meyarlarını müzakirə etmiş və nəticədə cavabdehin mülki məsuliyyətdən yayınmasına, habelə hüquqlardan sui-istifadəyə şərait yaratmışdır. Belə ki, çoxmənzilli binanın mülkiyyətçilərinin birinin vəzifəsinin yerinə yetirməməsi kommunal xərclərin və binanın saxlanılması üzrə ümumi xərclərinin ödənməsində iştirak etməməsi binanın digər mülkiyyətçilərin hüquqlarını pozmuş olur. Qeyd edilməlidir ki, tələb üzrə təqdim edilmiş sübutların mötəbərliyini şübhə altına alan əsaslar mövcud deyil. Belə ki, cavabdehin ödənişlərin verilməməsi əsasları borunun təmiri ilə bağlı xərclərin özü tərəfindən çəkilməsi olmuş və bunlar onun izahatında öz əksini tapmışdır (iş səh.69.) O ki qaldı cavabdehin ödənişlərin ödənilməsi vəzifəsi üzrə müqavilələrin etibarlılığına bu məsələ mənzil və digər əlaqəli qanunvericiliklə tənzimlənən mənzil mülkiyyətçilərinin ümumi hüquq və vəzifələrinə aid məsələdir, və hazırki tələb çərçivəsində (qarşılıqlı tələbin olmadığı halında) müzakirə edilə bilməz. Mübahisə edilməyən haldır ki, cavabdehin hazırki mənzil üzrə təminatının iştirakında MTK olmuş, cavabdeh MTK adından təqdim edilən sənədləri qəbul etmiş, sonradan isə idarəetmə MMC-yə həvalə olunmuşdur. Beləliklə, MTK-nın MMC ilə idarəetmə üzrə müqavilənin bağlanması və iş üzə mübahisələndirilməyən digər sübutlar, habelə təqdim edilən sübutları təkzib edən halların olmaması iddianın əsaslılığını müəyyən edir. Müqavilələrin bağlanmaması əsası ilə belə iddianın rədd edilməsi mülki qanunvericiliyin prinsiplərinə uyğun deyil və tələb edilən məbləğin inkar edilməsi üçün əsaslar mövcud deyildir, cavabdeh məbləği mübahisələndirməmişdir. Mülki qanuvericiliklə ayrı qayda nəzərdə tutulmayıbsa və ya ofertada ayrı qayda göstərilməyibsə, oferta almış şəxsin onun aksepti üçün müəyyənləşdirilmiş müddətdə ofertada göstərilən müqavilə şərtlərini yerinə yetirmək (malları yola salmaq, xidmətlər göstərmək, işlər görmək, müvafiq məbləği ödəmək və s.) üçün hərəkətlər etməsi aksept sayılır. Aksept oferentə gec çatdıqda və akseptdən onun vaxtında göndərildiyi məlum olduqda, aksept yalnız o halda gecikmiş sayıla bilər ki, oferent bu barədə digər tərəfə dərhal məlumat vermiş olsun. Əgər oferta göndərmiş tərəf digər tərəfin gec alınmış akseptini qəbul etdiyi barədə ona dərhal məlumat verərsə, müqavilə bağlanmış sayılır. Əgər ofertada aksept üçün müddət müəyyənləşdirilibsə, ofertanı göndərmiş şəxs aksepti ofertada göstərilən müddət ərzində aldıqda müqavilə bağlanmış sayılır. Əgər yazılı ofertada aksept üçün müddət müəyyənləşdirilməyibsə, müqavilə bu şərtlə bağlanmış sayılır ki, oferta göndərmiş şəxs aksepti Mülki Məcəllədə müəyyənləşdirilmiş müddət qurtarana qədər, belə müddət müəyyənləşdirilmədikdə isə bunun üçün zəruri olan müddət ərzində almış olsun. Əgər oferta aksept üçün müddət göstərilmədən, şifahi edilmişsə, digər tərəf ofertanın akseptini dərhal bildirdikdə müqavilə bağlanmış sayılır, ünvanında olan şəxsə verilmiş oferta dərhal qəbul və ya rədd edilməli, ünvanında olmayan şəxsə verilmiş oferta yalnız oferta vermiş şəxsin adətən cavab gözləyə biləcəyi müddətədək qəbul edilə bilər. Beləlikə, cavabdeh müqavilə münasibətlərində olmasını təsdiq etmiş, işgüzar adət və sui-istifadənin yolverilməzliyi baxımından ofertanı təkzib etmədiyi müddətdə aksept etmiş sayılır. Mənzil qanunvericiliyinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaranmış hesab edilir. Qeyd edilənlərdən müəyyən edilir ki, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən etmədiyindən və normativ tətbiqetmə səhv təfsir edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğunluq təşkil etməyərək müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticə hasil olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanlmasına əsaslar mövcud deyildir. Kollegiya hesab edir ki, vəzifə və prinsiplərinə əsasən mülki məhkəmə icraatı qanunçuluğun (ictimai qaydanın) bərqərar edilməsinə və vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verməli, hamının qanun və məhkəmə qarşısında bərabərliyi əsasında hüquq və azadlıqlarının məhkəmə müdafiəsini təmin etməlidir. Bir şəxsin xidmət xərclərinin ödəməməsi digər sakinlərin və onların təşkil etdikləri cəmiyyətin hüquq və vəzifələrinə birbaşa mənfi təsir etməsinə yönəlir. Ona görə, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və təkzib edən əsaslar müəyyən edilmədiyindən idda tələbi təmin edilməlidir. Baxılan mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddia olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2496/2021 nömrəli 12.04.2021-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı "pulun tutulması" tələbinə dair iddiası təmin edilsin 2017-ci, 2018-ci, 2019-cu və 2020-ci illər üçün 1380 (min üç yüz səksən) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilsin.
Məhkəmə qərarları › İş №2(103)-7003/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7003/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver