Məhkəmə qərarları › İş №2(103)-7007/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7007/2025

25.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7007/2025 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X4 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı SOCAR-ın Neft Kəmərləri İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Neft Kəmərləri İdarəsinin ** saylı komandasının qarovulunun rəisi İskəndərov Pərvin Çingiz oğlu, mühafizəçilər Mönsümov İlkin Mönsüməli oğlu və X2 iştirakı ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 15:20də **-** saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi) Şirvan Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T03997373, ******* saylı koordinatlar üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə Bəydəmirov Samir İrik oğluna aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış, içərisində yaşayış olan evin həyətyanı sahəsində mövcud 4 metr enində, 5 metr uzunluğunda talvarın üzərinə dam örtüyünün vurularaq tamamlanması aşkar edilmiş, qapı bağlı olduğundan hüquqi prosesləri həyata keçirmək mümkün olmamış və bununla bağlı ərazi üzrə icra nümayəndəsi Rövşən adlı şəxsə 15:15də məlumat verilmişdir. İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, sözügedən mübahisəli torpaq sahəsinə vizual olaraq baxış keçirilmiş, vizual baxış zamanı müəyyən edilmişdir ki, sahənin şimal tərəfindən 2.0 m- 4.0 məsafədən yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin sahənin cənub tərəfindən təqribən 0.3m - 0.4 - 5.0 məsafələrdə yerüstü boru xətti keçir. Bundan əlavə şimal tərəfdən 12.0 m- 13.0 məsafələrdən yerüstü boru xətti keçir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənədici sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçir. Həmçinin qeyd olunan boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Bazaya əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyildir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **/**** nömrəli rəydən müəyyən olunur ki, İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, sözügedən mübahisəli torpaq sahəsinə vizual olaraq baxış keçirildi. Vizual baxış zamanı müəyyən edildi ki, sahənin şimal tərəfindən 2.0 m-4.0 mesafeden yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin sahənin cənub tərəfindən təqribən 0.3 m - 0.4 -5.0 məsafələrdə yerüstü boru xətti keçir. Bundan əlavə şimal tərəfdən 12.0 m-13.0 məsafələrdən yerüstü boru xətti keçir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənədici sənəd təqdim edilməyib. Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçir. Həmçinin qeyd olunan boru xətləri şimaldan hasardan təqribən 12.0 metr aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Bazaya əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyildir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026cı il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, sözügedən mübahisəli torpaq sahəsinə vizual olaraq baxış keçirilərək müəyyən edilmişdir ki, sahənin şimal tərəfindən 2.0 m-4.0 məsafədən yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin sahənin cənub tərəfindən təqribən 0.3m-0.4- 5.0 məsafələrdə yerüstü boru xətti keçir. Bundan əlavə şimal tərəfdən 12.0m -13.0 m məsafələrdən yerüstü boru xətti keçir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Ərazidən götürülmüş koordinat rəyə əlavə olunur (X-399743; Y-4477532). Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçir. Həmçinin qeyd olunan boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Bazaya əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyildir. Sahə dövlət mülkiyyəti torpağıdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı SOCAR-ın Neft Kəmərləri İdarəsi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın Neft Kəmərləri İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisi faktları aşkar edilmişdir. Belə ki, qeyd edilən fərdi yaşayış evinə quraşdırılmış ************* nömrəli qaz sayğacı əsasından “Azəriqaz” İB-dən müəyyən edilmişdir ki, fərdi yaşayış evi cavabdeh Cavabdeh məxsusdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməməklə, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını tələb edilmiş, lakin iş üzrə keçirilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** nömrəli rəyi ilə vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçməsi, qeyd olunan boru xətlərinin şimaldan hasardan təqribən 12.0 metr aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alındığı və bazaya əsasən sahənin İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmadığı müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddia tələbində sökülməsi tələb edilən ərazi boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Yəni, həmin ərazinin İddiaçıblikası Dövlət Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə sökülməsi tələb edilən ərazinin iddiaçıya aid olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, məhkəmə İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edərək və onunla razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikildiyini bildirsə də, həmin hallara dair hər hansı sübut təqdim etməmişdir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sökülməsi tələb edilən ərazi İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi deyildir. Bütün bunlar isə iddiaçının iddiasının əsassız olduğunu göstərməklə onun təmin olunmasını mümkünsüz edir. Məhkəmə gəldiyi nəticəni İddiaçıblikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələrinə, İddiaçıblikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, İddiaçıblikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** saylı qərarı ilə təsdiq edilmiş «şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydaları»-nın 5-ci bəndinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Mahmudovun Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli və “Qavazov Bolqarıstana qarşı” iş üzrə ## #### 2008-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı SOCAR-ın Neft Kəmərləri İdarəsi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı SOCAR “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qətnaməsini əsaslandırarkən qeyd qeyd etmişdir ki: “Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, SOCARın Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında vətəndaş Cavabdeh məxsus fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılmasını tələb edilmiş, lakin iş üzrə keçirilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ##.##.2025-ci i tarixli, **/**** nömrəli rəyi ilə vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçməsi, qeyd olunan boru xətlərinin şimaldan hasardan təqribən 12.0 metr aralıda və cənubdan hasar boyu geden boru xətləri elektron bazada su boruları kimi qeydə alındığı və bazaya əsasən sahənin İddiaçıblikas Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmadığı müəyyən edilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddia tələbində sökülməsi tələb edilən ərazi boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Yəni, həmin ərazinin İddiaçıblikası Dövlət Neft Şirkətinə heç bir aidiyyəti yoxdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sökülməsi tələb edilən ərazinin iddiaçıya aid olması barədə iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyindən, məhkəmə İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə əsasən ekspert rəyini sübut növü kimi qəbul edir və onunla razılaşır. Hesab edirik ki, Binəqədi Rayon Məhkəməsinin sözügedən qətnaməsi aşağıda qeyd olunan xüsusatlara görə qanunsuz, əsassız olduğundan habelə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv olunmalı və İdarənin qanuni iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuzluğunu aşağıdakı qaydada əsaslandırmaqla qeyd olunur ki, məhkəmə öz qətnaməsində iş üzrə keçirilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ##.##.2025-ci tarixli, **/**** nömrəli rəyi ilə vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçməsi, qeyd olunan boru xətlərinin şimaldan hasardan təqribən 12.0 metr aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi qeydə alındığı və bazaya əsasən sahənin İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmadığını göstərməklə araşdırmanı bitmiş hesab etmişdir. Daha sonra iş üzrə iddia tələbində sökülməsi tələb edilən ərazi boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi göstərərək, yəni həmin ərazinin İddiaçıblikası Dövlət Neft Şirkətinə heç bir aidiyyətinin olmamasını əsas gətirərək iddia tələbini təmin etməmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, həmin torpaq sahəsi neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. Bu hal ##.##.2024-cü il tarixli aktda öz təsdiqinin tapmışdır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçının sökülməsini xahiş etdiyi və cavabdeh tərəfindən aparılan tikintinin kəmərdən 10 metr məsafədə yerləşməsini göstərsə də, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş aktdan da göründüyü kimi məsasəfə 10 metr təşkil edir. Göründüyü kimi, məhkəmə tərəfindən bu hal qiymətləndirilməmişdir. Məhkəmə bu sübutun mötəbər olmamasını əsaslandırmamışdır. İş üzrə ekspertiza rəyi məhkəməyə daxil olan kimi iş baxış iclasına təyin edilmişdir. Həmçinin elə həmin gün qətnamənin tərtib edilərək sistemə yüklənməsi, tərəflərin dinlənilmək hüququnu, icraatın çəkişmə prinsipinə ziddir. Bundan əlavə ekspertin rəyi məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş sübut koteqriyasında deyil və digər sübutlarla birlikdə qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilmədiyi qeyd edilsə də, Ali Məhkəmənin ##.##.2021-ci il tarixli *-(***)-****/**** nömrəli qərarında Neft Kəmərləri İdarəsinin subyektiv hüququna dair aşağıdakı mövqeyi bildirmişdir. Belə ki, tikilinin sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərini nəzərdə tutan Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəs ilə yanaşı, tikilinin sökülməsi ilə bağlı münasibətləri tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsi də qüvvədədir. Həmin normada tikint məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğuların müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, X8 Layihələndirmə Normalarının tələbləri pozulmuşdur. İşin mübahisəsiz halı bundan ibarətdir ki, cavabdehə məxsus yeni tikili ilə yanaşı digər özbaşına tikililər (fərdi yaşayış evi və hasar) neft kəmərinin mühafizə zonasının və təhlükəsizlik zonasının daxilindədir. İddiaçıblikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1-c bəndinə əsasən, İxrac Neft Boru Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalını qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-mn marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçə torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. İddiaçıblikasının Fövqəladə Hallar Nazirliyinin ## ##### 2023-cü il tarixli 20/01-*** №-li qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 6.1-ci bəndinə əsasən MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalını qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Göründüyü kimi, cavabdeh tərəfindən inşa edilmiş mübahisələndirilən tikililər neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində yerləşir. Həmin tikililər yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. İşə baxan birinci instansiya məhkəməsi isə qətnamə çıxararkən qeyd edilən bu halların heç birini nəzərə almamış və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətinin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İddiaçıblikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçıblikasının Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İddiaçıblikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunmadığından və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı mülki iş üzrə iddiaçı SOCAR-ın Neft Kəmərləri İdarəsinin iddia tələblərinə əsasən, iddiaçı cavabdeh Cavabdeh SOCAR-ın Neft Kəmərləri İdarəsinin istismarında olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Şirvan-Böyükşor Dş-500 mmlik yerüstü neft kəmərinin 116.7-ci km-də, 39 T 03997373; ******* saylı koordinat üzrə, kəmərə perpendikulyar 1-ci sırada, kəmərdən təqribən 10 metr aralı məsafədə neft kəmərinin mühafizə zonasında özbaşına fərdi yaşayış evi, darvaza, hasar, çardaq və talvar tikilisi inşa etdiyindən həmin tikililərin cavabdehin hesabına sökülməsini tələb edir. Kollegiya qeyd edir ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Mülki işlər üzrə icraatda çəkişmə prinsipi isə tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız həmin Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar qətnamənin ləğv edilməsi üçün əsasdır. Hazırkı iş üzrə iddiaçının apellyasiya şikayətinin dəlillərinin yoxlanması üçün mütəxəssis qismində cəlb edilən İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsinin məhkəməyə təqdim etdiyi ##.##.2026-cı il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, sözügedən mübahisəli torpaq sahəsinə vizual olaraq baxış keçirilərək müəyyən edilmişdir ki, sahənin şimal tərəfindən 2.0 m-4.0 məsafədən yüksək gərginlikli elektrik hava xətti keçir. Həmçinin sahənin cənub tərəfindən təqribən 0.3m-0.4-5.0 məsafələrdə yerüstü boru xətti keçir. Bundan əlavə şimal tərəfdən 12.0m -13.0 m məsafələrdən yerüstü boru xətti keçir. Mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Ərazidən götürülmüş koordinat rəyə əlavə olunur (X-399743; Y-4477532). Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş ərazidə hasarın qarşısından ortofotoya və mütəxəssisin qeydinə əsasən yüksək gərginlikli elektrik xətti keçir. Həmçinin qeyd olunan boru xətləri şimaldan hasardan təqribən 12.0 aralıda və cənubdan hasar boyu gedən boru xətləri elektron bazada su boruları kimi qeydə alınmışdır. Bazaya əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisi deyildir. Sahə dövlət mülkiyyəti torpağıdır. İddiaçı ona məxsus mühafizə zonasında cavabdeh tərəfindən özabaşına inşa olunan tikililərin onun maraqlarına toxunması səbəbindən sökülməli olmasını iddia etsə də, iş üzrə alınan mütəxəssis və ekspert rəyləri ilə torpaq sahəsinin DNŞ-in istifadəsinə verilən torpaq sahəsi olmadığı müəyyən olunduğundan, iddia tələbində istinad etdiyi halları ilkin sübut etmək vəzifəsi daşıyan iddiaçı iddia tələbində istinad etdiyi halları, apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilmədiyindən, şəxsiyyəti məhkəməyə məlum olmayan, imzaları hər hansı bir formada təsdiq edilməyən şəxslərin cavabdeh barəsində deyil, kənar bir şəxs barəsində tərtib etdikləri akt, kimə məxsusluğu, ünvanı məlum olmayan yaşayış evinin şəkilləri hazırkı iddia tələbinin təmin edilə bilinməsi üçün mötəbər sübut növü olmadığından, kollegiya hər hansı bir sübuta söykənməyən apellyasiya şikayətinin dəlillərini də əsassız hesab edib təmin edilməməsi, mübahisələndirilən qətnamənin isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Şərh olunanlara əsasən, İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə İddiaçıblikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar