Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7013/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı1 Mehdi oğlunun Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(009)-737/2021 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı1 Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı1 Mehdi oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borc qismində 8000 manat, həmin pul vəsaitinin gecikdirilməsməsinə və qanunsuz saxlanılmasına görə gecikdirilmiş hər ay üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərildiyi kimi əsas məbləği faizi ilə cavabdehdən tutulub şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(009)-737/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 1000 manat alınıb, İddiaçı1 Mehdi oğluna verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı1 Mehdi oğlu Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(009)-737/2021 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarından görünür ki, apellyasiya şikayətinə əlavə edilmiş iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədə əsasən dövlət rüsumu 15 manat ödənilməli olduğu halda, 10 manat dövlət rüsumu ödənilmişdir. “X2” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə görə iddia qiyməti 500 manatdan çox olduqda tutulmalı olan məbləğ 30 (otuz) manat təşkil edir. Həmin Qanununun 8.4-cü maddəsinə görə apellyasiya şikayətlərindən, bu Qanunun 8.1-ci maddəsində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi ödənilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(009)-737/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Ona görə də hazırkı vəziyyətdə iddiaçının apellyasiya şikayətinə baxılması üçün prosessual əsaslar olmadığından, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2 maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 361, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 2(009)-737/2021 saylı qətnaməsindən iddiaçı “xxxx” MMC-nin direktoru İddiaçı1 Mehdi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Səbail rayon Məhkəməsinə qaytarılsın. Qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, yenidən apellyasiya şikayəti ilə müraciət oluna bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7013/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7013/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver