Məhkəmə qərarları › İş №2(103)-7025/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7025/2025

27.07.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-7025/2025 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Məmmədov Məmməd Allahverdi oğlu və X4 ibarət tərkibdə, X8 qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X10 Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: SOCAR “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mmlik yeraltı neft kəmərinin yaxınlığında neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında Cavabdeh yaşadığı ev özbaşına tikilidir. Hazırda iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi istismarında olan Bibiheybət-Yasamal Dş 300 mm-lik magistral neft kəmərinin mühafizə zonasında cavabdehə məxsus ev düşdüyünə görə sökülməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçıblikası Dövlət Neft Şirkəti (SOCAR) “Neft Kəmərləri” İdarəsinin cavabdeh Cavabdeh qarşı neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km-də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evi və çardaq tikilisi faktı aşkar edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evinin və çardağın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı SOCARın “Neft Kəmərləri” İdarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, ünvan 1 ünvanında İddiaçıblikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş- 300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km-də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20-25 metr aralı məsafədə neft boru kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və çardağı cavabdeh Cavabdeh vəsaitinin hesabına sökülməsi, cavabdehin həmin ərazidən çıxarılması, Cavabdeh İddiaçıblikası Dövlət Neft Şirkətinin (SOCAR-ın) “Neft Kəmərləri” İdarəsinin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pulun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “cavabdeh tərəfindən onun evinin neft kəmərlərindən 20-25 metr aralı məsafədə yerləşməsi etiraf olunduğundan, bununla da cavabdeh tərəfindən həmin tikinti iddiaçının qanuni istifadəsində olan torpaq sahəsində aparıldığı və həmin tikili statusuna görə özbaşına olduğu, eyni zamanda həmin tikili yeraltı neft kəmərinin mühafizə zolağında yerləşdiyi üçün, iddiaçı mübahisəli tikilinin sökülməsi tələbi ilə məhkəmədə çıxış etməkdə tam haqlıdır. Beləliklə məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq hesab etmişdir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 20-25 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm “Neft Kəmərləri” İdarəsinin razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir”. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilərək, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “ünvan 1, ev 17B yerləşən fərdi yaşayış sahəsi 2001-ci ildə Gülnarə Rüstəmova adlı şəxs tərəfindən tikilmiş və bütün kommunal xidmətlərlə (su, qaz, işıq, və sairə) təchiz olunmuş, rayonun MİS-də qeydiyyata alınaraq, yaşayış sahəsinə müvafiq hesab nömrəsi verilmişdir. Həmin fərdi yaşayış evini isə o 2025-ci ilin mart ayında alaraq köçmüşdür, həmin vaxt sanitar qövşağı çöldə çardağın altında, giriş hissəsi isə həyət tərəfdə yerləşirdi. Belə vəziyyətdə gecə vaxtı sanitar qovşaqdan istifadə etmək qorxulu olduğu üçün çardağın sanitar qovşağı tərəfindən 2x3 metr ölçüdə hörüb qapını evin girişi tərəfdən qoymuşdur. İddiaçı “Neft Kəmərləri” İdarəsinin 3 nəfər əməkdaşı əraziyə gələrək ## ### 2025-ci il tarixdə akt tərtib etmişlər. Həmin akta qeyd edilmişdir ki, ərazıyə baxış keçirilərkən Cavabdeh məxsus yaşayış evin qarşısındakı dam örtüyünün çardaq hissəsinin altında 2 metr enində 3 metr uzunluğunda 5 mişar daşı hündürlüyündə yeni hörgü işinin aparılması və qapı qoyulması aşkarlanmışdır. Ev sahibi Cavabdeh istismarçı təşkilat ilə razılaşdırmadan tikinti işlərinin aparılması qanuna zidd olduğu izah edilmiş və şifahi xərərdarlıq edilərək işlərin dayandırılması tələb edilmişdir. Həmin vaxt onlara bildirmişdir ki, ev 2001-ci ildə tikilib və onun tikmədiyindən məlumatları vardır, evi 2025-ci il mart ayında alaraq, evdə əlil övladı olduğu üçün yalnız sanitar qovşağın qapısının yerini dəyişdirmişdir. Bir müddətdən sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddia tələbi təmin edilmişdir. İddiaçı “Neft Kəmərləri” İdarəsinə, MİS-nə və ərazini kommunal xidmətlərlə təchiz edən idarələrə məlumdur ki, evin əvvəkli sahibi oranı 2001-ci ildə tikdirmiş və həmin ildən ev onun açıq və fasiləsiz istifadəsində olmuşdur. Evi ondan alandan sonra əvvəlki sahibin adına olan hesab nömrəsi və bütün kommunal təcizatlar üzrə sayğaclar həmin idarələr tərəfindən onun adına dəyişdirilmişdir. Həmin ərazidə 15 ədəd ayrı-ayrı yaşayış sahələri mövcuddur və orada olan bütün evlər kommunal təchizatla təmin edilmişdir. İddiaçı “Neft Kəmərləri” İdarəsinə 24 il əvvəl inşa edilən evin sanitar qovşağından istifadə edilməsi qorxulu olduğuna görə çardağın sanitar qovşağı tərəfindən 2X3 metr ölçüdə hörüb qapını yan tərəfdən qoyulduğu üçün, bütün evin sökülməsini onun üzərinə qoymaqda əsassız iddia qaldırmişdır. Məhkəmə isə lazımi qaydada araşdırma aparmadan əraziyə baxış keçirmədən, eyni zamanda iddiaçının tərtib etdiyi akta göstərilənlərlə (yəni çardaq hissəsinin altında 2 metr enində 3 metr uzunluğunda 5 mişar daşı hündürlüyündə yeni hörgü işinin aparılması və qapı qoyulması tərəflərindən aşkarlanmışdır) iddia ərizəsində qeyd edilən (yəni bütün evin sökülməsi) tələbdəki uyğunsuzluğu dəqiqləşdirmədən iddianı tam təmin etməkdə haqlı olmamışdır. Əraziyə baxış keçirilsə qeyd edilən hallar öz təsdiqini tapar. Eyni zamanda tikinti ekspertizası keçirilmiş olsa həmin evin nə vaxtdan tikildiyi və onun tərəfindən alınandan sonra hansı işlərin görüldüyü (yəni köhnə tikili ilə təzə tikili) aşkar oluna bilər. İddiaçı 2001-ci ildə inşa edilən evin hazırda sökülməsinə dair tələb irəli sürməklə hüquqlarında sui-istifadə edir. Belə ki, 24 il ərzində iddiaçının və digər səlahiyyətli şəxslərin gözü qarşısında öz əmlakı kimi vicdanla, açıq və fasiləsiz sahiblik edən şəxsə qarşı tələb olmadığı halda, yalnız ona qarşı göstərilən iddia ilə müraciət etməkdə orada yaşayan digər şəxslərlə qeyri-bərabər vəziyyətə salmışdır”. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsinin İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Torpaq Məcəlləsi:

9. İddiaçıblikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, İddiaçıblikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.

22. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır.Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

111. İddiaçıblikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

“Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfidən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “Neft Kəmərləri” İdarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarında olan SOCAR Təhlükəsizlik İdarəsinin * saylı komandasının qarovul rəisi İsayev Sahil Valeh oğlu, mühafizəçi X5 və NKİ QİB NBKXS-nin mühəndisi X3 tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2025 ci il tarixdə * saylı qarovulun 2-ci iş növbəsində saat 23:40-da ** saylı postun (NKl-nin X6-300 mm-lik magistral neft boru kəmərinin mühafizəsi üzrə avtomobildə səyyar) ərazisində Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında, X6-300 mm-lik yeraltı neft boru kəmərinin 0,9-cu km-də 3 kəmərə paralel 1-ci sırada təxminən kəmərdən 20 metr məsafədə vətəndaş Cavabdeh məxsus yaşayış olan ev qarşısında olan dam örtüyünün çardaq hissəsinin altında 2 metr enində, 3 metr uzunluğunda 5 mişar daş hündürlüyündə yeni hörgü işinin aparılması və qapı qoyulması tərəfindən aşkarlanmışdır. Ev sahibi Cavabdeh istismarçı təşkilat ilə razılaşdırmadan tikinti işlərinin aparılmasının qanunazidd olduğu izah edildi, yazılı xəbərdarlıq götürməkdən imtina etdiyi üçün şifahi xəbərdarlıq edilərək işlərin dayandırılması tələb edildi. Lakin sözügedən evin sahibi evin sanitar qovşağının həmin hissədə olduğunu və evində əlil övladı olduğu üçün təhlükə yaratdığından həmin hissəni tikəcəyini bildirdi. Birinci instansiya məhkəməsi iddia tələbi təmin edərkən cavabdeh tərəfin etirafına istinad etmişdir. Halbuki hazırda Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında cavabdeh Cavabdeh məxsus fərdi yaşayış evi iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km-də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə cavabdehə məxsus evin neft boru kəmərinin mühafizə zonasında yerləşməsi iş materialları ilə müəyyən edilməmişdir. Həmin halın müəyyən edilməsi isə mübahisənin mahiyyəti baxımından həlledici əhəmiyyət kəsb edir. Belə ki, əgər cavabdehin istifadə etdiyi fərdi yaşayış evi iddiaçının göstərdiyi neft boru kəmərinin mühafizə zonasında deyilsə, bu halda iddia tələbi yanlış obyektə yönəlmiş ola bilər. Bu səbəbdən obyektin ünvanının və fiziki mövqeyinin dəqiqləşdirilməsi mübahisənin düzgün həllinə xidmət edir. Bu baxımdan Məhkəmə Kollegiyasının qərardadı ilə cavabdehə məxus ev iddiaçı SOCAR-ın “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət-Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin 0,9-cu km də, boru kəmərinə paralel, 1-ci sırada, kəmərdən təxminən 20 metr aralı məsafədə neft boru kəmərinin mühafizə sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən edilməsi üçün mütəxəssis rəyi alınması qərarа alınmışdır. İddiaçıblikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən yerin koordinatı əlavə olunmuş (X-400339; Y-4466903). Əraziyə baxış keçirilməsinə şərait yaradılmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla verilmiş sahə neft kəmərinin mühafizə zolağında yerləşir. Göründüyü kimi, SOCAR “Neft Kəmərləri” İdarəsinin istismarında olan Bibiheybət- Yasamal Dş-300 mm-lik yeraltı neft kəmərinin yaxınlığında neft boru kəmərinin mühafizə zonasında Səbail rayonu, Bibiheybət qəsəbəsi, Gülbala Əliyev küçəsi ünvanında Cavabdeh məxsus ev mövcuddur və özbaşına tikilidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, ətraf ərazidə cavabdehin xəbərdar olması vizual müşahidə ilə mümkün olmuş, cavabdehin özü hüquq qaydalarına uyğun davranmamış və mövcud şərtlər daxilində mövcud evi alaraq əlavə inşaata vəsait sərf etməsinin riskini əvvəlcədən görməli olmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına” qarşı iş üzrə ## ####### 2018-ci il tarixli qərarda Jidovun şikayəti üzrə Məhkəmə qeyd etmişdir ki, “...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev Mülki Məcəllənin 222-ci maddəsinin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”. Avropa Məhkəməsinin “Əhmədova Azərbaycana qarşı” qərarının da məzmunundan göründüyü kimi, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının * saylı Protokolunun 1ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökumət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılıması üçün hər hansı prosedur olmadığı halda hazırkı şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahələrində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikililərin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bundan başqa, İddiaçıblikası Nazirlər Kabinetinin # ###### 2004-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonasının müəyyənləşdirilməsi” qaydalarının 4.1-ci bəndinə əsasən, İxrac Neft Boru Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə İNBK-nın marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir. İddiaçıblikasının Fövqəladə Hallar Nazirliyinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın təsdiq edilməsi barədə ##.##.2023-cü il tarixli **/**-*** nömrəli Qərarının (##.##.2023-cü il tarixdə 15202304131020 reyestr nömrəsi verilməklə İddiaçıblikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir) 6.1-ci bəndi ilə magistral neft kəmərlərinin mühafizə zonaları müəyyənləşdirilmişdir. Belə ki, Qaydaların 6.1.1-ci bəndinin 1-ci abzasına əsasən, magistral neft kəmərinin marşrutu boyunca – boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. İşin faktiki hallarından görünür ki, cavabdehə məxsus ev neft kəmərinin həm mühafizə zonası, həm də təhlükəsizlik zonası daxilində yerləşdiyindən yüksək təzyiqli neft kəməri, həmçinin ətrafdakılar, eləcə də həmin tikilidən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehə məxsus ev “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşməsi müəyyən edildiyindən iddia tələbi əsaslı olmuşdur. Bundan başqa cavabdeh özü də izahatında tikilinin 20 metr olmaqla neft kəmərlərinə aid hissədə yerləşməsini qəbul etmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, mübahisəli özbaşına tikili “Neft Kəmərlər” İdarəsinin istismarında olan neft kəmərin mühafizə zonasında kəmərdən 20- 25 metr aralı məsafədə inşa olunduğundan və həmin tikili həm “Neft Kəmərləri” İdarəsinin razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan, iddia tələbinin əsaslı hesab edilməsi və təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, həmin dəlilləri apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyi eləcə də cavabdehin izahatı ilə təkzib edilmişdir. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh apellyasiya şikayətinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən apellyasiya şikayəti göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçıblikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə İddiaçıblikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar