Məhkəmə qərarları › İş №2(103)-7041/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7041/2022

23.11.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7041/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1, Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evi və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsi, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi, Bakı şəhəri, Səbail rayonu, Aydın Məmmədov küçəsində yerləşən 85 saylı evin həyətyanı torpaq sahəsi ilə yanaşı sahədə “A” və “B” tikililərindən kənarda inşa edilmiş 2 mərtəbəli yaşayış evinin və habelə “B” tikilisində 1-ci mərtəbədən 2-ci mərtəbəyə keçid sahəsinin, eləcə də “B” tikilisinin üstündə inşa edilmiş 2-ci mərtəbənin sökülməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 AZN məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub iddiaçıya verilməsi və iş üzrə Az. Res. ƏN. MEM tərəfindən keçirilmiş xx.xx.2022-ci il tarixli 07/4748 №-li məhkəmə ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin cavabdehlərdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki işin apellyasiya baxışından çıxarılması və Cavabdeh2 verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş qaydada (elektron formada) verilmədiyindən geri qaytarılmışdır. Həmin qərardaddan Cavabdeh2 tərəfindən verilmiş şikayət Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadı ilə təmin edilməmiş və mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Bununla belə apellyasiya baxışı zamanı Elektron Məhkəmə İnformasiya Sistemində olan məlumatlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2(009)-79/2022 nömrəli qərardadından şikayət verməklə yanaşı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən də elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılmasını təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi eyni zamanda vəkili Vəkil2 və İddiaçı nümayəndəsi eyni zamanda vəkili Vəkil1 işin apellyasiya baxışından çıxarılmasına etiraz etmədiklərini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, hazırki iş üzrə apellyasiya şikayətlərinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməklə, iş həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 384.0.6 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2022 saylı, 27 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilməklə, mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh2 verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar