Məhkəmə qərarları › İş №2(103)-7045/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7045/2023

13.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7045/2023 13.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: aidiyyətin mübahisələndirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya” tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək X3 ölümünə görə 5000 manat məbləğində və X1 ölümünə görə 5000 manat sığorta ödənişinin və iddia ərizəsinin verilməsinə görə 120,40 manat dövlət rüsumu, cəmi 10120,40 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2472/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir.

3. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-3634/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından göründüyü kimi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki prosessual qanunvericiliyin aidiyyətlə bağlı müəyyən etdiyi ümumi qaydaya görə iddia ərizəsi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göründüyü kimi, iddiaçı aidiyyət qaydalarına əməl edərək düzgün olaraq Şəmkir Rayon Məhkəməsinə müraciət etmiş və Şəmkir Rayon Məhkəməsi tərəfindən iddia ərizəsi düzgün olaraq icraata qəbul edilmişdir. Məhkəmə hesab etmişdir ki, “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2021ci il tarixli qərarında göstərilən aidiyyət qaydası sırf həmin kateqoriyadan olan mülki işlər üçün nəzərdə tutulmuşdur.

Tətbiq edilən hüquq normaları:

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd edilir ki, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

6. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məcəllənin 44.2-ci maddəsində qeyd edilir ki, məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə.

7. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır

8. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki işə Şəmkir Rayon Məhkəməsində baxılmalıdır.

10. Kollegiya ilk olaraq qeyd edir ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən prosessual pozuntu hallarına yol verilmişdir.

11. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, X3 ölümünə görə 5000 manat məbləğində və X1 ölümünə görə 5000 manat sığorta ödənişinin və iddia ərizəsinin verilməsinə görə 120,40 manat dövlət rüsumu, cəmi 10120,40 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

12. Şəmkir rayon Məhkəməsi iş materiallarının Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməli olması qənaətini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonunda yerləşən 13 saylı cəzaçəkmə müəssisəsində çəza çəkir və “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən iddia tələbi cavabdehin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin yerləşdiyi yerin məhkəməsinə verilməlidir.

13. Məhkəmə kollegiyası qeyd edir ki, “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2021-ci il tarixli qərarı məhz həmin kateqoriyadan olan iddia tələblərinə baxılması ilə bağlı qaydaları tənzimləyir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilməsi qaydası da nəzərdə tutulmışdur.

14. Mülki prosessual qanunvericiliyə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

15. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh qeydiyyat ünvanı ünvan 2b edir ki, cavabdehin qeydiyyat ünvanı Şəmkir rayonu olduğu üçün iş materialları baxılması üçün ərazi aidiyyət qaydalarına riayət edilməklə Şəmkir rayon Məhkəməsinə göndərilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Şəmkir Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar