Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7046/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, Ərizəçi “şəxsin fəaliyyət qabiiyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinnin 28 avqust 2024-cü il tarixli, 2(004)-1201/2020 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, xx.xx.1960-cı ildə Rusiya Federasiyasında anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilərək, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1960-cı il təvəllüdlü RF-da anadan olmuş Azərbaycan Respublikası vətəndaşı X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən X12 apellyasiya şikayəti və ona əlavə olunmuş ərizələr (maraqlarına toxunan şəxs kimi tanınması və müddətin bərpası barədə) verərək, qətnamənin onun maraqlarına toxunduğundan müvafiq məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanınaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli 2(004)- 1201/2020 nömrəli nömrəli qərardadına əsasən ərizə təmin edilərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X12 marağına toxunan şəxs olaraq tanınmış; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(004)-1305/2019 saylı qətnaməsinə əsasən X11 İbrahimovun xeyrinə 9000 (doqquz min) ABŞ dolları məbləğində pulun tutulması qət edilmiş, lakin T.Abbasovanın müvafiq qətnamə ilə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi səbəbindən qətnamənin icrası mümkünsüz olmuşdur. X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair ərizəsi 9 yanvar 2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Nəticə etibarilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 iyun 2020-ci il tarixli qətnaməsi ilə X7 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilmişdir. Eyni zamanda ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 1 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Tatyana Abbasova Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş və onun məhkəmə tərəfindən fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsindən təxminən 3 ay sonra kassasiya şikayətinə hüquqi qiymət verilmişdir. Bir sözlə, X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə dair məhkəmə prosesi ilə X8 olan borcunun mübahisələndirilməsinə dair məhkəmə prosesi paralel olaraq baxılmışdır. Fəaliyyət qabiliyyəti omayan şəxs tərəfindən başqa məhkəmə işi üzrə kassasiya şikayətinin verilməsi bir daha onu göstərir ki, məhkəmə ərizəçini maraqlarına toxunan şəxs olaraq tanınmasını qərara almaqda haqlıdır. Bundan sonra məhkəmə maraqlı şəxsə qətnamənin surətinin xx.xx.2024-cü il tarixli müraciətinə əsasən xx.xx.2024-cü il tarixdə rəsmi qaydada göndərildiyini, xx.xx.2024-cü il tarixdə isə X12 tərəfindən apellyasiya şikayəti verildiyini, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin geri qaytarıldığını, maraqlı şəxsin qətnamədən apellyasiya şikayəti verilməsi üçün müddətin üzürlü səbəbdən ötürdüyünü nəzərə alaraq hesab etmişdir ki, ərizə təmin edilməli və buraxılmış prosessual müddət bərpa edilməlidir Ərizəçi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinnin 28 avqust 2024-cü il tarixli 2(004)-1201/2020 nömrəli qərardadından şikayət verərək, müvafiq qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əvvəla X12 xx.xx.2024-cü il tarixli, 2(004)- 1201/2024 saylı qərardadla maraqlarına toxunan şəxs olaraq tanına bilməz, çünki ərizəçi dedikdə (Ərizəçi nəzərdə tutulur), xüsusi icraat qaydasında baxılan işlər üzrə məhkəməyə müraciət edən şəxs başa düşülür. Maraqlı şəxs isə xüsusi icraat qaydasında baxılan işlər üzrə məhkəmənin çıxardığı qərarla üzərinə müəyyən vəzifələr qoyula biləcək yaxud həmin qərarı icra etməli olan şəxsdir. AR MPM-də X2 şəxslərin bu kimi işlərdə maraqlı şəxs olması nəzərdə tutulmayıb. Məhkəmə X9 maraqlı şəxs kimi tanımaqla kobud səhvə yol verib. Belə ki, bu işdə X12 nə üzərinə müəyyən vəzifələr qoyula biləcək nədə məhkəmənin qərarını icra etməli olan şəxsdir. Digər tərəfdən, müddətin buraxılması məsələsinə gəldikdə X12 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/20129 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi icra məmurunun “icra edilməyən və ya icra edilmiş sənədin məhkəməyə və digər orqanan qaytarılması haqqında” Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru X1 xx.xx.2020-ci il tarixli qərarını icra məmurundan dərhal almış və qərardan şikayət verməmişdir, bundan sonra dəfələrlə icra şöbəsinə gələrək narazılığını bildirmişdir. Bu barədə hələ 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında məlumatımız olmuşdur. Sual olunur X12 dörd ilə yaxın müddət ərzində 2(004)-1305/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinin icra olunmaması səbəbini bilmirdimi ki, vaxtında şikayət verərdi? Ağlabatan müddət — mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddətidir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 568 №li məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, X7 damar mənşəli dərin demensiya (ağıl zəifliyi) psixotik daxil olmalarla müəyyən edilir, öz hərəkətlərinin mənasını dərk etmək və idarə etmək baxımından onu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsas vardır. X3 demensiya yəni yaddaş unutqanlığından əziyyət çəkməsi barədə onun oğlu və hazırda qəyyumu Ərizəçi tərəflər arasında bundan əvvəl olmuş məhkəmə çəkişmələri zamanı sədrlik edən hakimə bildirmiş və bu xx.xx.2019-cu il tarixli, 1305/2019 saylı qətnamədə öz əksini tapmışdır, eyni zamanda anasının fəaliyyət qabiliyyətinin olmadığını, lakin bunu təsdiq edən sənədi təqdim edə bilmədiyini bildirmişdir. Sədrlik edən hakim X3 fəaliyyət qabiliyyətsizliyə görə məhkəməyə müraciət edilibmi sualına da oğlu yox cavabı vermişdir. Bundan sonra onlar həkimə müraciət etmişlər və göndəriş əsasında psixiatrik xəstəxanada müalicə almasına baxmayaraq demensiya xəstəliyi get-gedə ağırlaşmışdır. X7 hələ 1980ci illərdə iş yerində nərdivandan arxası üstə yıxılması nəticəsində 23 gün komada olmuşdur ki bunun fəsadları ilbəil onun səhhətinin, psixikasının pisləşməsi ilə nəticələnmişdir. O, X4 heç zaman pul almamışdır onu tanımırdı da, onun arvadı Bənnurədən aylıq 5 faizə pul götürəndən sonra illərlə ona faiz ödəməsinə rəğmən Bənnurə onu daima təzyiq və hədə altında saxladığından onun psixikası tam pozulmuşdur. Hədə altında onu notariat ofisinə apararaq orada borcun etirafı müqaviləsinin imzalamasına nail olmuşlar. İllərlə keçirilən stres, gecə yarısı hədə dolu zənglər Tatyana Abbasovanın fəaliyyət qabiliyyətsiz olmasına gətirib çixarmışdır. X12 ilə məhkəmə çəkişməsi zamanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 aprel 2021ci il tarixli qərarı (Qərarda göstərilir ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz) mövcud olmadığından X6 arvadı Bənnurə (Aynur) Cəfərovadan (sələmə) fazilə aldığı pulun mübahisəsi, faizin tələbinə dair səs və sms yazıları məhkəmə tərəfindən sübut kimi qəbul edilməmişdir, Nəticədə, o, evi də sataraq sələm əvəzi İbrahimovlara ödəmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinnin 2(004)-1201/2020 saylı, 3 dekabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Bu Məcəllənin 357.2-ci maddəsinə görə həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Qeyd edilməlidir ki, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin icraatı üzrə prosessual qayda, MPM-nin 357.1-ci maddəsində göstərilən şəxslərin şikayətlərindən fərqli formada müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. İş materiallarından göründüyü kimi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan xx.xx.1960-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi qət edilmişdir. Həmin qətnamədən X12 apellyasiya şikayəti verərək, qətnamənin onun maraqlarına toxunduğundan müvafiq məhkəmə aktı ilə maraqlarına toxunan şəxs kimi tanınaraq, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apelyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi işdə iştirak etməyən şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti daxil olduqda, ilk addım qəbul edilən qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını müəyyən etməkdən ibarətdir. Birinci instansiya məhkəməsi bu məsələni araşdırmalı, həmçinin apellyasiya şikayətinin MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamalıdır. Qəbul edilən qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayəti MPMnin tələblərinə uyğundursa, bu barədə qərardad qəbul edilməli və apellyasiya şikayəti işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunubtoxunmamasının müəyyən edilməsi məqsədilə ilk öncə icra qanunvericiliyində nəzərdə tutulmuş maddələrin məzmununa nəzərə salaraq aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, “İcra haqqında” Qanunun müvafiq maddələrinin məzmunundan göründüyü kimi borclunun fəaliyyət qabiliyyəti olmayan sayılması halı icra sənədinin qaytarılması və ya icraata xitam verilməsinin əsaslarına aid edilməmişdir. Belə ki, borclunun müvafiq sağlamlıq statusu onun məhkəmə aktına əsasən üzərinə qoyulmuş öhdəlikdən azad olunması üçün əsas deyildir. Belə olan halda icra sənədinin icrası fəaliyyət qabiliyyəti olmayan borclunun əvəzinə ona qəyyum təyin edilmiş şəxs tərəfindən təmin edilir. Sonuncu tərəfindən icra sənədinin icrası da qəyyumluqda olan fiziki şəxsin əmlakı hesabına və yalnız qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsi alınmaqla həyata keçirilir. Belə ki, məlum olan haldır ki, qəyyumluqda olan fiziki şəxs öz əmlakı barəsində müstəqil surətdə sərəncam vermək hüququna malik olmasa da, o, mülkiyyətində olan əmlaka (gəlirlər (pensiya, əmlakların idarə edilməsindən ona çatası gəlirlər və s.), daşınmaz və daşınar əmlaklar) sahiblik etməyə davam edir. Həmin əmlakların həmçinin məhkəmə aktına əsasən yaranmış öhdəliklərinin icrasını təmin etmək məqsədilə xərclənməsi onun mənafelərinə zidd deyildir. Yuxarıda sadalananların məntiqi davamı kimi qeyd edilməlidir ki, hazırki halda da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi onun Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/20129 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə borclu statusuna xitam verilməsinə əsas olmamışdır. X6 verdiyi ərizədə, həmçinin birinci instansiya məhkəməsinin çıxardığı qərardadda hər hansı araşdırma aparmadan bu hala istinad etməsi də anlaşılan deyildir. Ümumiyyətlə psixi pozuntusu nəticəsində əsas həyatı tələbatını müstəqil təmin etmək qabiliyyəti olmayan şəxsin psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi kənar şəxslərin deyil, bu şəxsin ailə üzvlərinin, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların) maraqlarına toxunan haldır. Göründüyü kimi mübahisələndirilən qətnamənin X6 maraqlarına toxunubtoxunmaması barədə məsələ birinci instansiya məhkəməsi tərəfindən müvafiq qanunvericiliyə əsasən yoxlanılmamış, buna baxmayaraq müvafiq ərizənin təmin edilməsi barədə qərardad qəbul edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası borclunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinin barəsində başlanılmış icra icraatına xitam verilməsi üçün əsas olmadığını nəzərə alaraq hesab edir ki, borclu X3 sağlamlıq statusunu müəyyən edən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin şikayət verənin hüquqlarına toxunması barədə ərizəyə baxan birinci instansiya məhkəməsinin qeyd olunan istiqamətdə hər hansı araşdırma aparmadan gəldiyi qənaəti prosessual qanunvericiliyə zidd olmuşdur. Bundan başqa, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə, məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Qərardaddan isə görünür ki, X12 tərəfindən verilmiş şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayan birinci instansiya məhkəməsi onun mübahisələndirmək niyyətində olduğu məhkəmə aktı barəsində həqiqətən məlumatsız olub-olmadığını kifayət qədər araşdırmamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1305/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə icra məmurunun qərarından, həmin qərarın qəbul edilməsini şərtləndirən hallardan X6 nə vaxtdan məlumatlı olduğuna, bu tarixdən neçə vaxtdan sonra məhkəməyə müraciət etdiyinə, bununla da Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin ötürülüb-ötürülmədiyinə, ötürülübsə bunun üzrlü səbəbdən baş verdiyinə və digər bu kimi hallara qiymət verməmişdir. Halbuki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin hüquqlarına toxunduğunu iddia edən şəxs bu məsələni xüsusi diqqətdə saxlamalı, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməli idi. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı şikayət əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X6 maraqlarına toxunub-toxunmaması və digər məsələlərin yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla həlli məqsədilə mülki iş yenidən həmin məhkəməyə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1201/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin X6 maraqlarına toxunub-toxunmaması məsələsinin həlli, həmçinin X12 tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə yenidən baxılması məqsədilə (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-7046/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7046/2024
24.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver