Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7058/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə İş № 2(103)-7058/2022 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(011)-4348/2022 saylı qətnaməsindən cavabdeh ”zaq̇ ırəzA“ İB tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.ünvan 1 ünvanında Əmanət Ədibəyovun adına xx.xx.2020-ci ildə sayğac quraşdırılmışdır. xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsinə görə 30 iyul 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 2160 kub.m qaza görə 216 manat borc müəyyən edilmişdir. xx.xx.2021-ci ildə istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən istehlakçı Əmanət Əlibəyov qanunsuz qoşulmaya görə yaranmış borcla razılaşmışdır. 2.Bundan əlavə təbii qazdan istifadəyə görə sayğac göstəricisinə əsasən 801,9 manat borc hesablanmışdır. 3.İddiaçı 1017,90 manat məbləğində borcun silinməsini xahiş edir. a)Birinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona əsassız yazılmış 1017.90 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.İddia tələbi onunla əsaslandırılır ki, onun yaşadığı ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən 2021-ci ilin iyul ayında qaz sayğacı dəyişdirilən zaman heç bir əsas olmadan yaşadığı ünvanın istehlakçı hesabına (**********0020 abonet kodu) əsassız olaraq 1017,90 manat borc yazmışlar. Qeyd edilən mənzil və istehlakçı kodu mərhum babası X2 məxsus olmuşdur. Daha sonra vəsiyyət əsasında həmin mənzil onun adına rəsmiləşdirilmişdir. Mənzilin mülkiyyət hüquqları onun sərəncamına verilmişdir. Borc üzrə tərtib edilmiş aktlar iştirakçısı olmayan mərhum vəfat etmiş Əmanət Əlibəyovun adına rəsmiləşdirilmişdir. Bu isə sənəd saxtakarlığıdır. 6.Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim-İlahə Abbasova) 12 sentyabr 2022-ci il tarixli, 2(011)-4348/2022 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanı ilə bağlı hesablanmış 1017.90 manat borc məbləğini silmək vəzifəsi Cavabdehnə həvalə edilməsi qət olunmuşdur. 7.Məhkəmə qeyd etmişdir ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh tərəfindən tərtib olunmuş 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətində iddiaçının mənzilindən çıxarılmış “Sayğacın hesablama mexanizminin qapağına vurulan zavod qurğuşun plombu kəsilib və yapışqan maddə ilə yenidən bərpa olunub” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi, eyni zamanda iddiaçının evinə dair hesablanmış 1017.90 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. 8.Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na əsasən qaz istehlakçıları ilə bağlanmalı olan müqavilənin forması və məzmunu dəyişdirilsə də, cavabdeh təşkilat həmin qaydaların tələbinə riayət etməmiş, X1 vəfat etdiyi, evdə faktiki qaz istehlakçısı İddiaçı olduğu halda müqavilənin dəyişdirilməsini təmin etməmişdir. 9.Qeyd edilənlər əsasında məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya məxsus evlə bağlı 1017,90 manat borc silinməlidir. 10.Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsi, “Qazdan istifadə qaydaları”nın 4.2, 4.8, 4.9-cu, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.2, 89.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.Apellyasiya şikayətində qeyd olunur ki, silinən 216 manat qazdan qanunsuz qoşulmaya görə yaranan borc, 801,9 manat abonentin təbii qazdan istifadəyə görə yaranmış sırf debitor borcudur. Məhkəmə iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, məhkəmə səhvən bütün iddia məbləğini sayğaca müdaxilə nəticəsində itirilmiş qazın bərpası üçün ziyan məbləği kimi başa düşmüşdür. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları
14.Məhkəmə kollegiyasının iclasında Cavabdeh İB-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göətirilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi, izahatında qeyd etdi ki, qaz xəttinə qanunsuz qoşulma ilə bağlı xx.xx.2021-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir. 30 iyul 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 2160 kub.m qaza görə 216 manat borc müəyyən edilmişdir. xx.xx.2021-ci ildə istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən istehlakçı Əmanət Əlibəyov qanunsuz qoşulmaya görə yaranmış borcla razılaşmışdır. 801,9 manat borc isə sayğacın göstəricisinə görə yaranmışdır. 15.Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, izahatında qeyd etdi ki, babası ilə bağlı onda heç bir məlumat yoxdur. Xahiş etdi ki, borc silinsin.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi 16.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 17.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 18.Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 19.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 20.Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 21.Həmin Qaydaların 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 22.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 23.Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 24.Maddələr 385.1.1, 385.1.2, 385.1.4.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
25.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 26.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanunililiyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27.Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunur ki, ünvan 1 ünvanına Əmanət Əlibəyovun adına xx.xx.2020-ci ildə sayğac quraşdırılmışdır. xx.xx.2021-ci il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsinə görə 30 iyul 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 2160 kub.m qaza görə 216 manat borc müəyyən edilmişdir. Abonuntin saldosuna əsasən sayğacın göstəricilərinə əsasən borc 801,9 manat təşkil edir. 28.Məhkəmə iddianı təmin edərkən qeyd etmişdir ki, iddiaçı tərəfindən təbii qazdan qeyriqanuni istifadə edilməsi, eyni zamanda iddiaçının evinə dair hesablanmış 1017,90 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. 29.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. 30.Kollegiya hesab edir ki, qətnamə yuxarıda qeyd olunanlara əsasən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. 31.Belə ki, iş materiallarında olan 30 iyul 2021-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 2160 kub.m qaza görə 216 manat borc müəyyən edilmişdir. xx.xx.2021-ci ildə istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən istehlakçı Əmanət Əlibəyov qanunsuz qoşulmaya görə yaranmış borcla razılaşmışdır. 801,9 manat borc isə abonent saldosuna əsasən sayğacın göstəricisinə görə yaranmışdır. 32.Göründüyü kimi, adına abonent saldosu olan Əmanət Əlibəyovun qoşulma ilə bağlı xx.xx.2021-ci ildə istehlak olunmuş dəymiş ziyana görə yaranmış debitor borcun ödənilməsi barədə razılaşma protokoluna əsasən razılaşması olmuşdur. Hazırda iddiaçının əmlakın ona keçməsini bildirməsi halında bu, 216 manat borcun silinməsi üçün əsas yaratmır. 33.Həmçinin 801,9 manat borc sayğacın göstəricilərinə əsasən hesablanmış borc olmaqla, qanunsuz hesablanmış borc olması halı müəyyən olunmur. 34.Göründüyü kimi, cavabdeh tərəf işdə olan sənədlərə əsasən 1017,90 manat borcun 216 manatının qanunsuz qoşulmaya görə, 801,9 manatın isə sayğacın göstəricilərinə görə yaranmış borc olmasını sübut etmişdir. 35.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh ”zaq̇ ırəzA“ İB-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(011)-4348/2022 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz .
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev