Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7063/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh İB-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərzəsində tələb olunub ki, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, bağlar massivində yerləşən, iddiaçıya aid olan evdə (abonent kodu **********00014) qazdan istifadəyə görə cavabdeh tərəfindən hesablanmış 4.579,20 manat borc silinsin. Qətnamə ilə qət olunub ki, iddia təmin olunsun, 4.579,20 manat borc silinsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin borc ona görə hesablanıb ki, iddiaçı qazdan sayacdankənar istifadə edib. İddiaçı həmin borcun hesablanmasını qanunsuz hesab edir, qazdan qeyri-qanuni istifadə etmədiyini bildirir. İddiaçının bildirdiyinə görə həmin ünvanda yaşayış yoxdur, üç il bundan qabaq torpaq sahəsi alıb, torpaq sahəsini alanda orada kiçik ev var idi, həmin evi söküb, yeni ev tikib, evdə suvaq işləri görülüməyib, yaşayış üçün hazır deyil, evdə yaşayış yoxdur və evdə ümumiyyətlə heç bir qaz cihazı yoxdur. Cavabdeh iddiaçının qazdan qeyri-qanuni istifadə etdiyini təsdiq edən sübut təqdim etməyib. Cavabdeh aktlara istinad etsə həmin aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunub, ona görə də hazırkı mübahisənin həllində mötəbər sübut sayıla bilməz. Cavabdeh fotoşəkillər təqdim etsə də fotoşəkillər öz-özlüyündə iddiaçının qazadan qeyri-qanuni istifadə edildiyini təsdiq edən sübut sayılmır. Belə ki, cavabdehin əmkdaşları evdə qazdan istifadə edilib-edilmədiyini, evdə qaz cihazlarının olub-olmadığını, evdə ümumiyyətlə yaşayış olub-olmadığını araşdırmamış, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə Mülki Məcəllənin 21, 1092, 1096 və 1097-ci maddələrinin göstərişlərinə, habelə Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na və “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-7063/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7063/2022
11.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver