Məhkəmə qərarları › İş №2(103)-7071/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7071/2023

19.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7071/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(004)- 3966/2023 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2008-ci il tarixli, 2(004)-840/008 nömrəli qətnaməsi ilə iddiaçı X5 cavabdehlər X8, X9 və X3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, X6, X7 və X2 Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilindən çıxarılmaları qət edilmiş, onların başqa yaşayış sahəsi ilə təmin edilmələri Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. 30 may 2008-ci il tarixdə qətnamədən icra vərəqəsi verilmiş və icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə göndərilmişdir.

2. X10 Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilini 09 fevral 2015-ci il tarixdə İddiaçı vəsiyyət etmişdir. X10 10 dekabr 2018ci ildə ölmüşdür və miras əmlak İddiaçı mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi xx.xx.2019-cu il tarixli elektron çıxarışa əsasən (reyestr nömrəsi - **********000-05101-093033, qeydiyyat nömrəsi **********) Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə 25 iyul 2019-cu il tarixdən İddiaçı mülkiyyətindədir.

3. İcra məmurunun 12 yanvar 2021-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2008-ci il tarixli, 2(004)-1840/2008 nömrəli icra sənədi üzrə tələbkar X10, vərəsəsi İddiaçı ilə əvəz edilmişdir.

4. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2008-ci il tarixli, 2(004)- 1172/008 nömrəli icra sənədi 25 avqust 2022-ci il tarixdə icra edilmiş, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzili boşaldılaraq İddiaçı təhvil verilmişdir. İcra məmurunun 09 sentyabr 2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2008-ci il tarixli, 2(004)-840/2008 nömrəli icra sənədi icra edildiyinə görə icra icraatına xitam verilmişdir.

5. İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 12 nömrəli evin 42 nömrəli mənzilini 25 avqust 2022-ci il tarixdə təhvil aldıqdan sonra müəyyən edilmişdir ki, onun mənzilində yaşamış məcburi köçkünlərdən X6 adına 01 iyul 2006-cı il tarixdə 10736581 nömrəli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmış və X1 istifadəyə və tullantı sularının axıdılmasına görə 25 avqust 2022-ci il tarixə kimi 1160 manat borcu yaranmışdır.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə 25 avqust 2022-ci il tarixə kimi olan müddət ərzində istifadə etmədiyi (məcburi köçkünlərin yaşadığı dövrdə) suya görə əsassız yazılmış 1159,51 manat borcun onun abunə kodundan silinməsinin və məcburiyyət qarşısında qalaraq ödədiyi 1160 manat pulun Cavabdeh ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzili İddiaçı məxsusdur. Lakin iddiaçı uzun illərdir ki, mənzili məcburi köçkünlər zəbt etdiklərinə görə öz mənzilindən istifadə edə bilmirdi. Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində yerləşən 12 nömrəli evin 42 nömrəli mənzilindən istifadə edən məcburi köçkünlər vəfat etdikdən sonra, Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 24 aprel 2008-ci il tarixli qətnaməsi icra edilmiş və mənzil 25 avqust 2022-ci il tarixdə aktla İddiaçı təhvil verilmişdir. Mənzil təhvil alınan andan etibarən su təchizatı dayandırılmışdır. İddiaçı mənzildə yaşayan məcburi köçkün tərəfindən istehsal edilmiş su borcunun silinməsi, su təchizatının bərpa olunması və abunə kodunun onun adına keçirilməsinə dair Cavabdeh ASC-yə elektron qaydada məktub ünvanlamışdır. Cavabdeh ASC-nin 01/4//01-7/6/17203 nömrəli cavab məktubunda bildirilir ki, hazırda su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə iddiaçının abonent hesabında 1159,51 manat borc var. İddiaçı borcu ödəmədiyi təqdirdə su təchizatının dayandırılması ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı suya olan tələbatını ödəmək üçün borcun ona aid olmadığına baxmayaraq, məcbur olaraq borcu ödəmişdir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(004)- 3966/2023 qətnaməsi ilə iddia təmin olunaraq, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsi, 12 nömrəli evin 42 nömrəli mənzilinə (abonent kodu **********420) 25 avqust 2022-ci il tarixə kimi olan müddət ərzində istifadə etmədiyi (məcburi köçkünlərin yaşadığı dövrdə) suya görə əsassız yazılmış 1159,51 manat borcun İddiaçı abunə kodundan silinməsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, 1160 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu olmaqla, ümumilikdə 1260 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, Cavabdeh ASC məcburi köçkün X1 istifadəyə və tullantı sularının axıdılmasına görə 25 avqust 2022-ci il tarixə kimi yaranmış 1160 manat borcu ödənilmədən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsi dayandırılmış və abunə kodu onun adına keçirməmiş, onunla yeni müqavilə bağlamamışdır. Bu səbəbdən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsinin bərpa edilməsi üçün 1160 manat borcu məcbur olaraq Cavabdeh ASC-yə ödəmişdir. Bundan sonra Cavabdeh ASC İddiaçı ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair xx.xx.2023-cü il tarixdə 47320610 nömrəli müqavilə bağlamış, **********420 nömrəli abunə kodu vermiş və mənzilə suyun verilməsini bərpa etmişdir. Nəticədə, İddiaçı istifadə etmədiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə özünə aid olmayan 1160 manat borcu ödəməyə Cavabdeh ASC tərəfindən məcbur edilmiş və ona 1160 manat maddi zərər dəymişdir. Cavabdeh ASC İddiaçı hesabına 1160 manat əsassız varlanmışdır. İddiaçı onunla bağlanmış 09 iyun 2023-cü il tarixli müqavilə üzrə yaranacaq borcun ödənilməsi üçün Cavabdeh ASC məsuliyyət daşıyır, özünün istifadə etmədiyi xidmətə görə və onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış borca görə məsuliyyət daşımır.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3, 8.8-ci bəndləri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1, 61.1 və 62-ci maddələri, Mülki Məcəllənin 21.2, 157.2. 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh ASC qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, su təchizatı və kanalizasiya müəssisəsi mövcud qanunvericiliyə müvafiq olaraq faktiki göstərilən xidmətə görə ödənişi, istifadənin dayandırılması haqqında istehlakçının azı dörd iş günündən gec olmayaraq su təchizatı və kanalizasiya müəssisəsinə məlumat verməsi halı istisna olmaqla, istehlakçı tərəfindən istifadə dayandırıldıqdan sonra da alına bilər. Normanın tələbinə əsasən iddiaçı evdə yaşamayacağı üçün xidmətlərə görə hesabat dayandırılması barədə 4 iş günü ərzində ərizə ilə müraciət etməlidir. İş materiallardında göründüyü kimi iddiaçı tərəfindən belə bir müraciət olmamışdır. Bu hal da məhkəmə tərəfindən araşdırılmamış nəticədə maddi hüquq normaları pozulmuşdur. İstifadəçi dəyişdikdə əvvəlki istifadəçi borcun olmaması barədə arayış alıb yeni istifadəçiyə təqdim etməldir. Lakiniş materiallarında belə bir arayış mövcud deyildir. Digər tərəfdən iddiaçı tərəfindən borc məbləği tam şəkildə ödənilmişdir. İddiaçı tərəfindən borc məbləğinin ödənilməsi mübahisə predmətinin aradan qalxmasını göstərir. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqələri, sübut qismində məhkəməyə təqdim edilmişdir. Təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

17. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”: 4.1.3-cü bənd. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. 8.8-ci bənd. Suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndlərinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində STKM tərəfindən suyun verilməsi bərpa edilməlidir.

19. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı bütövlükdə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

23. Birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh ASC məcburi köçkün X1 istifadəyə və tullantı sularının axıdılmasına görə 25 avqust 2022ci il tarixə kimi yaranmış 1160 manat borcu ödənilmədən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi 12 nömrəli evin 42 nömrəli mənzilinə suyun verilməsi dayandırılmış və abunə kodu onun adına keçirməmiş, onunla yeni müqavilə bağlamamış, bu səbəbdən cjyeyğe suyun verilməsinin bərpa edilməsi üçün 1160 manat borcu məcbur olaraq Cavabdeh ASC-yə ödəmiş, Cavabdeh ASC İddiaçı hesabına 1160 manat əsassız varlanmışdır. İddiaçı onunla bağlanmış 09 iyun 2023-cü il tarixli müqavilə üzrə yaranacaq borcun ödənilməsi üçün Cavabdeh ASC məsuliyyət daşıyır, özünün istifadə etmədiyi xidmətə görə və onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış borca görə məsuliyyət daşımır.

24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(004)- 3966/2023 nömrəli qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(004)- 3966/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar