Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7084/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin 09.01.2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Apellyasiya icraatı zamanı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətindən imtina etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 369-cu maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 369-cu maddəsinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Apellyasiya şikayətindən imtina qəbul olunsun. Hazırkı mülki iş üzrə apellyasiya icraatına iddiaçıya münasibətdə xitam verilsin və mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7084/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7084/2021
06.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver