Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7086/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzilin təmirinə sərf edilmiş pulun geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 04 oktyabr 2023-cü il tarixli qərardadından Cavabdeh2 nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və X2 qarşı “mənzilin təmirinə sərf edilmiş pulun geri qaytarılması” tələbi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (məhkəmə) xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, İddiaçı xeyrinə Cavabdeh1 Vaqıf qızından və Cavabdeh2 müştərək qayadada 16 310 manatın və dövlət rüsumuna görə 105 manatın, yəni cəmi 16 415 manatın tutulması qət olunmuşdur. Həmin qətnamədən cavabdehlərin nümayəndələrinin (vəkillərinin) verdiyi apellyasiya şikayəti, müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilmədiyi əsas göstərilməklə məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə geri qaytarılmış, xx.xx.2023-cü il tarixli qərardadla isə yenidən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa olunması və şikayətin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan (müddətin bərpasına dair xx.xx.2023-cü il tarixli qərardaddan) İddiaçı verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilmiş, xx.xx.2023-cü il tarixli qərardad ləğv olunaraq Cavabdeh1 və Cavabdeh2 (nümayəndələrinin) apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizələrinin təmin olunmaması qərara alınmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdehlərin nümayəndələrinin (vəkillərinin) qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. 02 oktyabr 2023-cü il tarixdə Cavabdeh2 nümayəndəsi (vəkili) qətnamədən növbəti dəfə apellyasiya şikayəti və şikayət vermə müddətinin ötürülməmiş hesab olunmasına dair ərizə vermiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə artıq cavabdehlərin apellyasiya şikayəti üzrə müddətin bərpası barədə ərizələri təmin olunmamamış, beləliklə də müddət məsələsinə qiymət verilmişdir. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsinin (vəkilinin) verdiyi şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə şifahi icraat qaydasında baxılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməyərək mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir; 133.1-ci maddəsinə görə isə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzürlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Bir qayda olaraq şəxsin özünün və ya yaxın ailə üzvünün prosessual hərəkətin həyata keçirilməli olduğu dövr ərzində xəstə olması, xidməti ezamiyyətdə olma və s. kimi hallar üzürlü səbəblər kimi qəbul edilir. Yuxarıda qeyd olunduğu kimi, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizəyə əvvəllər baxan apellyasiya instansiyası məhkəməsi müvafiq müddətin ötürülməsini üzrlü hesab etməmişdir; belə olan halda isə həmin məsələyə yenidən baxılması mülki-prosessual qanunverciliyin mənasına, habelə hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi Ryabix Rusiya Federasiyasına qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni quvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-333/2023 saylı iş üzrə 04 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Sabit Bəhrəmzadə
Məhkəmə qərarları › İş №2(103)-7086/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7086/2023
23.11.2023 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver