Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7093/2020 01.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı” QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC Bank olmayan X3 Elman Ağacan oğluna, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8, Cavabdeh3 və Cavabdeh4 qarşı “əqdin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı (QSC) Cavabdeh1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət X8, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DİN-in Baş Dövlət X7 hərəkətlərinin qanunsuz hesab olunması, ipoteka predmeti olan **-RK-*** dövlət qeydiyyat nişanlı “VAZ- 21074” markalı (buraxılış ili 2006, mühərrik 8337002, ban XTA**********4505, rəngi ağ) avtomobilin özgəninkiləşdirilməsinə dair xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərdə bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, 10 manat dövlət rüsumunun cavabdehlərdən tutulub QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASCnin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 saylı Fərmanına əsasən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə görə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmiş, QSC və “X6 Edilməsi Agentliyi” MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən QSC-yə keçmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsi “X6 Edilməsi Agentliyi” MMC tərəfindən həyata keçirilməyə başlamışdır. Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə QSC arasında S-AVK-90 saylı xx.xx.2017-ci il tarixli “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” akt tərtib edilmiş, daha sonra isə QSC tərəfindən borclu şəxs Cavabdeh1 dair sənədlər təhvil-təslim aktına əsasən “X6 Edilməsi Agentliyi” MMC-yə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə borclunun kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin ödətdirilməsi istiqamətində tədbirlərin görülərkən müəyyən edilmişdir ki, Cavabdeh1 məxsus ipoteka predmeti olan **-RK-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı (buraxılış ili 2006, mühərrik 8337002, ban XTA**********4505, rəngi ağ) avtomobil xx.xx.2018-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. Bununla bağlı DİN-in Baş Dövlət X9 Qeydiyyat-İmtahan İdarəsinə müraciət edilmiş, cavab məktubundan müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeyd edilən avtomobil Cavabdeh3 adına, daha sonra isə xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 adına rəsmiləşdirilmiş, sonuncu tərəfindən etibarnamə əsasında Ucar rayonunun Qazyan kəndində qeydiyyatda olan X1 istifadəsinə verilmişdir. Baş Dövlət X9 Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh1 qarşı “2770 ABŞ dolları əsas, 417,86 ABŞ dolları faiz, 1209,18 ABŞ dolları cərimə olmaqla cəmi 4397,04 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdehə məxsus “VAZ-21074” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilmiş, bu qətnamə apellyasiya və kassasiya instansiyaları tərəfindən dəyişdirilmədən saxlanılmış, həmin qətnamə əsasında avtomobil xx.xx.2018-ci il tarixdə X4 adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. Hesab edirlər ki, Baş Dövlət X9 Qeydiyyat-İmtahan İdarəsi tərəfindən “İpoteka haqqında” Qanunun və Mülki Məcəllənin tələbləri kobud pozulmaqla qanunsuz və əsassız olaraq Cavabdeh1 adından ipoteka predmeti qeydiyyatdan çıxarılmışdır. Çünkü sözügedən qətnamədə avtomobilin ipotekadan azad olunması, yaxud ipoteka predmetinin qeydiyyatdan çıxarılması qət edilməmişdir və bu barədə hər hansı məhkəmə qətnaməsi mövcud deyil. Baş Dövlət X9 Qeydiyyat-İmtahan İdarəsinin qanunsuz hərəkətləri nəticəsində ipoteka predmeti qeydiyyatdan çıxarılmış və avtomobilin özgəninkiləşdirilməsinə dair Cavabdeh1 ilə Cavabdeh3 arasında xx.xx.2018-ci il tarixli, bundan sonra isə Cavabdeh3 ilə Cavabdeh4 arasında xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlnmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Qətnamədən apellyasiya şikayəti verən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi onun ləğv və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasınıxahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, iddia müddətinin ötürülmüş olması barədə yanlış nəticəyə gəldiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, Cavabdeh1 şikayətin əsassız olduğunu bildirmiş, digər cavabdehlər (nümayəndələri) isə məhkəməyə gəlməmişlər. Kollegiya izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş halına görə, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC ilə Cavabdeh1 arasında xx.xx.2006-cı il tarixdə girov (ipoteka) müqaviləsi bağlanaraq adı çəkilən şəxsə məxsus “VAZ-21074” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka ilə yüklü edilmiş, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC-nin Cavabdeh1 qarşı “2770 ABŞ dolları əsas, 417,86 ABŞ dolları faiz, 1209,18 ABŞ dolları cərimə olmaqla cəmi 4397,04 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun tutulması, tutmanın “VAZ- 21074” markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması nəticəsində əldə olunacaq vəsait hesabına borcun ödənilməsi” tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə rədd edilmiş, bu qətnamədən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” ASC tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamış, bundan sonra sözügedən avtomobil Cavabdeh3, daha sonra sonuncu tərəfindən Cavabdeh4 satılmış, Cavabdeh4 avtomobili etibarnamə əsasında X1 istifadəsinə vermişdir. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada nəzərə alınmalıdır ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi olmaqla, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən ipoteka müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin hallarından aydın olur ki, iddiaçının mübahisələndirdiyi müqavilələrə dair hüquqi proseslər barəsində müqavilə tərəfləri sərbəst iradələri ilə hərəkət edərək müqavilə şərtləri qarşılıqlı razılıq çərçivəsində müəyənləşdirilmiş, müqavilə predmetinin özgəninkiləşdirilməsinə hər hansı maneə olmamışdir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının avtomobilə dair ipoteka (girov) müqaviləsindən yaranan hüququ qanuni qüvvəsini almış qətnamə əsasında faktiki olaraq ortadan qalxmışdır və buna görə də o, avtomobilin yüklülüyünə istinadla onunla əlaqədar bağlanmış müqavilələrin etibarsız sayılmasını tələb etməkdə haqlı deyildir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-761/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-7093/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7093/2020
01.10.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver