Məhkəmə qərarları › İş №2(103)-7095/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7095/2020

15.10.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7095/2020 15.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsilə Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Əliyeva Aytən Rafayel qızının katibliyi, Maraqlı şəxs şəxslər Maraqlı şəxs1 barhöŻ oğlu və Maraqlı şəxs2 nümayəndəsi-vəkil X2 iştirakı ilə İddiaçılar Məmmədov Mayı̇ s Zöhrab oğlu, İddiaçı1 qizi, Namatova Şərqİiyyə Qüdrət qızının Cavabdeh qarşı vərəsəlik hüququ üzrə sair mübahisələr tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il il tarixli, 2(004)- 14857/2016 nömrəli qətnaməsindən maraqlı şəxslər Maraqlı şəxs1 barhöŻ oğlu və Maraqlı şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar Məmmədov Mayı̇ s Zöhrab oğlu, İddiaçı1 qizi, Namatova Şərqİiyyə Qüdrət qızının Cavabdeh qarşı mirasın qəbulu müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi barədə iddia qismən təmin edilmiş, müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər İddiaçı1 və digərlərinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsinə və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddiası təmin edilmiş, miras əmlak olan ünvan 1 ünvanında yerləşən hissədə, İddiaçı1 1/6 hissədə, İddiaçı2 1/3 hissədə, Məmmədov Mais Zöhrab oğlunun 1/6 hissədə, X1 1/3 hissədə payları müəyyən edilməklə onlara vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsi Cavabdehna həvalə edilməsi qət edilmişdir. İddiaçılar Məmmədov Mayı̇ s Zöhrab oğlu, İddiaçı1 qizi, Namatova Şərqİiyyə Qüdrət qızının Cavabdeh qarşı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən narazı qalan maraqlı şəxslər Maraqlı şəxs1 barhöŻ oğlu və Maraqlı şəxs2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin ləğv edilməsini, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzürlü sayaraq uzadılması və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair onların miras pay hüquqlarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Maraqlı şəxslər apellyasiya şikyayətlərini onunla əsaslandırılmışlar ki, mübahisəli miras əmlakda onların da pay hüquqları var. Lakin hazırkı iş üzrə tərəflər bu halı birinci instansiya məhkəməsində gizlətmiş, məhkəmə isə vərəsələrin dairəsini müəyyən etmədən, mülki iş üzrə qəbul ediləcək məhkəmə aktı ilə maraqlarına toxunan şəxslər kimi onları cəlb etmədən mülki işə baxmış əmlak hüququna dair məsələni bu hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçılar kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək, təmin olunmasını xahiş edən maraqlı şəxslərin səlahiyyətli nümayəndəsini dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı səbəblərdən maraqlı şəxslər Maraqlı şəxs1 barhöŻ oğlu və Maraqlı şəxs2 apellyasiya şikayətləri qismən təmin olunmalı, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilməklə iddiaçılar Məmmədov Mayı̇ s Zöhrab oğlu, İddiaçı1 qizi, Namatova Şərqİiyyə Qüdrət qızının Cavabdeh qarşı mirasın qəbulu müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər İddiaçı1 və digərlərinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsinə və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizələrinin baxılmamış saxlanılmasına dair qərardad qəbul edilməlidir. İş materiallarından görünür ki, iddiaçıların iddia ərizəsi iddia tələbi qaydasında yazılsa da, faktiki olaraq xüsusi icraat qaydasında hüquqi faktın müəyyən edilməsi barədə tələbə baxılmışdır və iş üzrə mübahisə olması müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsində göstərilir ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 384.0.4-cü maddəsinə əsasən Apellyasiya Məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 365, 259.0.10, 391-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: Maraqlı şəxslər Maraqlı şəxs1 barhöŻ oğlu və Maraqlı şəxs2 apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-14857/2016 saylı iş üzrə xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar Məmmədov Mayı̇ s Zöhrab oğlu, İddiaçı1 qizi, Namatova Şərqİiyyə Qüdrət qızının Cavabdeh qarşı mirasın qəbulu müddətinin bərpası və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin həvalə edilməsi və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər İddiaçı1 və digərlərinə qarşı miras əmlakın qanun üzrə vərəsələr arasında bölüşdürülməsinə və vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizələri baxılmamış saxlanılsın. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar