Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7095/2023 27.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisinə və Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “18 avqust 2001-ci il tarixli etibarnamənin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisinə və Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “18 avqust 2001-ci il tarixli etibarnamənin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri 11 saylı Notariat ofisinə və Bakı şəhəri 15 saylı Notariat ofisinə qarşı “18 avqust 2001-ci il tarixli etibarnamənin, mülkiyyət hüququna dair qeydiyyat vəsiqəsinin və fərdi yaşayış evinin alqı-satqısına dair 06 noyabr 2002-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu Mütəllimov İ.X. tərəfindən təsdiq edilərək, reyestrdə 29-10031 nömrə ilə qeydə alınıb Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli Etibarnamənin, Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer №27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2002-ci il tarixli, Seriya FM №012129 saylı Qeydiyyat Vəsiqəsinin və həmin fərdi yaşayış evinin alqı-satqısına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında xx.xx.2002-ci ildə Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda təsdiq edilərək reyestrdə 4Ə-295 nömrə ilə qeydə alınmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını, tərəflərin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi olduğundan barələrində Xüsusi Qərardad çıxarılaraq Prokurora xəbər verilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-78/2021 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29-10031 nömrə ilə qeydə almış Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 noyabr 2021-ci qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli, 2(007)-78/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1905/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7999/2021 nömrəli iş üzrə 11 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə maraqlarına toxunan şəxs Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-78/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmış, Maraqlı şəxs buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə və ona əlavə olunmuş şikayətlə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir.
6. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-78/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 2(007)-78/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin Maraqlı şəxs münasibətdə bərpa edilməsi, qərardaddan şikayət vermə müddəti bitdikdən sonra mülki işin apellyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar
7. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 Cabbar Cavanşir oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi məsələsini məhkəmənin mülahizəsinə həvalə etdiyini bildirir.
8. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası digər tərəflərin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
9. Mülki Prosessual Məcəllənin 357.1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
10. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər.
11. Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
12. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
14. Belə ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)- 78/2021 saylı qətnaməsinə əsasən, iddia təmin edilərək, Bakı şəhəri 15 saylı Notariat Kontorunun Dövlət notariusu İ.X.Mütəllimov tərəfindən təsdiq edilmiş və reyestrdə 29- 10031 nömrə ilə qeydə almış Cavabdeh1 adına verilmiş 18 avqust 2001-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli, seriya FM № 012129 saylı Qeydiyyat Vəsiqəsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Şərifli küçəsindəki 600 kv.metr torpaq sahəsində (yer № 27) inşa edilmiş 9/27 saylı fərdi yaşayış evinin satılmasına dair Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 11-ci Dövlət Notariat Kontorunda bağlanılmış və reyestrdə 4Ə295 nömrə ilə qeydə alınmış xx.xx.2002-ci il tarixli 169117 nömrəli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsindəki 2593-cü məhəllədə 600 kv.metr torpaq sahəsi (yer № 27) üzərində İddiaçı mülkiyyət hüquqlarının bərpa edilməsi və mülkiyyət hüququna yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
15. Bundan sonra qətnaməyə izah verilməsi ilə bağlı İddiaçı ərizəsinə baxılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-28/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 78/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə aşağıdakı məzmunda izah verilməsi qərara alınmışdır: “İddiaçı Akif oğlunun 600 kv.m torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini qət edərkən məhkəmə 1294 kv.m olan torpaq sahəsinin hüdudları daxilində deyil, həmin torpaq sahəsindən 99,10 metr məsafədə yerləşən sahəsi 720 kv.m olan torpaq sahəsinin hüdudları daxilində bərpa olunmasını nəzərdə tutmuşdur. Ona görə də tələbkara məxsus torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində göstərilən qaydada, iddiaçının torpaq sahəsinin koordinantları ilə rəyə əlavə olunmuş sxemdə göstərilən 720 kv.m torpaq sahəsinin hüdudları daxilində bərpa edilsin. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış, torpaq sahəsinin planı, ölçüsü və digər zəruri sənədlərin verilməsi təmin edilsin. 16.Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən şikayət vermək hüququ olan şəxslərin dairəsi müəyyən edilmişdir. 17.Həmin Məcəllənin 357.1-ci maddəsində birinci instansiya məhkəmələrinin qətnamələrindən tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslərin apellyasiya şikayəti vermək hüququnun olduğu göstərilmişdir. Bununla yanaşı həmin hüquqa işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul dilmiş məhkəmə aktı ilə hüquq və vəzifələrin tozunduğu hallarda digər şəxslərin də malik olduğu nəzərdə tutulmuşdur (maddə 357.2). 18.Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə aktlarından şikayət vermək hüququ olan şəxslərin dairəsinin dəqiq müəyyən edilməsi ədalət mühakiməsinin səmərəliliyi və hüquqi müəyyənlik prinsipinə əsaslanan düşünülmüş bir yanaşmadır. Əks yanaşma, yəni hər kəs üçün istənilən məhkəmə aktını mübahisələndirmək imkanının tanınması (qəbul edilməsi) ədalət mühakiməsinin səmərəriliyi və qanunun aliliyinin ayrılmaz tərkib ünsürü olan hüququ müəyyənlik prinsipi ilə ziddiyət təşkil etmiş olardı. 19.Bu baxımdan şikayət vermək istəyən və işdə iştirak etməyə cəlb edilməyən şəxs mütləq qaydada mübahisələndirmək istədiyi məhkəmə aktının onun hüquq və vəzifələrinə toxunduğuna dair, başqa sözlə qəbul olunmuş məhkəmə aktının onun hansı hüquq və vəzifələrinə toxunduğu hallarla bağlı konkret sübutlar verməli, bunu əsaslandırmalı və məhkəmə şikayəti qəbul edərkən şikayət verən şəxsin bu prosessual statusunu müəyyən edən əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir.
20. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə tərəf olmayan Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlayan birinci instansiya məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(007)-78/2021 saylı qətnaməsi, yoxsa Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-28/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə müəyyən edilmiş hansı halların Maraqlı şəxs marağına toxunması və bununla əlaqədar Maraqlı şəxs marağına toxunan şəxs hesab edilməsi barədə əsaslandırılmış qərardad qəbul etməmişdir.
21. Məhkəmə kollegiyası o cümlədən qeyd edir ki, birinci instansiya məhkəməsi icra məmurunu dəvət edib bu halları tərəflərin və Maraqlı şəxs iştirakı ilə araşdırıb qiymət verə bilər.
22. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 357-ci maddəsinin tələblərinə əməl edilmədiyi üçün apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(103)-7095/2023 saylı qərardadı ləğv edilməli, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə geri qaytarılmalıdır. 23.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 357,366-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2023-cü il tarixli, 2(103)-7095/2023 saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-78/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev