Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7096/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə2, Üçüncü şəxs ASC “Xalq” Bankının nümayəndəsi-vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, "xxxx" MMC, X7, X8 qarşı “öhdəliyin icrasının tələb edilməsi, müqavilənin etibarsız hesab edilməsi və pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli 2(001)- 590/2013 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-nin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, "xxxx" MMC, "xxxx" MMC, X7, X9 qarşı iddia ərizəsi, sonradan iddianın dəyişdirilməsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, verdiyi ******* ABŞ dollarının bir hissəsinin əvəzi olaraq iddiaçıya verilməli olan "xxxx" MMC ilə X7 arasında bağlanmış 22.06.2010-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov ünvanında yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 64 saylı, 3 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması; "xxxx" MMC ilə X7 arasında bağlanmış 27.09.2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr., H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 73 saylı, 3 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması; "xxxx" MMC ilə X12 arasında bağlanmış 03.05.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilədə göstərilən Binəqədi rayonu, 6-cı mkr. H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 93 saylı, 4 otaqlı mənzilin ona təhvil verilməklə həmin mənzilə onun istifadə və sahiblik hüququnun tanınması; "xxxx" firması ilə iddiaçı arasında bağlanmış 30.01.2010-cu il tarixli müqavilədə göstərilən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı, 296 kv.m-lik ticarət sahəsinin ona təhvil verilməklə həmin sahəyə istifadə və sahiblik hüququnun tanınması, ödədiyi ******* ABŞ dollarından yuxarıda göstərilən əmlakların dəyəri çıxılmaqla Cavabdeh1 ona borclu qaldığı 432369 ABŞ dolları pulun Cavabdeh1 tutulub verilməsi, bu tələblərin təmin edilməsi mümkün olmadıqda ******* ABŞ dollarının Cavabdeh1 və "xxxx" Firmasından müştərək qaydada tutularaq ona ödənilməsi, Cavabdeh1 və "xxxx" Firmasından müştərək qaydada əldən çıxmış fayda kimi vurulmuş maddi ziyanın əvəzi olan 500000 ABŞ dolları və mənəvi ziyana görə 200000 ABŞ dolları tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə 12.08.2008-ci il tarixdə birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Ukrayna Respublikasının Dnepropetrovsk şəhəri Plexanov küçəsi ev 15Q ünvanında çoxmərtəbəli yaşayış evinin tikintisindən gəlir əldə etməyə nail olmaq üçün birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. Müqavilənin şərtlərinə əməl edərək birgə fəaliyyətin və biznes imkanlarının inkişafı məqsədilə müxtəlif vaxtlarda həmin cavabdehə Bakı şəhərində ******* ABŞ dolları məbləğində pul vermişdir. Sonra isə həmin şərtlər daxilində 300000 ABŞ dolları məbləğində pul vəsaitini birgə işlərinə görə Ukraynaya köçürmüşdür. Sonradan Cavabdeh1 həmin işi X2 barədə razılıq əldə etmiş, iddiaçının həmin işə qoyduğu pulun bir hissəsini Cavabdeh1 tərəfindən, bir hissəsini isə M.Bəşirovun rəhbərlik etdiyi "xxxx" MMC qaytarmağı razılaşmış, bu səbəbdən də aralarında müqavilə bağlanmış, İddiaçı bu səbəbdən Ukraynadakı həmin işin M.Bəşirova verilməsinə razılıq vermişdir. Aparılmış danışıqların müqavilə ilə rəsmiləşdirilməsi nəticəsində 28.01.2010-cu il tarixdə 12.08.2008-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əlavə razılaşmaya əsasən 1-ci tərəf "xxxx" MMC, 2-ci tərəf Cavabdeh1, 3-cü tərəf İddiaçı, 4-cü tərəf X10 ilə müqavilə bağlanmışdır. Bununla da, Cavabdeh1 Dnepropetrovsk şəhərində qeyd edilən tikinti işlərinin aparılması üçün iddiaçı tərəfindən ******* ABŞ dolları investisiya qoyulmasına nail olmuş, sonradan həmin tikinti işi, qoyulmuş sərmayə ilə birlikdə M.Bəşirova satılmışdır. Əslində M.Bəşirovla Cavabdeh1 birlikdə belə bir plan quraraq İddiaçı ******* ABŞ dollarının həmin Ukraynadakı işə yatırtmasına nail olmuşlar. Çünki əslində Cavabdeh1 M.Bəşirova külli miqdarda pul borcu olmuş, həmin pulu Cavabdeh1 qaytara bilmədiyi üçün, onlar iddiaçının həmin məbləğdə pulunun Ukraynadakı işə yatırılmasına nail olmuşlar, bundan sonra Cavabdeh1 həmin işi M.Bəşirova satmaq barədə razılaşmış, nəticədə alqı-satqı zamanı həmin işin satılması nəticəsində M.Bəşirov Cavabdeh1 ona olan borcunu bağışlamış, buna görə də alqı-satqı nəticəsində M.Bəşirov Cavabdeh1 heç bir məbləğdə pul ödəməmiş, alqı-satqıya görə İddiaçı yatırdığı investisiya dəyərində biznes işi M.Bəşirova keçmiş, M.Bəşirov öz növbəsində ona məxsus olan "xxxx" MMC tərəfindən İddiaçı qeyri-yaşayış sahəsi verilsə də, həmçinin "xxxx" MMC tərəfindən 3 mənzil verilsə də, həmin daşınmaz əmlaklardan İddiaçı istifadə edə bilmir. Belə ki, 30.01.2010-cu il tarixdə "xxxx" MMC ilə barter müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən 12.08.2008-ci il tarixli müqaviləyə görə iddiaçı və cavabdehlərdən Cavabdeh1 ******* ABŞ dolları məbləğində qoyduqları sərmayənin "xxxx" MMC-nin vəkalət üzrə nümayəndəsi M.Bəşirova verməsi müqabilində "xxxx" MMC öz növbəsində ünvan 4 ünvanda yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsində inşa edilən ticarət mərkəzindən 296 kv.m olan 10 saylı ticarət sahəsini İddiaçı vermişdir. Qoyulmuş ******* ABŞ dollarından həmin dəyər çıxılmaqla yerdə qalan məbləği isə Cavabdeh1 tərəfindən İddiaçı ödənilməli olduğundan, "xxxx" MMC tərəfindən tikilən hündür mərtəbəli yaşayış evindən 3 mənzil verilmişdir. Onların dəyəri qarşılıqlı razılığa görə 400000 ABŞ dolları dəyərləndirilmişdir. Həmin mənzillər 27.09.2011-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 6-cı mkr. H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 10-cu mərtəbəsində yerləşən 73 saylı, 3 otaqlı mənzil, 03.05.2012-ci il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 6-cı mkr. H.Babaşov ünvanında 1 bloklu yaşayış binasının 12-ci mərtəbəsində yerləşən 93 saylı, 4 otaqlı mənzili, 22.06.2010-cu il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, 6-cı mkr. H.Babaşov ünvanında yerləşən yaşayış binasının 9-cu mərtəbəsində yerləşən 64 saylı, 3 otaqlı mənzilin iddiaçıya verilməsi razılaşdırılmışdır. Bundan sonra Cavabdeh1 iddiaçıya 341681 ABŞ dolları borcu qalmışdır. Lakin uzun müddət keçməsinə baxmayaraq nə S.Vurğun küçəsində yerləşən obyektdən, nə 3 mənzildən iddiaçı istifadə edə bilmir, nə də ki, yerdə qalan məbləğ iddiaçıya verilməmişdir. Həmçinin iddiaçı faktiki olaraq ******* ABŞ dollarından məhrum olmuş, həmin məbləğdən hazırkı vaxtadək istifadə edə bilməmiş, məbləğlərin əvəzinə ona verilmiş daşınmaz əmlaklardan da istifadə edə bilmədiyi üçün həmin məbləğin istifadə edib qazanc əldə etmək hüququndan da məhrum olmuşdur. Çünki cavabdehlər məbləğin iddiaçıya qaytarmalı olduqları gündən, lakin MM-in 445-ci maddəsinə əsasən qaytarmadıqları vaxtdan illik ən azı 5% mənə pul ödəməlidirlər. Lakin iddiaçı həmin məbləğin adi dövriyyəsindən, ən azından banklara depozitə qoyub illik 10- 12% pul götürə bilərdi. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli 2(001)- 590/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 3-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddiaçı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh "xxxx" firması apelyasiya şikayəti verərək, həmin qətnamənin "xxxx" firmasına aid hissədə ləğv edilməsi və iddia tələbinin "xxxx" firmasına münasibətdə rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 30.01.2010-cu il tarixli barter müqaviləsi Mülki Məcəllədə nəzərdə tutulmamış və həmin müqavilə Mülki Məcəllənin prinsiplərinə və tələblərinə zidd olduğu üçün əhəmiyyətsiz əqddir. Həmçinin həmin müqavilənin predmeti daşınmaz əmlak olduğundan və həmin müqavilə notariat qaydasında təsdiq edilmədiyinə görə etibarlı sayıla bilməz. Bundan başqa "xxxx" MMC həmin müqavilə üzrə tərəf olmamışdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və Mülki Məcəllənin 337.1, 337.3 və 337.4-cü maddələrini tətbiq etməmişdir. Eyni zamanda mübahisəli 296 kv.m ibarət qeyri-yaşayış sahəsi "xxxx" MMCnin mülkiyyətində olmasına baxmayaraq, məhkəmə hər hansı əsas olmadan həmin əmlak üzərində iddiaçının sahiblik və istifadə hüququnu tanımışdır. Bundan başqa "xxxx" MMCnin mülkiyyətində 296 kv.m deyil, ümumi sahəsi 16100,5 kv.m, əsas sahəsi 16043,1 kv.m olan qeyri-yaşayış sahəsinin mövcud olması da nəzərə alınmamışdır. Həmçinin ilkin “Birgə fəaliyyət haqqında” müqavilənin tərəfləri, yəni Cavabdeh1 və İddiaçı tərəfindən ******* ABŞ dolları məbləğində sərmayə Ukraynaya köçürülməmiş və tikintiyə həmin sərmayə yatırılmamış, iddiaçı tərəfindən bu halları təsdiq edən sübutlar təqdim edilməmişdir. Cavabdeh1 da apelyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC, Cavabdeh1 və İddiaçı arasında bağlanmış 12 avqust 2008-ci il tarixli hüquqi şəxs yaratmadan birgə fəaliyyət haqqında müqavilə üzrə Cavabdeh1 və İddiaçı tərəfindən ümumi məbləği ******* ABŞ dolları təşkil edən maliyyə vəsaiti sərmayə şəklində "xxxx" MMC-nin Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində apardığı tikinti işlərinə qoyulmuş, sonradan 12 avqust 2008-ci il tarixli müqaviləyə 28 yanvar 2010-cu il tarixli əlavə razılaşma əsasında Cavabdeh1 və İddiaçı "xxxx" MMC-nin Ukrayna Respublikasının Dnepropetrovsk şəhərində apardığı və Cavabdeh1 və İddiaçı tərəfindən qoyulmuş sərmayə ilə birlikdə ******* ABŞ dolları dəyərində qiymətləndirilən tikinti işini X1. Sonuncu tərəfindən alınmış tikinti işinin ******* ABŞ dolları məbləğində bir hissəsinin əvəzi 296 kv.m ölçüsündə ticarət sahəsinin İddiaçı verilməsi ilə ödənilmişdir. 12 avqust 2008-ci il tarixli hüquqi şəxs yaratmadan birgə fəaliyyət haqqında müqavilə üzrə Cavabdeh1 və İddiaçı tərəfindən qoyulmuş sərmayənin 741681 ABŞ dolları məbləğində qalan hissəsinin isə tikinti işinə qoyulmuş sərmayə ilə birlikdə almış X10 tərəfindən Cavabdeh1 və ya İddiaçı ödənilmiş olmasını təsdiq edən sübutlar mülki işdə yoxdur. Belə olan halda birinci instansiya məhkəməsinin İddiaçı tərəfindən ödənildiyi iddia edilən ******* ABŞ dollarından yuxarıda göstərilən əmlakın dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dolları məbləğinin tikinti işinə qoyulmuş ******* ABŞ dolları məbləğində sərmayə ilə birlikdə satın almış X4 deyil, həmin tikinti işinə qoyulmuş sərmayə ilə birlikdə İddiaçı birgə X3 Cavabdeh1 tutulması qanunsuz və əsassızdır. Digər tərəfdən qoyulmuş sərmayənin 300000 ABŞ dolları məbləğində bir hissəsinin Ukrayna Respublikasının Dnepropetrovsk şəhərinə, yəni "xxxx" MMC-nin cari hesabına köçürülməsi iddiaçının özü tərəfindən etiraf edildiyinə baxmayaraq, birinci instansiya məhkəməsi əsassız olaraq həmin məbləği də Cavabdeh1 tutulmasını qət etmişdir. Bundan başqa Cavabdeh1 432369 ABŞ dolları məbləğinin tutulması barədə iddia irəli sürülmüş, birinci instansiya məhkəməsi isə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini pozaraq, 741681 ABŞ dollarının tutulmasını qət etmişdir. Bakı Apelyasiya Məhkəməsinin 27 iyun 2014-cü il tarixli 2(103)-3585/2014 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli 2(102)- 4692/2014 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 27 iyun 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2(103)-1341/2015 saylı qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-590/2013 saylı mülki iş üzrə qəbul etdiyi 20 sentyabr 2013-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 3-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyriyaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması, İddiaçı tərəfindən ödənilmiş ******* ABŞ dollarından yuxarıda göstərilən qeyri-yaşayış sahəsinin dəyəri çıxıldıqdan sonra yerdə qalan 741681 ABŞ dollarının və vurulmuş maddi ziyana görə 300000 ABŞ dollarının, cəmi ******* ABŞ dollarının ödəmə günü Azərbaycan manatına məzənnə ilə pulun Cavabdeh1 alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli 2(102)- 3413/2015 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə iştirak etməyə cəlb edilməmiş, məhkəmə aktı ilə maraqlarına toxunan ASC “Xalq” Bankının müraciətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13(102)- 2/2021 saylı 30 aprel 2021-ci il tarixli qərarı ilə təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 avqust 2015-ci il tarixli 2(102)-3413/2015 saylı qərarı və Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2015-ci il tarixli 2(103)-1341/2015 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya tərəfindən ASC “Xalq” Bankı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə kollegiyasının iclasında ASC “Xalq” Bankın nümayəndəsi-vəkili birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 3-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməsini və iddianın həmin hissədə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmişdir, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edərək qeyd edir ki, birinci instnasiya məhkəməsinin qətnaməsi qismən - cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 3-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməlidir. İş materiallarında olan 1-ci tərəf "xxxx" MMC, 2-ci tərəf Cavabdeh1, 3-cü tərəf kimi İddiaçı arasında 12.08.2008-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Ukrayna Respublikasının Dnepropetrovsk şəhəri Plexanov küçəsi ev 15-q ünvanında çoxmərtəbəli yaşayış evinin tikintisindən gəlir əldə etməyə nail olmaq üçün hüquqi şəxs yaratmadan tikinti sahəsində birgə fəaliyyət göstərməyi öhdələrinə götürmüşlər. 12.08.2008-ci il tarixli “birgə fəaliyyət haqqında müqavilə”yə 28.01.2010-cu il tarixli əlavə razılaşmaya əsasən 1-ci tərəf "xxxx" MMC, 2-ci tərəf Cavabdeh1, 3-cü tərəf İddiaçı, 4-cü tərəf X10 ilə həmin əlavə razılaşma müqaviləsini imzalamışlar. 28.01.2010-cu il tarixli həmin əlavə razılaşmanın b.1.-ci bəndinə əsasən həmin müqaviləni imzalayan tərəflərdən, tərəf-2 və tərəf-3 birgə fəaliyyət haqqında müqaviləyə hüquqi şəxs yaratmadan əlavə razılaşma üzrə bütün hüquq və öhdəlikləri tərəf-4-ə verdiklərini təsdiq edirlər. Həmin əlavə razılaşmanın 6.1-ci bəndinə əsasən tərəf İİ-nın, yəni Cavabdeh1 tikintiyə qoyduğu əmanətinin pul şəklində qiymətləndirilməsi ******* ABŞ dolları təşkil etmişdir. "xxxx" MMC ilə direktoru X10 olmaqla bir tərəfdən “satıcı” qismində, digər tərəfdən İddiaçı “alıcı” qismində 30.01.2010-cu il tarixli, M-SQ/30-01 saylı Barter müqaviləsi imzalamışlar. Müqavilədə dəqiq göstərilməklə 1.1-ci bəndində qeyd edilmişdir ki, müqavilənin predmeti Ukrayna Respublikasında Dnepropetrovsk şəhərində Plexanov küçəsi 15, ünvanında "xxxx" MMC şirkətinə məxsus ərazidə (İcra Hakimiyyətinin Plexanov küçəsi, ev 15 (Babauşkinsiy rayon) ərazisində torpaq sahəsinin layihələşdirmə və yeniyetmə-uşaq idman məktəbinin tikilməsi üçün (köhnə binanın rekonstrksiyası ilə) kirayə verilməsi barədə 26.12.2007-ci il tarixdə verilmiş 142/26 №-li qərarı ilə (Kodu EDRPOU ********); torpağın kirayə verilməsi barədə 20.03.2008-ci il tarixli müqavilə və Dövlət reyestrdə 26.03.2008-ci il tarixdə qeydə alınan **********05 №-si olan tikinti işlərinin aparılmasına Dnepropetrovsk şəhərinin dövlət inşaat-memarlıq kontrolu üzrə idarəsi tərəfindən verilmiş № 293/01-08-li 27.08.2008-ci il tarixli icazə) inşa edilən yüksək mərtəbəli yaşayış binasının sərmayə qoyuluşu barədə Ukrayna Respublikası Dnepropetrovsk şəhərində bağlanmış 12 avqust 2008-ci il tarixli müqaviləsinə əsasən İddiaçı “Tərəf-3” kimi və Cavabdeh1 “Tərəf-2” kimi həmin müqaviləyə görə ******* ABŞ dolları məbləğində qoyduqları sərmayəni "xxxx" firmasının vəkalət üzrə nümayəndəsi X5 həmin müqaviləyə görə “Tərəf-2 və “Tərəf-3” üçün tam hüquqlarını verir, əvəzinə "xxxx" firması Bak şəhəri ünvan 5 ünvanında yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsində “Satıcı” ya məxsus ərazidə inşa edilən Ticarət Mərkəzindən 296 m2 olan 10 №-li ticarət sahəsinin “Alıcı”ya verməsindən ibarətdir. M-SQ/30-01 saylı həmin barter müqaviləsinə 09.02.2010-cu il tarixli imzalanmış əlavə 1-in 1-ci bəndinə əsasən tərəflər kimi "xxxx" firmasının direktoru M.B.Bəşirov və İddiaçı təsdiq edirlər ki, Dnepropetrovsk şəhərində birgə fəaliyyət barəsində imzalanmış 12.08.2008-ci il tarixli müqavilənin Dnepropetrovsk ş, 28 yanvar 2010-cu il tarixli əlavəsi imzalandıqdan sonra bu müqavilənin 2.2.1. bəndi qüvvəsini itirir. 09.02.2010-cu il tarixli barter müqaviləsinə əlavə 1-in 2-ci bəndinə əsasən “CONTOLUX” firması tərəfindən Dnepropetrovsk şəhəri, 12.08.2008-ci il tarixli müqaviləyə əsasən köçürülən bütün pullar, yəni 480000 ABŞ dollar pul vəsaitinin hamısı İddiaçı “Contolux” firması tərəfindən verilmiş tarixsiz və nömrəsiz vəkalətnaməyə əsasən İddiaçı Valeh oğluna aid olduğunu İddiaçı Valeh oğlu təsdiq etdi. Buna görə də bu müqavilənin 2.2.2; 2.2.3; 4.4 bəndləri qüvvədən düşmüş hesab olunur. İddiaçı tərəfindən təqdim edilmiş əlyazma şəklindəki qəbzə əsasən Cavabdeh1 öz imzası ilə təsdiq etmişdir ki, “Dneprdə yerləşən 2 bina üçün çəkilən xərclərin 30%-ni, yəni 1710000$ Cavabdeh1 İddiaçı təhvil almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07.12.2012-ci il tarixli 2(001)10348/12 saylı qərardadından şikayəti X10 "xxxx" MMC-nin direktoru kimi imzalamış, həmçinin həmin şikayətə baxılarkən qəbul edilmiş məhkəmə aktlarından da görünür ki, "xxxx" firması ilə "xxxx" MMC eyni bir hüquqi şəxsdir. 30.06.2011-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış binasının 3-cü mərtəbəsində 10 saylı, 296 kv.m-lik ticarət sahəsi də daxil olmaqla əsas sahəsi 16043,1 kv.m olan qeyri yaşayış sahəsi 3 tərəfli müqaviləyə əsasən, yəni bir tərəfdən borcalan “Kapital Bank”ın, borcverən “Azərbaycan Respublikasının Mərkəzi Bankından” götürdüyü ******* manat kreditin 11.06.2013-cü il tarixədək qaytarılmasının təminatı kimi ipoteka qoyan "xxxx" firması tərəfindən “Azərbaycan Respublikasının Mərkəzi Bankı”na ipotekaya qoyulmuşdur. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsi "xxxx" firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq "xxxx" firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 9 iyul 2015-ci il tarixli çıxarış verilmişdir. Göründüyü kimi, iddiaçının tələb etdiyi 296 kv.m sahəni də əhatə edən qeyriyaşayış sahəsi ASC “Xalq” Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Müəyyən edilmişdir ki, iddiaçı "xxxx" firması cavabdeh ASC “Xalq” Bankına qarşı iddia qaldıraraq, aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti və 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh ASC “Xalq” Bankı da iddiaçı "xxxx" firmasına qarşı qarşılıqlı iddia qaldıraraq, 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına tutmanın yönəldilməsini və 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə iddiaçının cavabdeh qarşısında 17.000.000 BŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə cərimə, cəmi 19.400.119,08 ABŞ dolları və 26.05.2016-cı il tarixdən başlayaraq cavabdehin tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin iddiaçıdan cavabdehin xeyrinə tutulmasını, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 26.000.000 manat məbləğində təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını xahiş etmişdir. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qətnamə maraqlarına toxunan Ağa-X22 və X13 15.07.2016-cı il tarixli qətnamədən apellyasiya şikayətləri verərək, ləğv edilməsini, ASC “Xalq” Bankının iddiasının rədd edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İİK-nin 23.12.2016-cı il tarixli qərardadı ilə apellyasiyalar mümkün hesab edilmiş, K.Hacıyeva və A.Ağa-Zadə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. 02.03.2017-ci tarixdə üçüncü şəxslər K.Hacıyeva və A.Ağa-Zadə hər bir ayrı-ayrılıqda cavabdehlər ASC “Xalq” Bankına və "xxxx" firmasına qarşı ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi tələbinə dair iddia ərizələri ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişlər. Bakı Apelyyasiya Məhkəməsi İİK-nin 07.03.2017-ci il tarixli qərardadı ilə üçüncü şəxslərin iddia ərizələri Azərbaycan Respublikası MPM-nin 372.5-ci maddəsnə əsasən icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsi İİK-nin 2-2(103)-14/2017 nömrəli iş üzrə 05.04.2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" firmasının, müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X22 və X6 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2016-cı il tarixli qətnaməsi qismən – qarşılıqlı iddianın 26.05.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 26.000.000 manat müəyyən edilməsi tələblərinin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə qismən təmin edilmiş, tutma 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və iddiaçıya məxsus ünvan 6 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına, üçüncü şəxslər Ağa-X18 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X11 məxsus obyektin 2- ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla yönəldilmiş, qeyri-yaşayış binasının (üçüncü şəxslər AğaX18 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza və həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyri-yaşayış sahəsi, X11 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m sahəsi olan 18 saylı qeyri-yaşayış sahəsi istisna olmaqla) ilkin satış qiyməti 38.473.040 manat müəyyən edilmiş, ASC “Xalq” Bankının qarşılıqlı iddiası 26.05.2016-cı il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsində rədd edilmiş, qətnamə qalan hissələrdə - iddiaçı "xxxx" firmasından 08.07.2015-ci il tarixli **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borcun, 2.388.957,46 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borcun, 26.05.2016-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulunun, cəmi 19.400.119,08 ABŞ dollarının, 30 manat məbləğdə dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manatın və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğidə çəkilmiş xərclərin ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsində dəyişdirilmədən saxlanılmış, müstəqil tələb irəli sürən üçüncü şəxsər Ağa-X14 və X6 cavabdehlər "xxxx" firmasına və ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m olan 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin Ağa-X18 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 26,4 kv.m sahəsi olan 1 nömrəli mağaza, həmin mərtəbədə yerləşən 30,2 kv.m qeyriyaşayış sahəsi, X11 məxsus obyektin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m 18 saylı qeyriyaşayış sahəsinin ipotekaya qoyulması hissəsində etibarsız hesab edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı və cavabdeh ondan kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nin 2-1(102)-366/2017 nömrəli iş üzrə 18.10.2017-ci il tarixli qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. ASC “Xalq” Bankı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 18.10.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarı ilə "xxxx" firmasının ASC “Xalq” Bankına qarşı kredit və sonrakı ipoteka müqavilələrinin etibarsız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi və s. barədə iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin 18.10.2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası MPM-nin 416,418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 13-2(102)-1(k)/2018 nömrəli iş üzrə 31.10.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nin iş üzrə 18.10.2017-ci il tarixli 2-2(102)-366/17 nömrəli qərarı, onunla bağlı Bakı Apellyasiya Məhkəməsi İİK-nın 05.04.2017-ci il tarixli 2-2(103)-14/2017 nömrəli qətnaməsi ləğv edilmiş və iş mahiyyyəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 19.02.2019-cu il tarixli, 2-2(103)-6/2019 nömrəli qətnaməsinə əsasən iddiaçı "xxxx" firmasının və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Ağa-X22 və X6 apellyasiya şikayətləri qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iş üzrə 15.07.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçı "xxxx" firmasının cavabdeh ASC “Xalq” Bankına qarşı aralarında bağlanmış 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi, "xxxx" firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin etibarsız hesab edilərək ləğv edilməsi və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" firmasının xeyrinə tutulması tələblərinə dair ilk iddiasının təmin edilməməsi; qarşılıqlı iddianın qismən təmin edilməsi, "xxxx" firmasından 08.07.2015-ci il tarixli, **********58815 nömrəli kredit xətti müqaviləsi üzrə 17.000.000 ABŞ dolları məbləğində əsas borc, 2.388.957,46 ABŞ dolları məbləğdə kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc, 26.05.2016-cı il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 11.161,62 ABŞ dolları məbləğdə dəbbə pulu, cəmi 19.400.119,08 ABŞ dolları (ödəniş gününə AR Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üçün çəkilmiş xərcin ASC “Xalq” Bankının xeyrinə tutulması, tutmanın 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və "xxxx" firmasına məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 15 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən "xxxx" firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması, ipoteka predmeti olan "xxxx" firmasına məxsus ünvan 7 ünvanında yerləşən 0,2704 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki zirzəmi və 5 mərtəbədən ibarət olan, əsas sahəsi 16.043,1 kv.m olmaqla ümumi sahəsi 16.100,5 kv.m təşkil edən qeyri-yaşayış binasının ilkin satış qiymətinin 38.600.000 manat müəyyən edilməsi, qarşılıqlı iddianın 26.05.2016-cı il tarixdən başlayaraq tələblərin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 16% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin "xxxx" firmasından ASC “Xalq” Bankının xeyrinə tutulması hissəsində təmin edilməməsi, üçüncü şəxs Ağa-X14 "xxxx" firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2ci mərtəbəsində yerləşən 56,6 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, üçüncü şəxs X6 "xxxx" firması ilə ASC “Xalq” Bankı arasında bağlanmış 08.07.2015-ci il tarixli **********58815/SİM nömrəli sonrakı ipoteka müqaviləsinin ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 16.100,5 kv.m-dən ibarət 5 mərtəbəli və zirzəmili qeyri-yaşayış sahəsinin 2-ci mərtəbəsində yerləşən 24,6 kv.m-dən ibarət 18 nömrəli qeyri-yaşayış sahəsi hissədə etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respblikası Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2017-ci il tarixli qərarında aşağıdakılar qeyd olunmuşdur: “… Daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı və reyestrinin həyata keçirilməsi ictimai qaydanın, əşya hüquq münasibətlərinin sabitliyinin təmin edilməsi məqsədi daşıyaraq müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərdən biri olan dövlət reyestrinin açıqlığı prinsipi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində müəyyən edilmişdir. Qeyd edilən maddəyə əsasən, daşınmaz əmlakın təsviri, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir… Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 271.1-ci maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140 və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. Mülki Məcəllənin 182-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Beləliklə, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 140 və 271.1-ci maddələrini düzgün şərh etməmiş, ipoteka müqaviləsini hissəvi etibarsız hesab etməklə yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - iddiaçının məhdud əşya hüquqlarının pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasını nəzərə almadan, maddi hüquq normalarının pozulması ilə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamışdır. Bununla da ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.” Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.» İddia tələbinin bir hissəsi 30.01.2010-cu il tarixli barter müqaviləsinə əsasən, "xxxx" firmasına verilmiş ******* ABŞ dolları məbləğində sərmayə müqabilində iddiaçıya verilməsi nəzərdə tutulan "xxxx" firmasının inşa etdiyi Ticarət Mərkəzindən 296 m2 olan 10 nömrəli ticarət sahəsinin ona təhvil verməsindən ibarətdir. Birinci instansiya məhkəməsi də iddianı həmin hissədə əsaslı hesab edərək, məhz barter müqaviləsinin şərtlərinə uyğun olaraq, həmin müqavilədə göstərilən 296 m2 sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə onun sahiblik və istifadə hüququnun tanınması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmə səhvə yol vermişdir, belə ki, barter müqaviləsi bağlanarkən qeyri-yaşayış sahəsi üzərində "xxxx" firmasının hüquqları qeydə alınmamışdır. Sonuncu yalnız 24.12.2010-cu ildə həmin Ticarət Mərkəzi barəsində hüquqlarını qabaqcadan qeydə aldıraraq, 28.12.2010-cu ildə həmin mərkəzi ipoteka ilə yüklü etmişdir. Belə olan halda "xxxx" firması 30.01.2010-cu il tarixdə barter müqaviləsi ilə Ticarət Mərkəzindəki 296 m2 qeyri-yaşayış sahəsini əldə etdiyi sərmayə müqabilində iddiaçıya verə bilməzdi. Eləcə də nəzərə almaq lazımdır ki, ASC “Xalq” Bankına münasibətdə daşınmaz əmlakın dövlət reyestrinin həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olmuşdur və bank əmlakı vicdanlı əldə etmişdir (ipotekaya götürmüşdür). Qətnamənin həmin hissədə qüvvədə qalması Mülki Məcəllənin 140 və 271.1-ci maddələrinin tələbləri baxımından yüklülük hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ipoteka saxlayanın - ASC “Xalq” Bankın məhdud əşya hüquqlarının pozulmasının davam etməsinə gətirib çıxara bilər. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməlidir. Bununla belə, işdən müəyyən olunur ki, iddiaçı barter müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni "xxxx" firması iddiaçının payına (qoyulmuş sərmayəyə) yiyələnmişdir. Belə olan halda, sonuncu yiyələndiyi payın müqabilində verməli olduğu əmlak əvəzinə onun dəyərini (1.258.319 ABŞ dolları) pulla ödəməlidir. Qətnamə qalan hissələrdə əsaslı olduğundan, habelə həmin hissələr üçüncü şəxs ASC “Xalq” Bankının mənafeyinə toxunmadığından, dəyişdirilmədən saxlanılmalıdır. Həmin hissələr üzrə məhkəmə düzgün nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 sentyabr 2013-cü il tarixli 2(001)- 590/2013 saylı qətnaməsi qismən - cavabdeh "xxxx" firması ilə İddiaçı arasında bağlanmış 30 yanvar 2010-cu il tarixli barter müqaviləsində göstərilən Bakı şəhəri, ünvan 3-də yerləşən "xxxx" firmasına məxsus obyektin 3-cü mərtəbəsindəki ticarət mərkəzindən 10 saylı, 296 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, həmin sahəyə İddiaçı sahiblik və istifadə hüququnun tanınması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən ödəniş günü Azərbaycan manatının rəsmi məzənnəsinə uyğun olaraq 1.258.319 ABŞ dolları məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7096/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7096/2021
30.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver